Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Çexoslovakiya 1940-cı illərin ortaları – 90-cı illərin əvvəllərində



Yüklə 1,22 Mb.
səhifə103/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   99   100   101   102   103   104   105   106   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Çexoslovakiya 1940-cı illərin ortaları – 90-cı illərin əvvəllərində




Çexoslovakiya müharibadan sonrakı 1945-1948-ci illarda. 1945-ci ilin aprelində azad edilmiş ərazidəki Koşitse şəhərində çexlərin və slovakların Milli Cəbhə hökuməti təşkil edildi. Hökumətin təqdim etdiyi Koşitse proqramı müharibədən sonrakı Çexoslovakiyada liderlik uğrunda mübarizə aparan siyasi qüvvələrin kompromis proqramı oldu. Bu milli- azadlıq mübarizəsində iştirak etmiş cəmiyyətin bütün təbəqələri üçün aydın olan sosial dəyi- şikliklər proqramı idi. Beneş və tərəfdarları belə güman edirdilər ki, hakim elitanın tərkibinə kommunistlərin nümayənlərini də daxil etməklə Çexoslovakiyanı əvvəlki əsaslarla bərpa etmək mümkündür.
Sənədin iqtisadiyyata aid hissəsində müəssisələrin milliləşdirilməsi, vətən xainlərinin, almanların, macarların torpaqlarının müsadirə edilməsi nəzərdə tutulmuşdu. İşğalçılarla
əlaqədar olmayan milli burjuaziyanın mövqelərinə demək olar ki, toxunulmurdu. Proqramda alman və macar əhalsinə qarşı siyasət məsələsi də müəyən edilmişdi. Antifaşistlər istisna olmaqla yerdə qalan əhali deportasiya edilib, vətəndaşlıqdan məhrum edilirdi. Koşitse proqra- mında xalq-demokratik dövlətin əsas prinsipləri formalaşdırılmışdı. Çexlərin və slovakların milli cəbhəsi siyasi partiyalar və kütləvi milli təşkilatlarla təmsil olunmuş bütün sosial siniflərin və qrupların qarşılıqlı fəaliyyət forması idi. İki mühacir mərkəzi arasında 1945-ci ilin mart danışıqları nəticəsində Çex torpaqlarında dörd siyasi partiya, ÇKP, Sosial-Demokrat, Milli Sosialistlər və Xalq partiyası yaradıldı. Slovakiyada əvvəl iki partiya, Slovakiya Kommunist partiyası və Demokratik partiya fəaliyyət göstərirdi. 1946-cı ildə burada daha iki partiya, 6mək partiyası və Azadlıq partiyası yaradıldı. Bununla yanaşı, ölkənin gələcək inkişafı yolları haqqında məsələ Koşitse proqramında açıq qalmışdı. Bu proqramın hazırlan- masında iştirak etmiş siyasi qüvvələr yalnız milli, sosial-iqtisadi yenidənqurmada, vətən xainləri ilə mübarizədə, alman və macar əhalisinin ölkədən çıxarılmasında yekdil idilər.
Çexoslovakiyanın müharibədən sonrakı ilk üç ili gələcək inkişafın istiqamətlərinin müəyyən edilməsi uğrunda siyasi qüvvələr arasında mübarizənin getdiyi illərdir. Kimin
üstünlük qazanacağı xalqın böyük bir hissəsini öz tərəfinə çəkə biləcəyindən asılı idi. Burada kommunistlər əlavə üstünlüyə malik idilər, çünki onlar SSRİ tərəfindən fəal müdafiə edilirdi. Həm də Podkarpat Rusu istisna olmaqla SSRİ Çexoslovakiyanın müharibədən əvvəlki sərhədləri hüdudlarında bərpa edilməsində böyük rol oynamışdır.
Daha kəskin daxili çəkişmələr sənayenin milliləşdirilməsi məsələsi ətrafında gedirdi. Liberal-demokrat yönümlü partiyalar çalışırdılar ki, milliləşdirmə Koşitse proqramı çərçivə- sindən kənara çıxmasın və onun vaxtı şəraitdən asılı olaraq uzadılsın. Kommunistlər isə onun dərhal həyata keçirilməsini tələb edirdilər. İşğalçıların və kollaborasionistlərin, yəni vətən xainlərinin əmlakının müsadirəsi haqqında 1945-ci ilin mayında dekret çıxdıqdan sonra həmin ilin oktyabrında fəhlə hərəkatının təzyiqi altında bankların, sığorta kompaniyalarının, bundan başqa sənaye istehsalının 25-dən çox sahələrinin milliləşdirməsi haqqında dekretlər verilirdi. Buraya 500 nəfərdən çox işçi çalışan müəssisələr aid edilmişdi. Bu dekretlər Koşitse proqramı çərçivəsindən kənara çıxırdı. İqtisadiyyatda həlledici mövqe bütün sənaye istehsalının 61 faizini, işləyənlərin isə 80 faizini əhatə edən dövlət bölməsinin əlinə keçdi. Orta burjuaziyanın mülkiyyətinə hələlik toxunulmadı.
1946-ci ilin mayında müharibədən sonra parlamentə ilk seçkilər keçirildi. Seçkilərdə bütün leqal çex və slovak siyasi partiyaları iştirak edirdilər. Onlardan ən güclüsü Çexiya, Moraviya və Sileziyada geniş dəstəyə malik olan və seçicilərin 38 faizinin səslərini toplamış ÇKP idi. Slovakiyada səslərin 62 faizini toplamış Demokratik partiya uğur qazandı. Slovakiyada kommunistlər 30,4 faiz səs topladılar. Milli Məclisdə kommunistlər 114, Milli- sosialistlər 55, Xalq partiyası 47, Slovak demokratları 44, Sosial demokratlar 36 mandata sahib oldular. Slovakiya Azadlıq partiyası və 6mək partiyası hərəyə iki yer aldı.
Hökumətə ÇKP-nin lideri Klement Qotvald (1896-1953) rəhərlik edirdi. 6n mühüm vəzifələr – daxili işlər naziri, maliyyə naziri, kənd təsərrüfatı naziri və b. Kommunist par- tiyasının əlinə keçdi. May seçkilərindən sonra ÇKP inqilabın daha da dərinləşdirilməsi kur- sunu götürdü. Kommunist partiyası tərəfindən həllini tələb edən ilk mühüm vəzifə irəli sürül- dü, yeni konstitusiyanın və xalq təsərrüfatının bərpasına dair ikiillik planın qəbulu. Bunların həyata keçirilməsi ilə kommunistlər ölkənin uğurla sosializmə doğru irəliləyəcəyinə ümid edirdilər. İkiillik plan məsələsi tezliklə siyasi mübarizənin mərkəzinə çevrildi. Kommunist- lərin iqtisadiyyatda dövlət bölməsinin genişləndirilməsi cəhdinə qarşı digər partiyalar xüsusi bölmənin genişləndirilməsi təklifi ilə çıxış edirdilər. 1947-ci ildə baş vermiş quraqlıq nəticə- sində daxili siyasi vəziyyət xeyli gərginləşdi. Gündəlik tələbat mallarının qiymətləri qalxdı, qara bazar sürətlə canlandı. Quraqlığın nəticələrini aradan qaldırmaq məqsədilə kommunistlər millionçular üzərinə əlavə vergi qoymağı təklif etdilər ki, bu zaman onların sayı bəzi məlumatlara görə 35 min nəfərə yaxın idi. Bu təşəbbüs başqa partiyaların etiarzına səbəb olsa da, əhalinin əksəriyyəti tərəfindən müdafiə olundu.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin