Bolqarıstanınsiyasihayatı. Birinci Dünya müharibəsinin sonuna doğru Bolqarıstan ağır siyasi və sosial-iqtisadi böhranla üzləşdi. XX yüzilliyin ikinci onilliyində Bolqarıstanın iştirak etdiyi Balkan müharibələri və Birinci Dünya müharibəsi ölkəni gücdən salaraq siyasi və sosial-iqtisadi böhranı daha da dərinləşdirdi. İnflyasiya tüğyan edirdi. Dövlətin adambaşına borcu iki min lev həddində idi. İqtisadiyatın dövlət tənzimləməsindən heç bir müsbət nəticə
əldə edilmədi, xalqın güzaranı pisləşməkdə davam edirdi. İqtisadi böhran Bolqarıstanda sosial ziddiyyətləri kəskinləşdirdi, ölkəni etiraz dalğaları bürüdü.
1917-ci ilin Oktyabrında Rusiyada silahlı üsyan vasitəsilə bolşeviklərin hakimiyyətə gəlməsi nəticəsində bolqar ordusunda Bolqarıstan Fəhlə Sosial Demokrat Partiyası (sıx sosialistlər) və Bolqarıstan 6kinçi Xalq İttifaqı üzvləri tərəfindən müharibə əleyhinə aparılan təbliğat artdı, rumın cəbhəsində bolqar və rus əsgərlərinin qardaşlaşması baş verirdi. 1918-ci ilin martına qədər 40 min əsgər və 800 zabitin məhkəməyə verilməsinə, onlardan 450 nəfərin ölüm cəzasına məhkum edilməsinə baxmayaraq orduda itaətsizlik artırdı. Hadisələr yaxın- laşan fəlakətin çox ciddi olduğunu göstərirdi. Hökumətin qarşısında müharibə qurtarmamış ondan çıxmaq və eyni zamanda Moraviya, Makedoniya və Dobrucada tutulmuş əraziləri Bolqarıstana qatmaq kimi əslində həllolunmaz vəzifələr dururdu. Bununla yanaşı, 1918-ci ildə Brest-Litovskdə Dördlər İttifaqı ilə Sovet Rusiyası arasındakı danışıqlar da heç bir ümidin olmadığını göstərirdi. Bolqarıstanın Şimali Dobrucaya olan iddiaları Almaniya tərəfindən də qəbul edilmədi.
Brest-Litovsk danışıqlarının nəticəsi V.Radoslavov hökumətinin taleyini həll etdi, 1918- ci ilin iyununda çar Ferdinand Demokrat partiyanın lideri A.Malinovu Baş nazir, Radikal partiyanın rəhbəri S.Kosturkovu onun müavini təyin etdi. Bu ölkəni ağır vəziyyətdən xilas edə bilmədi.
1918-ci ilin payızında Bolqarıstan ordusunun bir sıra hərbi hissələrində üsyanlar başladı. Bu üsyanlardan ən böyüyü və əzamətlisi 1918-ci il sentyabrın 15-17-də Antanta qoşunları tərəfindən Dobro-Pole rayonunda Saloniki cəbhəsi yarıldıqdan sonra əsgərlərin başladıqları Vladay üsyanı idi. Makedoniya cəbhəsi hissələrinin müharibədən yorulmuş, ac, yarıçılpaq bolqar əsgərləri BFSDP-nin üzvü İ.Dmitrovun başçılığı altında vuruşan ordunun qərargahı yerləşən Küstendil şəhəri istiqamətində yürüşə başladılar və sentyabrın 24-dən 25- nə keçən gecə baş qərargahı dağıdaraq, Çar hökumətini devirmək və müharibə səbəbkarlarını cəzaladırmq üçün Sofiyaya doğru hərəkət etdilər.
1918-ci il sentyabrın 25-də Baş nazir A.Malinov çar Ferdinanda belə bir məlumat verdi ki, müharibə uduzulmuşdur, Antanta qoşunları komandanlığına barışıq imzalanması haqqında təklif verildi. A.Malinovun kabineti paytaxtın müdafiəsinin təşkilinə dair tədbirlər gördü. Hökumətin sədri A.Malinov üsyançıları döyüş mövqeyinə qaytarmağa inandırmaq məqsədilə müharibə əleyhinə təbliğat apardıqlarına görə 1915-ci ildə həbs edilmiş B6Xİ-nin liderləri Aleksandr Stambolskini (1879-1923) və Rayko Daskalovu (1886-1923) həbsxanadan burax- dırdı. Azad olunduqdan sonra A.Stambolski Küstendil şəhərinə, R.Daskalov isə üsyançıların fəaliyyətini əlaqələndirən əsgər komitəsi yerləşən Radomir şəhərinə gələrək üsyançıların tərəfinə keçdilər.
1918-ci il sentyabrın 27-də üsyan etmiş əsgərlərin tələbi ilə B6Xİ-nin liderləri A.Stambolski və R.Daskalov Bolqarıstan Respublikasının yarandığını elan etdilər. Sentyabrın 28-də üsyançıların ön dəstələri Sofiya şəhərinin 15 kilometrliyindəki Vladay kəndinə çatdı. Üsyançılar paytaxtı döyüşsüz təslim etmək haqqında hökumətə ultimatum təqdim etdilər,
lakin tələbləri yerinə yetirilmədi. Sayı 30 mindən artıq olan inqilabi qoşunlar paytaxtın lap yaxınlığında idilər, halbu ki, Sofiya qarnizonunun sayı cəmi 500 nəfərdən ibarət idi. Üsyançılar sentyabrın 29-30-da paytaxta hücum etsələr də ağır silahları olmadığı üçün buna nail ola bilmədilər.
Üsyan səbəbi ilə Antanta ölkələri Bolqarıstana qarşı hərbi əməliyyatları dayandırmağa tələsdi və sentyabrın 29-da Salonikdə Bolqarıstan ilə barışıq müqaviləsi imzaladı. Bu tələsikliyə səbəb Antanta ölkələrinin Rusiya hadisələrinin Bolqarıstanda təkrarlanmasından ehtiyat etməsi idi. Sentyabrın 30-da hökumət qoşunları və köməyə gəlmiş alman hərbi birləş- mələri üsyançı qoşunları Sofiyadan geri oturtdular. Elə həmin gün üsyançı qoşunlar Vladay kəndində darmadağın edildi. Oktyabrın 2-də Radomir şəhəri işğal edildi və üsyan iştirakçı- larına amansız divan tutuldu. Üsyanın yatırılması zamanı 3 min nəfərdən çox adam öldürüldü. Üsyanın məğlub olma səbəblərindən biri möhkəm inqilabi rəhbərliyin olmaması idi, belə ki, BFSDP üsyanın əhəmiyyətini lazımca qiymətləndirmədi və üsyana başçılıq etmədi. B6Xİ-ni liderləri Aleksandr Stambolyski və Rayko Daskalov, üsyanı çar Ferdinandın hakimiyyətindən kənar edilməsi ilə məhdudlaşdırmaq fikrində idilər. Vladay əsgər üsyanı məğlub olsa da, bu üsyan 1917-1918-ci illərdə Bolqarıstanda olmuş inqilabi hadisələrin ən yüksək nöqtəsi idi və Bolqarıstanın müharibədən çıxmasını sürətləndirdi.
1918-ci ilin sentyabrında imzalanmış barışığa əsasən Antanta qoşunları Bolqarıstana daxil oldular. Bolqarıstan az sayda sərhəd qoşunları istisna olmaqla öz ordusunu tərxis etməyi, silahlarını və işğal etdiyi ərazini müttəfiqlərə verməyi öhdəsinə götürürdü. Salonik barışığının gizli maddəsi, Bolqarıstanı işğal etməkdən başqa, Antanta dövlətlərinə ölkənin
ərazisindən, nəqliyyat və rabitə vasitələrindən, limanlardan hərbi məqsədlər üçün istifadə etmək hüququnu da verirdi ki, bu da əslində Bolqarıstanın təslim olması demək idi. İşğalçılar ciddi senzura yaratdılar, ölkədəki inqilabi hərəkat və Sovet Rusiyası haqqında materiallar nəşr etməyi qadağan etdilər, bir çox rəhbər vəzifələrə mürtəce generallar və zabitlərin təyin edildiyi bolqar ordusu üzərində nəzarət qoydular.
Antanta ölkələrinin Bolqarıstana münasibətdə monarxiyanın gözdən düşmüş nüfuzunu bərpa etmək məqsədilə hakim dairələr Bolqarıstanın Almaniya tərəfindən müharibəyə sövq edilməsində çar Ferdinandı müqəssir hesab edərək, onu qurban verdilər. Ölkəni 30 ildən çox idarə etmiş çar Ferdinand 1918-ci il oktyabrın 3-də oğlu Borisin (1894-1943) xeyrinə taxtdan
əl çəkdi və Bolqarıstandan birdəfəlik getdi. Tam adı Boris Klement Robert Mariya Piy Sta- nislav Saksoburqqotski olan III Boris 1894-cü il yanvarın 30-da Sofiya sarayında doğul- muşdur. Birinci Dünya müharibəsinin iştirakçısı kimi 1916-cı ildə podpolkovnik, 1918-ci ildə general-mayor rütbəsini almışdır. 1918-ci il oktyabrın 3-dən Bolqarıstanın çarı elan edilən III Boris Birləşdirici 1923-cü il 9 iyun, 1934-cü il 19 may çevrilişlərinin xeyir-duasını şəxsən vermişdir. İkinci Dünya müharibəsində Roma-Berlin-Tokio ilə əməkdaşlıq edərək Cənubi Dobrucanın Krayov sazişi ilə Bolqarıstana verilməsini təmin etmişdir. 1941-ci ildə Bol- qarıstanın Neyi sülhünə əsasən 1919-cu ildə itirdiyi tarixi Makedoniya ərazisi Egey dənizinə çıxışı ilə birlikdə ona qaytarıldı. Dəfələrlə A.Hitlerlə görüşməsinə baxmayaraq SSRİ-yə müharibə elan etməmiş və Şərq cəbhəsinə bolqar qoşunlarını göndərməmişdir. Həmçinin almanlar tərəfindən icbari işlərə səfərbər edilən 50 min bolqar yəhudini xilas etmişdir. 1943- cü il avqustun 28-də Sofiyada Şərqi Prussiyada A.Hitlerlə görüşdükdən bir neçə gün sonra rəsmi məlumata əsasən infaktdan vəfat etmişdir.
Çar III Boris və yeni hökumət inqilabi hərəkatı boğmaq və Bolqarıstanın Balkanlarda antisovet hərbi meydanına çevirmək siyasəti yetirməyə başladılar. Antantanın planlarına görə Bolqarıstan Sovet Rusiyası əleyhinə silahlı müdaxilədə iştirak etməli idi. Fransız, ingilis və italyan işğalçı qoşunlarının ölkəyə daxil olması Bolqarıstanda daxili vəziyyəti daha da kəskinləşdirdi. İşğalçılar ən mühüm strateji dəmir yollarını, Qara dənizdəki Varna və digər limanları tutdular, rabitə vasitələri üzərində nəzarət qoydular və siyasi həyata müdaxilə edə- rək, fəhlə hərəkatı ilə mübarizədə Bolqarıstanın hakim dairələrinə kömək etdilər. İşğalçıların ağalıq etməsi bolqar xalqı içərisində getdikcə artan qəzəb hissi oyadırdı.
A.Malinovun geniş koalisyon hökuməti cəmi bir ay fəaliyyət göstərə bildi. Cənubi
Dobruca məsələsini Bolqarıstanın xeyrinə həll edə bilmədiyindən və bu ərazi Rumıniyaya verildiyindən A.Malinov istefaya çıxdı. Onu həmin vəzifədə əvəz etmiş Xalq partiyasının lideri T.Teodorov Tərəqqipərvər-Liberal partiyasını da ölkənin idarə etməsinə cəlb etmək he- sabına hökumət koalisiyasını genişləndirdi. B6Xİ-nin liderlərinin də hökumət koalisiyasında iştirak etməkdə əsas məqsədi gələcəkdə dövlət hakimiyyətini öz əllərinə almaq idi. 1919-cu ildə siyasi məhbuslara amnistiya elan olunduqdan sonra həmin ilin mayında T.Teodorovun kabinetinə daxil edilmiş A.Stambolski hökumətdə B6Xİ-nin nümayəndələrinin artırılmasına nail olmağa cəhd göstərirdi. Lakin 1919-cu ilin mayında təşkil edilmiş T.Teodorovun ikinci koalision hökumətində B6Xİ-na əlavə portfellər verilmədi.
1919-cu ilin avqustunda müharibədən sonra birinci dəfə olaraq Bolqarıstan Xalq məclisinə parlament seçkiləri keçirildi. Seçkilərdə B6Xİ qalib gələrək parlamentdə 85, BKP
47, BFSDP (birləşmiş) – 38, Demokrat Partiyası – 28, Xalq Partiyası – 19 və Tərəqqinərvər- Liberal Partiya – 8 yer aldı. Çar III Boris yeni hökumətin təşkilini A.Stambolskiyə həvalə etdi. B6Xİ parlamentdə səs çoxluğuna malik olmadığından A.Stambolski Xalq partiyası və Tərəqqipərvər-Liberal partiya ilə danışıqlar apararaq 1919-cu il oktyabrın 6-da yeni hö- kumətin təşkilini başa çatdırdı. Sülh müqaviləsinin imzalanması bu hökumətin üzərinə düşdü.
Bolqarıstan nümayəndə heyəti hazırlanmış müqavilənin layihəsini 1919-cu il sentyabrın 19-da aldı. Layihəyə baxılmaq üçün bolqar tərəfinə 25 gün vaxt verilmişdi, lakin onlar bu müddətin 2 aya qədər uzadılmasına nail oldular. Bu müddətdə Bolqarıstan tərəfi müxtəlif vasitələrdən istifadə edərək qalib dövlətlərdən müqavilənin şərtlərinin yumşaldılmasına nail olmağa çalışsalar da heç bir güzəştə nail ola bilmədilər. 1919-cu il noyabrın 13-də Bolqarıstan nümayəndə heyəti müqavilənin Bolqarıstan üçün ədalətsiz olmasına baxmayaraq onu qəbul etdiyini bildirməyə məcbur oldu. Lakin nümayəndə heyətinin rəhbəri T.Teodorov müqviləni imzalamaqdan imtina etdi və bu işi Baş nazir A.Stambolski yerinə yetirdi. 1919-cu il noyabrın 27-də Parisin ətrafı Neyi qəsəbəsində imzalanmış bu müqavilə Versal sülh müqavilələri sisteminin tərkib hissələrindən biri olub, şərtləri Bolqarıstan üçün fəlakətli dərəcədə ağır idi. Bu sənədə əsasən Bolqarıstan ərazisinin ondabir hissəsini, o cümlədən Rumıniyaya verilən Cənubi Dobrucanı, Yunanıstana verilən Egey dənizinə çıxışı ilə birlikdə Qərbi Frakiyanı, Yuqoslaviyanın tərkibinə daxil edilmiş Bolqarıstanın qərbindəki Strumia şəhərini, Bosileqrad və Çaribroqu, Kulski dairəsinin bir neçə kəndini itirdi. 37 il müddətində Bolqarıstan qalib dövlətlərə 2,25 milyard qızıl frank dəyərində təzminat ödəməyə, 70 min baş mal-qara, 250 min ton daş kömür verməyə borclu idi. Bolqarıstanın silahlı qüvvələri 20 min nəfər həddində ola bilərdi. Bolqarıstan işğalçı qoşunları saxlamaq üçün bütün məsrəfləri ödəməli, ölkənin iqtisadiyyatı isə İngiltərə, Fransa və İtaliya nümayəndələrindən ibarət ittifaqlararası komis- siyanın nəzarətinə tabe edilirdi.