Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə116/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   112   113   114   115   116   117   118   119   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

1919-1939-cu illarda iqtisadi inkiúaf. 1919-1939-cu illərdə Bolqrıstan aqrar ölkə idi və kənd təsərrüfatının əsasını xırda torpaq mülkiyyəti təşkil edirdi. 1920-ci ildə ölkədə 4847 min nəfər əhali yaşayırdı ki, 1940-cı ildə də onların sayı artaraq 6676 min nəfərə çatdı. 6hali nüfuzunun 1920-ci ildə 81,1, 1936-cı ildə isə 78,6 faizi kənd yerlərində yaşayanlar idi. Bolqarıstanın ərazisi isə 1919-1939-cu illərdə 103,1 min kv. km olduğu halda, 1940-cı ildə ona birləşdirilən Cənubi Dobruca hesabına artaraq 110,8 min kv. km oldu.
Bolqarıstanın kənd təsərrüfatında taxıl məhsulları istehsalı əsas yer tutmaqla bərabər texniki bitkilər, tütün, pambıq, şəkər çuğunduru becərilməsinin əhəmiyyəti artırdı. Ölkə ixracatının əsas hissəsini kənd təsərrüfatı məhsulları təşkil edirdi ki, milli gəlirin üçdə iki hisəsi də onun payına düşürdü. Kənd təsərrüfatında xırda mülkiyyət forması, yəni sahibkarlıq
üstünlük təşkil edir və artırdı. Məsələn, 1926-1934-cü illərdə 2 hektardan 10 hektara kimi olan torpaq sahələri 60,7-dən 62,3faizə yüksəlmiş, 30 hektardan çox əkin sahələri isə bu vaxt
ərzində 0,6 faiz aşağı düşmüşdür. Başqa bir tərəfdən xırda və orta kəndli təsərrüfatları iqtisadi çətinliklərin meydana gəlməsinə şərait yaradırdı. Bolqarıstanda kənd təsərrüfatı əsasən ekstensiv yolla inkişaf edirdi. Aqrotexniki səviyyənin aşağı olması, torpaqsız kəndlilərin sayının artması buna şərait yaradırdı. 1926-cı ildə ölkənin hər 8,5 min nəfər kənd əhalisinə bir traktor düşürdü ki, bu da kənd təsərrüfatı əkin sahələrinin hələ də əsasən maşınlarla deyil, kotanlarla becərildiyini göstərir.
1919-cu ildə Xalq Məclisi hökumət tərəfindən təklif edilmiş Konsorsium adlanan qanun qəbul etdi. Bu Konsorsium üzərinə taxıl və taxıl məhsullarını sabit qiymətlərlə istehsalçılar- dan və kooperativlərdən alaraq ixrac etmək vəzifəsi qoyulmuşdu. Konsorsiumun əldə etdiyi gəlirin 90 faizi hesabına kənd təsərrüfatının və kooperativ hərəkatının inkişaf fondu yara- dılması nəzərdə tutulurdu.
Hökumət tərəfindən təqdim edilmiş və 1921-ci ilin aprelində Xalq Məclisi tərəfindən qəbul edilmiş qanunlardan biri aqrar islahat haqqında (torpaq üzərində əmək mülkiyyəti) qanunudur. Qanuna görə torpağın şəxsi əməyi ilə becərə bilənlər arasında bölüşdürülməsi nəzərdə tutulurdu. Torpağı becərənlər üçün mülkiyyət hüququ ailə başına 30 hektar, becər- məyənlər üçün adambaşına 4, ailə üzrə 10 hektar idi. A.Stambolski hökuməti aqrar islahatı hıyata keçirə bilməzdi. Torpaq əmək mülkiyyəti fonduna nəzərdə tutulmuş 225 min hektar
əvəzinə cəmi 35 min hektardan bir az çox torpaq sahəsi daxil olmuşdur.
Bolqarıstanda sənaye istehsalı 1920-30-cu illərdə tədricən inkişaf etməkdə idi. 1923-cü ildən 1929-cu ilə qədər altı il ərzində sənaye istehsalı 88 faiz artmışdı. Yeyinti və toxuculuq sənayenin əsas sahələri olaraq qalırdı. Sənayenin inkişafına şərait yaradan əsas amil dövlətin 1931-ci ildən həyata keçirdiyi proteksionist siyasət idi. İri sənaye müəssisələri zəruri avadanlığı gömrüksüz ixrac etmək və güzəştli vergi vermək hüququna malik idi ki, 1926-cı ildə belə müəssisələr 854-ə çatdı.
Sənayenin sabit inkişafı çox da uzun sürmədi, dünya iqtisadi böhranı 1929-cu ilin ikinci yarısında Bolqarıstanı da əhatə etdi. İl yarım ərzində kənd təsərrüfatı məhsullarının qiyməti iki dəfə aşağı düşdü, kəndlilərin dövlətə, müxtəlif kredit müəssisələrinə borcları xroniki hal almağa başladı. Bu borclar 1929-cu ildə 4 milyard lev təşkil edirdisə, 1932-ci ildə bu rəqəm 7,6 milyarda çatmışdı. 80 faizdən çoxunun kənd təsərrüfatı istehsalında məşğul olduğu əha- linin alıcılıq qabiliyyəinin aşağı düşməsi bilavasitə sənayenin bir sıra sahələrinə, ilk növbədə yeyinti sənayesinə ağır zərbə vurdu. Sənaye istehsalının həcmi 1929-cu illə müqayisədə 1930- cu ildə 15, 1933-cü ildə isə 35 faiz aşağı düşdü. Sənayedə məşğul olan işçilərin sayı 1929-cu illə müqayisədə orta hesabla 3-7 faiz aşağı idi. Böhran ölkənin toxuculuq, kauçuk, sellüloz- kağız kimi sənaye sahələrindən yan keçdi.
Ümumiyyətlə, bəhs edilən dövrdə Bolqarıstanın iqtisadi həyatında dövlətin tənzimləyici rolunun artmasına baxmayaraq inhisar birliklərinin inkişafında durğunluq baş verdi. Proteksionist siyasəti təftiş edilərək 1936-cı ildə rəsmi surətdə ləğv edildi. Bolqarıstan rəhbər- liyinin yeritdiyi siyasət nəticəsində ölkənin xarici ticarət sahəsində Almaniyaya üstünlük verilməsi önə çıxdı. Belə ki, 1929-cu illə müqayisədə 1934-cü ildə Almaniyaya ixrac edilən məhsullar 22-dən 40 faizə qədər yüksəldi, Almaniyadan ölkəyə idxal edilən mallar müvafiq olaraq 30-dan 43 faizə artdı. 1919-1939-cu illərdə Bolqarıstanı yeniləşdirmək məqsədilə atılan bütün addımlara baxmayaraq, ölkə bütün xırda əmtəə istehsalının üstünlük təşkil etdiyi sosial, siyasi və iqtisadi çətinliklərin çulğalaşdığı aqrar dövlət kimi yoluna davam edirdi.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin