Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Yuqoslaviya Federativ Xalq Respublikası beynalxalq münasibatlar sisteminda



Yüklə 1,22 Mb.
səhifə134/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   130   131   132   133   134   135   136   137   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Yuqoslaviya Federativ Xalq Respublikası beynalxalq münasibatlar sisteminda. İkinci Dünya müharibəsi qurtarandan sonra yeni Yuqoslaviyanın beynəlxalq aləmdə nüfuzu daha da artdı. Ölkə BMT-nin yaradılmasında iştirak edən 50 dövlət sırasında idi. Yuqoslaviyanın SSRİ, Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri ilə beynəlxalq əlaqələri yüksək səviyyədə in- kişaf etməkdə idi. Bu ölkələrlə dostluq və qarşılıqlı yardım haqqında müqavilələr imzalan- mışdı.
Sosializm quruculuğu yolunu seçmiş Yuqoslaviyanın iqtisadi və sosial-siyasi sahələrdə həyatının dəyişməsi, bütün müxalifət qüvvələrini ləğv etməsi ABŞ və İngiltərənin mənfi reaksiyasına səbəb oldu. ABŞ Yuqoslaviya bankının qızıl ehtiyyatını qaytarmaqdan imtina etdi. Almaniyanın işğal edilmiş Qərb bölgəsində Yuqoslaviyadan qaçırılmış Dunay çay donanması saxlanıldı. “Soyuq müharibə”nin başlanması ilə əlaqədar ölkədən qaçan və gizli fəaliyyətə keçən ustaşlar və çetniklər qərb ölkələrindən siyasi və maddi yardım almağa başladılar. YFXR-in İtaliya ilə sərhədləri məsələsi çox böyük çətinliklə də olsa ədalətli həll edildi. SSRİ-nin fəal köməyi ilə yuqoslav əhalisinin çoxluq təşkil etdiyi və 1919-cu ildə Antanta tərəfindən İtaliyaya verilmiş İstriya yarımadası, Rieka şəhəri, Dalmasiyanın bir hissəəsi, Kvarner adaları YFXR-ə qaytarıldı. Müharibəyə qədər İtaliyaya məxsus olan Triyest və onun ətrafları Yuqoslaviya Xalq Azadlıq Ordusu tərəfindən 1945-ci ilin əvvəllərində azad edildi və uzun illər iki dövlət arasında mübahisələrə səbəb ərazi kimi qalmaqda davam etdi.
Yuqoslaviyanın xarici siyasət kursu 1948-ci ildə yuqoslav-sovet münaqişəsinin başlanması ilə əlaqədar kəskin surətdə dəyişdi. Onun baş verməsi xronologiyası beynəlxalq aləmdə SSRİ ilə ABŞ arasında qarşıdurmanın ciddi surətdə kəskinləşməsi və “soyuq mühari- bə”nin başlanması ilə eyni vaxta düşdü. 1947-ci ilin sentyabrında Polşada 9 kommunist partiyasının iştirakı ilə keçirilən müşavirədə kommunist informasiya bürosu (Kominform- büro) yaradıldı. Bu müşavirədə antihitler koalisiyasının dağılması və dünyanın qarşı-qarşıya duran iki hərbi-siyasi cəbhəyə parçalanması etiraf edildi. Beləliklə də, işğal zonalarına bölünmüş Almaniya problemi həll edilməmiş qaldı. ABŞ Avropadan getməyə hazırlaşmırdı.
Belə bir şəraitdə, Kremlin fikrinə görə, SSRİ-nin təsir dairəsinə daxil olan bütün dövlətlərin tam səfərbərliyi və yekdilliyi lazım idi. Bu addım Yuqoslaviya rəhbərliyinin tərəfindən heç də tam müdafiə olunmadı, çünki Yuqoslaviya Balkanlarda müəyyən mənada müstəqil siyasət yürüdürdü ki, bunun da məsuliyyətini Qərb Sovet İttifaqının üzərinə qoymuşdu. Bütün bunlara məhəl qoymayan Yuqoslaviya rəhbərliyi yuqoslav hərbi hissələrini
Albaniyaya yeritdi, vətəndaş müharibəsi illərində yunan partizanlarına kömək əlini uzatdı. Polşanın şimalından Yunanıstanın cənubuna qədər Mərkəzi, Cənub-Şərqi və Cənubi Avropa dövlətlərinin federasiyasını və ya konfederasiyasını yaratmaq haqqında 1948-ci ilin
əvvəllərində G.Dmitrov tərəfindən səsləndirilmiş ideya SSRİ-nin Avropada yenicə yaradılmış təhlükəsizlik zonasına təsirinin itirilməsi təhlükəsi yaratdı.
1948-ci ildə İ.Stalin və V.Molotovun bolqar və yuqoslav nümayəndə heyətləri ilə kəskin danışıqları keçirildi. Danışıqıarın gedişində Sovet tərəfi özünün Balkan müttəfiqlərindən xarici siyasi fəaliyyətlərinin Moskva ilə razılaşdırılmasını və ona sözsüz qulaq asmalarını tələb etdi. YKP MK-nın Siyasi Bürosunun 1948-ci il martın 1-də keçirilən iclasında İ.Tito qeyd etdi ki, YFXR və SSRİ arasında münasibətlər əslində çıxılmaz vəziyyətə düşmüşdür, biz iqtisadi və hərbi quruculuq sahəsində öz qüvvəmizə arxalanmalıyıq.
Bu haqda məlumat tezliklə Moskvaya çatdı. Martın 18-də Sovet hərbi müşavirləri, bir gün sonra isə mülki mütəxəssislər Yuqoslaviyadan geri çağrıldılar. Yazışmalar vasitəsilə münasibətələrin aydınlaşdırılmasının uzun yolu başlandı. 1948-ci ilin yayında Buxarestdə Kommunist məlumat bürosunun (Kominformun) müşavirəsində YKP rəhbərliyinin burjua millətçiliyi mövqeyinə keçməsində, fəhlə sinfinin və sosializmin mənafeyinə xəyanət etməkdə ittiham edilən qətnamənin qəbul edilməsi ilə başa çatdı. YKP-nin V qurultayına uğursuz müraciətdən sonra münaqişə çıxılmaz xarakter aldı.
SSRİ və xalq demokratik ölkələrindən təcrid olunmuş Yuqoslaviya rəhbərliyi özlərinin xarici siyasət səylərini qərb dövlətləri və qeyri-sosialist Balkan ölkələri – Yunanıstan və Türkiyə ilə münasibətlərin qaydaya salınmasına cəmləşdirdi. SSRİ Yuqoslaviya münasibətləri kəsildikdən sonra 1945-1953-cü illərdə Yuqoslaviyanın ABŞ və aparıcı Qərbi Avropa dövlətləri ilə əlaqələri ikitərəfli əməkdaşlıq əsasında inkişaf etdi. 1951-ci il noyabrın 14-də YFXR və ABŞ arasında hərbi yardım haqqında saziş imzalandı. Yenə həmin il ABŞ, Böyük Britaniya və Fransa ilə üçtərəfli yardım haqqında saziş bağlandı.
Yuqoslaviyanın müharibədə qələbəyə böyük töhfə verməsi onun əsas Qərb ölkələri ilə
əlaqələrinin normallaşmasına kömək edirdi. 1954cü ilin oktyabrına kimi Triyest ərazisində ABŞ və İngiltərə qoşunları qalmışdı. 1954-cü il oktyabrın 5-də İtaliya ilə Yuqoslaviya ara- sında imzalanmış sazişə əsasən Triyest şəhəri də daxil olmaqla ərazinin qərb hissəsi İtaliyaya, qalanı isə Yuqoslaviyaya verildi. Beləliklə, 1954-cü ildə İtaliya ilə münasibətlər nizama salındı,Triyest şəhəri və ətraf ərazi məsələləri sülh yolu ilə həll olundu. İş dalınca Yuqos- lavların getdiyi Avropa və Amerikanın bir sıra inkişaf etmiş ölkələri ilə YFSR arasında müqavilələr imzalandı.
1953-cü ilin martında İ.V.Stalinin ölümündən sonra SSRİ-nin xarici siyasət xəttinin dəyişilməsi nəticəsində Yuqoslaviya ilə münasibətlərdə mülayimləşmə hiss olunmağa başladı. Sovet hökuməti hər iki dövlət arasında səfirlikləri bərpa etməyi təklif etdi və bu qarşı dövlət tərəfindən qəbul edildi. Sovet İttifaqının hökumət nümayəndələri rəsmi olaraq 1955-ci ilin mayında Yuqoslaviyaya səfər etdilər, 1955-ci il iyunun 2-də sovet-yuqoslav Bəyannaməsi qəbul edilməsi ilə hər iki dövlət arasında qarşılıqlı əlaqələrin inkişafına yol açdı.
1955-ci ildə yüksək səviyyədə keçirilən sovet-yuqoslav danışıqları, həmçinin SSRİ və Yuqoslaviya rəhbərliyinin 1956-cı il Moskva danışıqları nəticəsində iki ölkə arasında münasibətlər nizama salındı. Ticarət-iqtisadi əlaqələrin uzunmüddətli bünövrəsi qoyuldu. 70- 80-ci illərdə SSRİ Yuqoslaviyanın idxalatında birinci yeri, xarici ticarət dövriyyəsində isə ikinci yeri tuturdu. 1964-cü ildən YSFR QİYŞ-da müşahidəçi statusunda iştirak edirdi. Bu dövrdə sovet-yuqoslav münasibətlərini bitərəfli qiymətləndirmək səhv olardı. Çünki Yuqoslaviya SSRİ-nin Macarıstana (1956), Çexoslovakiyaya (1968), 6fqanıstana (1979) müdaxiləsini birmənalı şəkildə tənqid edirdi. Yuqoslaviya ərəb-israil münaqişəsi zamanı ərəb ölkələri tərəfində durmuşdu və ABŞ-ın Vyetnam, Livan və Kubaya qarşı yürütdüyü siyasəti tənqid edirdi. Yuqoslaviya sərhəd qonşusu ölkələri ilə dostluq əlaqələri saxlayırdı.
50-ci illərin ortalarından başlayarq Yuqoslaviyanın xarici siyasət sənədlərində “bir- ləşməmək” ifadəsinə daha tez-tez rast gəlinir. İnkişaf etməkdə olan ölkələrin – Hindistanın və Misirin rəhbərləri ilə danışıqlar keçirildi, nəticədə İ.Tito, C.Neru və 6.Nasir tərəfindən NATO
və Varşava Müqaviləsi Təşkilatları və digər hərbi-siyasi ittifaqlara qoşulmamaq haqqında Brion Bəyannaməsi deyilən sənəd imzalandı. Bəyannamədə deyilirdi ki, bu üç ölkə həmin təşkilatlara qoşulmamaq haqqında öhdəlik götürür. 1961-ci ilin sentyabrında bloklara qoşul- mayan Asiya, Afrika, Latın Amerikası və Yuqoslaviya ölkələrinin dövlət və hökumət rəhbər- lərinin birinci konfransı keçirilən ilk şəhər Belqrad oldu. 1989-cu ildə Belqradda “üçüncü dünya” ölkələri deyilən ölkələrin dövlət və hökumət rəhbərlərinin sonuncu-doqquzuncu konfansı keçirildi. 80-ci illərin sonlarında Yuqoslaviya 100-dən çox ölkə ilə diplomatik və ticarət əlaqələri saxlayırdı.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin