Çexoslovakiya70-80-ciillarda.“Maxmariinqilab”.1969-cu ilin ikinci yarısından başlayaraq iqtisadiyyatın mərkəzləşdirilmiş idarəçilik metodlarına keçildi. Dövlət büdcəsinin formalaşdırılması haqqında xüsusi qanun qəbul edildi. 70-ci illərin birinci yarısında qiymətlər donduruldu, həmçinin güzəştli qiymətlərlə Sovet kreditləri, xammalı və materialları alındı. Nəticədə 1971-1975-ci illəri əhatə edən beşillik sosializm quruculuğu bütün dövrünün ən uğurlu beşilliyi oldu. 6halinin real gəliri 28 faiz artdı, zəhmətkeşlərin orta əmək haqqı yüksəldi. 1971-ci ildə ÇKP-nin XIV qurultayında işlənilmiş sosial proqrama uyğun olaraq, analara verilən müavinət xeyli artırıldı, gənc ailələrə güzəştli istiqrazlar və uşaq doğularkən yardım verilməsi qərarı qəbul olundu. Bütün bu tədbirlər 1973-1975-ci illərdə əhalinin xeyli artmasına şərait yaratdı. 1976-cı ildə pensiya təminatı haqqında qanun qüvvəyə mindi ki, qanuna əsasən 3 milyondan çox adamın təqaüdü artırıldı.
İqtisadiyyata rəhbərlikdə planlaşdırma pinsiplərinə qayıdılması 70-ci illərdə çoxlu və- saitin bir sıra obyektlərin tikintisinə yönəltmək imkanı verdi və 70-ci illərdə Çexoslovakiyada inkişaf etmiş sosializm quruculuğunun simvoluna çevrilmiş bir sıra obyektlərin tikilməsi ilə nəticələndi. Bunlara misal olaraq Praqa-Brno-Bratislava avtomagistralını, Praqa metrosunun birinci növbəsini, Praqa mədəniyyət sarayının tikintisini, Bratislav qradının yenidən qurul- masını, Dünay çayı üzərində Bratislavaya gedən körpünün salınmasını göstərmək olar.
1976-1980-ci illəri əhatə edən altıncı beşillik plan istehsalın səmərəliliyinin yüksəl- dilməsinə, xalq təsərrüfatının bütün sahələrinin dinamik inkişafı üçün elmi-texniki tərəqqinin sürətləndirilməsinə başlıca yer ayırmışdır. Beşinci və altıncı beşillik plan tapşırıqlarının uğurla həyata keçirilməsinin sayəsində 1976-1980-ci illərdə orta hesabla sənayenin artım sürəti 6,7 faiz təşkil edirdi. Kimya və maşınqayırma, elektronika və hesablama texnikası daha sürətlə inkişaf etmişdir. Keçmişdə dağınıq və kiçik müəssisələrdən ibarət olan yüngül və qida sənayesi yenidən qurularaq müəssisələrinin 50 faizi min nəfərdən çox işçisi olan mərkəzlərə çevrildilər. Ümumiyyətlə, 1945-1970-ci illərdə ÇSSR-də 2000-dən çox sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir.1949-1970-ci illərdə sənaye istehsalı həcmi 10 dəfə, maşın- qayırma 23, kimya sənayesi məhsulları 27 dəfə artmışdır.
1976-cı il məlumatına əsasən Çexoslavakiyada kənd təsərrüfatının 94 faizi sosialist bölməsinin payına düşürdü. Ölkənin kənd təsərrüfatı sahəsində 213 dövlət müəssisəsi, iki mindən çox kooperativ tipli kənd təsərrüfatı istehsal birlikləri mövcud idi. Bunların sayəsində 1976-cı ildə ölkənin kənd təsərrüfatı istehsalı həcmi müharibədən əvvəlki səviyyədən 36, o cümlədən heyvandarlıq məhsulları 66 faiz artmışdır. Ümumən ölkənin kənd təsərrüfatı ərzaq ehtiyacının təqribən 85 faizini ödəmək gücündə idi. 1960-1975-ci illərdə ölkədə milli gəlir iki dəfə artmışdır. ÇSSR-in dövlət və kooperativ bölmələrində çalışan fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 1960-cı ildə 1365, 1970-ci ildə 1937, 1975-ci ildə isə 2304 kron olmuşdur.
Lakin 70-ci illərin sonlarında yenidən iqtisadi inkişafda çətinliklər özünü göstərməyə
başladı. 80-cı illərdə Çexoslovakiyanın Qərb ölkələri ilə müqayisədə texniki geriliyi göz qabağında idi. Sosialist ölkələrinin müəssisələri ilə tərəfdaşlıq münasibətlərinin etibarlı olma- ması istehsal olunan məhsulların maya dəyərinin artmasına, dünya bazarlarında rəqabət qabi- liyyətinin aşağı düşməsinə səbəb olurdu. Milli gəlirin artım sürətinin aşağı düşməsinə bax- mayaraq ölkə hələ də həyat şəraitinin səviyyəsinə görə sosialist ölkələri arasında ADR-dan sonra ikinci yeri tuturdu.
70-ci illərdən, daha dəqiq desək ÇKP MK-nın 1969-cu il aprel plenumundan sonra ictimai həyatın bütün sahələrində keçmiş idarəçilik metodlarının zorla bərpası baş verdi. 60-cı illərin Çexoslovakiya böhranını yaradan səbəblər inzibati yolla aradan qaldırıla bilməzdi. Struktur dəyişikliklərini həyata keçirmək lazım idi, lakin bunun üçün partiya və dövlət rəhbərliyində nə siyasi iradə, nə də anlaşıqlıq var idi. Başlıca vəzifə mövcud rejimi saxlamaq və möhkəmləndirmək idi. “Normallaşma” prosesində “praqa baharı” dövründə özünün fallığı ilə seçilən humanitar ziyalılar daha çox ziyan gördü, onların çoxu tutduğu vəzifəni və əsas işini itirdi. Xaricdən ölkələrinə müdaxiləni qardaş köməyi hesab etməyənlər də ziyan çəkdi. Lakin Çexoslovakiya şəraitində Q.Qusakın özünün də biləvasitə qurban olduğu 50-ci illərin sərt repressiya tədbirlərinə qayıtmaq mümkün deyildir.
“Praqa baharından” sonra 1971-ci ilin noyabrında keçirilən ilk parlament seçkilərində ÇKP namizədləri səslərin 100 faizini topladı ki, bu da əhalinin böyük əksəriyyətinin, xüsusilə fəhlə və kəndlilərin rejimə loyallığını göstərdi. 1975-ci ildə 80 yaşlı L.Svoboda prezident vəzifəsindən istefa verdikdən sonra onun yerini “normallaşdırma”nın simvoli olan Q.Qusak tutdu. 1987-ci ilə qədər prezident, ÇKP MK-nın birinci katibi və Milli Cəbhənin sədri funk- siyaları onun əlində cəmləşmişdi. 1980-ci ilin dekbarında Federal Məclis 1968-ci il federasiya haqqında qanuna dəyişikliklər və əlavələr haqqında üç konstitusiya qanunu qəbul etdi. 6vvəllər olduğu kimi, yenidən respublikaların real hüquqlarının pozulması hesabına mərkəzi federal orqanlarının hüquqları genişləndirildi. Çex və Slovaklar arasında vaxtı çatan milli məsələlərin bir çoxu həll edilmədən qaldı. 80-ci illər xalqın həyatı problemlərindən get-gedə uzaqlaşan partiya-hökumət elitasının formalaşdırılması faktiki olaraq başa çatdı. İnzibati- amirlik idarəçiliyi yalnız iqtisadiyyatı deyil, mədəniyyəti, elm və təhsili də əhatə edərək onu yenidən ideologiyalaşdırdı.
SSRİ-nin aşkarlıq və yenidənqurma dövrünə qədəm qoyması ilə ÇSSR-in ictimai və siyasi həyətında durğunluq ab-havası dəyişməyə başladı. Qonşu Macarıstanda uğurla həyata keçirilən iqtisadi islahat böyük maraq doğurdu. Çexoslovakiya ictimaiyyəti M.Qorbaçovun ölkəyə səfəri ilə əlaqədar və M.Yakeşin 1987-ci ilin sonunda ÇKP MK-nın birinci katibi seçilməsindən sonra siyasi həyatın demokratikləşəcəyinə böyük ümid özünü doğrultmadı.
Amma yenidən ÇSSR hökumətinə Baş nazir təyin edilmiş L.Ademets özünü iqtisa- diyyatda islahatın keçirilməsinin fəal tərəfdarı kimi göstərirdi. Onun tərəfindən ÇKP MK-nın Rəyasət Heyəti üzvlərinin bir qrupundan islahatçı qanad yaratmaq təşəbbüsü edildi. Lakin Y.Foytik və 1969-1970-ci illərdə ÇKP sıralarında təmizləməyə rəhbərlik edən M.Yakeşin qruplaşmasının müqaviməti üzündən bu iş yarımçıq qaldı. Mühafizəkarlar öz karyeralarının müflis olacağından ehtiyyat edərək “yenidənqurmaya” şübhə ilə baxırdılar.
Bununla bərabər, cəmiyyət tədricən qorxu hissindən azad olurdu, 1968-ci il işğalının 20 illiyi münasibəti ilə Praqanın mərkəzində icazəsiz nümayiş keçirilirdi, həmçinin 1988-ci il oktyabrın 28-də milli müstəqillik günü ilə əlaqədar nümayiş təşkil olundu. Ölkənin ictimai hə- yatında 1977-ci ildə yaranmış hüquq müdafiəsi təşkilatı “Xartiya 77”-nin təsiri get-gedə ar- tırdı. Bu qeyri-formal təşkilat 1975-ci ildə ÇSSR hökumətinin Helsinski müşavirəsində ölkə- də insan haqlarının qorunması haqqında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə nəzarət edir və bu sahədə pozuntular haqqında yerli və dünya ictimaiyyətinə məlumat verirdi. Təşkilata növbə ilə məşhur filosof Y.Patoçka, 1968-ci ildə Xarici İşlər naziri olmuş Y.Qayek və dramaturq Vatslav Qavel başçılıq edirdilər. 1977-ci ilin sonlarına qədər, təqiblərə baxmayaraq, xartiyaya 800 min adam imza atmışdı. “Xartiya-77”-nin üzvlərinin təşəbbüsü ilə 1978-ci ildə ədalətsiz təqib olunanların müdafiəsi üçün komitə təşkil edildi. Bu komitə qa- nunsuz həbs olunanlar haqqında ictimaiyyətə məlumat verir və zərər çəkənlərin ailə üzvlərinə
maddi yardım göstərirdi. 1979-cu ildə xartiyanın 10 fəal üzvü həbs olundu, 6 nəfər, o cümlədən V.Qavel müxtəlif müddətlərdə cəza alsa da, komitənin fəaliyyəti davam edirdi.
80-cı illərin sonlarına yaxın “Xartiya-77”-nin ətrafında toplaşan müxtəlif qeyri-formal təşkilatların sayı artdı. 1989-cu ilin əvvəllərində onların sayı 35-i keçmişdir. Dövlətin kilsə siyasətinə qarşı kardinal Tomaşek tərəfindən dəstəklənən etiraz kampaniyası keçirildi. Din- darların konstitusiya hüquqlarına hörmətlə yanaşmağı tələb edən petisiyaya 600 min adam imza atdı. Həmçinin V.Qavelin də azad olunması uğrunda imzalar toplanmağa başlandı. 1988-ci ilin sonunda hakimiyyət insan haqqları beynəlxalq günü ilə əlaqədar AT6T-in Vyana konfransının keçirilməsi ilə bir vaxtda düşən nümayişə icazə verməli oldu. Aksiya cəmiyyətdə böyük səs doğurdu. “Normallaşdırma”nın qatı tərəfdarlarından biri, ÇSSR-nin insan haqları üzrə Vyana razılaşmasına qoşulmasının əleyhinə olan V.Bilyak istefaya getməyə məcbur oldu.
Lakin 1989-cu ildə Y.Palaxın xatirəsinə həsr olunmuş nümayişin dağıdılması və nümayişin təşkilatçılarının həbs edilməsi onu göstərdi ki, dövlət müxalifətlə dialoqa girmək fikrində deyil. V.Qavel yenidən həbs olundu. Onun azad olunması uğrunda imza toplanması aksiyasında təkcə dissidentlər yox, məşhur mədəniyyət və elm xadimləri də iştirak edirdilər. 1989-cu ilin iyununda siyasi məhbusların azad edilməsi, müstəqil təşkilatlara azad fəaliyyət imkanı verilməsi, həmçinin milli tarixin mühüm problemlərinə dair açıq diskussiyaların keçirilməsi tələblərini irəli sürən “Dirçəliş” klubu təşkilatının qurultayı keçirildi. “Bir neçə söz” çağırışına imza atanların sayı artaraq ilin sonunda 40 min nəfərə çatdı. Müxalifət 1968-ci il 21 avqust sovet qoşunlarının müdaxiləsi və 1989-cu il 28 oktyabr respublikanın müstəqilliyi günləri münasibətilə nümayişlər təşkil etdi.
1989-cu ilin ikinci yarısından başlayaraq “Xartiya-77” və başqa müxalifətçi qrupların tərəfdarları ÇKP-nin kursunu tənqid etməyi gücləndirdilər. Lakin partiya rəhbərliyi yenə də müxalifətlə dialoqa girməkdən imtina etdi. ADR-də Honekker rejiminin yıxılması hadisələrin gedişini sürətləndirdi. Müxalifətçi qruplar ÇKP-nin rəhbər roldan imtina etməsini tələb edən bir sıra nümayişlər keçirdilər, lakin polis onları qovdu. 1989-cu il noyabrın 17-də Praqada tələbə nümayişinə sərt divan tutuldu. Şəhər teatrlarının birində “Xartiya-77”-nin təşəbbüsü ilə Vətəndaş Forumu yaradıldı. Onun rəhbərliyinə keçmiş kommunistlər, “Praqa baharı” dövrün- də partiyadan kənar olunanlar daxil oldu. Milli Cəbhə partiyalarından Çexoslovakiya Sosialist partiyası onu müdafiə etdi. Vatslav Qavel, “Vətəndaş Formunu”nun rəhbəri oldu. Slovakiyada isə oxşar hərəkata “İctimaiyyət Zorakılğa Qarşı” (İZQ) təşkilatı başçılıq edidi. Ölkəni nüma- yişlər bürümüşdür.
17 noyabr nümayişləri Çexoslovakiyada “məxməri”, yaxud “zərif” adı almış inqilabın başlanğıcını qoydu. İlk əvvəl onun iştirakçıları son dərəcə dinc yolla hərəkət edən tələbələr idi. Onlar hökumət binalarını və ÇKP-nin obyektlərini tutmağa təşəbbüs etmirdilər, polislə toqquşmadan qaçırdılar. Praqanın iri müəssisələri tələbələri müdafiə edirdilər. Bir çox qəzet demokratik hərəkatın tərəfinə keçdi.
İnqilabın beyin mərkəzi olan Vətəndaş Forumu qısa müddətdə ÇKP-nı mövqeyindən sıxışdıra bildi. Bir milyondan çox üzvü olan partiyanın siyasi mübarizə aparmağa qabiliyyəti olmadığı məlum oldu, partiya-dövlət aparatı iflic olmuşdu. Vətəndaş Formunun qoyduğu məqsəd – cəmiyyəti demokratizmə və humanizmə qaytarmaq, ölkədə çox geniş müdafiə olundu. 1989-cu il noyabrın 21-də Federal hökumətin sədri L.Adametslə “Vətəndaş For- mu”nun (VF) sədri V.Qavel arasındakı danışıqlarda qərara alındı ki, ziddiyyəti demokratik yolla həll etsinlər.
Çexoslovakiyada və əsasən də Praqada cərəyan edən kütləvi nümayiş və tətillərin təsiri altında 1989-cu il noyabrın 24-də M.Yakeş ÇKP MK-nın birinci katibi vəzifəsindən istefa verdi və federal parlament konstitusiyanın ÇKP-nin rəhbər rolunu təsdiq edən maddəsini çıxartdı. 1989-cu il dekabrın 3-də Q.Qusak hökumətinin istefasını elan edib, özü də prezident vəzifəsindən istefa verdi, yeni yaradılmış hökumət kabinetində 21 yerdən 16-nı kommunistlər tutdular. Çıxışların yeni dalğası bu hökuməti də dekabrın 7-də istefaya getməyə məcbur etdi.
Dekabrın 10-da ÇKP-dən olan M.Çalfa başda olmaqla “milli razılıq” hökuməti forma-
laşdırıldı. Yeni hökumətə müxtəlif partiyaların nümayəndələri daxil oldular. “Vətəndaş Foru- mu” və Slovakiyada ona yaxın olan “Cəmiyyətdə zorakılığa qarşı” ölkənin ən nüfuzlu siyasi qüvvələri oldular. Yeni kabinetin tərkibinə ÇKP-dən 10 sosialist və xalq partiyalarının hər birindən 2, “Vətəndaş Forumu” və “Cəmiyyətdə zorakalığa qarşı”dan 7 nəfər daxil oldu.
1989-cu ilin sonunda dövlət rəhbərliyinə yeni adamlar gəldi. Vətəndaş azadlıqları uğ- runda mübarizənin fəal iştirakçısı, “Xartiya-77”-nin tərəfdarlarından biri, Vətəndaş Formunun lideri dramaturq Vatslav Qavel (1936-cı ildə anadan olub) dekabrın 29-da Federal Məclisdə prezident, 1968-1969-cu illərdə ÇKP MK-nin birinci katibi, “Praqa baharı”nın qəhrəmanı olmuş A.Dubçek isə Federal yığıncağın sədri seçildi. 1990-cı ildə keçiriləcək parlamentdə seçkilərə hazırlıq başlandı. Qavel yeni il tərkibində qeyd etdi ki, xaricdən təsir olmadan həyat qurmaq vaxtı gəlib çatmışdır.
Çexoslovakiyanın yeni inkşaf mərhələsinə qədəm qoyması həyatın bütün sahələrində
əsaslı dəyişikliklərə səbəb oldu. Özəl mülkiyyətin, sahibkarlığın inkişafına diqqətin artırılması dövlət xərclərinin nəzərə çarpacaq dərəcədə azaldılmasına geniş imkanlar açıldı. Mülkiyyət münasibətlərinin dəyişdirilməsi 1990-cı ildə maliyyə naziri Vatslav Klausun təklifi ilə çek özəlləşdirilməsi proqramının həyata keçirilməsi ilə başlandı. Ölkənin vətəndaşları az bir məb- ləğlə çek kitabçaları almaqla bu və ya digər müəssisələri özəlləşdirməkdə payçı kimi iştirak etmək imkanı əldə etdilər. Çek özəlləşdirilməsinin artıq birinci mərhələsində əhalinin geniş təbəqələri – 70 faizə qədəri yeni kursu müdafiə edən aksiya sahiblərinə çevrildilər. Qiymətli kağızlar bazarı sürətlə formalaşmaqda idi. “kiçik” özəlləşdirmə deyilən özəlləşdirmə nəticə- sində mağazalar, məişət xidməti müəssisələri və s. dövlət mülkiyyətindən çıxarılaraq auksi- yonlarda satılırdı. Bəzi milliləşdirilmiş əmlakın əvvəlki sahiblərinə qaytarılmasına başlandı.
Ünvanlı iqtisadi dəyişikliklərin uğurları islahatçıların nüfuzunun artmasına və “məx- məri” inqilabdan sonra ilk dəfə 1990-cı ilin iyulunda qanunverici orqanlara keçirilən seçki- lərdə onların qələbəsini təmin etdi. “Vətəndaş Forumu” və “İctimaiyyət Zorakılığa Qarşı” hə- rəkatları seçicilərin əksər səslərini qazandı. Qələbənin təmin edilməsində Xristian-Demokratik Uniya, Moraviya-Sileziya hərəkatı, Yaşıllar partiyası və s. rolu böyük idi. Məhz bu təşkilatlar hökumətin koalisiyasının əsasını təşkil edirdi. Prezident Qavel də bu təşkilatlarla həmrəy idi. Parlament seçkilərinin müvəffəqiyyəti həm də V.Qavelin təkrar Çex və Slovakiya Federativ Respublikalarının prezidenti seçilməsilə başa çatdı. Belə ki, 1990-cı ilin yazında dövlətin rəsmi adı Çex və Slovakiya Federativ Respublikası idi. Seçkidən sonra mürəkkəb əsaslı dəyişikliklər şəraitində “Vətəndaş Forumu” və “İctimaiyyət Zorakılığa Qarşı” hərəkatları çexlər və slovaklar arasında artan milli ziddiyyətləri həll etməyi bacarmadı. Bu hərəkatlar
əslində dövlət quruculuğu probleminin həllinə müxtəlif nöqteyi-nəzərdən yanaşan azad antikommunist təşkilat və qrupların qarışığından ibarət idi. Parlament seçkilərindən sonra çox keçmədən “Vətəndaş Forumu ” bir sıra siyasi partiyalara parçalandı. Bunların sırasında ən nüfuzlu liberal yönümlü “Vətəndaş Hərəkatı” və tərkibinə görə daha böyük müasir realizm ideologiyasına söykənən Vətəndaş Demokratik partiyası fərqlənirdi. V.Klausun lideri olduğu bu partiya radikal iqtisadi islahat tərəfdarı kimi dövlətin iqtisadi rolunu zəiflətməklə sürətli özəlləşdirmə tərəfdarı idi. “Vətəndaş Forumun”dan ayrılan üçüncü qüvvə çex mühafizəkar dəyərlərini təbliğ edən “Vətəndaş Demokratik Alyansı” idi.
İqtisadiyyatda islahatın nəticələri Slovakiyanın vəziyyətinə çox halda mənfi təsir göstərdi. Belə bir şəraitdə Slovakiya İctimaiyyəti Zorakılığa qarşı təşkilatın dağılmasından sonra kütlələr tərəfindən müdafiə edilən məşhur siyasətçi, Demokratik Slovakiya Uğrunda hərəkatın sədri Vladimir Meçiar uğur qazandı. Meçiar slovakların milli suverenliyi uğrunda hərəkata rəhbərlik edir, çex-slovak federasiyası tərəfdarlarına qarşı çıxırdı. Slovakiyanın müstəqilliyi uğrunda Kanadada və ABŞ-da yaşayan slovak mühacirləri də çıxış edirdi. Slova- kiyanın tam müstəqilliyini əvvəllər Slovakiya cəmiyyətinin az bir hissəsi müdafiə edirdi. Lakin 1990-cı ildəki seçkilərdən sonra bu tələb Slovakiya milli partiyasının və digər partiya, qruplarının fəaliyyət proqramına çevrildi.
Slovakiya Praqaya təzyiqi gücləndirərək federasiyada bərabər imkanların qarantına çalışırdı. Artıq 1990-cı ilin yazında Federal yığıncaqda (məclisdə) dövlətin adının dəyişdiril-
məsi müzakirə ediləndə millətlərarası münasibətlətin kəskinləşməsi göz qabağında idi. Slovakiya liderləri ciddi-cəhdlə təkid edirdilər ki, ölkənin Çexo-Slovakiya adı dəyişdirilsin. Nəticədə ölkənin adının Çex və Slovakiya Federativ Respublikası adlandırılması haqqında qarşılıqlı razılıq əldə edildi. Elə bu zaman Bratislavada Slovakiyanın tam müstəqilliyini tələb edən çıxışlar oldu. P.Pitqartın çex hökuməti ilə V.Meçiarın Slovak hökuməti arasında səlahiyyətlərin bölünməsində narazılıq yarandı.
1991-ci ilin yazında Meçiarın hökuməti istefa verdi və onun yerini Y.Çarnoqurski kabineti tutdu. O, konstitusiya qəbul olunanadək xüsusi çex və slovak müqaviləsinin imzalan- ması təşəbbüsü ilə çıxış etdi. Çexlər bu tələbi qəbul etdilər. Lakin yenə də Slovakiyada müstəqil respublikanın yaradılması şüarları daha kəskin səslənməyə başladı.
Uzun sürən qarşıdurma özünün ən yüksək zirvəsinə 1992-ci il seçkilərində çatdı. Seç- kilərdə Çex respublikasında Vətəndaş Demokratik partiyası səslərin 30 faizinə qədərini, Slo- vakiyada V.Meçiarın başçılıq etdiyi Demokrat Slovakiya Uğrunda hərəkat səslərin çox hissə- sini qazanaraq qələbə çaldılar. Bu qüvvələr müxtəlif iqtisadi və siyasi məqsədlər qarşısına qoyduğu üçün tam gücü ilə fəaliyyət göstərən federal hökumətin yaradılması problem idi. Belə bir şəraitdə seçkidə qalib gəlmiş partiyaların liderləri bir silsilə danışıqlardan sonra federasiyanın bölünməsi qərarına gəldilər.
1992-ci il noyabrın 25-də Federal Məclis iki xalqın federasiyasının ləğv edilməsi haq- qında qərar qəbul eti. Üç həftədən sonra Çex Milli Şurası Çex republikasının Konstitusiyanı qanuniləşdirdi. 1993-cü il yanvarın 1-də Avropanın xəritəsində keçmiş Çexoslovakiya fede- rasiyası ərazisində iki yeni dövlət-Çex Respublikası və Slovakiya Respublikası meydana gəldi. Onların ərazisi və coğrafi vəziyyəti əvvəlki kimi saxlanıldı, geopolitik şərait və dövlətin inkişafı şəraiti əsaslı dəyişikliklərə məruz qaldı.