30-cu illarda Bolqarıstanın siyasi hayatı. “Xalq Bloku” 1931-ci ilin iyununda keçi- rilmiş parlament seçkilərində 150 yer aldı. Demokratik Saziş bloku isə cəmi 78 mandata sahib oldu. A.Lyapçev hökuməti əvəzinə hakimiyyətə A.Malinovun kabineti gəldi. Bu hökumət “Xalq Bloku”nda birləşmiş müxalifətçi burjua partiyalarının nümayəndələrindən təşkil edilmiş koalisyon hökumət idi. Bu hökumətdə mühüm vəzifələri Demokratik partiyanın nü- mayəndələri tutdu. 1931-ci ilin okyabrında Xalq Məclisinin sədri seçilən A.Malinovu Demok- ratik patiyanın üzvü N.Muşanov əvəz etdi. “Xalq Bloku” hökumətinin hakimiyyəti iqtisadi böhran illərinə düşdüyündən, onun əsas vəzifəsi iqtisadi böhranın dərinləşməsinə yol verməmək idi. Hökumət, ilk növbədə xırda mülkiyyətin qorunması sahəsinə xüsusi diqqət verirdi. Kəndlilərin dövlətə olan borclarının silinməsi istiqamətində xeyli iş gördü.
Müvafiq qanunvericilik aktları vasitəsilə hökumət borca görə torpağın satılmasını dayandırdı və dörd hektar həcmində olan təsərrüfatları ayrılmaz elan etdi. Mülklərin bir hektarından torpaq vergisinin alınmasını dayandırdı. Xalq Bloku hökuməti Lyapçev hökuməti tərəfindən yaradılmış taxıl məhsullarının alınması və ixracı üzrə inhisar hüququ olmayan dövlət müəssisəsi kimi Direksiyanı saxladı və eyni zamanda zərurət yaranarsa ərzaq məh- sullarının qiymətlərini tənzimləyən 6rzaq məhsulları komissarlığı yaratdı. 6ksinə, Xalq Bloku hökuməti komministlərə qarşı cəza tədbirlərini daha da gücləndirdi, kommunistlər və tərəqqipərvər xadimlər əleyhinə bir sıra məhkəmə prosesləri başladı. 1932-ci ilin oktyabrında hökumət Fəhlə partiyasının gizli keçirilən qurultayının bütün nümayəndələrini həbsə aldı. Nəticədə Xalq Bloku hökuməti kütlələr arasında öz nüfuzunu getdikcə daha çox itirdi. 1933- cü ilin aprelində hökumət, Fəhlə partiyasından olan deputatlarının bolqar parlamentindən xaric edilməsi haqqında Xalq Məclisinə qərar qəbul etdirdi. Bunun ardınca hökumət G.Dmitrovu müdafiə etmək üçün keçirilən mitinqləri qadağan etdi. G.Dmitrova vətənə
qayıtmağa icazə vermədi və onu bolqar vətəndaşlığından məhrum etdi. G.Dmitrov sovet vətəndaşlığına qəbul edildi və 1946-cı ilə qədər SSRİ-də sığınacaq tapdı. Xalq Bloku hökumətinin fəaliyyətini çətinləşdirən ən başlıca fakt ölkəni əhatə etmiş bürokratiya və korrupsiyanın baş alıb getməsi idi. Bolqarıstanın siyasi qüvvələrinin çoxu (Xalq Bloku hökuməti dövründə Bolqarıstanda rəsmi qeydiyyatdan keçmiş 40 partiya var idi) yeganə çıxış yolunu mövcud olan siyasi sistemin köklü şəkildə dəyişdirilməsində görürdü.
Sağtəmayüllü qüvvələr ölkədə güclü avtoritar dövlət hakimiyətinin yaradılmasını və bolqar cəmiyyətinin milli ideya ətrafında birlşdirilməsini təbliğ edirdi. Nəticədə radikal əhval- ruhiyəli zabitlər və ziyalılar 1932-ci ildə “Zveno” jurnalı ətrafında birləşərək “yeni iqtisadi formalara və funksiyalara malik bir cəmiyyət” yaratmaq istiqamətində fəaliyyətə başladılar. Beləliklə, faşist tipli, Nasiona-sosialist hərəkatı və “Zveno” təşkilatı yarandı. 1934-cü il mayın 18-dən 19-na keçən gecə Hərbi İttifaq və 1932-ci ildə yaradılmış “Zveno” siyasi təşkilatının birgə hazırladığı dövlət çevrilişi baş tutdu. Xalq Bloku hökuməti devrildi və hakimiyət palkovnik Kimon Georgiyevin başçılığı altında hərbi dairələrin əlinə keçdi. Çevriliş ağrısız baş verdi, əhali çevrilişə passiv yanaşaraq, hadisələri kənardan müşahidçi rolunda seyr etdilər. K.Georgiyev hökuməti (Georgiyev həm də 6dliyyə naziri postunu tuturdu) Bolqarıs-
tanın dövlət-siyasi sisteminin yenidən qurulması proqramını işləyib hazırladılar ki, bunun da
əsasını ölkədə mərkəzləşdirilmiş avtoritar dövlət yaradılması ideyası tuturdu. 6halini öz tərəfinə çəkmək üçün hökumət bir sıra islahatlar keçirməyə söz verdi. Kəndlilərə kredit vermək və aqrotexniki yardım təşkil etməklə geniş kömək edilməsi, fəhlələrə işsizliyin ləğv edilməsi vədləri verildi. Bu vədlərin böyük əksəriyyəti yerinə yetirilmədi, bəziləri isə qismən həyata keçirildi. 1934-cü ilin avqustunda qəbul edilmiş “borcluların vəziyyətini yaxşılaşdır- maq və krediti sağlamlaşdırmaq haqqında” qanun kənd yoxsullarına və sənətkarlara aid edilmədi, hökumətn ayırdığı kreditlər isə varlı kəndli təsərrüfatlarına verilirdi.
Parlamentin təşkilinə qədər K.Georgiyevin kabineti qanunvericilik funksiyasını da öz üzərinə götürmüşdü. Bolqarıstan Konstitusiyasına görə (Bu konstitusiya hələ 1879-cu ildə qəbul edilmiş Tırnovo konstitusiyası adlanırdı) “Dövlət üçün daxili və xarici təhlükə yara- narsa” nazirlər kabinetinə fərman və sərəncam vermək hüququ verilirdi. Hökumət konstitu- siyasının 47-ci maddəsindən istifadə edərək 1934-cü ilin iyununda vermiş fərmanla siyasi partiyaların və təşkilatların fəaliyyətini qadağan etdi. Ölkənin mərkəzdən idarə olunmasını gücləndirmək məqsədilə K.Georgiyevin kabineti ərazi-inzibati islahat keçirdi, ölkədə 16 dairə
əvəzinə 7 vilayət və 2552 kənd icması əvəzinə 837 icma yaradıldı. Kənd icmalarına rəhbərlik faktiki olaraq mərkəzi idarə tərəfindən təyin olunan və ona tabe olan kənd ağsaqqallarına həvalə edildi. Hökumət spirt, duz, tütün, benzin istehsalı və satışını öz inhisarı altına aldı. 1934-cü il mayın 19-da dövlət çevrilişi nticəsində hakimiyyətə gəlmiş qüvvələr arasında yaratdıqları “yeni dövlətdə” monarxiya institutunun yeri məsələsində fikir ayrılığı və parçalanma yarandı. Hərbi ittifaqda üç cərəyan – monarxiya tərəfdarları, anti-monarxiyaçılar və mötədillər meydana gəldi.
K.Georgiyevin və onun tərəfdaşlarının Bolqarıstanda monarxiya idarə üsulunun zəiflə- dilməsi və “yeni dövlət” yaratmaq cəhdi sonda K.Geogiyevin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələndi. 1935-ci il yanvarın 23-də təşkil edilmiş yeni kabinetə general P.Zlatev başçılıq etdi. Qısa müddətdə – 1935-ci ilin yanvar-oktyabr aylarında ölkədə hökumət dəyişikliyi baş verdi. Bu “keçici hökumətlər” çar III Borisin monarxiya-faşist diktaturasının qurulması üçün lazımi şərait yaratdılar. Çar III Boris 1935-ci ilin aprelində A.Toşevi hökumətin başçısı təyin etdi. Oktyabrda ölkənin siyasi həyatı yenidən qarışdı. A.Toşev kabineti də istefa verdi. 1935- ci ilin noyabrında çar dəftərxanasının rəisi Q.Koseivanovun başçılığı altında yeni hökumət təşkil edildi. Q.Koseivanov hökumətinin görəcək işlər haqqında hazırladığı Bəyannamə olduqca dağınıq idi. Bəyannamədə özündən əvvəlki A.Toşev hökumətinin hazırladığı yeni konstitusiyanın qəbulu, parlament seçkilərinin keçirilməsi öhdəlikləri öz əksini tapmamış, bunlar ölkədə vəziyyəti sabitləşdirmək, “bütün sağlam qüvvələri birləşdirmək” kimi ümumi sözlərlə əvəz edilmişdir. Ölkədə 1935-ci ilin iyununda əlavələr və dəyişikliklər edilmiş siyasi partiyaların və təşkilatların fəaliyyətinin qadağan edilməsi haqqında 1934-cü il 14 iyun
fərmanı qüvvədə qalırdı. Lakin bu ölkənin siyasi qüvvələrinin 1936-cı ilin ortaları üçün yeni- dən qruplaşmasının qarşısını ala bilmədi. Bu qruplaşmanın ifrat sağ qanadını Xalq Sosialist hərəkatı, “Vətən Müdafiəsi” və başqa partiyalar tuturdu. Onları ehtiyatda olan zabitlər, dövlət qulluçuları, ayrı-ayrı gənclər qrupu müdafiə edirdilər.
İfrat solları BKP (tesniyaklar) və Fəhlə partiyası təmsil edirdilər. Hökumətin cəza tədbirləri nəticəsində bu zaman həmin partiyalar xeyli zəifləmişdilər. 1936-cı ilin sonlarında ikili üzvlük sistemi tətbiq edən Fəhlə partiyasının sıralarında 7 min nəfər var idi ki, onların da 4 min nəfərə yaxını BKP-ni təmsil edirdi. Kominternin konqresinin qərarı ilə əlaqədar BKP öz taktikasında dəyişiklik etdi, BKP (tesniyaklar) MK-nın VI plenumu Q.Koseivanov hökumətini çara yaxın zabitlərin dəstəklədiyi faşist diktaturası kimi səciyyələndirərək parti- yanın “bütün antifaşist qüvvələrlə” əməkdaşlığa hazır olduğunu bildirdi. Plenumun qətna- mələri Xalq cəbhəsinin platformasının əsasını təşkil etdi ki, bura da Tırnovo konstitusiyasının bərpası, parlament seçkilərinin keçirilməsi, 1934-cü il mayın 19-dan sonra qəbul edilmiş fərmanların ləğv edilməsi, Konstitusiyanın bərpasına maneə törədən təşkilatların baxılması tələbləri daxil idi.
1936-ci ilin mayında B6Xİ– “Vrabça-1” D.Qiçevin başçılığı ilə, BFSDP (b)-nın K.Pastuxovun rəhbərliyində olan qanadı, B.Smilovun Milli-Liberal partiyası, Q.P.Qenovun Radikal partiyası, A.Lyapçevin Demokratik Saziş partiyaları “beşlik” adlanan koalisiya yaratdılar. Koalisiya 1936-cı ilin iyununda çar Borisə ölkədə konstitusiya-parlament sistemini bərpa etmək tələbi ilə müraciət etdi. Nəticədə Q.Koseivanovun hökuməti yenidən təşkil edildi, hökumətin tərkibinə A.Sankovun sədr olduğu Milli ictimai hərəkat adlı partiyanın iki nümayəndəsi də daxil edildi. Q.Koseivanov hökuməti çarın əlində oyuncaq bir hökumət idi. Çar III Boris onun tərkibini 5 dəfə dəyişdirmişdi, bütün hakimiyyət çarın və saray adamlarının
əllərində cəmləşmişdir.
Hökumətin daxili siyasəti mürtəce siyasət idi. Hökumət 1936-cı ildə tətiləri qadağan edən qanun verdi və qanunda da siyasi fəaliyyətdə olanların cinayət məsuliyyətinə cəlb edilə bilməsini nəzərdə tutan dəyişikliklər edildi. 1937-ci ilin yanvarında hökumət namizədliyini irəli sürmüş hər bir şəxsdən “qadağan edilmiş təşkilatların üzvü və mövcud rejimin əleyhinə olmadığı” haqqında ərizə verilməsini tələb edən yeni mürtəce seçki qanunu hazırladı. 1937-ci ilin oktyabrında seçki qanununda dəyişiklik edildi. Bu qanuna görə icma şuraları ümumi tərkibin yalnız 50 faizini seçirdi, digər yarısı isə hökumət tərəfindən təyin edilirdi. 1937-ci ilin mayında Q.Koseivanov hökumətinin IV kabineti, 1938-ci ilin yanvarında V kabineti təşkil edildi.
1938-ci ilin martında Xalq Məclisinə keçirilən seçkilərdə BKP, BFSDP, B6Xİ və burjua partiyalarının bəzi mütərəqqi qruplarından təşkil edilmiş Konstitusiya İttifaqı vahid namizədlər siyahısını irəli sürdü. Seçkilərdə hökumət koalisiyası qalib gələrək 160 mandat yerindən 97-ni, Konstitusiya İttifaqı isə 63 yer aldı. Parlamentin işə başlaması ilə əvvəlki siyasi sistemə qayıdış baş vermədi. Xalq Məclisi 1934-cü il mayın 19-dan sonra verilmiş fərmanların çoxunu qəbul etdi. Monarxa parlamentin razılığı olmadan hökuməti təyin etmək, onun təqdim etdiyi qanunlar layihəsini qəbul etmədikdə parlamenti buraxmaq səlahiyyətləri verildi. Beləliklə, çar bütün hakimiyyəti öz əlində cəmləşdirməyə nail oldu ki, bu da Bolqarıstanda monarxiya idarə üsulunun qurulması anlamına gəlir.