Slavyan olkeleri tarixi. 1917-2015. pdf


-1939-cu illarda Çexoslovakiyanın xarici siyasati



Yüklə 1,22 Mb.
səhifə98/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   94   95   96   97   98   99   100   101   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

1918-1939-cu illarda Çexoslovakiyanın xarici siyasati. 1919-cu il sentyabrın 10-da Avstriya ilə imzalanmış Sen-Jermen müqaviəsinə əsasən Moraviya, Bohemiya və Slovakiya Çexiyaya verildi. 1920-ci il iyunun 4-də Macarıstanla Trianon müqaviləsi imzalandı və bu müqaviləyə görə Macarıstan dövləti Çexoslovakiyanın mövcud sərhədlərini tanıdı. Yenicə müstəqillik əldə edən və sərhədləri rəsmi müqavilələrlə təsdiq edilən gənc Çexoslovakiya dövlətinin xarici siyasət sahəsində qarşısında yeni üfüqlər açılmış oldu. Hər şeydən əvvəl yeni dövlətin liderləri, o cümlədən prezident Tomaş Qarrik Masarik Versal sülh müqaviləsi sistemini müdafiə edirdi.
Versal sisteminin müdafiəsinə yönəldilmiş Çexoslovakiyanın xarici siyasəti T.Masarik tərəfindən hələ 1918-ci ildə müəyyən edilmişdir. T.Masarikin proqramının prespektiv məq- sədi regionun yeni dövlətlərini Amerikan prinsipləri nümunəsində geniş federasiya əsasında birləşdirmək idi. Onun ideyasını reallaşdırmaq mümkün olmadı, lakin bu ideya Çexoslo- vakiya diplomatiyası üçün istinad nöqtəsi hesab edilirdi.
Xarici siyasətdə ilk illərdə Çexoslovakiya Versal sisteminin dayağı olan Fransa ilə sıx
əlaqə saxlayırdı. Avropanın bütün iri dövlətləri ilə sıx münasibətlər inkişaf etdirilirdi. 1921-ci ildə Avstriya ilə müqavilə imzalandı. Hələ 1920-ci ilin yayında ÇSR, SXS Krallığı və Ru- mıniya ilə sazişlər imzalanmışdı. Həmin sazişlər bu ölkələrin hərbi-siyasi ittifaqının yara- dılmasının bünövrəsini qoydu ki, bu da sonralar kiçik Antanta adını aldı. 1924-cü ildə fransız- çexoslovak hərbi-siyasi müqaviləsi imzalandı.1922-ci il iyunun 5-də Praqada RSFSR, iyunun 6-da USSR ilə müvəqqəti müqavilələr imzalandı. Bu müqavilələr tərəflərin bir-birini de-fakto tanıması və onlar arasında ticarət-iqtisadi əlaqələrin yaranmasına səbəb oldu.
ÇSR bütün qonşuları ilə normal qarşılıqlı münasibətlər saxlamağa cəhd edirdi. Çexoslo- vakiyanın beynəlxalq vəziyyətinin qeyri-sabitliyinin başlanması Almaniyada hakimiyyət ba- şına Hitlerin keçməsi ilə bağlıdır. Hakimiyyətə gələn Hitler ilk vəzifə kimi Almaniyanın əl- qolunu bağlayan Versal sisteminin ləğv edilməsini qarşıya qoymuşdu. Bu məqsədlə nasistlər qonşu dövlətlərdə milli azlıqlar statusu almış alman əhalisindən fəal şəkildə istifadə edirdilər.
Beynəlxalq münasibətlərin kəskinləşməsi ilə paralel daxili ekstremizm də artırdı. 30-cu illərin böhranı Versal sisteminin pozulmasını sürətləndirdi ki, respublikanın vəziyyəti ondan çox asılı idi. Çexoslovakiya diplomatiyası respublikanın bütövlüyünün əsas qarantını Fransa ilə ittifaqda görürdü. Eyni zamanda Beneş də ölkənin təhlükəsizliyinin təxirə salınmadan təmin etmək ehtiyacını daha aydın dərk etməyə başlamışdı. Onun Kiçik Antantanı möhkəmlən- dirmək cəhdi də Yuqosloviya ilə Rumıniyanın maraqlarının üst-üstə düşməməsi nəticəsində uğur gətirmədi. Belə şəraitdə Beneş kollektiv təhlükəsizlik konsepsiyasından yanaşmalı oldu ki, bu istiqamətdə də SSRİ Millətlər Cəmiyyətində fəal təbliğat aparırdı.
Sovet İttifaqının beynəlxalq nüfuzunun artması, Çexoslovakiyanın hakim dairələrini 1934-cü ildə Sovet İttiaqı ilə diplomatik münasibətlər yaratmağa sövq etdi. 1935-ci il mayın 2-də SSRİ və Fransa arasında qarşılıqlı yardım haqqında müqavilə bağlanandan sonra, 1935- ci il mayın 16-da Çexoslovakiya SSRİ ilə qarşılıqlı yardım haqqında müqavilə imzaladı. Çexoslovakiya tərəfinin təşəbbüsü ilə imzalanmış protokolda belə bir şərt əlavə edilmişdi ki, təcavüzkarın hücumuna məruz qalmış tərəfə, Çexoslovakiya ilə qarşılıqlı yardım müqaviləsi olan Fransa da kömək etməlidir. 1935-ci il SSRİ ilə müqaviləyə Praqa heç də real hərbi-siyasi ittifaq kimi deyil, ilk növbədə potensial təcavüzkara siyasi təzyiq aləti kimi baxırdı. Təsadüfi deyil ki, Beneş 1936-cı ildə antisovet ittifaq müqaviləsi bağlamaq haqqında Almaniya ilə gizli danışıqlar apardı, bu isə faşist təcavüzkarlığını kollektiv surətdə dəf etmək prinsipinə xəyanət etmək və SSRİ ilə bağlanmış müqavilə üzrə öz öhdəsinə götürülmüş öhdəlikləri pozmaq demək idi. Bu siyasət müttəfiq Fransanın və İngiltərənin təcavüzkarı Şərqə – Sovet İttifaqı
əleyhinə yönəltmək üçün yürütdükləri şirnikləndirici xarici siyasət xəttinə tamamilə uyğun gəlirdi. Həm də Qərb dövlətləri, 1937-ci il noyabrın 19-da Halifaksın Hitler ilə olmuş görüşündə nümayiş edildiyi kimi, Çexoslovakiyanı qurban verməyə hazır idilər. Halifaks Hitleri inandırmışdı ki, əgər Almaniya “Bolşevizm əleyhinə qərbin qalası” rolunu oynasa, onda Böyük Britaniya və Fransa hökumətləri Dansiqin (Qdanskin), Avstriyasnın və Çexos- lovakiyanın Almaniya tərəfindən zəbt edilməsinə müqavimət göstərməyəcəklər. 1937-ci ilin noyabrında Amerika konqresi üzvlərinin Hitler diplomatları ilə Boston şəhərində keçirilmiş müşavirəsində də ABŞ tərəfindən də lazımi vəd verilmişdi.
1938-ci ildə Almaniya tərəfindən Çexoslovakiya əleyhinə təcavüzkarlıq təhlükəsi xeyli artmışdı. 1938-ci ilin martında Almaniya Avstriyanı zəbt etdi və Çexoslovakiyanın strateji vəziyyəti xeyli pisləşdi. Həm də Çexoslovakiyanın özündə Henleyin Sudet – alman faşist partiyasının fəaliyyəti xeyli artmışdı. Henleyinin Berlinə səfərindən sonra henleyçilər 1938-ci ilin aprelində Karlovı Varıdakı qurultayda Çexoslovakiyanın sərhəd rayonlarını ondan ayırıb Almaniyaya ilhaq etməyi, Çexoslovakiyanın Sovet İttifaqı və Fransa ilə bağladığı qarşılıqlı yardım müqavilələrini ləğv etməyi tələb edirdilər. 1938-ci il mayın 1-də bütün ölkədə respub- likanın faşist təcavüzkarlığından müdafiə və henleynçiləri cilovlamaq şüarları altınada minlər- lə adamın iştirak etdiyi antifaşist mitinqlər və nümayişlər keçirildi. 1938-ci il mayın 21-də Qodjanın başçılıq etdiyi hökumət xalq kütlələrinin təzyiqi altında ölkədə qismən səfərbərlik elan etdi.
Çexoslovakiya əleyhinə başlanmış kampaniyanın lap əvvəlində Sovet hökuməti Fransa və Çexoslovakiya ilə bağlanmış müqavilənin tələb etdiyi şəkildə Çexoslovakiyanın təhlü- kəsizliyini qorumaq üçün bütün tədbirləri görməyi qərara aldı. Sovet İttifaqı özünün qərb sər- hədlərində piyada qoşunlarını və hava donanmasını döyüşə hazır vəziyyətdə saxlayırdı. Çexoslovakiyanın bütövlüyünü və istiqlaliyyətini qorumağa səy göstərən Sovet hökuməti Moskvadakı Polşa səfirinə xəbərdarlıq etdi ki, əgər Polşa Çexoslovakiya torpaqlarını zəbt edərsə, hücum etməmək haqqında sovet-polşa müqaviləsi xəbərdarlıq edilmədən pozulacaq- dır. Sovet İttifaqı Çexoslovakiyaya kömək göstərməyə hazır idi. Sovet hökuməti sentyabrın 25-də Fransa baş qərargahına xəbərdarlıq etdi ki, qərb sərhədinə yaxın olan rayonlara 30 atıcı və süvari diviziyası gətirmişdir, aviasiya və tank hissəsləri tamamilə hazır vəziyyətdədir. Moskvadakı Çexoslovakiya səfirinə bildirilmişdi ki, müvafiq Sovet hərbi-hava qüvvələri Çe- xoslovakiyaya dərhal uçmaq üçün hazırlanmışdır.
Sovet İttifaqının Çexoslovakiyaya yardım etməyə hazır olduğunu bildirməsinə baxma-
yaraq, Qodja hökuməti sentyabrın 21-də Sudet vilayətinin Almaniyaya verilməsinə və çe- xoslovak qoşunlarının bu rayonlardan çıxarılmasına razılıq verdi. Bu qərara cavab olaraq Pra- qada və ölkənin digər şəhərlərində 1938-ci il sentyabrın 22-də xalqın bu sazişdən əl çəkməyi tələb edən izdihamlı vətənpərvərlik çıxışları oldu.
1938-ci il sentyabrın 29-30-da İngiltərə, Almaniya, İtaliya və Fransa hökumətlərinin başçıları – N.Çemberlen, A.Hitler, B.Mussolini və E.Daladye Münhenə toplaşdılar. Həmin gün Münhen sazişi adlanan saziş imzalandı, Çexoslovakiya nümayəndələri yalnız hökmü din- ləmək üçün dəvət edilmişdi. 1938-ci ilin oktyabr-noyabrında Çexoslovakiyanın işğalının birinci mərhələsi başladı. Oktyabrın əvvəllərində Sudet vilayətinə alman qoşunları, oktyabrın 2-də Teşin vilayətinə – Polşa, noyabrın 2-də cənubi Slovakiyaya və Zakarpat Ukraynanın cənub hissəsinə – Macar qoşunları daxil oldu. Çexoslovakiya ərazisinin üçdə birini, 5 milyon nəfər əhalisinin və sənaye potensialının 40 faizini itirdi, bütün siyasi partiyalar “özünü bu- raxdı”, onların yerinə iki partiya – Vahid Milli partiya və Milli 6mək partiyası yaradıldı. 1938-ci il oktyabrın 5-də prezident E.Beneş istefa edərək Qərbə mühacirətə getdi. Ölkənin bütünlüklə Almaniyaya birləşdirilməsi təbliğ edilirdi. Yaranmış şəraitdən istifadə edərək Qlinkanın Xalq partiyası Jilin şəhərində 1938-ci il oktyabrın 6-da Slovakiyanın muxtariy- yətini elan etdi. Yozef Tiso muxtar hökumətin Baş naziri təyin edildi. Podkarpat Rusu da başda A.Brodiem olmaqla müxtariyyət əldə etdi.
Özünü nüfuzdan salmış Qodja hökuməti istefaya çıxdı. Onun yerinə oktyabrın 4-də çexoslovak ordusunun inspektoru general Yan Sırovı hökuməti hakimiyyətə gəldi. Çexoslo- vakiyanın prezidenti E.Beneş istefa verib Qərbə mühacirət etdiyi üçün E.Qaxa ölkənin prezi- denti seçildi. 1939-cu il martın 14-də Berlinə çağırılmış prezident Qaxa və Çexoslovakiyanın xarici işlər naziri F.Xvalkovski Hitlerlə danışıqdan sonra Çexoslovakiya respublikasının ləğv edilməsi haqqında aktı imzaladılar. Həmin gün slovak seymi Slovakiyanın müstəqilliyini elan etdi, macar ordusu isə muxtar Pogkarpat Rusu ərazisinə daxil oldu. Martın 15-də alman qoşunları Çexoslovakiyanı işğal edərək onun istiqlaliyyətini ləğv etdilər. Martın 16-da “Bohe- miya və Moraviya protektoratlığı” yaradıldı, bu protektoratlıq Almaniyanın işğal etdiyi əra- zini əhatə edirdi. Yaradılmasından 20 il sonra çex və slovak xalqları xarici qüvvələrin təzyiqi ilə parçalanmış oldular. İndi qarşıda çex-slovak dövlətinin yenidən yaradılması uğrunda çətin mübarizə dururdu.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin