Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Çexiya va Slovakiya madaniyyati



Yüklə 1,22 Mb.
səhifə99/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   95   96   97   98   99   100   101   102   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Çexiya va Slovakiya madaniyyati. Çex və Slovakların müstəqil dövlətlərinin yara- dılması bu xalqların milli mədəniyyətlərinin yüksəlişinə səbəb oldu. 6vvəlki illərdən fərqli olaraq milli mədəniyyətin yaradıcı, birlik və həmrəylik xüsusiyyətləri ön plana keçdi. Çex və Slovak mədəniyyəti yeni şəraitdə ictimai inkişafın qarşıya qoyduğu tələblərə cavab verərək bir tərəfdən milli adət və ənənələri daha da zənginləşdirir, digər tərəfdən avropa mədəniyyəti ilə, xüsusilə fransız mədəniyyəti ilə sıx təmas qururdu. 6halinin, xüsusi ilə çexlərin təhsil sə- viyyəsi durmadan artır, savadlı insanların sayı gündən-günə çoxalırdı. Müasir tələblərə cavab verən məktəb təhsili şəbəkəsinin inkişafı üçün şərait xeyli yaxşılaşmışdır. Mədəni-maarif müəssisələrinin geniş və hərtərəfli şəbəkəsi fəaliyyət göstərirdi. Cəmiyyətdə təhsil və mədəni irsə xüsusi münasibət var idi. Bədii ədəbiyyat, təsviri incəsənət ümum avropa mədəniyyəti ilə sıx qarşılıqlı əlaqədə inkişaf edirdi. Mədəni və elm biliklərin yayılmasında müasir texniki vasitələr – kino, radio, o cümlədən çoxsaylı dövrü mətbuat vasitələri əsas rol oynayırdı.
6dəbiyyatda müasir humanizm və demokratiya idealları dünya şöhrətli yazıçılar Y.Qaşek və K.Çapekin yaradıcılığında ön plana keçmişdi. Bədii söz ustası B.Nemtsova “Nənə” romanında, “Vəhşi Bara”, “Kasıb insanlar” əsərlərində xalqın vətən sevgisini, cəmiy- yətin sosial ziddiyyətlərini ustalıqla təsvir etmişdir. Bədii tarixi əsərlər ustası A.İrasek dörd cilddən ibarət “Bizdə” romanında milli oyanış, mənəvi azadlıq və milli mədəniyyətin dəyər- lərindən ətraflı söz açır. Slovak ədəbiyyatında modernist cərəyanın tərəfdarları olan yazıçılar Y.Yesenski və Y.Tayovski daha çox öz hekayələrində insanın mənəvi aləmndən bəhs edən süjetlərə yer vermişdir. Onların məqsədi slovak ədəbiyyatını Avropa ədəbiyyatı səviyyəsinə çatdırmaq olmuşdur.
20-30-cu illərdə poeziyada inqilabi cərəyanın formalaşmasında S.K.Neyman, Y.Qora,
V.Nezval, İ.Volker, Y.Zeyfert, L.Novomeski, K.Bibl və b-nın mühüm rolu olmuşdur. Bədii yaradıcılıqda çex simvolizmini tanınmış şairlər O.Brjezina və K.Qlavaçek təmsil edirdilər. S.Neymanın yaradıcılığında isə dekadans önə çıxırdı. Nəsrdə inqilabi meyllər Çex ədəbiy- yatında sosialist realizminin baniləri Y.Qaşek, İ.Olbraxt, M.Mayerova, V.Vançura, Y.Fuçik və P.Yilemnitskinin əsərləri ilə təmsil olunur. Slovak ədəbiyyatında realizmin inkişafı P.Qvezdoslav, M.Kukuçin, B.Timrava və b. yaradıcılığı ilə bağlı idi.
1935-ci ildə çex və slovak yazıçılar birliyi “Blok” yaradıldı. Bu illərdə K.S.Neyman, F.Qalas, Y.Qora, E.B.Lukaç və b-nın lirikası, P.Yilemnitski, M.Mayerova, M.Puymanova, T.Svatopluk, V.Vançura və b-nın romanları çex ədəbiyyatını zənginləşdirdi. K.Çapekin anti- faşist əsərləri beynəlxalq əhəmiyyət kəsb etdi.
Çexoslovakiya memarlığı, təsviri və dekorativ tətbiqi sənəti qədimdən bir-birilə sıx mədəni əlaqə saxlayan Çexiya və Slovakiya bədii ənənələri əsasında inkişaf etmişdir. 1920- 30-cu illərin memearlıqda milli funksionalizm məktəbi təşəkkül tapmışdı. Çexiyada Y.Qoçar, K.Qonzik, Y.Qavliçek, Slovakiyada E.Belluşun tikililəri buna misal ola bilər.
Praqada müqəddəs Vit kilsəsinin qərb hissəsinin tikilib başa çatması (1929) və Viktov dağında “Azadlıq” milli abidəsinin inşası (1929-cu il, memar Y.Zazvorka) əlamətdar hadisəyə çevrildi. Bu dövrdə çex rəssamlığında modernizmin təsiri geniş yayılmışdır və onun ən gör- kəmli nümayəndələrindən biri Y.Uprka idi. Qrafika və portiret ustası M.Şvabinskinin yara- dıcılığı üçün realizmin simvolizm və alleqoriya ilə birləşməsi xarakterikdir. Slovak rəssamı Y.Qanula öz yaradıcılığında kənd məişətinin, slovak kəndlisinin portretlərinin təsvirinə xüsusi yer ayırırdı. Rəssamın “Doğma torpaqda” tablosu kəndin rəngarəng həyatını məhəbbətlə əks etdirir. Slovak kəndlisinin həyatını tabloya tökən başqa bir sənətkar M.Beneki isə impres- sionizmin tərəfdarı idi.
Bu dövrdə müxtəlif istiqamətlərə mənsub sənətkarlar əsərlərində kubizm, ekspres- sionizm və fovizm üsullarından istifadə yolu ilə xalq həyatına və müasir həyat həqiqətlərinə müraciət etmiş, xalq incəsənətindən qidalanmışlar. Faşizm işğalı illərində onlar vahid anti- faşist cəbhədə birləşdilər.
Çexoslovakiya respublikası yarandıqdan sonra milli sənətin realist ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi uğrunda mübarizə genişlənmiş, eyni zamanda musiqiyə modernist cərəyanlar təsir göstərmişdir. A.Haba 20-30-cu illər çex musiqisində avanqar- dizmin görkəmli nümayəndələrindən olmuşdur. O, çərəktonlu və 1/6 tonlu musiqi sistemlərini yaratmışdır. Bu dövrdə yaşlı nəslə mənsub bəstəkarlıqdan L.Yanaçek, İ.Förster, V.Novak, Y.Suk, musiqişünas Z.Neyedlı milli realist musiqi ənənələrini inkişaf etdirmişlər. L.Yanaçek və V.Novak Çex musiqi sənətinə sirayət edən modernizmin görkəmli nümayəndələri idi. Slovak musiqisinin inkişafında kamera əsərlərinin müəllifi Y.Bellanın xidmətləri misilsizdir.
Musiqi sahəsində O.Ostrçil, V.Qelfert, O.Eremiaş, E.Aksmanın yaradıcılığı rənga- rəngdir. Praqadakı milli teatrın opera truppasının dirijoru və bədii rəhbəri O.Ostrcil 1923- 1931-ci illərdə B.Smetanı, Z.Fibix, A.Dvorjak, V.Novak, Yanaçekin operaların tamaşaya qoymuşdur. Slovakiya musiqişünasları V.Novak və onun şagirdləri E.Suxon, Y.Sikker, A.Moyzesin yaradıcılığı milli musiqi folkloru ilə sıx bağlıdır. E.Suxonun ikinci simfoniyası, kantataları, Y.Sikkerin orkestr üçün bəstələdiyi əsərlər diqqəti cəlb edir.
1918-ci ildə Çexoslovakiya Respublikası yarandıqdan sonra ilk balet truppaları meydana gəldi. Bəstəkar B.Martinu 1924-cu ildə “İştar”, 1925-ci ildə “Kim dünyada hamıdan güclüdür” (“Kto na svete vsex silnee”), V.Novak 1930-cu ildə “Nikotina”, 1933-cü ildə “Sinyorina Coventu” baletlərini səhnələşdirdi. Baletmeystr və rəqqaslar İ.Ençik, İ.Psota bütün ölkədə məşhur idi.
Müstəqil Çexoslovakiya Respublikası yarandıqdan sonra 1918-ci ildə ölkədə ilk daimi kinostudiya yaradıldı. Kinostudiyanın repertuarının Amerika kinosunun təsirinə məruz qalmış salon melodramları, macəra və detektiv filmlər, komediyalar, alman ekspressionizmi ruhunda mistik və fantastik dramlar təşkil edirdi. 1918-ci ildə rejissor Y.Palouşun “Çex səması” (“Çexskoe nebo”), 1927-ci ildə P.Prajskinin “Batalyon”, 1928-ci ildə M.Kryanskinin “Dağ kəndi” (“Qornaya derevnya”), 1930-cu ildə K.Antonun “Sürgün” (“Viselitsa”) səssiz kino-
filmləri ekranlaşdırıldı. Səssiz kino sahəsində K.Anton, M.Friç, İ.Rovenski, K.Lamaç kimi Rejissorlar nəsli yetişdi. Aktyorlar V.Burian, E.Fiala, İ.Struna, E.Ştepanek, A.Ondrakova kimi sənətkarlar meydana gəldi.
1930-cu ildə alman rejissoru F.Fexerin çəkdiyi ilk səsli film “Simlər ağlayarkən” (“Koqda plaçut strunı”) nümayiş etdirildi.1932-ci ildə rejissorlar V.Vançura və S.İnnemanın “Yetkinlik attestatı qarşısında” (“Pered attestatom zrelosti”), 1933-cü ildə M.Friçin “Mü- fəttiş” (“Revizor”) kinofilmləri işıq üzü gördü. V.Nezval, K.Çapek, İ.Olbraxt kimi yazıçıların kinomatoqrafiyadakı fəaliyyəti kino sənətində mütərəqqi istiqamətin möhkəmlənməsinə müsbət təsir göstərmişdir.
1933-cü ildə Praqa altındakı Barrandovedə Avropada ən güclü kinostudiyalardan olan “Barrandov-film” kinostudiyası təşkil olundu. Bu kinostudiya müharibə ərəfəsində hər il 40- dan çox kinofilm çəkirdi. 1936-cı ildə rejissor M.Friçin ilk çex-slovak filmi “Yanoşik” və İ.Rovenskinin “Çay” (“Reka”) bədii filmləri yaranmışdır. Bu illərdə kino sənətinə V.Borski, M.Sikan, O.Vavra kimi yeni rejissorlar gəlmişdilər.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin