İúğalolunmuúAvropadailkkütlaviüsyan.İşğal hakimiyyətinə qarşı silahlı müqavimət 1941-ci il aprelin sonu, mayın əvvəlində başlandı. Bu müqavimət Muxtar Xorvatiya dövlətinin tərkibinə daxil olan Bosniya və Herseqovinada xüsusilə güclü idi. Bosniya və Herseqovinada iyulun 27-də partizan müharibəsi başladı, Drvarda ustaşların ordusu darmadağın edildi. Toqquşmalar tezliklə Bosansko-Qraxov, Qlamoç, Vlasenitsa, Srebrenitsa və b. yerlərə yayıldı. Ustaşların cəza ekpedisiyaları Serbiya kəndlilərinin müqavimətilə qarşılaşırdı. Ustaşların hərəkətlərinə cavab olaraq millətçi serblər müsəlman bosniyalıları və xorvatları öldürdülər. Qardaş qırğını Hitler tərəfindən dəstəklənirdi, çünki müxtəlif konfesiyalara bölünmüş slavyanların kütləvi qırğını Üçüncü Reyxin planlarının həyata keçirilməsi üçün şərait yaradırdı.
SSRİ-nin müharibəyə daxil olması geniş mənəvi siyasi səs doğurdu, belə ki, slavyan- ların ənənəvi biriliyi məsələsi təkcə serblərdə deyil, serb, xorvat və sloven ziyalıları içərisində də müdafiə olunurdu. Sıralarında serblər, xorvatlar, slovenlər, Bosniya müsəlmanları olan Yuqoslaviya kommunistləri 1941-ci ilin yaz və yayında qardaş xalqların bir-birini qırmasının qarşısını almaq, işğalçılara qarşı mütəşəkkil müqavimət göstərmək üçün qüvvələrindən maksimum istifadə edirdilər. 1941-ci il iyulun 4-də YKP MK bütün antifaşistləri işğalçılara və onların əlaltılarına qarşı silahlı mübarizəyə çağırdı.
1941-ci ilin yayında mütəşəkkil müqavimət hərəkatı ölkənin bütün regionlarını bürümüşdü. Çernoqoriyada bu özünü daha kəskin göstərdi. İyun-iyul aylarında kütləvi üsyanlar, işğalçıların və kollaborasionistlərin qovulması Serbiyanın, Dalmasiyanın, Likinin, Bosniya və Herseqovinanın, Sloveniyanın bir sıra rayonlarını əhatə etmişdir. Oktyabrda Makedoniyada silahlı çıxışlar başlandı. İyun-iyul aylarında bir neçə şəhər istisna olmaqla Çernoqoriyanın bütün ərazisi işğalçılardan təmizləndi, oradakı italiyan qarnizonları isə mühasirəyə alındı. İtaliyan əsgərləri ilə partizanlar arasındakı döyüşlərdə 4 min italiyan əsgəri öldürüldü, yaralandı və ya əsir düşdü. Yuqoslaviyada 1941-ci ilin yay və payız aylarında baş verən silahlı üsyanlar milli-azadlıq müharibəsi tarixində əhəmiyyətli hadisədir.
1941-ci ilin yayında və payızında partizan dəstələri daha mobil və sıx əlaqəli formada hərəkət edərək kollaborasionistlərə və işğalçılara ağır zərbələr vuraraq çoxlu sayda silah, sursat ələ keçirərək öz ordularını möhkəmlətdilər. Ölkənin müxtəlif yerlərində yüzlərlə əsgəri birləşdirən yeni partizan dəstələri meydana gəldi. 6razini azad edən partizanlar düşmənin cəbhə ilə rabitə xətlərini kəsərək özləri partizan dəstələrilə rabitə əlaqələri qururdu. Böyük şəhərlərdə partizanlar mühüm obyektlərdə partlayış törədir, düşmənin nəqliyyat vasitələrini sıradan çıxarır, polislə, hətta nizami dəstələrlə döyüşə girirdilər.
Artıq avqustun axırlarında almanlar Yuqoslaviya ərazisinin bir hissəsində nəzarəti itirdilər. Şəhər ətrafında Drina və Sava çayları arasında Qərbi Serbiya və Şumadi ərazisində Belqrad, Smederovo və cənubi Moravanın yaxınlığında Ujitsk Respublikası meydana gəldi. Partizanların nəzarəti altında olan Ujitsa Respublikası müasir Serbiya ərazisinin üçdə iki hissəsi qədər olub faktiki olaraq azad olunmuş şərqi Bosniya, Sancak partizan əyaləti və düşmənin işğal etmədiyi cənubi və şərqi Serbiya ilə sərhəddə yerləşirdi. Ujitsa, Çaçak, Krupan, Loznits, Bayna-Başta şəhərlərinə partizanlar nəzarət edirdi. Alman qarnizonu Şabase, Valevo, Kraquevas şəhərlərinə, Belqrad-Niş yoluna nəzarət edirdilər. İosip Broz Tifo Ujitsaya gələrək sentyabrın 26-da Brştitsa yaxınlığında Stolitsı kəndində Yuqoslaviyada hərbi
əməliyyatların təşkil edilməsinə dair müşavirədə iştirak etdi. Lakin tezliklə almanlar işin ciddiliyini anlayaraq hücuma keçib partizanları ağır məğlubiyyətə uğradıb 1941-ci il noyabrın 1-də Ujitsanı tutdular. D.Mixayloviçin tərəfdarları ilə kommunist partizanlar arasında əlaqə məhz bu vaxt yarandı. Serb çetniklərinin başçısı D.Mixayloviçlə YKP MK-nın və Xalq- Azadlıq partizan dəstələrinin Baş qərargahının başçısı İosip Broz Tito (1892-1980) arasında görüş oldu, lakin bu əməkdaşlıq çox uzun sürmədi.
1941-ci ilin sentyabrından dekabrına qədər işğalçılar Yuqoslaviyanın azad edilmiş
ərazilərinə hücuma keçərək kütləvi repressiyalara əl atdılar, girov saxladıqları dinc əhalini güllələdilər. Faşistlər sayca üstünlüklərindən istifadə edərək partizanları və onların koman- danlığını Serbiyadan Sancaka çəkilməyə məcbur etdilər. Çertniklər və partizanlarn birgə
mübarizə aparmaqları çox da uzun sürmədi, çünki onlar arasında fikir ayrılığı hələ payızda başlanmışdı. Bunun səbəbi ideologiyada və xarici siyasətdə dərin fərqlərin olması idi. Partizanların yeni hökumət orqanları yaratmaları, onların kənd əhalisinə münasibətdə sinfi radikalizmi kəndlilərin böyük bir hissəsinin çerniklər tərəfinə keçməsinə səbəb oldu. YKP bəzi rəhbər üzvləri Çernoqoriyada kolxozlar nümunəsində birliklər yaratmaq cəhdlərinə, qolçomaq hesab etdiyi adamları güllələdiklərinə, vaxtı çatmamış proletar inqilabı mərhələsinə keçmək çağırışlarına görə sonradan öz yoldaşları tərəfindən tənqidə məruz qalmışdır.
1941-ci ilin payızında və əsasən də 1942-ci ilin əvvəllərində partizalarla çetniklər arasında silahlı mübarizə başlandı ki, bu vətəndaş müharibəsi xarakteri daşıyırdı. Buna qədər mühacir hökuməti D.Mixayloviçə general rütbəsi vermiş və onu hərbi nazir təyin etmişdi. Çetniklərin qərargahına ingilis kəşfiyyatının zabiti Xadson, bir qədər sonra isə ingilis hərbi missiyası gəldi. 1942-ci ilin aprelindən artıq ingilis aviasiyası çetniklər müntəzəm olaraq si- lah, sürsat, tibbi ləvazımat ilə təmin edirdi. 1941-ci ilin sonu – 1943-cü ilin əvvəllərində çet- niklərin briqadaları, sonra korpusları formalaşmağa başladı. Komandirlərin başçılıq etdiyi hərbi- operativ bölgələr deyilən bölgələr yaradılmağa başlandı. Bölgələr Yuqoslaviyanın bütün əra- zisində, hətta elə yerlərdə yaranırdı ki, orada çetniklərin həm hərbi, həm də siyasi rolu zəif idi.