Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə126/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   122   123   124   125   126   127   128   129   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Yuqoslaviya dövlatinin iqtisadiyyatı. Serb-Xorvat-Sloven dövləti 12 milyon nəfərə qədər əhalisi olan 248 min kvadrat kilometrlik bir ərazidə yerləşmişdi. Onun sərhədləri 1919- 1920-ci illərdə Sen-Jermen, Neyi, Trianon və Rapalla müqavilələri əsasında müəyyən edilmişdi. Serb, xorvat, sloven krallığına aşağıdakı cənub slavyan torpaqları: Serbiya, Qaradağ, Makedoniyanın bir hissəsi, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Dalmasiya və Voyevodina daxil oldular. Bütün bu torpaqlar müxtəlif inkişaf səviyyəsində idi. Qaradağ, Bosniya və Herseqovina, Dalmasiya və Makedoniya ən geridə qalmış vilayətlər idi. Hələ 1848-1849-cu illər inqilab zamanı feodal təhkimçilik münasibətlərinin ləğv edildiyi Xorvatiya, Sloveniya və Voyevodina nisbətən inkişaf etmiş sənaye vilayətləri idilər.
1919-cu ilin əvvəlində ölkədə keçirilən pul islahatı əhalinin dərin narazılığına səbəb oldu. Belə ki, əvvəllər Avstriya-Macarıstanın tərkibinə daxil olan vilayətlərin əhalisi köhnə pullarını təzə serb dinarına dəyişdirərkən bir dinar müqabilində dörd avstriya kronu ödəməli idilər ki, bir dinarın alıcılıq dəyəri bir krondan belə aşağı idi.
Serb-Xorvat-Sloven krallığında daxili sosial-iqtisadi vəziyyətin kəskinləşməsi əhali arasında tətil və etiraz aksiyalarının artmasına gətirib çıxardı. 1923-cü ilin iyul və sentyabr aylarında Sloveniyanın Trbovl şəhərinin dağ-mədən işçiləri iki böyük etiraz aksiyası ke- çirdilər. 1922-1923-cü illərdə Dunay çayı fəhlələrinin, Slavinski Brodda vaqonquraşdırı- cılarının, 1923-cü ilin payızında Xorvatiya tikinti fəhlələrinin çıxışları daha mütəşəkkil idi.
İqtisadiyyatda aparıcı əsas yeri kənd təsərrüfatı ilə bağlı olan emaledici sahələr – yeyinti, toxuculuq, gön-dəri, tütün və ağac emalı sahələri tuturdu. Ağır sənayenin inkişafı çox zəif idi. Yalnız dağ-mədən sənayesi istisna təşkil edirdi. Qurğuşun, sürmə, sink, mis və s. ehtiyyatlarına görə Yuqoslaviya Avropada birinci, yaxud ikinci yer tuturdu. 6lvan metalların çıxarılması və əridilməsi daima artırdı. Lakin dağ-mədən sənayesinin çox böyük hissəsinə xarici kapital nəzarət edirdi və onun məhsulları xaricə aparılırdı. 20-ci illərdə Yuqoslaviyada hakim mövqeyi fransız və ingilis kapitalı tuturdu. 30-cu illərin ortalarında Almaniyanın kapital qoyuluşu sürətlə artmaqda idi. Ölkənin hərbi potensialını möhkəmləndirmək üçün Fransa və Çexoslovakiya tərəfindən verilmiş kreditdən, dəmir yollarının çəkilməsi üçün isə ABŞ kreditindən istifadə edilirdi.
Bəhs edilən dövrdə Yuqoslaviyanın nəqliyyat sahəsində mühüm irəliləyişlər baş verdi. Hökumət dəmir yol tikintisinə, su nəqliyyatı və şosse yollarına diqqəti artırdı. Dunay və Sava çayları ölkənin əsas su arteriyaları hesab olunurdu. Nəqliyyat vasitələrinin inkişafı Yuqoslaviyada ticarətin genişlənməsi üçün şərait yaradırdı. Daxili bazarla yanaşı ölkənin xarici ticarəti də əhəmiyyətli dərəcədə artmışdır. Kənd təsərrüfatı məhsulları, o cümlədən taxıl, meyvə, mal-qara və heyvandarlıq məhsulları, xammal ixracatda əsas yer tuturdu. Ölkəyə isə daha çox hazır sənaye məhsulları idxal olunurdu.
Müharibələrarası dövrdə Yuqoslaviya əsasən aqrar ölkə olaraq qalırdı. Ölkə əhalisinin 76%-dən çoxu kənd təsərrüfatında çalışırdı. Kütləvi kəndli həyəcanları nəticəsində Yuqoslaviyanın hakim dairələri aqrar islahatın həyata keçirilməsinə başladı. İslahatın həyata keçirilməsi illərlə uzandı və ilkin qərarların hazırlanmasından, yəni fevral 1919-cu ildən qanunun qəbul edilməsi, 1931-ci ilin iyuluna kimi davam etdi. 1919-cu ilin fevralında həyata keçirilən Aqrar islahat Bosniya, Herseqovina, Makedoniyada kəndlilərin ödənc müqabilində yarım təhkimli asılılıqdan azad olmalarına səbəb oldu. Lakin torpaq məsələsi həll edilmədi. Serb-Xorvat-Sloven dövlətinin 11 milyon kənd əhalisi, əsasən də serblər torpaq aldılar. İstismar edilən millətlərə aid olan kəndliləri təmsil edən xorvat, makedon, sloven, alban, macar kəndliləri bu bölgüdən kənarda qaldılar. İslahat həyata keçirildikdən sonra demək olar ki, bütün mülkədarlar öz mülklərini qoruyub saxladılar. Yalnız Habusburqların və başqa Avstriya və Macar torpaq maqnatlarının torpaqları müsadirə edilirdi. Yerdə qalan mülkədarlar Xorvatiyada 150-400 hektar, Voyevodinada 300-500 hektardan artıq olan torpaq payını böyük
pul kompensasiyası müqabilində dövlətə təhvil verirdilər. Bu onlar üçün daha əlverişli idi, ona görə ki, kəndlilər əvvəlki şərtlərdə mülkədarların normadan artıq olan torpaqlarında işləmək istəmirdilər.
İslahatdan sonra ölkədə çoxlu miqdarda xırda kəndli təsərrüfatları meydana gəldi. Bu təsərrüfatların üçdə iki hissəsinin əkin sahəsi 5 hektar təşkil edirdi. Kəndlilərin üçdə bir hissəsinin isə əkin pay torpaqları 5 hektardan az idi. 500 minə yaxın kəndlilərin pay torpaqları yox idi və onlar kənd təsərrüfatı fəhlələri hesab olunurdu. Torpaqların böyük bir hissəsi kilsələrə məxsus idi. Torpaq sahiblərinin 3 faizinin əlində 20 hektardan artıq torpaq sahəsi var idi ki, bu da bütün əkilən torpaqların 23 faizini təşkil edirdi. Bosniya və Herseqovina kəndliləri yalnız 1928-ci ildə feodal mükəlləfiyyətləri daşımaqdan azad edildilər və torpaqlar kəndlilərin istifadəsinə verilirdi. Keçmiş müsəlman mülkədarları əllərindən alınmış torpaq müqabilində dövlətdən pul konpensasiyası aldılar. Torpağı olmayan 250 min yuqoslav xaricə mühacirət etməyə məcbur oldu. İslahatdan sonra xırda kəndli təsərrüfatı üstünlük təşkil etməyə başladı. Bu islahat 20 ildən çox davam etdi, kəndlilərə az səmərəsi oldu, ancaq kənddə kapitalist münasibətlərinin inkişafına təkan verdi.
1929-cu il iqtisadi böhranı Yuqoslaviyadan da yan keçmədi. Bu iqtisadi böhrana Yuqoslaviya qabaqcıl qərb dövlətlərindən gec qədəm qoydu. Böhran kənd təsərrüfatı və sənayeni əhatə etdi. Yuqoslaviya iqtisadiyyatının əsası olan kənd təsərrüfatına böhran daha güclü təsir etdi. İqtisadiyyatda irəliləyiş yalnız 30-cu illərin ortalarından başladı və müharibə illərinə kimi davam etdi.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin