Çex va Slovak madaniyyati. Çexoslovakiyada 1948-ci il qanununa əsasən bütün təhsil müəssisələri milliləşdirildi, məktəb kilsədən ayrıldı. 6-16 yaş arasında olan uşaqlar üçün icbari təhsil tətbiq edildi. Məktəblər 1-4-cü sinifləri əhatə edən başlanğıc pillə, 5-8-ci sinifləri
əhatə edən tam olmayan orta pillədən ibarət əsas məktəb təhsil siteminə malik idi. 1976/77-ci tədris ilində ölkənin 8550 əsas məktəblərində 1882 min şagird oxuyurdu. 6sas məktəb bazasında tam orta məktəb – gimnaziya təşkil olunurdu ki, burada da təhsil müddəti 4 ildir. 1976/77-ci tədris ilində 339 gimnaziyada 137,1 min şagird təhsil alırdı. 2-4 illik sənət məktəbləri və 3-4 illik orta sənət məktəbləri xalq təsərrüfatının müxtəlif sahələri üçün ixtisaslı fəhlə kadrları hazırlayırdı ki, burada da bəhs edilən tədris ilində 307,2 min şagird oxuyurdu.
Çexoslovakiya Respublikasının ali təhsil sistemində 4-6 illik təhsil müddətinə malik olan universitet, institut, ali məktəb və uçilişlər fəaliyyət göstərirdi. 1976/77 –ci tədris ilində ölkənin 36 ali məktəbində 168,3 min tələbə təhsil alırdı. Praqa, Bratislava, Brno universitetləri
ən qədim təhsil müəssisələridir. 1980-ci illərin sonunda ölkədə 37 ali məktəb fəaliyyət göstərirdi.
“Real sosializm” dövründə Çexoslovakiyada texniki, təbiət və humanitar sahələr üzrə elmi-tədqiqat müəssisələrinin şəbəkəsi artdı. 1952-ci ildə Çexoslovakiya Elmlər Akademiyası, 1953-cü ildən Slovakiya Elmlər Akademiyası meydana gəldi. Görkəmli riyaziyyatçı alimlər E.Çex, V.Yarnik, V.Korjinekin əməyi nəticəsində riyaziyyat elminin yeni sahələri, funksional analiz, differensial bərabərlik, ehtimal nəzəriyyəsi, riyazi statistika, riyazi məntiq və kiber- netika meydana gəldi.
Dünya şöhrətli çex alimi Yaroslav Qeyrovskinin kimya elmi sahəsində apardığı tədqi- qatlar 1959-cu ildə onun Nobel mükafatına layiq görülməsinə səbəb oldu. Kimyanın prob- lemləri və genetika sahəsində R.Brdiçka, tətbiqi birləşmələr kimyası sahəsində R.Lukeş, geologiya və mineralların tədqiqində F.Slavik, tektonik problemlərin tədqiqatçısı V.Zoubek yaratdığı məktəblərlə ölkə elminə əvəzsiz xidmət göstərirdilər.
Ölkə bioloqlarını öz tədqiqatları ilə bitkilərin fiziologiyası, mikrobiologiya sahəsində D.Blaşkoviç, virusoloq F.Qerçik, biofizik Y.Şterel bütün dünyada layiqincə təmsil edirdi. Tibb elmini böyük alimlər histoloq F.Studniçka, tibb biokimyaçı, endokrinoloq V.Laufberqer, nevroloq Y.Qrbek, onkoloq V.Turzo, pediatr İ.Qouştek təmsil edirdi.
Texniki elmlər, xüsusilə tədbiqi mexanika sahəsində Y.Kojeşnik, maşınların hidavlik nəzəriyyəsi sahəsində Y.Qibl, texniki energetika tədqiqatçıları İ.Rjezniçek, İ.Stranski, B.Qel- ler səmərəli çalışırdı. Bütün bu elmi təcrübə və potensialın nəticəsində 1978-ci ilin martında ilk çexoslovak kosmonavt V.Remek “Saluyt-6” - “Soyuz” orbital uçuşunda iştirak edərək beynəlxalq ekipaj kimi bir sıra mühüm elmi-tədqiqat xarakterli təcrübə həyata keçirmişdir.
Humanitar elmlər, xüsusilə tarix elmi sahəsində İkinci Dünya müharibəsindən sonra slavyanların etnogenezi, Çexiya və Slovakiya ərazisində ibtidai insan məskənləri tarixinin öyrənilməsində Needlı, Y.Bem, Y.Filip, İ.Poulik, feodalizm və kapitalizmin genezisi, milli- azadlıq hərəkatının tədqiqində Qusa, Qosiorovski, Rjiqa, B.Varsik, İ.Yanaçek, Y.Purş, ümumi tarix və beynəlxalq münasibətləri məsələlərinin qələmə alınmasında İ.Vesele, L.Qolotik, V.Kral, M.Kropilak, Ç.Amort, İ.Qroziençik və başqalarının monoqrafiya, əsər və tədqiqatları çox dəyərli və əhəmiyyətlidir.
1948-ci ildən sonra təhsil sahəsindəki yenidənqurma xüsusilə ictimai elmləri, o cümlədən tarix, fəlsəfə, iqtisad, hüquq sahəsini marksizm-leninizm prinsipi əsasında sərt ideoloji və partiya diktəsinə tabe etməklə diqqəti cəlb edir. Tamamilə partiya və dövlətin ideoloji nəzarəti altında olan kütləvi informasiya vasitələri “yeni sovet insani” tərbiyə etmək istiqamətində çalışırdı. Odur ki, keçmişin dəyərləri üzərindən xətt çəkilərək yeni bədii ideya cəhətdən vahid siyasi xəttə uyğun yaradıcılıq metodlarından istifadə olunurdu. Karel Çapek kimi görkəmli yazıçıların yaradıcılığı demək olar ki, ədəbiyyat tarixindən çıxarılmışdır. Müasir modernist və avanqardist cərəyanlar tənqid edilir, Qərb mədəniyyəti ilə əlaqələr yox dərəcəsində idi.
Mədəniyyət sahəsində mülayimləşmə yalnız 1950-ci illərin sonu – 60-cı illərin əv- vəllərində baş verdi. 1948-ci ildə Nobel mükafatı olan Yaroslav Zeyfert bu sahədə nüfuzlu və məşhur çex şairi kimi qələm yoldaşların xalqın əsl vicdan olmağa çağırdı. Yaşlı nəslin nümayəndələri V.Rjezaç, V.Nezvalın yaradıcılığında hərbi və antifaşist mövzular ön planda idi. Tədricən bədii yaradıcılıqda sosialist realizmi bərqərar oldu ki, bu da sonradan mədəniyyətin ümumi vəziyyətinə neqativ təsir göstərdi.
“Real sosializm” dövründə müxalifət və dissident mədəniyyəti ancaq Qərbdə səs gətirə bilərdi. Odur ki, Çex respublikasının gələcək prezidenti Vatslav Qavelin pyesləri məhz ilk dəfə Qərbdə işıq üzü gördü. Bundan əlavə Milan Kunder, Boqumir Qrabl kimi yazıçıların tək- rarolunmaz əsərləri də məhz orada çap edilmişdir. İctimai rəyin müxalif islahatçı istiqamətini filosoflar Yan Patoçka, Karel Kosik, tarixçi Vatslav Çernınin əsərləri təmsil edirdi.
Mühacirətdə 1950-ci ildən başlayaraq ABŞ-da “Azad Çexoslovakiya Şurası”, Kanadada Slovakların Dünya konqresi fəaliyyət göstərirdi. 1956-cı ildən Parisdə Pavel Tiqridin başçılığı altında “Şəhadətnamə” (“Svidetelstva”), Romada Y.Pelikanın buraxdığı “Vərəqlər” (“Listı”) jurnalları ətrafında intellektual elita cəmləşmişdir. Mühacirət təmsilçiləri ölkə daxilində təqib edilən müxalifətin çex və slovak yaradıcı ziyalılarına maddi kömək göstərirdilər.
Xaricdə çalışan çex kinorejissoru Miloş Formanın “Tutuquşu yuvası üzərində uçuş” (“Polet nad qnezdom kukuşki”), “Amadeus” kinofilmləri dünyada şöhrət qazanmışdır. Çexoslovak kinomatoqrafiyasında yenilikçi rejissorlar Yirji Mentsela, Verı Xitilova, Yuraya Qertsa, Yuraya Yakubisko, Ştefana Uqra və b. xüsusilə fərqlənirdilər.
1945-ci ildən sonra Çexoslovakiyada ölkənin qəhrəmanlıq tarixindən bəhs edən rejissor K.Steklının “Sirena” bədii filmi tezliklə məşhurlaşdı. Ölkədə İkinci Dünya müharibəsindən bəhs edən kinofilmlər meydana gəlməyə başladı. 1958-ci ildəki rejissor İ.Sekvensik “Qa- ranlıqdan qaçış” (“Beqstvo iz teni”), 1962-ci ildə İ.Novakın “Göy səma” (“Zelyonıe qori- zonti”) və Z.Brınixin “Cənnətdən daşınma” (“Transport iz raya”) kinofilmləri buna misaldır.
Slovak rejissorları M.Qollı 1970-ci ildə “Mis qala” (“Mednaya başnya”) İ.Rejuxa 1972- ci ildə “Olduqca saf oğlanlar” (“Vpolne poryadoçnıe parni”), Ş.Uqer 1975-ci ildə “Uzun gecə, uzun gün” (“Bolşaya noç, bolşaya den”) kinofilmləri yaratdılar. Y.Marvan, F.Smolik, İ.Kaçirkova, V.Fialova, İ.Bek, V.Brodski, M.Vaşariova və b.aktyorların şöhrəti bütün ölkədə və dünyada yayılmışdır. Təkcə, 1976-cı ildə “Barrandov-film” kinostudiyası 68 tam metrajlı bədii film çəkmişdir.
Slovak opera sənətçiləri Qabriela Benyaçkova, Edita Qruberova, Peter Dvorski bütün dünayaya səs salmışdır. Müasir bəstəkarlardan Petr Eben və Svatopluk Qavelkinin yaradıcılığın ayrıca qeyd etmək yerinə düşər.
Müasir heykəltaraşlıq əsərlərindən 50-ci illərdəki Praqanın Jijkov dağındakı rəssam Y.Manesunun Yanu Jijke abidəsini, Karel Pokornının Slavyan adasındakı yazıçı Bojene Nemtsovanın heykəlini, V.Makovskinin “Yeni əsir” kompozisiyasını misal göstərmək olar. Bir çox çex və slovak ustaları Y.Vaqnerin Praqadakı Ali bədii-sənaye uçilisinin emalatxana- sından keçmişlər. Slovak heykəltaraşı V.Kompanekinin yaradıcılığı başdan-başa xalq adət-
ənənələri ruhundadır.
Müharibədən sonraki memarlıq nümunələrindən Z.Aleks, F.Ledererin Brnodakı bey- nəlxalq maşınqayırma yarmarkası kompleksini, K.Qubaç və Z.Patrmanın Yeşted dağındakı telegüllə və mehmanxana binalarını D.Kuzma, Y.Yankoviçin Banska-Bistritsadakı Slovak milli üsyanına həsr etdiyi abidəni nümunə kimi göstərmək olar.
1970-80-ci illərdə K.Filsak, Y.Şvetsin Praqadakı “İnternasional” mehmanxanası, Y.Xauskrextin Bratislavadakı “Forum” mehmanxanasını, V. və V.Maxoninlərin “Kotva” Pra- qa univermağını ən yaxşı memarlıq abidələri kimi misal çəkmək olar. 1970-ci ildə Praqa met- rosunun birinci xətti zəngin vestibül mozaikası ilə işə düşdü. A.Tesar, Y.Latsko, İ.Slamenin layihəsi əsasında Bratislavaya Dunay üzərindən 431 m uzunluğunda dəmir asma körpü salındı. Müharibədən sonra bir sıra çex və slovak memarlıq inciləri yenidən bərpa edildi. Y.Fraqnerin layihəsi əsasında Praqa Universitetinin “Karolinum” böyük akt zalı, F.Tsubr, Y.Qrubı, Z.Pokornının başçılığı ilə Praqa Qradında Sv.Yirji monastrı, Bratislav Qradı, Slo- vakiyadakı Banska-Ştyavnitsa tarixi şəhər kompleksi yenidən bərpa edildi.