Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Yuqoslaviya 1940-cı illərin ortaları – 90-cı illərin əvvəllərində



Yüklə 1,22 Mb.
səhifə132/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   128   129   130   131   132   133   134   135   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Yuqoslaviya 1940-cı illərin ortaları – 90-cı illərin əvvəllərində




Yuqoslaviya müharibadan sonrakı ilk illarda. 1945-1950-ci illar. Xalq inqilabı dayiúikliyin baúa çatması. İkinci Dünya müharibəsində faşist işğalçılarının özbaşınalığı və qəddarlığı xalqın böyük əksəriyyətinin hitlerçilərə, onların əlaltılarına və cəsuslarına qarşı dərin nifrət hissinin yaranmasına səbəb oldu. Şərqi və Mərkəzi Avropanın milyonlarla demokratiya və milli müstəqillik tərəfdarı olan əqidəli insanları işğal rejiminə qarşı antifaşist Müqavimət hərəkatında birləşdilər. Şərqi Avropanın antifaşist Müqavimət hərəkatının mərkəzlərindən biri də işğalçılar tərəfindən parçalanan Yuqoslaviya idi. Məhz burada məkrli düşmənlə mübarizə məqsədilə Yuqoslaviya Xalq Azadlıq Ordusu yaradılmış, siyasi orqan Yuqoslaviya Xalq Azadlıq Antifaşist Veçesi təşkil edilmiş, İosip Broz Titonun başçılığı ilə hökumətin səlahiyyətlərini yerinə yetirən Yuqoslaviya Milli Komitəsi meydana gəlmişdir. Bütün bunlar müharibə başa çatdıqdan sonar Yuqoslaviyada xalq demokratik inqilabi mərhələsini sosialist inqilabı kimi qiymətləndirməyə şərait yaratmışdır.
Beləliklə, işğalçılarla və onların əlaltıları ilə müharibədə qələbə, həm də milli-azadlıq mübarizəsinin gedişində başlanmış və Yuqoslaviyanın ictimai-siyasi və iqtisadi həyatında
əsaslı dəyişikliklərə gətirib çıxaran inqilabın qələbəsi demək idi. 1941-1944-cü illərdə yalnız YKP və onun rəhbərlik etdiyi partiyalar ümumi düşmənə qarşı, ölkənin azad edilməsi və yeni
əsaslarla qurulması uğrunda barışmaz mübarizə aparırdılar. Bu, eyni zamanda SSRİ-nin beynəlxalq miqyasda artmış nüfuzu YKP-ni müharibənin yekun mərhələsində ölkənin ən nüfuzlu partiyasına çevirdi.
1945-ci ilin avqustunda YXAAV (Yuqoslaviya Xalq Azadlıq Antifaşist Veçesi) 3-cü sessiyası keçirildi, onun işində müharibədən əvvəlki skupşinanın işğalçılarla əməkdaşlıq etməmiş deputatları da iştirak edirdilər ki, nəticədə YXAAV inqibabi hakimiyyət orqanı kimi qanuniləşdirildi və Antifaşist Veçe Müvəqqəti Xalq Skupşinasına çevrildi. Müvəqqəti Skup- şina YXAAV-in 2-ci sessiyasının qərarlarını təsdiq etdi və bir sıra qanunlar, o cümlədən aqrar islahat haqqında qanun qəbul etdi. Qanunda göstərilir ki, torpaq onu əkib becərənlərə məx- susdur, filiz mədənləri milliləşdirilir və s. Müvəqqəti Xalq Skupşinası həmçinin Müəssisələr Skupşinasına seçkilərin keçirilməsi haqqında qərar qəbul etdi ki, o dövlətin gələcək quruluşunu müəyyən etməli idi. Bu qərar müxalifətin və mühacirətin geniş etirazlarına səbəb oldu, lakin böyük dövlətlər onların bu etirazlarına münasibətlərini bildirməlidilər. 1945-ci ilin noyabrında keçirilən parlament seçkilərində yuqoslaviyanın respublikaya çevrilməsi təklifi ilə çıxış edən YKP-nin başçılıq etdiyi Xalq cəbhəsinin namizədləri seçicilərin səsinin 90 faizini topladı. 1945-ci il noyabrın 29-da Müəssisələr Skupşinasının təntənəli açılışı oldu. O, Yuqoslaviya Federativ Xalq Respublikasının (YFXR) yarandığını elan etdi, YXAAV-nin və Müvəqqəti Xalq Skupşinasının qəbul etdiyi qanunverici aktlarını təsdiq etdi. Yuqoslaviyada yaranmış yeni şərait müxalifətin bir çox xadimlərini, o cümlədən İ.Şubaşiçi mühacirətə vadar etdi, qalanları siyasi səhnədən kənarlaşdı, ölkədə faktiki birpartiyalı sistem formalaşdı.
Kommunistlərin təşəbbüsü ilə Yuqoslaviya xalqlarının ictimai və təsərrüfat həyatında keçirildiyi köklü dəyişikliklər layihəsi ümumxalq müzakirəsindən sonra 1946-cı il yanvarın 31-də Müəssisələr Şkupşinasının qəbul etdiy Konstitusiya ilə təsbit olundu. Konstitusiyaya uyğun olaraq, YFXR-in tərkibində 6 respublika: Bosniya və Herseqovina, Makedoniya, Sebiya (Serbiyanın tərkibinə Voyevodina muxtar vilayəti, həmçinin Kosovo və Metoxiya da daxil idi), Sloveniya, Xorvatiya, Çernoqoriya daxil idi. Yuqoslaviyanın əsas qanununa uyğun olaraq bütün vətəndaşlara hüquq bərabərliyi, söz azadlığı, mətbuat, yığıncaq və s. demokratik azadlıqlar təminatı verilirdi. «Ümumxalq» mülkiyyəti başlıca mülkiyyət forması elan edildi.
Ali qanunverici hakimiyyət orqanı Xalq Skupşinası idi ki, o da iki palatadan: İttifaq Veçesi və Millətlər Veçesindən ibarət idi. Skupşina 4 il müddətinə birbaşa, ümumi, bərabər seçkilər əsasında gizli səsvermə yolu ilə seçilirdi. Yerlərdə hakimiyyət xalq komitələrinə məxsus idi. Beləliklə, ənənəvi parlamentlə müharibə zamanı formalaşmış inqilabi hakimiyyət orqanlarının birləşməsi baş verdi. Parlament həmçinin nəzarət funksiyasını da yerinə yetirirdi, həm də federal hökumət parlament qarşısında hesabat verməli idi. Konstitusiyaslı federativ
sistemin yaradılması 1946-1947-ci illərdə respublikaların konstitusiyalarının qəbulu ilə başa çatdırıldı. Respublikaların hər birinin özünün hökuməti və parlamenti var idi ki, bu da həmin
ərazilərdə yaşayan xalqların öz müqəddəratının təyin edilməsində mühüm mərhələ oldu. YFXR-in əsas qanunu SSRİ-nin 1936-cı il Konstitusiyasının eyni olaraq sosialist münasibət- lərinin daha da inkişaf etdirilməsinin rəsmi hüququ əsası oldu.
Özünün daxili siyasətində YKP belə hesab edirdi ki, SSRİ kimi sosializm yolu ilə inkişaf edərsə Yuqoslaviya dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinə çata bilər. Müharibə və işğal Yuqoslaviyanın təsərrüfatına böyük ziyan vurmuşdu. Müharibədən əvvəl olduğu kimi, yenə də Avropanın geridə qalmış ölkələrindən biri olan Yuqoslaviya İkinci Dünya müharibəsindən sonra xarabalıq içərisində idi. 3,5 milyon adam evsiz-eşiksiz qalmış, sənaye müəssisələrinin 40 faizi, dəmir yollarının yarısı dağılmışdı. Müharibə Yuqoslaviyanın iqtisadiyyatına 46,9 milyard ABŞ dolları məbləğində zərər vurmuşdur. Qarşıda təbii ki, ilk növbədə xalq təsərrüfatının bərpası dururdu. 6hali, ilk növbədə gənclərin təşəbbüskarlığına, SSRİ-nin maddi yardımına və mütəxəssis köməyinə arxalanaraq YKP ölkənin iqtisadiyyatının bərpasını qaydaya sala bildi. 1947-ci il yaxın sənaye istehsalını müharibədən əvvəlki səviy- yəsinə çatdırmaq mümkün oldu. Eyni zamanda sənayeləşdirilmə proqramı işlənilib hazırla- nırdı. Həmçinin iki-üç beşillik ərzində Yuqoslaviyanı sənaye-aqrar ölkəsinə çevirmək planla- şdırılırdı. Skupşinanın 1946-cı ilin dekabrında qəbul etdiyi qanuna əsasən bunun üçün vəsait
əsas istehsal vasitələrinin, bank-kredit sahəsinin, nəqliyyat və ticarətin milliləşdirilməsindən
əldə edilməli idi.
Aqrar islahatlar haqqında demokrarik qanunlar mülkədarların, burjuaziyanın, kilsənin və almanların torpaqlarını müsadirə etmək üçün hüquqi əsas oldu. Sloveniyada, Voyevo- dinada, əsasən də müharibədən sonra bütünlüklə Almaniyaya deportasiya edilməsi ilə əlaqə- dar Banatda yaşayan almanların müsadirə olunmuş torpaqların çox hissəsi dövlətin ixtiyarına keçdi. Müsadirə olunmuş torpaqlar aztorpaqlı kəndlilərə, o cümlədən Çernoqoriyanın, Dalmasiyanın məhsuldarlığı az olan rayonlardan köçürülən kolonistlərə, həmçinin müharibə dövründə ev-eşiyini və əmlakını itirənlərə, xalq azadlıq mübarizəsinin iştirakçılarına veril- mişdi. Torpaqların bir hissəsi dövlət aqrar bölməsinin ixtiyarına, dövlət meşə fonduna, həmçinin kooperativlərə verildi.
1947-ci ilin aprelində Xalq Skupşinası xalq təsərrüfatının inkişafına dair birinci beşillik planı təsdiq etdi. Planın başlıca vəzifələri aşağıdakı kimi müəyyən edilmişdi: ölkənin iqtisadi geriliyinin ləğv edilməsi, müdafiə potensialının gücləndirilməsi, iqtisadiyyatın sosialist böl- məsinin genişləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi. Birinci beşilliyin vəzifələri əvvəl uğurla yerinə yetirilirdi. 1948-ci ilə yaxın sənaye istehsalı müharibədən
əvvəlki səviyyəni ötüb keçdi. SSRİ və sovet blokuna daxil olan digər ölkələr ilə iqtisadi
əlaqələr müvəffəqiyyətlə inkişaf edirdi. YFXR-in xarici ticarət dövriyyəsinin yarısı bu dövrdə həmin ölkələrin payına düşürdü.Yuqoslaviya sovet nümunəsi üzrə sosial-iqtisadi və siyasi yenidənqurmanın sürəti və dərinliyinə görə Mərkəzi və Cənub-Şərqi Avropanın digər ölkələri içərisində ilk sırada gedirdi. Lakin 1948-ci ildə SSRİ ilə Yuqoslaviya rəhbərliyi arasında qızışan münaqişə, iki ölkə arasında münasibətlərin kəsilməsi, nəinki beşillik planın yerinə yetirilməsinə maneçilik törətdi, həmçinin Yuqoslaviyada sosializm quruculuğunda əsaslı dəyişikliklərin edilməsinə səbəb oldu.
Münqaişə 1948-ci ilin yayında YKP-nin qurultayının gedişində açıq, kəskin xarakter aldı. Çünki Sovet rəhbərliyi yuqoslav kommunistlərinə kobud formada öz iradələrini qəbul etdirmək və İ.Broz Titonu və onun tərəfdarlarını partiya rəhbərliyindən uzaqlaşdırmağa cəhd göstərirdi. Qurulyat nümayəndələrinin Moskvanın diktatından imtina etməsi Sovet İttifaqının və digər xalq demokratiyası ölkələrinin YFXR ilə siyasi, iqtisadi və hərbi əməkdaşlığının tam dayandırılmasna səbəb oldu.
Özünün əvvəlki müttəfiqlərindən və ideya həmikirlərindən təcrid olunmuş Yuqosla- viyanın qarşısında heç də asan olmayan vəzifə – SSRİ və xalq demokratiyası ölkələrinin siyasi və maddi dəstəyi olmadan və cəmiyyətin bir hissəsinin, xüsusilə kəndlilərin ciddi müqaviməti ilə üzləşərək sosializmə doğru irəliləmək vəzifəsi dururdu. Sovet köməyindən
məhrum olan Yuqoslaviya yalnız daxili ehtiyatları maksimum səfərbərliyə almaqla və Qərb dövlətlərinə siyasi güzəştlərə getmədən onlarla əməkdaşlığı genişləndirməklə inkişafını davam etdirə bilərdi. Yeni şəraitdə sosializm quruculuğunun sovet modeli az yararlı idi. Ona görə də 40-cı illərin sonu – 50-ci illərdə Yuqoslaviyada ölkənin şəraitinə daha uyğun, Qərbə az meyilli cəmiyyət və dövlət quruculuğu forması axtarılmasına və SSRİ-yə meyilli əvvəlki kursun tərəfdarlarına qarşı mübarizə başlandı.
Tamamilə aydın idi ki, dəyişiklik iqtisadiyyatın idarə edilməsi sahəsində nəzərdə tutulurdu. İqtisadi yüksəlişə nail olmadan komunistlərin – baxmayaraq ki, ölkə qarşısında keçmişdə böyük xidmətləri olmuşdur – hakimiyyətdə qalması olduqca çətin idi. 1950-ci ildə Xalq Skupşinası dövlət müəssisələrinin idarə edilməsi sisteminin dəyişdirlməsi haqqında qanun qəbul etdi. Fabrik və zavodlar formal olaraq ümumxalq mülkiyyəti kimi qalmaqla
əmək kollektivlərinin idarəçiliyinə verildi. 6mək kollektivləri müəssisələri fəhlə sovetləri və idarə komitələri vasitəsi ilə idarə etməli idilər. Fəhlə sovetləri iki il müddətinə seçilirdi. İsla- hat vəzifələrini həll etmək və cari işlər yerinə yetirmək üçün fəhlə sovetləri üzvlərindən idarə komitəsi və direktor seçilirdi. Direktor öz fəaliyyətinə görə fəhlə soveti və idarə komitəsi, həmiçinin seçkili yerli hakimiyyət orqanı-icma skupşinası qarşısında hesabat verməli idi.
40-cı illərin sonu – 50-ci illərin əvvəllərində iqtisadiyyatın dövlət idarəçiliyi sistemində mərkəzləşdirmənin ləğv edilməsi sahəsində dəyişikliklər həyata keçirildi. Federal hökumət xalq təsərrüfatına rəhbərliyə dair bir sıra funksiyalarını respublikalara, onlar da, öz növbə- sində, bunu icma skupşinalarının səlahiyyətinə verdilər.50-ci illərin əvvəllərində yuqoslav rəhbərliyi kənd təsərrüfatının məcburi kollektivləşdirilməsi kursundan imtina etdi. 6vvəlki illərdə yaradılmış istehsal koopertivlərinin çoxu dağıldı, kəndlilər təsərrüfatçılığın ailəvi formasına qayıtdılar.Milliləşdirmənin gedişində Qərb dövlətləri vətəndaşlarının (almanlardan başqa) müsadirə edilmiş xüsusi mülkiyyətinin kompensasiyası haqqında kompromiss qə- rardan sonra başlıca kapitalist dövlətləri ilə iqtisadi münasibətlər inkişaf etdirilməyə başlandı. Bu işin əsası 1950-ci ildə ABŞ-ın əvəzsiz taxıl yardımı ilə qoyuldu.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin