Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Bolqarıstan 1940-cı illərin ortaları – 80-ci illərin sonlarında



Yüklə 1,22 Mb.
səhifə120/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   116   117   118   119   120   121   122   123   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Bolqarıstan 1940-cı illərin ortaları – 80-ci illərin sonlarında




Dayiúikliklar dövrü. 1944-1948-ci illar. Nasist Almaniyası və onun müttəfiqlərinin İkinci Dünya müharibəsində məğlubiyyəti nəticəsində Bolqarıstanda hakimiyyətə gələn Vətən Cəbhəsi faşizmin məhv edilməsini, milli faciənin təqsirkarlarının məsuliyyətə cəlb olun- masını, demokratik azadlıqların, iqtisadiyyatın bərpa olunmasını və demokratik islahatların həyata keçirilməsini başlıca vəzifələr elan etdi. Kommunistlərin dövlət idarələri orqanlarında
əsas mövqelərə sahib olmaları, 1944-1948-ci illərdə Bolqarıstanda siyasi, sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsi nəticəsində cəmiyyətin yeni “xalq demokratiyası” adlanan forması yarandı. Köhnə siyasi formaların, yəni müharibəyə qədərki konstitusiyaların, çoxpartiyalı sistemin və s. saxlanılması və onların kommunist partiyalarının aparıcı rolu ilə, milli cəbhələrin fəaliyyəti ilə uyğunlaşdırılması yeni cəmiyyətin xarakterik əlaməti idi. Yeni cəmiyyət quruculuğu dövrünə daxil olan Bolqarıstan üçün İkinci Dünya müharibəsindən maksimum əlverişli və ərazi itkilərinə yol verməməklə çıxmaq başlıca vəzifə idi.
Vətən Cəbhəsinin əsas işi Antihitler koalisiyası ölkələrinin etimadını qazanmaq və
onların müdafiəsinə nail olmaq idi. Yaranmış mürəkkəb şəraitdə ölkə əhalisinin böyük əksə- riyyəti Sovet İttifaqına xüsusi ümid bəsləyirdi. SSRİ tərəfindən müdafiə olunan Bolqarıstan müharibənin son mərhələsində Almaniyaya qarşı çıxmaq imkanı qazandı. 1944-cü ilin oktyabrında imzalanmış barışıq sazişinə əsasən Bolarıstanın hərbi hissələri Yuqoslaviya, Macarıstan və Avstriyanın azad edilməsi əməliyyatlarda iştirak etdi. Bununla da, Bolqarıstan müharibənin sonunda Antihitler koalisiyası dövlətləri tərəfində olduğunu göstərdi. Bolqa- rıstanın müttəfiqlərə qoşulması gələcəkdə qalib dövlətlərlə imzalayacağı müqavilələr üçün mühüm əhəmiyyət daşıyırdı. 1945-ci ilin avqustunda SSRİ ilə diplomatik münasibətlərin bərpa olunması Bolqarıstan Fəhlə partiyası ilə də bilavasitə əlaqələrin yaradılmasına təsir etdi. Nəticədə, ölkədə Bolqarıstan Fəhlə partiyasının fəaliyyəti xeyli artdı və bu partiya ölkənin ən böüyük siyasi qüvvəsinə çevrildi. Adı dəyişdirilərək Bolqarıstan Fəhlə (Kommunist) partiyası adlandırıldı. 1944-cü ilin sentyabrında partiyanın sıralarında 13-14 min nəfər adam olduğu halda ilin sonunda onların sayı 250 min nəfərə çatdı.
“Zveno” Xalq İttifaqının nümayəndələrinin və kommunistlərin mühüm vəzifələr tut- duğu Vətən Cəbhəsi kabineti dövlət aparatının bütün pillələrində “təmizləmə” apardı. Hökumətin qərarı ilə ölkədə 2 ali məhkəmə və 64 vilayət məhkəməsi yarandı. Məhkəmələr Bolqarıstanı Üçlər paktına cəlb edənləri, hərbi caniləri cəzalandırmaq məqsədilə yaradıl- mışdır. Məhkəmənin çıxardığı hökm qəti idi və ondan şikayət vermək olmazdı. Rəsmi məlumata görə 1944-cü ilin oktyabrından 1945-ci ilin martına qədər olan müddətdə məhkəmə məsuliyyətinə 11 mindən artıq adam cəlb olunmuşdu. Onların içərisində Xalq Məclisinin deputatları, keçmiş nazirlər, polis işçiləri və b. var idi. Real olaraq 30 mindən 100 minə qədər adam xalq məhkəmələrindən keçmişdir. Ölüm cəzasına məhkum olunanların sayı 2 min nəfərdən çox idi. Nəzərdə tutlurdu ki, bu tədbirlər sülh danışıqlarında Bolqarıstanın mövqeyinin möhkəmlənməsinə səbəb olacaq.
1945-ci ilin iyununda hökumət avqustun 26-da parlament seçkilərinin keçirilməsi haqqında qərar çıxardı. Parlament seçkilərinə hazırlıq ölkədə siyasi parçalanma prosesini sürətləndirdi. Vətən Cəbhəsində strategiya və taktika məsələlərində baş verən ziddiyyətlər B6Xİ və BFSDP-nin parçalanmasına gətirib çıxartdı. Həmin partiyalardan ayrılmış qrup- lardan iki müxalifət partiyaları – N.Petkovun başçılığı altında B6Xİ və başda K.Lulçev və Q.Çeşmeciyev olmaqla BFSDP yaradıldı. Hər iki partiya seçkilərin vaxtının dəyişdirilməsi uğrunda mübarizə aparırdı. Ölkədə seçicilərin öz iradələrini sərbəst həyata keçirməsi üçün zəruri şəraitin olmadığını əsas götürən ABŞ və Böyük Briyaniyanın Nəzarət şurasındakı (Bu Şura Potsdam konfransında Almaniyanın işğalı prinsiplərini hazırlamaq məqsədilə yaradılmışdı) nümayəndələrinin təzyiqi altında seçkilər təxirə salındı.
Vətən Cəbhəsi hökuməti dörd müxalifət partiyanı – N.Petkovun B6Xİ, K.Lulçevin BFSDP, həmçinin Birləşmiş Radikallar və Demokratik partiyanı seçkilərə buraxdı. Seçkilərə B6Xİ daha fəal qoşulmuşdu və onun rəhbəri N.Petkov seçkilərdə iştirak etmək üçün ilkin şərt kimi hökumətin istefasını tələb edirdi. Lakin bu tələb yerinə yetirilmədiyindən N.Petkov öz tərəfdarlarını seçkiləri boykot etməyə çağırdı. B6Xİ partiyasını digər müxalifət qüvvələri də müdafiə etdilər. 1945-ci il noyabrın 18-də keçirilmiş seçkilərdə Vətən Cəbhəsinin qələbəsi ilə başa çatdı, seçki məntəqələrinə gələnlərin sayı 80 faizi ona səs verdi. Lakin seçkilərdə mü- xalifət iştirak etmədiyindən ABŞ və Böyük Britaniya onun nəticələrini qəbul etmədilər.
ABŞ, SSRİ və Böyük Britaniya xarici işlər nazirlərinin 1945-ci ilin dekabrında keçi- rilmiş müşavirəsində bolqar hökumətinə tövsiyə edildi ki, hökumətin tərkibinə müxalifət par- tiyalarının iki nümayəndəsini daxil etsin. 6slində söhbət B6Xİ-in nümayəndəsi N.Petkovdan və BFSDP-nin nümayəndəsi K.Lulçevdən gedirdi. Onların K.Georgiyev hökumətinin tərkibinə daxil olmalarını inandırmaq cəhdləri nəticə vermədi. Onlar həmçinin azad parlament seçkilərinin keçirilməsini, Daxili işlər və 6dliyyə nazirliklərinin kommunistlərin diktatura- sından azad olunmasını tələb edirdilər.
1946-cı ilin martında Xalq Məclisi qeyri-qanuni yolla əldə edilmiş (1935-ci il yanvarın 1-dən sonra) mülkiyyətin müsadirəsi haqqında qanun qəbul etdi. Yenə həmin ildə Xalq Məclisi aqrar islahat, yəni “torpaq əmək mülkiyyəti” haqqında qanunu təsdiq etdi. Bu qanun
şəxsi torpaq mülkiyyətinin maksimum normasını müəyyən etdi. Bu, Dobrudcada 30 hektar, digər rayonlarda 20 hektar müəyyən edildi. 1946-cı ilin sonunda 3,6 min mülkiyyətçidən alın- mış 56,4 min hektar və dövlət fondundan ayrılmış 80 min hektar torpaq 124 min torpaqsız və az torpaqlı kəndlilərin istifadəsinə verildi. Xalq Məclisi orduya rəhbərlik və ona nəzarət haq- qında qanun layihəsini də bəyəndi. Qanun tətbiqi nəticəsində Komissiya tərəfindən ordudan 2,5 min zabit xaric edildi. “Zveno” təşkilatının nümayəndəsi D.Velçev hərbi nazir vəzifəsin- dən azad edildi və BFP (K)-nin üzvü Q.Damyanov həmin vəzifəyə təyin edildi. Parlament tərəfindən 1946-cı ildə qəbul edilmiş qanunlar kommunist partiyasının mövqeyini xeyli möhkəmləndirdi.
1946-cı ilin iyulunda Xalq Məclisi dövlət idarəçiliyi forması haqqında məsələnin referenduma çıxarılması haqqında qərar qəbul etdi. Müxalifət partiyaları bundan hökumət
əleyhinə təbliğat kampaniyası kimi istifadə etdilər. Onlar K.Georgiyevin kabinetini qeyri- demokratik, birpartiyalı və diktator hökuməti kimi xarakterizə etməyə başladılar. Bununla yanaşı, onlar Bolqarıstanda republika idarə formasının yaradılması uğrunda çıxış edirdilər. 1946-cı il sentyabrın 8-də Sovet qoşunlarının ölkədə olması şəraitində Bolqarıstanda referendum keçirilirdi. Rəsmi məlumata əsasən 4509354 nəfər səsvermə hüququ olan ölkə
əhalisinin 91,63 faizi referendumda iştirak etmiş, onların 92,72 faizi monarxiya qurluşunun devrilməsi və respublika elan olunmasına tərəfdar olmuşdur. Monarxiya tərəfdarları referen- dumun nəticələrini şübhə altına alaraq bunu birbaşa sovet ordusunun ölkədə olması ilə əlaqəli olduğunu bildirdilər.
Buna baxmayaraq 1946-cı il sentyabrın 15-də Xalq Məclisi Bolqarıstanı Xalq Respub- likası elan etdi (BXP), çar ailəsi ölkəni tərk etdi. Növbədə BXP-in yeni konstitusiyası haqqın- da məsələ dururdu ki, bunu da Böyük Xalq Məclisi qəbul etməli idi. Böyük Xalq Məclisinə keçiriləcək 1946-cı il oktyabrın 27-nə təyin olunmuş seçkilərə hazırlıq siyasi mübarizənin kəskinləşməsinə səbəb oldu. Nəzarət Şurasındakı ABŞ və Böyük Britaniyanın nümayəndələri ölkədə həqiqi azad seçkilərin keçirilməsi məsələsini irəli sürürdü. SSRİ isə Bolqarıstan hökumətinə ABŞ və Böyük Britaniya rəyindən asılı olmayaraq seçdiyi siyasi kursa əməl etməyi tövsiyə edirdi.
SSRİ-nin müdafiəsinə arxalanan Vətən Cəbhəsi özünün seçkiqabağı kampaniyaya hazırladığı yeni konstitusiya layihəsinin təbliği əsasında başladı. 1946-cı il oktyabrın 27-də keçirilən seçkilər nəticəsində Vətən Cəbhəsi Böyük Xalq Məclisində 367 yer (275 yer BFP(K), 69 yer B6Xİ, 8 yer “Zveno” Xalq İttifaqı, 9 yer BFSDP, 1 yer müstəqil namizəd), müxalifət koalisiyası isə 99 yer aldı. 1946-cı ilin noyabrında formalaşmış hökumətdə 20 nazir portfelindən 10-nu kommunistlər aldılar. Baş nazir postunu 1945-ci ilin noyabrında SSRİ-dən vətənə qayıtmış G.Dmitrov tutdu, o, həm də Böyük Xalq Məclisi tərəfindən yaradılmış konstitusiya komissiyasının sədri idi.
Dimitrov Georgi Mixayloviç 1882-ci ildə Perniksk vilayətinin Kovaçevski kəndində yoxsul sənətkar ailəsində doğulmuşdur. 1902-ci ildə BFSD partiyasının, 1903-cü ildən onun “sıx sosisalistlər” bolşevik qanadının üzvü olmuşdur. 1909-cu ildən BFSD (sıx sosialistlər) partiyası MK-nin üzvü olmuşdur ki, bu partiya 1919-cu ildə BKP-na çevrilmişdir. 1923-cü ildə sentyabr silahlı üsyanının rəhbərlərindən biri kimi ölüm hökmünə məruz qalmışdır. 6vvəlcə Yuqoslaviyaya, sonra SSRİ və Almaniyaya qaçmışdır. 1933-cü il fevralın 27-də faşistlər tərəfindən Reyxstaqı yandırmaq iddiası ilə həbs edilərək 1933-cu ilin sentyabr-dekabr aylarında Leypsiq məhkəmə prosesində bəraət almışdır. Sovet vətəndaşlığı alan G.Dmitrov 1934-cü il fevralın 27-də SSRİ-yə gələrək 1935-ci ildə Kominternin İcraiyyə Komitəsinin katibi seçilmişdir. 1943-cü il mayın 15-də Komintern buraxıldığı üçün o, ÜİK-(b) P MK-nın Beynəlxalq (xarici) şöbəsinin rəhbəri təyin olunmuşdur. Sovet ordusu Bolqarıstanda kom- munist rejimini bərqərar etdikdən sonra 1945-ci il noyabrın 6-da G.Dmitrov Bolqarıstan Nazirlər Sovetinin sədri təyin edilmişdir. 1949-cu ilin yanvarından ictimaiyyətdən təcrid edilən G.Dmitrov SSRİ-də rəsmi məlumata əsasən diabetdən vəfat etmişdir. 1990-cı ildə Bolqarıstanda kommunist rejimi yıxıldıqdan sonra onun cənazəsi saxlandığı mavzoleydən çıxarılaraq dəfn edilmiş, 1999-cu ilin avqustunda isə mavzoley dağıdılmışdır.
1947-ci ilin fevralında Parisdə Bolqarıstanla sülh müqaviləsi imzalandı. SSRİ-nin bütün cəhdlərinə baxmayaraq, Bolqarıstan Antihitler koalisiyası üzvü statusunu almadı, lakin ərazi itkisinə də məruz qalmadı. Onun sərhədləri 1941-ci il yanvarın 1-dək olan sərhədlər çərçi- vəsində saxlanıldı. Müqavilənin qüvvəyə minməsindən sonra, 90 gün ərzində Sovet qoşunları və fəaliyyətini dayandırmış Nəzarət komissiyasının nümayəndələri Bolqarıstanı tərk etməli idi. Bundan istifadə edən müxalifət BFP (K)-nin ləğvini, onun antifaşist təşkilatı elan olun- masını tələb etdi. ABŞ senatı sülh müqaviləsini təsdiq edən kimi Bolqarıstan hakimiyyəti N.Petkovun həbsi barədə sərəncam verdi. 1947-ci ilin sentyabrında Paris sülh müqaviləsi qüvvəyə mindikdən sonra, B6Xİ-nin lideri N.Petkov barəsində çıxrılmış ölüm hökmü icra edildi. ABŞ və Böyük Britaniyanın diplomatik müdaxiləsi, bir sıra ictimai xadimlərin, hətta Leypsiq məhkəməsində G.Dmitrovun müdafiəçisinin əfv müraciətləri müxalifətçi B6Xİ liderini xilas etmədi.
Petkov Nikola Dimitrov 1893-cü ildə Sofiyada anadan olub, 1922-ci ildə Sorbonna Universitetinin hüquq fakültəsini əla qiymətlərlə bitirib, B6Xİ-nın nümayəndəsi kimi Vətən Cəbhəsinin təşkilində iştirak etmişdir. 1944-cü il sentyabrın 9-da baş tutan çevrilişdən sonra 1944-1945-ci illərdəki Vətən Cəbhəsinin birinci hökumətində portfelsiz nazir olmuş, kommu- nistlərin siyasətinə etiraz əlaməti olaraq istefa vermişdir. Parlament demokratiyasının, Bolqarıstanın SSRİ ilə deyil, Qərblə yaxınlaşması tərəfdarı olmuşdur. 1947-ci il iyun ayının 5-də kommunist rejimini tənqid etdiyi üçün həbs edilərək avqustun 16-da cəsusluqda ittiham olunaraq onun barəsində ölüm hökmü verilmişdir. Sentyabrın 22-də ölüm hökmü icra edilmişdir, 1990-cı il yanvarın 15-də N.D.Petkov ölümündən sonra bəraət almışdır.
Kommunistlər Bolqarıstanda olan sovet qoşunlarına və SSRİ-dən olan məsləhətçilərin fəaliyyət göstərdiyi təhlükəsizlik orqanlarına arxalanaraq milli cəbhədəki öz müttəfiqlərini tədricən müxalifətə keçməyə məcbur edərək siyasi fəaliyyətdən kənara sıxışdırırdılar. Onlara qarşı müxtəlif saxta işlər və bəhanələr adi hal almışdır. Bu şəraitdə ətrafına faşist qruplaşması toplaması bəhanəsi ilə B6Xİ partiyası buraxıldı. Tezliklə onun taleyini BFSDP də yaşadı və partiyanın bir sıra xadimləri həbs olundu.
Müxalifət partiyalarını təmsil edən deputatlardan təmizlənmiş Böyük Xalq Məclisi 1947-ci il dekabrın 4-də BXR-in Konstitusiyasını qəbul etdi. Konstitusiyaya uyğun oaraq ölkədə qanunverici hakimiyyət Xalq Məclisinə, icraedici hakimiyyət nazirlər kabinetinə, yerli hakimiyyət isə 3 il müddətinə seçilən sovetlərə və onların icraiyyə komitələrinə məxsus idi. Xalq Məclisinin sessiyaları arasındakı dövrdə bütün hakimiyyət onun Rəyasət Heyətinə verildi.
1948-ci ildə fevralın əvvəllərində Vətən Cəbhəsinin 2-ci konqresi keçirildi. Orada beş partiyanı birləşdirən Vətən Cəbhəsinin kütləvi ictimai təşkilata çevrilməsi qərara alındı. May- avqust ayında BFSDP-nin BFP (K) ilə birləşməsi baş verdi. Eyni zamanda “Zveno” Xalq partiyası və Radikal partiyası Vətən Cəbhəsinin tərkibinə daxil olaraq orada əriyib getdi. BFP (kommunist) 1948-ci ildə Bolqarıstan Kommunist partiyasına çevrildi, B6Xİ-də onun hakim rolunu qəbul etdi. Kommunist partiyasının rəhbərləri Bolqarıstanın burjua demokratiyası yoluna qayıtmasına yol verməyəcəklərini açıq bildirdilər. Kommunist partiyası ölkədə formalaşan ikipartiyalı sistemdə hakim siyasi qüvvə kimi mövqeyini qoruyub saxladı.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin