Çexoslovakiya 1948-1968-ci illarda sosializm quruculuğu dövründa. Fevral hadisələri nəticəsində ÇKP-nin inhisarçı hakimiyyətin yaranması cəmiyyətin gələcək köklü dəyişikliklər yolunun müəyyən edilməsinə gətirib çıxartdı. 1948-ci ilin yazında milliləşdirmənin ikinci mərhələsi başlandı. Milliləşdirmənin gedişində orta burjuaziyanın iqtisadi dayağı ləğv edildi. İlin sonuna yaxın ölkədə 20 nəfərdən çox fəhlə çalışan özəl müəssisə qalmamışdı. Kommunistlərin təşəbbüsü ilə aqrar islahata dair qəbul edilmiş yeni qanun həyata keçirilməyə başlandı. Nəticədə 50 hektardan çox torpaq sahəsi olan bütün təsərrüfatlar ləğv edildi. 1949- cu ildə kənd təsərrüfatının başdan-başa kooperativləşdirilməsinə hazırlıq başlandı. Üç mər- hələdə həyata keçiriləcək vahid kənd təsərrüfatı kooperativləri haqqında qanun qəbul edildi. Qanuna görə birinci mərhələ 1949-1952-ci illəri, ikinci mərhələ 1953-1954-cü illəri və koope- rativləşməyə qarşı kəndlilərin müqavimətini qırmış olan 1955-ci il üçüncü mərhələni təşkil edirdi.
1949-1953-cü illəri əhatə edən xalq təsərrüfatının inkişafına dair birinci beşillik planın həyata keçirilməsi prosesi başladı. İqtisadiyyatın modernləşdirilməsi, ağır sənayenin üstün inkişafı, həmçinin Slovakiya iqtisadiyyatının sürətlə inkişaf etdirilməsi vəzifələri qarşıya qoyulmuşdu.
1949-cu ildə Çexoslovakiya QİYŞ-nin üzvü oldu və Sovet tipli ölkələrin iqtisadi bloku- nun əsas dayaqlarından birinə çevrildi. Xarici ticarət dövriyyəsində sosialist ölkələrinin payı 1948-ci ildəki 40 faizdən 1953-cü ildə 80 faizə yüksəldi. Birinci beşilliyin plan tapşırıqlarının yerinə yetirilməsi nəticəsində ölkə iqtisadiyyatının sosialist bölməsi kooperativ mülkiyyətilə birlikdə milli məhsulun 92 faizini verirdi. Sənaye məhsulunun ümumi istehsal həcmi beşil-
likdə 93 faiz, 1937-ci illə müqayisədə isə iki dəfədən çox artdı. 6sas aparıcı sahəyə çevrilən maşınqayırma məhsulları beş il ərzində 3,3 dəfə artdı. Slovakiya sənayesinin artım sürəti daha yüksək idi. Artım əsasən ekstensiv inkişaf hesabına əldə edilirdi ki, bu da sonrakı illər üçün də xarakterik idi. İdarəçilikdə inzibati metodlar üstünlük təşkil edirdi. Çexoslovakiya, ilk növbədə müdafiə və maşınqayırma sahələrini inkişaf etdirməklə, SSRİ ilə yanaşı başqa Sovet bloku ölkələrində də sənayeləşdirməni keçirmək üçün təcrübə məktəbi rolunu oynayırdı. İnkişaf etmiş kapitalist dövlətləri tərəfindən SSRİ-nin müttəfiqlərinə qarşı ticarətdə məhdu- diyyətlər və qadağalar qoyulduqdan sonra Qərblə iqtisadi əlaqələr minimum səviyyəyə endi- rilmişdi. Həm də iqtisadiyyatda başlıca nöqsan ondan ibarət idi ki, əhalinin ən zəruri mallara tələbatı tam ödənilmirdi. Yalnız1953-cü ildə ağır sənayenin inkişaf tempi aşağı salınmaqla
əsas diqqət əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edən istehlak mallarının istehsalına yönəldildi. Buna təkan verən hadisə 1953-cü ildə soyğunçu pul islahatına qarşı çıxan ölkənin 128 müəssisəsində baş verən tətillər oldu. Plzendə fəhlələrin çıxışları ordu və milisin köməyi ilə yatırıldı.
1956-cı ildə 1956-1960-cı illərdə xalq təsərrüfatının inkişafına dair ikinci beşillik plan qəbul edildi. Planda sosializmin maddi istehsal bazasının qurulmasını tamamlamaq, xalq təsərrüfatının bərabər səviyyəli inkişafını təmin etmək, yanacaq enerjisi və xammal sahəsin- dəki geriliyi aradan qaldırmaq, istehsalın inkişaf səviyyəsini sürətləndirmək, marksizm-leni- nizm prinsipləri əsasında xalqın mənəvi-siyasi birliyini möhkəmləndirmək nzərdə tutulurdu. Bu vəzifələrin əsasən yerinə yetirilməsi nəticəsində sənaye istehsalının həcmi ikinci beşillikdə 1955-ci illə müqayisədə 66 faiz artmışdır ki, bu da 1937-ci illə müqayisədə 4 dəfə çox idi. Milli gəlir 1948-ci illə müayisədə 2,5 dəfə artdı. Kənd təsərrüfatının 87,4 faizi sosialist böl- məsinin payına düşürdü. Adambaşına ərzaq və sənaye məhsulları istehsalına görə Çexoslo- vakiya dünyada qabaqcıl yerlərdən birini tuturdu.
50-ci illərin ikinci yarısı kənddə kollektivləşdirmənin dərinləşməsi ilə xarakterizə olu- nur. 1960-cı ildə kənddə yalnız bir neçə on min fərdi təsərrüfat qalmışdı ki, onlar da çalışan kənd əhalisinin 2,6 faizini təşkil edirdi. Kollektivləşdirilmə kənd təsərrüfatına mənfi təsir gös- tərdi. Ümumiməhsul istehsalı 50-ci illərin sonlarında müharibədən əvvəlki səviyyəyə çatma- mışdı.
1961-1965-ci illəri əhatə edən üçüncü beşillik planda inkişaf etmiş sosializm cəmiyyəti quruculuğu nəzərdə tutulmuşdu. İlk növbədə, real iqtisadi-sosial göstəricilər işlənib hazırlan- mışdı. Lakin 1960-cı ildə çağırılmış partiya konfransında bu beşillik plana yenidən baxılmış və kontrol rəqəmlər yüksəldilmişdir. 6slində ölkənin güc və imkanlarına lazımı qiymət veril- məmiş, real vəziyyət nəzərə alınmadan qərar qəbul edilmişdir. ÇKP-nin XII qurultayında beşillik plandan illik plana keçilməsi qərara alınmışdı. Müharibədən sonrakı illərdə ilk dəfə milli gəlirin səviyyəsinin azalması baş verdi. Belə ki, 1963-cü ildə milli gəlirin həcmi 2 faiz azaldı, əmək məhsuldarlığı 21 faiz aşağı düşdü. Hakimiyyət bunun səbəbini xarici siyasi vəziyyətin çətinlikləri və Çin Xalq Respublikasının Çexoslovakiya ilə imzalanmış uzunmüd- dətli sazişin pozulması ilə izah etməyə çalışırdı. Çexoslovakiya texnikası yüklənmiş eşalonlar Çopdan Çin sərhədlərinə qədər uzanıb gedirdi. Onun az bir hissəsi satıldı, qalanları əridilməyə verildi, əhalinin həyat səviyyəsinin aşağı düşməsi, maşın parkının köhnəlməsi və ÇSSR-in inkişaf etmiş ölkələrdən çox geri qalması ölkənin rəhbərliyi qarşısında istehsalın səmərəli- liyini yüksəltmək üçün yeni yollar axtarmaq vəzifəsini qoydu. 1965-ci ildə işlənib hazırlanmış iqtisadi islahatlar proqramına böyük ümidlər bəslənilirdi, lakin iqtisadi islahatı tam həyata keçirmək mümkün olmadı.