Yuqoslaviya Respublika İttifaqı
Serbiya kommunistlərinin başına 1986-cı ildə Slobodan Miloşeviç keçdi. 1987-ci ilin aprelində kommunist lider S.Miloşeviç Kosovo serbləri qarşısında çıxışında bildirdi ki, onların hüququ uğrunda mübarizəni davam etdirməyi özünün vəzifəsi hesab edir. Tezliklə S.Miloşeviç Serbiyanın Yuqoslaviyada mövqeyinin gücləndirilməsi uğrunda mübarizənin ümummilli liderinə çevrildi. 1989-cu ildə S.Miloşeviç və onun tərəfdarları Serbiya, Çerno- qoriya və Voyevodinada hakimiyyətə gəldilər. S.Miloşeviçin serbyönlü siyasəti Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina, Makedoniya ittifaq respublikalarında Qərblə yaxınlaş- maq tərəfdarı olan, iqtisadiyyatın liberallaşması və müstəqillik istəyən qüvvələrin fəallaşması ilə nəticələndi. 1990-cı ildə S.Miloşeviçin Kommunist partiyası Serbiya Sosialist partiyasına çevrildi.
Serbiya Sosialist partiyasl 1990-cı ildə Serbiyada çoxpartiyalı sistem üzrə keçirilən seçkilərdə qələbə çaldı, partiyanın lideri S.Miloşeviç (1941-2006) Serbiya Rəyasət Heyətinin sədri seçildi. Ş.Miloşeviç Yuqoslaviya Federasiyasının tərəfdarı idi, bu mümkün olmadıqda Serb əhalisini vahid dövlətdə birləşdirməyi nəzərdə tuturdu.
Yuqoslaviya Federsiyasının dağılması prosesi ilə bağlı olaraq Serbiya rəhbərliyi qarşısında duran ən çətin problem Kosovo albanlarının məsələsi hesab olunurdu. 1990-cı il Serbiya Konstitusiyasına əsasən Kosovo və Voyevodina YSFR konstitusiyasının onlara verdiyi dövlət atributların itirərək yenidən ərazi muxtariyyətinə çevrildilər. Bundan sonra Kosovoda və Metoxiya adlandırılmağa başlayan Kosovo muxtar vilayətində hadisələr getdikcə nəzarətdən çıxmağa başladı. Buna cavab olaraq Serb hakimiyyəti vilayətin ərazisinə
əlavə polis və hərbi hissələr yeritdi. Faktiki olaraq hərbi vəziyyətdə olan Kosovoda Belqradın icazəsi olmadan referendum keçirildi və əhalinin 90 faizə qədəri albanlardan ibarət olan Kosovo Yuqoslaviyadan ayrılıb müstəqilliyə səs verdi, İbrahim Ruqova vilayətin “gizli” prezidenti seçildi.
Çernoqoriya YSFR -nın digər respublikalarından fərqli olaraq 1990-cı il seçkilərinə kommunistlərin köhnə adı – Çernoqoriya Kommunistlər İttifaqı ilə iştirak edərək qələbə çaldılar. Partiyanın lideri Momir Bulatoviç Çernoqoriya Rəyasət Heyətinin sədri seçildi. Yalnız iki ildən sonra partiyanın köhnə adı dəyişdirilərək Çernoqoriya Sosialistlərinin Demokratik partiyası oldu. YSFR -nın dağılması şəraitində Çernoqoriya 1992-ci il martın 1- də dövlətin taleyini həll etmək məqsədilə referendum keçirdi və Serbiya ilə birgə dövlətdə qalmaq qərarı çıxdı. 1992-ci ilin aprelində YFSR-nın varisi kimi Serbiya və Çernoqoriyanın bir federasiyada birləşməsi qərara alındı. Aprelin 27-də respublikanın skupşinası yeni dövlət – Yuqoslaviya Respublika İttifaqı (YRİ) Konstitusiyasını qəbul etdi. Konstitusiyaya görə dövlətin qanunverici orqanı Respublika Şurası və Vətəndaş Şurasından ibarət olan 4 il müddətinə seçilən Federal Məclisə məxsus idi. Dövlətin başçısı Federal Məclisin 4 il müd- dətinə seçdiyi prezident, icraedici orqan Məclisin təyin etdiyi Federal Hökumət elan olundu. Federasiya respublikalardan, respublikalar isə icmalardan ibarətdir. Respublikaların qanunverici orqanı 4 il müddətinə seçilən Xalq Məclisidir. Respublikaların başçısı prezident
xalq tərəfindən 5 il müddətinə seçilirdi, icraedici orqan olan hökuməti isə xalq məclisi seçirdi. YRİ-nın əhalisi 10867 min nəfər, o cümlədən Çernoqoriyanın əhalisi 654 min nəfər təşkil edirdi. İki muxtar serb vilayətinin əhalisi 3700 min nəfər idi, bunların isə 2 milyona yaxını Voyevodinada məskunlaşırdı.
Yuqoslaviya İttifaq Respublikasının parlament seçkilərində S.Miloşeviçin sosialist və Voislav Şeşelin Serb Radikal partiyası daha çox deputat yeri əldə etdi. YRİ-nın birinci prezidenti görkəmli yazıçı Dobritsu Çosiç, Baş nazir isə serb əsilli amerikan biznesmeni Milan Paniç seçildi. 6sl hakimiyyət isə Serbiyanın prezidenti S.Miloşeviçə məxsus idi. Tez- liklə onunla D.Çosiç arasında fikir ayrılığı meydana çıxdı və prezident D.Çosiç vəzifəsindən uzaqlaşdırıldı. S.Miloşeviçin göstərişinə sözsüz tabe olan sosialist Zoran Liliç YRİ-nın yeni prezidenti oldu.
1992-ci ilin mayında yeni dövlətə qarşı tətbiq olunan beynəlxalq sanksiya üzündən ölkədə vəziyyət gündən-günə pisləşir, infilyasiya isə artaraq son həddə yüksəlmişdir. Sank- siyanın ardınca YRİ-nın BMT və başqa beynəlxalq təşkilatlarda üzvlüyü dayandırıldı. Yaran- mış gərgin vəziyyətlə əlaqədar olaraq S.Miloşeviçlə bosniya serbləri arasındakı münasibətlər də kəskinləşdi. Hətta bosniya serblərinin rəhbərlərinin YRİ-na gəlməsinə qadağa qoyuldu. S.Miloşeviçin dövləti bosniyalı serblərə qarşı tətbiq edilən sanksiyalara belə qoşuldu.
1997-ci ildə Serbiyadakı prezident seçkilərinə yenidən namizədliyini vermək hüququ olmayan S.Miloşeviç İttifaq dövlətinin başçısı oldu. Sosialist Milan Milutinoviç isə Serbi- yanın prezidenti seçildi, əslində bütün hakimiyyət yenə də S.Miloşeviçin əlində cəmlənmişdir. 1997-ci ildə Çernoqoriyada dövlətin başçısı vəzifəsinə hökumətin sədri Milo Cukanoviç
öz namizədliyini irəli sürdüyü üçün prezident M.Bulatoviçlə aralarında ziddiyyət yarandı. 1997-ci ilin oktyabrında prezident seçkilərində ikinci turdan sonra cüzi səs üstünlüyü ilə M.Cukanoviç qalib gəldi. 1998-ci ildən YRİ-nın Baş naziri olan M.Bulatoviç M.Cukanoviçin qələbəsini qəbul etmirdi. Buna cavab olaraq, Çernoqoriyanın yeni rəhbərliyi S.Miloşeviç rejimin ölkədəki islahatlara maneçilik törətməsi ittihamı ilə ittifaqın tərkibindən çıxmağı nəzərdə tuturdu. İlk addım kimi Çernoqoriya öz “xüsusi” valyutası olan alman markasını dövriyyəyə buraxdı.
Yuqoslaviya İttifaq Respublikası Kosovo albanlarına qarşı mübarizəsi BMT Təhlükə- sizlik Şurasının sanksiyaları altında davam etdirirdi. Belqrad Kosovoya yeni hərbi qüvvələr göndərərək albanların azadlıq mübarizəsinin qarşısını almağa cəhd edirdi. Bunun qarşısını almaq məqsədilə Kosovo albanlarının silahlı dəstələri 1996-cı ildə Haşim Taçinin komandir- liyi ilə Kosovo Azadlıq Ordusunda birləşdi. Kosovo münaqişəsini həll etmək məqsədilə Bel- qradın razılığı ilə AT6T-in nümayəndələri keçmiş Yuqoslaviya üzrə əlaqə qrupunun vasitə- çiliyi ilə münaqişədə iştirak edən tərəflər arasında 1998-ci ildə Paris yaxınlığında Rambuye qəsəbəsində danışıqlar baş tutdu. Danışığın təşkilatçılarının təzyiqi ilə 5 bənddən ibarət hazır- lanmış sənədi Kosovo albanları imzaladı, amma Serbiya bu sənədə imza atmadı. Rambuye siyasi sazişi Kosovo albanlarına geniş muxtariyyət verilməsi və bu sazişdən irəli gələn vəziyyətləri xarici qoşunların nəzarəti altında yerinə yetirilməsi nəzərdə tutulurdu. 1999-cu il mart ayındakı danışıqların ikinci turu da serblərin mövqeyi üzündən heç bir nəticə vermədi.
Kosovoda isə qarşılıqlı silahl münaqişə getdikcə daha qanlı xarakter alırdı. Kosovo Azadlıq Ordusu birləşməsini ləğv etmək üçün YRİ-nın rəhbərliyi Kosovaya 40 minlik serb hərbi kontingenti yeritdi. Hərbi əməliyyatlardan qaçan alban ailələri Albaniya və Makedo- niyaya, sonra isə İtaliyaya sığınaraq qaçqın düşərgələrində toplaşdılar. Kosovoda silahlı hərbi
əməliyyatların qarşısını almaq məqsədilə 1999-cu il martın 24-də NATO YİR-na qarşı “Həlledici qüvvə” adı altında hərbi əməliyyat başladı. NATO hərbi qüvvələri Serbiya ərazi- sindəki hərbi obyektləri təyyarələrdən atılan bombalar, aviakreyserlərdən buraxılan raketlər vasitəsilə bombaladı. Hava limanları, Belqrad, Priştina, Pançevo və b. şəhərlərdəki hərbi obyektlər, strateji əhəmiyyətli xətt və körpülər dağıdıldı. Balkanlardakı hadisələri nəzarətdə saxlayan Rusiya Federasiyası NATO ilə əməkdaşlığı dayandırdı, Rusiya prezidenti B.Yeltsin V.Çernomırdini Yuqoslaviya böhranının həlli üzrə xüsusi nümayəndə təyin edərək aprelin sonunda Belqrada göndərdi.
Uzun və çoxtərəfli Belqrad danışıqları vaxtı S.Miloşeviç sülhyaratma qüvvələrinin BMT bayrağı altında Kosovaya daxil olmasına razı olduğunu bildirdi. Rusiya beynəlxalq təhlükəsizlik qüvvələrinin tərkibinə 5 min əsgər göndərəcəyini bildirdi. 1999-cu il iyunun 10- da 200 nəfərlik rus batalyonu Bosniyadan Kosovaya gələrək Priştina yaxınlığındakı hava limanında yerləşdi. İyunun 11-də İngiltərənin hərbi qüvvələri Priştinaya gəldi. NATO qüvvələrinin Kosovaya daxil olması ilə birlikdə qaçqın albanlar öz doğma yerlərinə qayıtdılar. Artıq Kosovoda yaşayan serblər oranı tərk etməyə başladılar.
1999-cu il iyunun 20-də serb hərbi hissələri və polis Kosovodan tamamilə çıxarıldı, müharibə başa çatdı. 98 gün davam edən əməliyyat nəticəsində 2 min nəfərdən çox yuqoslav vətəndaşı həyatını itirdi, Belqrad da daxil olmaqla ölkə ərazisinin böyük hissəsi hava hücumuna məruz qaldı, çoxlu hərbi və vətəndaş obyekti dağıdıldı, BMT TŞ-nın 1244 saylı qətnaməsinə müvafiq olaraq Kosovo faktiki beynəlxalq silahlı qüvvələrin, xüsusilə NATO gücünün və BMT-nin vətəndaş missiyasının protektoratlığı altına keçdi. Kosovo Azadlıq Ordusu Kosovo müdafiə korpusuna çevrildi. 220 min nəfərdən çox qeyri alban əsilli insan, xüsusilə serblər Kosovonu tərk etdi. Müharibə başa çatdı, lakin münaqişəni yaradan qarşılıqlı ziddiyyətlərin hamısı həll edilmədi.
2000-ci ilin iyulunda YRİ-nın parlamenti ölkənin konstitusiyasına dəyişiklik edərək prezidentin ümumxalq səsverməsi yolu ilə seçilməsini irəli sürdü. Bu əslində S.Miloşeviçin yenidən ölkə prezidenti seçilməsinə hesablanmış bir addım idi. 2000-ci ilin sentyabrında YRİ- da parlament və prezident seçkiləri oldu S.Miloşeviçin hakim serb Sosialist partiyasına qarşı müxtəlif yönümlü 18 partiyanin daxil olduğu Serbiya Demokratik müxalifəti, onun lideri Voislav Koştunitsa mübarizə aparırdı. Seçkilərdə Serbiya Demokratik müxalifəti qələbə çaldı. Prezident seçkiləri S.Miloşeviçin xeyrinə saxtalaşdırıldığı üçün 2000-ci il oktyabrın 5-də Belqrad və başqa sahələrdə kütləvi çıxışlar oldu. Bundan sonra Mərkəzi Seçki Komissiyası elan etdi ki,V.Koştunitsa birinci turda 50,24 faiz səs toplayaraq qalib gəlib. 2000-ci il oktyabrın 7-də V.Koştunitsa YRİ-nın yeni prezidenti elan olundu. 2000-ci ilin dekabrında Serbiya Parlamentində keçirilən seçkidə Serbiya Demokratik müxalifətinin kölgə lideri, Demokratik partiyanın sədri Zoran Cinciç qalib gələrək Baş nazir oldu. 2001-ci ilin iyununda Serbiya YRİ vəd edilən bir milyard dollar maliyyə köməyi müqabilində S.Miloşeviçi Haaqa tribunalarına təslim etdi, o, isə 2006-cı ildə həbsxanada xəstəlikdən vəfat etdi.
2002-ci il martın 14-də YRİ, Serbiya və Çernoqoriya vahid ittifaq dövlətinə birləşmək haqqında Avropa İttifaqının hazırladığı sazişi imzaladılar. Yeni dövlət Serbiya və Çerno- qoriya Birliyi adlandı. Birpalatalı parlament, prezident, nazirlər şurası və məhkəmə vahid orqanlar elan olundu. Skupşinanın seçdiyi prezident Nazirlər Şurasının tərkibini təqdim edir və ona rəhbərlik edirdi. Vahid ordu Serbiya və Çernoqoriya prezidentindən, respublikaların rəhbərlərindən ibarət Ali müdafiə şurasına tabe idi. Beynəlxalq təşkilarlarda serblər və çernoqoriyalılar bərabərlik əsasında təmsil olunurdular. 2003-cü il fevralın 4-də 11 ilə kimi fəaliyyət göstərən və S.Miloşeviçin adı ilə bağlı olan Yuqoslaviya Respublika İttifaqI öz fəaliyətini dayandırdı.Yuqoslaviya adı tarixə çevrildi. Yeni dövlət Serbiya və Çernoqoriya (S və Ç) Birliyi meydana gəldi, Çernoqoriyadan olan Svetozar Maroviç onun prezidenti seçildiş. YRİ-nın prezidenti V.Koştunitsa vəzifəsini itirdi.
2003-cü ilin martında serb baş naziri Z.Cinciç suiqəsd nəticəsində öldürüldü. Zoran Jivkoviç Çinciçin yerinə baş nazir və Demokratik partiyanın lideri seçildi. Onun hakimiyyəti dövründə cəmiyyətdə və xalq təsərrüfatında əhəmiyyətli islahatlar aparmaq mümkün olmadı. İşsizlik, hakimiyyətin qarışdığı korrupsiya qalmaqalı vəziyyəti daha da ağırlaşdırdı. 2003-cü ilin noyabrında Serbiya Skupşinası buraxıldı. 2003-cü ilin dekabrında Serbiya parlamentinə seçkilər oldu. Serbiya Demokratik partiyasının lideri V.Koştunitsa koalisiya höküməti təşkil etsə də Skupşina deputatlarının çox hissəsinin səsini ala bilmədi. 2004-cü ilin iyunundakı prezident seçkilərində isə Demokratik partiyanın lideri Boris Tadiç qələbə çaldı.
2001-ci ilin mayında BMT missiyası Kosovoda “Kosovoda müvəqqəti özünüidarənin konstitusiya çərçivəsini” təsdiq etdi ki, bunun da əsasında noyabr ayında Kosovo parlamen- tinə seçki keçirildi. Kosovo Demokratik liqasının lideri İbrahim Ruqova özünün əsas rəqibi
Kosovo Demokratik partiyasının rəhbəri Haşim Taçiyə qalib gələrək Kosovanın prezidenti oldu. Baş nazir isə H.Taçinin partiyasından Bayram Rəcəpi oldu. 2006-cı ildə Kosovonun gələcək İttifaqının nümayəndəsi, vaxtilə xorvat ordusu tərkibində serblərlə vuruşan, sonra Kosovo müdafiə ordusuna başçılıq edən general Aqim Çeku Kosovonun Baş naziri seçildi. Yenə həmin il vəfat edən Kosovonun prezidenti İ.Ruqovanın yerinə Fatmir Seydi seçildi.
2006-cı il mayın 21-də keçirilən referendumda Çernoqoriya əhalisinin 55,5 faizi respublikanın müstəqilliyinə səs verdi. 2006-cı il iyunun 3-də Çernoqoriya, iyunun 5-də Ser- biya dövlət müstəqilliyini elan etdi. Serbiya və Çernoqoriyanın 88 illik birgə tarixi başa çatdı.
2006-cı il iyunun 3-də tam müstəqillik əldə edən Çernoqoriyanın (Qaradağın) 2014-cü il məlumatına əsasən əhalisi 621 518 nəfər, ərazisi 13 812 km2-dir. Ölkənin torpaqlarını Adriatik dənizinin suları yuyur. Çernoqoriya Respublikasının quru sərhədləri qərbdən Xorvatiya, şimali-qərbdən Bosniya və Herseqovina, şimali-şərqdən Serbiya, şərqdən Kosovo, cənub-şərqdən Albaniya ilə qonşudur.
Çerneqoriyanın prezidenti Filip Vuyanoviç və Baş nazir Milo Cukanoviç 2003-cü ildə meydana gələn Serbiya və Çernaqoriya Birliyinin iki müstəqil dövlətə ayrılması ideyası ilə çıxış edərək ölkə əhalisinin dəstəyi nəticəsində 2006-cı il iyunun 3-də Çernoqoriyanın müstəqilliyinə nail oldular. 2006-cı il iyunun 15-də Serbiya Çernoqoriyanın müstəqilliyini tanıdı, iyunun axırlarında ölkə BMT-yə üzv qəbul olundu. 2007-ci il oktyabrın 20-də müstəqil Çernoqoriyanın Konstitusiyası qəbul edildi. Konstitusiyanın birinci maddəsinə əsasən Çernoqoriya qanunların aliliyi və sosial ədalət prinsipinə əsaslanan azad, demokratik dövlətdir. Ali qanunvericilik hakimiyyəti Skupşinaya, icraedici hakimiyyət prezident və hökumətə məxsusdur. Prezident ümumi və gizli səsvermə ilə beş il müddətinə seçilirdi. 2008- ci ilin aprelindən müasir adı ilə Monteneqro Respublikasının ( Qaradağ- Çernoqor) prezidenti vəzifəsini Filip Vuyanoviç tutur. Bir palatadan ibarət olan Skupşina ümumxalq səsverməsi ilə 4 il müddətinə 81 nəfər deputatdan ibarət seçilir. Alban azlığına 5 deputat yeri nəzərdə tutulurdu. Hökumət (Vlada) prezidentin təklifi ilə Skupşina tərəfindən təsdiq olunaraq icraedici səlahiyyətləri yerinə yetirir. Respublikanın ərazisi 21 munisipalitetə bölünür. Onlar isə öz növbəsində vilayət və icmalardan ibarətdir.
Bazar iqtisadiyyatına əsaslanan Monteneqronun sənayesi Nikşiç qara metallurgiya, Podqoritsada aliminium, Şetsində elektrotexnika, Bielo Poledə toxuculuq, Roje, Berane, Plev- lyada ağac emalı, Billa və Barda gəmiquraşdırma və gəmi təmiri üzrə ixtisaslaşmışdır. Ölkə- nin yeraltı mədənlərindən boksid, dəmir filizi, kömür çıxıarılır. 2013-cü ilin məlumatına görə ümumi daxili məhsul həcminin 21,2 faizi sənaye istehsalına, 70,5 faizi xidmət sahəsinə, 8,3 faizi kənd təsərrüfatına düşürdü. Ölkə əhalisinin 17,9 faizi sənaye, 5,3 faizi kənd təsərrüfatı, 76,8 faizi xidmət sahəsində çalışırdı. 6halinin 18,5 faizi işsizdir. 2014-cü ilin məlumatına
əsasən dövlət büdcəsinin gəliri 1,56, çıxarı isə 1,63 milyard ABŞ dolları olmaqla büdcə kəsiri 1,5 faiz təşkil edir. Ümumən iqtisadiyyatın artım surəti 2013-cü ildə 4,5 faiz olmuşdur. Monteneqro Respublikasının pul vahidi avrodur, lakin dövlət Aİ-nin üzvü olmadığı üçün
əsasən xarici ölkələrdən, xüsusilə turizmdən Respublikaya daxil olan pul kütləsi ilə kifayətlənməyə məcburdur. Təkcə 2014-cü ildə ölkə turizmdən ümumi daxili məhsulun 20 faizi həcmində gəlir əldə etmişdir. Kənd təsərrüfatı sahəsində dənli bitkilər, kartof, tütün, üzüm, zeytun, sitrus meyvələri yetişdirilir.
2006-cı ildə müstəqillik qazandıqdan sonra Çernoqoriya (Qaradağ) BMT-nin üzvü olan
179 dövlət ilə diplomatik münasibət yaratmışdır. 2014-cü ilin martından Monteneqro Respublikası Aİ-na daxil olmağa rəsmi namizəd statusu almışdır. Xarici siyasət sahəsində Monteneqro Respublikası NATO ilə yaxınlaşma xətti yeridir.
2008-ci ildə müstəqil Serbiya Respublikasında baş tutan prezident seçkilərində Voislav Şeşelin Serb Radikal partiyasının namizədi Tomislav Nikoliçi qabaqlayan Boris Tadiç yenidən prezident seçildi. 2004-2008-ci illərdə Serbiya hökumətinin baş naziri, Serbiya Demokratik partiyasının lideri Voislav Koştunitsa və prezident Boris Tadiçin Avropa İttifaqı ilə inteqrasiya siyasəti, 2012-ci il martın 1-də Serbiya Respublikasının Aİ-na daxil olmağa rəsmi namizəd statusunu alması ilə nəticələndi.
2008-ci il fevralın 17-də Kosovo özünün müstəqilliyini elan etdi, tezliklə ABŞ və Avropa ölkələrinin bir hissəsi onu tanıdı. Serbiya Respublikasının və onu müdafiə edən Rusiya, Çin, Hindistan və b. Kosovonun müstəqilliyini qeyri-qanuni hesab etmələrinə baxmayaraq BMT-yə daxil olan 193 dövlətdən 2014-cü il avqustun 14-nə olan məlumata
əsasən 108 dövlət onun müstəqilliyini tanımışdır. 2008-ci ildə qəbul edilən Konstitusiyaya görə Kosovo parlament tipli unitar Respublikadır. Dövlətin başçısı parlament tərəfindən seçilmiş prezidentdir. Ölkənin hazırda prezidenti Atifete Yahyaqadır. İcraedici hakimiyyətin rəhbəri Baş nazir İsa Mustafadır. 2,2 milyon nəfər əhalisi olan Kosovonun ərazisi 10 887 kv2- dir. 6halinin 90 faizini albanlar təşkil edir. Kosovo Mitrovitsesi milli mərkəz olmaqla Serb
əhalisi ölkədə yüz min nəfər (6%) təşkil edir.
Serbiyada prezident hökumət qarşıdurması nəticəsində 2008-ci il martın 13-də prezident parlamenti buraxdı, növbədənkənar seçkilər oldu. “Avropa Serbiyası uğrunda” demokratik partiyası səslərin 40 faizini alaraq qalib gəldi. Voislav Şeşelin Radikal partiyası təxminən 30 faiz, Voislav Koştunitsanın Serbiya Demokratik partiyası 12 faiz seçici səsi topladı. 2008-ci il iyunun 27-də maliyyə naziri Mirko Svetkoviç hökumətin sədri seçildi.
2012-ci il mayın 6-da növbəti Serbiya Respublikasının prezident və parlament seçkiləri baş tutdu. Boris Tadiçlə Serb Radikal partiyasının başçısı Voislav Şeşelin keçmiş müavini Tomislav Nikoliçin yarışdığı marafonu ikinci turda seçicilərin 49,4 faizinin səsini əldə edən Tomislav Nikoliç qazanaraq Serbiya Respublikasının yeni prezidenti oldu.
Parlament seçkilərində Serbiya Mütərəqqi partiyası 73, Demokratik partiya 67, Serbiya Sosialist partiyası – Təqaüdçülər partiyası – Vahid partiya 44, Serbiya Demokratik partiyası 21, Liberal-Demokratik partiya 20, Serbiya Birləşmiş Regionlar 16, Milli Azlıq partiyası 10 nəfər deputat mandatı qazanaraq Skupşinada öz yerlərini aldılar. Serbiya Skupşinasının sədri Maya Qoykoviç, Baş nazir Aleksandr Vuçiçdir.
Dostları ilə paylaş: |