Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə114/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   110   111   112   113   114   115   116   117   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Demokratik Saziú rejimi. 1923-1931-ci illar. 1923-cü il 9 iyun çevrilişindən sonra Xalq
Sazişi təşkilatının lideri A.Sankovun başçılığı altında yaradılmış hökumətdə hərbi qüvvələr, daxili və xarici işlər naziri kimi mühüm vəzifələri Hərbi İttifaqın liderləri tuturdular. Hökumətin tərkibinə B6Xİ və BKP nümayəndələri istisna olmaqla demək olar ki, bütün partiyaların nümayəndələri daxil oldular. A.Sankov kabineti öz vəziyyətini möhkəmləndirmək məqsədilə, Bolqarıstan üçün ənənəvi olan metodlardan istifadə edirdi. Hökumət, ilk növbədə yerli hakimiyyət orqanlarında “təmizləmə” apardı. Nahiyə upravları və nahiyə rəisləri vəzi- fələrinə başlıca olaraq Hərbi İttifaqa sədaqətli ehtiyatda olan zabitlər təyin edildilər. A.Sankov hökuməti yerli özünüidarə orqanlarını (icma şuraları) üç nəfərdən ibarət təyin edilmiş komissiyalarla əvəz etdi. Belə analoji tədbiri vaxtı ilə A.Stambolski kabineti də tətbiq etmişdi. Cəmiyyətdə öz nüfuzunu qoruyub saxlamaq məqsədi ilə Hərbi İttifaq və Xalq Sazişi liderləri dağınıq siyasi qüvvələri birləşdirmək və bir güclü hakim partiya yaratmaq qərara aldılar. 1923-cü ilin avqustunda Xalq Sazişi, Birləşmiş Xalq-Tərəqqi partiyası, Demokratik və Radikal-Demokratik partiyaları Demokratik Saziş adlı yeni siyasi təşkilatın yaradılması haqqında protokol imzaladılar. Hökumət koalisiyasına daxil olan BFSDP və Milli-Liberal partiyalar bu təşkilata daxil edilmədilər. Bir müddətdən sonra Milli-Liberal partiyası hökumət koalisiyasından da kənarda qaldı. B6Xİ və BKP ölkənin siyasi həyatından sıxışdırılıb çıxa- rıldı. Bunun üçün A.Sankov hökuməti bütün repressiya tədbirlərindən geniş istifadə edirdi ki,
1923-cü il sentyabr üsyanından sonra repressiyalar daha da artdı.
Dövlət çevrilişinin hakimiyət böhranı yaratdığını bildirən BKP (tesnyaklar) MK 1923- cü il avqustun əvvəllərindən hakimiyyəti ələ keçirmək və fəhlə-kəndli hökuməti qurmaq məqsədilə A.Sankov hökuməti əleyhinə üsyana hazırlaşmaq haqqında qərar qəbul etdi. Bundan xəbər tutan polis ilk addım ataraq 1923-cü il sentyabrın 12-də 2 minə yaxın kom- munisti həbs etdi. Üsyan sentyabrın 22-23-nə təyin olunmasına baxmayaraq qeyri-mütəşəkkil başladı. Starozaqor dairəsində üsyan vaxtından əvvəl, sentyabrın 19-da, bəzi rayonlarda vaxtından gec başladı. Sofiya, Plovdiv, Persnik, Sliven və başqa böyük fəhlə mərkəzlərində üsyan lap əvvəldən yatırılmışdı. Üsyanın başlanması ərəfəsində polis Sofiyada inqilabi komitə üzvlərinin hamısını həbsə ala bildiyi üçün paytaxtda hərəkat başsız qalmışdı.
Üsyan şimal-qərbi Bolqarıstanın Vraçan və Vidin dairələrində daha yaxşı təşkil edil- mişdi. Burada hərəkata G.Dmitrov, V.Kolarov və Q.Qenovun başçılıq etdikləri Baş inqilabi komitə rəhbərlik edirdi. Üsyan sentyabrın 22-də başlandı, hökumət üsyançılara qarşı qoşunlar göndərdi. A.Sankov hökuməti Antantanın gizli razılığı ilə ehtiyatda olan zabitləri səfərbərliyə aldı ki, bu Neyi müqaviləsinin şərtlərini pozmaq demək idi. 1923-cü il sentyabrın 27-də PK
(b) P MK Siyasi Bürosu üsyançılara yardım etmək haqqında qərar qəbul etdi. Bu zaman hökumət qüvvələri Baş inqilab komitəsinin yerləşdiyi Ferdinand (Mixaylovqrad) şəhərinə daxil oldular, sentyabrın 29-da demək olar ki, üsyan yatırıldı. Hökumət qüvvələrinin hücumu altında üsyançıların bir hissəsi dağlara və meşələrə çəkildi, digər hissəsi isə bolqar-serb sərhəddini keçərək qonşu ölkələrə getdi. Üsyançılara amansız divan tutuldu, qeyri-rəsmi məlumata görə 5 min nəfərə yaxın üsyançı öldürüldü, minlərlə adam həbsxanaya salındı. 1924-cü ilin əvvəlində qəbul edilmiş “Dövlətin müdafiəsi haqqında” qanuna əsasən BKP və onu digər təşkilatlarının fəaliyyəti qadağan edildi.
Ölkədə yaranmış gərginliyi aradan qaldırmaq məqsədilə 1923-cü il noyabrın 18-də parlament seçkiləri keçirildi. Seçkilərdə “Demokratik Sazişi və BFSDP (b) koalisiyası qalib gəldi və Xalq məclisində 200 yerə sahib oldular. Milli-Liberal partiyası, BKP (tesnyaklar) hər biri 8, B6Xİ isə 29 yer qazandı. 1924-cü ilin əvvəllərində Demokratik saziş və BFSDP (b) koalisiyası dağıldı. Buna səbəb sosial-demokratların əlavə nazir postlarına olan iddialarının ödənilməməsi oldu. BFSDP (b) öz nümayəndəsini hökumətdən geri çağıraraq müxalifətə keç- diyini bəyan etdi. Həmçinin A.Sankov hökuməti Daxili Makedoniya İnqilab Təşkilatının (DMİT) simasında öz müttəfiqini itirdi. Buna səbəb bu təşkilatın xarici siyasi fəaliyyətini hö- kumətin məhdudlaşdırmağa cəhd etməsi oldu. 1924-cü ilin martında DMİT-in bir sıra rəh- bərləri həbs edildi. Buna cavab olaraq DMİT MK-sı A.Sankov hökumətinə öz etirazını bil- dirərək, Vyanada SSRİ nümayəndəliyi ilə aparılan danışıqlarda “serb, yunan və həm də bolqar hökumətinə” qarşı mübarizəni qəti şəkildə gücləndirəcəyi haqqında üzərinə öhdəlik götürdü
və bu 1924-cü il dekabrın 29-da imzalanmış xüsusi bəyannamədə öz əksini tapdı. Eyni zamanda Demokratik Saziş hökuməti həlli çətin olunan daxili problemlərlə də qarşılaşdı. 1924-cü ilin fevralında S.Kosturkov başda olmaqla Radikal-Demokratik partiyasının bir sıra üzvləri Demokratik Saziş təşkilatından çıxdılar.
Bununla yanaşı, Bolqarıstanda “inqilabi böhranın” kəskinləşməsi haqqında fikri həqi- qətə uyğun deyildi, çünki ölkədə vəziyyətin stabilləşməsinin bütün əlamətləri göz qabağında idi. A.Sankov hökumətinin təşəbbüsü ilə 1924-cü ildə sosial təminat haqqında, 1925-ci ildə məşğulluq haqqında qanunlar qəbul edildi. Bu qanunlarda bədbəxt hadisələrə, xəstəlik, analıq məzuniyyəti, əlillik və qocalığa görə, həmçinin işsizlərə yardım üçün xüsusi fondların yara- dılması nəzərdə tutulurdu. Fondların yaradılmasın sosial müdafiə sisteminin formalaşmasında mühüm addım oldu. İqtisadi yüksəliş, sosial sahədə hökumətin gördüyü tədbirlər əhalinin həyat səviyyəsinin yülksəlişinə səbəb oldu. Real gəlir 1921-ci ildə 1912-ci il göstəricilərinin 81 faizini təşkil edirdisə, 1925-ci ildə bu göstərici 118 faiz təşkil edirdi. Bu, sözsüz ölkədə ictimai əhval-ruhiyyənin yüksəlişinə təsir etməyə bilməzdi.
Lakin BKP (tesniyaklar) və Kominternin İcraiyyə Komitəsi Bolqarıstanda vəziyyətin normallaşdığı haqqında məlumatları inkar edirdi. Partiyanın Hərbi təşkilatı fəal surətdə yeni üsyana hazırlıq görməyə başladı. BKP (tesnyaklar)-nın Hərbi təşkilatı Sovet hökumətinin köməyi ilə Sevastopoldan, Vyana və İstanbuldan silah əldə etdi. Bolqarıstanın Nazirlər kabi- netindən, Daxili işlər nazirliyindən və Hərbi nazilikdən məxfi məlumatlar əldə etmək məq- sədilə geniş kəşfiyyat şəbəkəsi yaratdı, döyüş dəstələri formalaşdırdı və s. Moskva ilə birbaşa
əlaqələrin yaranması ilə hərbi təşkilatın məsul işçiləri müstəqil fəaliyyət göstərə bilərdilər.
1924-cü ilin payızında hərbi təşkilat və onun təşkil etdiyi çətələr, yəni partizan dəstələri təxribatçılıq və terrorçuluq fəaliyyətinə başladılar. Üsyana başlamaq üçün hər hansı bir zəmin olmadığından BKP rəhbərliyi və Kominternin İcraiyyə Komitəsi üsyanı 1925-ci ilin yazına keçirməyə məcbur oldu. 1925-ci ilin martında RK (b)P MK-nın Komissiyası və Kominternin İcraiyyə Komitəsinin Rəyasət Heyəti bolqar məsələsinə dair xüsusi qətnamə qəbul etdi və bolqar kommunistlərinə tövsiyə etdi ki, fəaliyyətlərini “zəhmətkeşlərin vaxtı çatmış maraqla- rının müdafiəsinə” yönəltsinlər. Qətnamə çox gec atılan bir addım oldu, ona görə ki, artıq ter- ror maşını işə düşmüşdü. Belə ki, 1925-ci ilin aprelində BKP (tesnyaklar)-nın Hərbi təşkilatı bir sıra terror aktları törətdi. Aprelin 13-də iki sui-qəsd törədildi, bunlardan biri çar Borisə, digəri Hərbi İttifaqın yaradıcılarından biri general Kostu Georgiyevə qarşı. Çar xilas ola bildisə də, K.Georgiyev öldürüldü. Növbəti böyük sui-qəsd aprelin 16-da Sofiyadakı “Mü- qəddəs Nedeliya” kilsəsində törədildi. Həmin gün A.Sankov başda olmaqla hökumət üzvləri kilsədə idilər, bu sui-qəsd nəticəsində 160 nəfər adam öldü.
Hökumət terrora qarşı terrorla cavab verdi. Qısa bir müddətdə təqribən 13 min nəfər həbs edildi. “Müqəddəs Nedeliya” kilsəsində törədilmiş qəsdin təşkilatçılarından üç nəfəri tu- tularaq dar ağacından asıldı. Yüzlərlə fəhlələr məhkəməsiz və istintaqsız güllələndi, cəza dəs- tələrinin öz miqyasına görə misli görünməmiş azğınlığı başladı. Bu dövrdə çoxlu inqilabçı kommunistlər məhv edildilər, bolqar kommunistləri ilə əməkdaşlıq edənlər də çoxlu itkilər verdilər.
Buna cavab olaraq Komintern və ona tabe olan Kommunist partiyaları Bolqarıstandakı “ağ terrora” qarşı beynəlxalq mübarizəni gücləndirdilər. Bu işdə beynəlxalq aləmdə tanınan və böyk nüfuza malik dünyanın intellektual elitasının tanınmış nümayəndələri Anri Barbyus, Roman Rollan, Bernard Şou və başqaları yaxından iştirak edirdilər. Özünü nüfuzdan salmış Bolqarıstan hökuməti xaricdən istiqraz almaq və gələcəkdə fəaliyyətini davam etdirmək imkanını itirdi. A.Sankovun fəaliyyərsiz Xalq məclisini buraxmaqla hakimiyyətdə qalmaq cəhdi də heç bir nəticə vermədi, yalnız fövqəladə hallarda toplanan Xalq Məclisinin Ağsaq- qallar Şurası 1925-ci ilin dekabrında A.Sankov hökumətinə etimadsızlıq göstərdi. Bolqar bur- juaziyası “həddindən artıq açıq” A.Sankovu daha çevik siyasi xadimlə əvəz etməyi məqsədəuyğun hesab etdi.
1926-cı ilin yanvarında formalaşdırılmış yeni Demokratik Saziş hökumətinə A.Lyapçev başçılıq etməyə başladı. Hökumət proqramının mahiyyətini “barışıq və mərhəmət” devizi
təşkil edirdi. A.Lyapçev hökuməti, ilk növbədə, əvvəlki hökumətin repressiyalarının mənfi nəticələrinin aradan qaldırılması tədbirlərinə başladı. 1926-cı ilin fevralında amnistiya haq- qında qanun qəbul edildi və bu qanuna əsasən 7 min nəfər həbsdən azad edildi, sialhlı qüv- vələr naziri postunu öz əlində saxlamış İ.Vılkovun təşəbbüsü ilə çar III Boris 1923-1925-ci illərdə hərbi-səhra məhkəmələri tərəfindən mühakimə olunanların əfv edilməsi haqqında bir neçə fərman imzaladı.
Kabinet dövlət vəzifələrində çalışan istefada olan zabitləri mülki şəxslərlə əvəz etdi. Eyni zamanda ordu üzərində nəzarəti öz üzərinə götürməyə çalışan hökumət bu vəzifənin icrasını İ.Vılkova tapşırdı. Bu işi həyata keçirərkən İ.Vılkov zabit heyətinin orta təbəqəsinin müqaviməti ilə üzləşdi və onlar 1928-ci ildə Gizli Hərbi İttifaq (GHİ) yaratdılar. 1927-ci ilin mayında A.Lyapçev hökuməti parlament seçkiləri keçirdi. Seçkilərdə ilk dəfə 1927-ci ildə yaradılmış fəhlə partiyası – əslində qeyri-leqal fəaliyyət göstərən BKP iştirak etdi. Parla- mentdə 273 yerdən 168 mandat yerini Demokratik Saziş hökuməti aldı.
Demokratik Saziş blokunun çoxluq təşkil etdiyi Xalq Məclisi hökuməti müdafiə edirdi. Parlament hökumət tərəfindən 1927-1929-cu illərdə təqdim edilmiş 182 qanun layihəsindən 145-ni təsdiq etdi. A.Lyapçev hökuməti özünün əsas diqqətini başlıca olaraq ölkənin iqtisadi və xarici siyasət sahəsindəki problemlərin həll edilməsinə yönəltmişdir. Hökumət Millətlər Cəmiyyətinin qərarına əsasən 1926-cı ilin sonlarında amerikan, ingilis və fransız bankları ilə müqavilə bağlayaraq Bolqarıstanda sığınacaq tapmış qaçqınlara yardım məqsədi ilə 2,4 milyon funt sterlinq və 5 milyon dollar istiqraz aldı. Həmçinin 1928-ci ildə Bolqarıstanda baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaq üçün xaricdən yenə də əlavə istiqraz alındı. Bu borclar hökumətə maliyyə sistemini stabilləşdirməyə və büdcə kəsirini azaltmağa imkan verdi. Bununla belə, Demokratik Saziş hökumətinin daxilində ziddiyyətlər kəskinləşdi, A.Sankovun tərəfdarları ayrıca fraksiya yaratdılar. 1930-cu ildə hökumət yenidən təşkil edil- di, A.Sankov həmin hökumətdə Maarif naziri portfelinə yiyələndi. Demokratik saziş blokunda fikir ixtilaflarının artması ilə əlaqədar müxalifət qüvvələrinin birləşməsi baş verirdi. Bunun
əsas təşəbbüsçüsü Demokratik partiya idi. Xalq bloku adlanan bu koalisiyaya B6Xİ- “Vrabça-1”, S.Kosturkovun başçılıq etdiyi Radikal partiyası, Q.Petrovun başçılıq etdiyi Milli- Liberal partiyasının bir hissəsi daxil oldular.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin