Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə123/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   119   120   121   122   123   124   125   126   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

BXR-nın xarici siyasati. İkinci Dünya müharibəsindən sonra beynəlxalq münasibətlərin inkişafında yeni mərhələ başladı ki, qarşıda duran əsas vəzifələrdən biri dinc tənzimlənmə məsələlərini həll etmək idi. Bu məqsədlə, Qalib dövlətlər belə bir razılığa gəldilər ki, hər bir məğlub dövlətlə sülh müqaviləsini onunla müharibə aparmış və barışıq imzalamış dövlətlər imzalayacaqdır. Razılaşmaya müvafiq olaraq 1947-ci il fevralın 10-da Bolqarıstanla sülh müqaviləsi imzalandı və sentyabrın 15-də qüvvəyə mindi. Müqavilənin girişində müharibə vəziyyətinə son qoyulmasından bəhs edilir və müttəfiqlərin Bolqarıstana BMT-yə daxil olmağa kömək etməsi nəzərdə tutulurdu. Nəticədə, 1955-ci ilin dekabrında Bolqarıstan BMT- yə qəbul olundu. Sosializmin dünya sisteminə çevrilməsi nəticəsində SSRİ-nin beynəlxalq mövqeyi daha da möhkəmləndi və Sovet dövləti Şərqi Avropa ölkələrinə, o cümlədən Bolqarıstana beynəlxalq aləmdə kömək göstərirdi.
Odur ki, Bolqarıstanın müdafiəçisi rolunu oynayan SSRİ və qonşu Yuqoslaviya ilə
əlaqələrin intensiv inkişaf etdirilməsinə Bolqarıstan xüsusi önəm verirdi. 1944-cü ilin payızında Bolqarıstan və Yuqoslaviya arasında yuqoslav-bolqar cənubi slavyan federasiya- sının yaradılması məsələsinə həsr olunmuş danışıqlar başlandı. 1947-ci il 30 iyul – 1 avqustda baş tutan hökumətlərarası danışıqlarda bir neçə saziş imzalandı, həmçinin dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin şərtləri hazırlandı.
1948-ci ilin yanvarında G.Dmitrov xarici jurnalistlər qarşısında Şərqi Avropanın bütün “xalq demokratik” ölkələrinin federasiyasının yaradılması perspektivləri və gömrük birliyinin yaradılması haqqında bəyanatla çıxış etdi. Bəyanatda göstərilirdi ki, buraya Kommunist partiyasının rəhbərliyi altında partizan dəstələrinin qələbə qazanacağı təqdirdə Yunanıstan da qoşula bilərdi. Bu hadisə, həmçinin Bolqarıstan və Yuqoslaviya rəhbərliyinin digər fəaliyyətləri fevralın 10-da Moskvada keçirilən üçtərəfli müşavirədə müzakirə olundu. Nəticədə, xarici siyasi məsələlərdə qarşılıqlı məsləhətləşmələrə dair sovet-yuqoslav və sovet- bolqar protokolları imzalandı.
İ.Stalin müşavirədə Bolqarıstanın və Yuqoslaviyanın təxirə salınmadan vahid federa- siyada birləşmələrini təklif etdi. Lakin Yuqoslaviya KP MK-nın Siyasi Bürosunun fevralın 19-da keçirilən iclasında İ.Broz Tito bu ideyanı rədd etdi. 1948-ci ilin ortalarında Yuqosla- viyanın SSRİ və qonşu ölkələrlə, həmçinin Bolqarıstanla münasibətləri kəsildiyindən cənubi slavyan federasiyasının yaradılması haqqında məsələ birdəfəlik tarixə qovuşdu.
1948-ci ilin martında Bolqarıstan SSRİ ilə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə bağladı. Buna görə tərəflər düşmən koalisiyalarda iştirak etməməli, qar- şılıqlı maraq doğuran bütün beynəlxalq məsələlər üzrə məsləhətləşməli və beynəlxalq hüquq prinsipləri əsasında əməkdaşlıq etməli idi. Bu müqavilə qarşılıqlı razılıq əsasında sonradan artırılma şərti ilə 20 il müddətində imzalanmışdır. 1947-ci ilin dekabrında Bolqarıstanla Albaniya arasında, 1948-ci ilin yanvarında Bolqarıstanla Rumıniya, 1948-ci ilin aprelində Bolqarıstanla Çexoslovakiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilələr imzalandı. Bununla da sosialist ölkələrinin əməkdaşlığı həmin müqavilələr
əsasında həyata keçiilməyə başladı.
1973-cü ilin iyulunda BKP MK Plenumu “BXR-də inkşaf etmiş sosializm mərhələsində SSRİ ilə hərtərəfli əməkdaşlığın və yaxınlaşmaını əsas istiqamətləri” təsdiq etdikdən sonra T.Jivkov elan etdi ki, Bolqarıstan və Sovet İttifaqı “vahid orqanizm” kimi fəaliyyət göstə- rəcəkdir. Bununla belə, bu dövrdə Bolqarıstanın partiya və dövlət rəhbərliyi daxili və xarici siyasətdə, xüsusilə regional siyasətdə sərbəst və müstəqil fəaliyyəti ilə diqqəti cəlb edirdi.
1946-cü ildə Bolqarıstanın Yunanıstanla münasibətləri normallaşdı. 1969-cu ilin oktyabrında bağlanan bolqar-türk sazişinə əsasən 1969-1979-cu illərdə, 10 il ərzində Bolqarıstandan Türkiyəyə daimi yaşamaq üçün 50 minə yaxın etnik türk köçürüldü. Bolqa- rıstanla Yuqoslaviya arasında münasibətlər uzun müddət gərgin olaraq qalırdı. Bunun başlıca səbəbi Makedoniya məsələsi deyilən məsələ ilə bağlı idi. 1963-cü ilin mart plenumunda BKP MK faktiki olaraq Makedoniya Xalq Respublikasını tanıdı və bildirdi ki, Priney Makedo- niyasının əhalsi bolqar millətinin ayrılmaz tərkib hissəsidir, Yuqoslaviyanın bu ərazini Makedoniya milli azlığı elan etməsi BXR-in daxili işlərinə kobud şəkildə qarışması deməkdir.
1968-ci ildə Bolqarıstan Elmlər Akademiyasının Tarix İnstitutu “Makedoniya məsələsi” adlı arayış hazırlayaraq təsbit etdi ki, Makedoniya Respublikasının əhalisinin üçdə iki hissəsi “öz mənşəyi etibarilə” bolqarlardan ibarətdir. Yuqoslaviya tərəfindən tələb edildi ki, “tarixi həqiqətlərin saxtalaşdırılmasını dayandırsın, Priney vilayətinə olan hər hansı iddialarından imtina etsin, orada yaşayan əhaliyə özünün milli mənsubiyyətini azad surətdə müəyyən etmək və bildirmək hüququ verilsin”. 1980-cı ildə İ.Broz Titonun ölümündən sonra bolqar-yuqoslav münasibətlərində yaxınlaşma hiss olundu, 80-ci illərin əvvəllərində iki ölkə arasında ticarətin həcmi xeyli artdı, sərhəd şəhərlərində dostluq mitinqləri təşkil edildi və s.
60-cı illərin ortalarında Bolqarıstan Qərbi Avropa ölkələri ilə əlaqələrini genişlən- dirməyə başladı. 70-ci illərdə AFR, Finlandiya, İtaliya, Böyük Britaniya, Fransa, Hollandiya və başqa ölkələr ilə iqtisadi və elmi-texniki əməkdaşlığa dair sazişlər bağlandı.
Bolqarıstanın xarici siyasətinin mühüm istiqamətini inkişaf etməkdə olan ölkələrlə
əlaqəlrinin möhkəmləndirilməsi təşkil edirdi. İnkişaf etməkdə olan ölkələrdən biri olan Liviya SSRİ vəADR-dən sonra Bolqarıstanın üçüncü ticarət tərəfdaşı idi. Bolqarıstan beynəlxalq aləmdə nüfuzunu möhkəmlətmək məqsədilə 70-ci illərdə dəfələrlə müxtəlif beynəlxalq forumlar keçirmək təşəbbüsü ilə çıxış etdi. Bolqarıstan 1981-ci ildə Sofiyada yüksək səviyyədə balkan ölkələri rəhbərlərinin görüşünü keçirməyi, Balkanları nüvə silahından azad bölgəyə çevirmək məsələsini müzakirə etməyi təklif etdi.
80-cı illərin əvvəllərində BXR 116 dövlətlə diplomatik, 112 dövlətlə ticarət və 132 dövlətlə mədəni əlaqələr saxlayırdı. Lakin belə geniş əlaqələrə baxmayaraq Bolqarıstan 80-ci illərin əvvəllərində xarici siyasətdə çətikliklərlə üzləşməyə başladı. Bolqarıstan terror aktlarının törədilməsində, narkotik maddələrin və silahların gizli satışında-qaçaqmalçılıqda günahlandırılırdı. 1982-ci ildə ABŞ narkotik maddələrin istehsalı və satışı üzərində nəzarət məsələlərinə dair Bolqarıstanla əməkdaşlığı kəsdi. 80-ci illərin ortalarında Türkiyə ilə də münasibətlər kəskinləşdi. Sovet-bolqar münasibətlərində də “soyuqlaşma” baş verdi. Bu T.Jivkovun hakimiyyətinin süqutu ilə nəticələndi ki, bununla da Bolqarıstan tarixinin böyük bir mərhələsi başa çatmış oldu. 1980-ci illərin sonu – 90-cı illərin əvvəllərində Bolqarıstanda Kommunist partiyasının hakimiyyətinə son qoyuldu, ölkədə çoxpartiyalı sistem yarandı, bazar iqtisadiyyatına və demokratiyaya əsaslanan cəmiyyət quruculuğuna başlandı.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin