Müqavimatharakatı.Formal olaraq Bohemiya və Moraviya protektoratında çex hökuməti fəaliyyət göstərirdi, əslində isə hər şeyə imperiya protektoru nəzarət edirdi. Par- lament buraxılmış, siyasi həyat vahid şəklə salınmışdı. 6vvəllər mövcud olan Milli Birlik və Milli 6mək partiyası əvəzinə Milli Həmrəylik partiyası yaradılmışdı. Kütləvi informasiya vasitələrində açıq şəkildə kollaborasionizm və müqavimətin mənasızlığı təbliğ olunurdu.
İşğalçılar ardıcıl olaraq protektoratın iqtisadiyyatını hərbi relslər üzərinə keçirirdilər. Bütün sənaye sahələri, o cümlədən iri hərbi zavodlar Almaniyanın xeyrinə işləyirdi. Müharibə illərində hətta sənaye sahəsində çalışanların sayı artmışdı. Hərbi silah istehsal edə bilməyən zavodlar bağlanırdı. Protektoratın maliyyə sistemini özünə tabe edən Alamniya asanlıqla ölkənin iqtisadiyyatının qarət edilməsi siyasəti yürüdürdü. Kənd təsərrüfatı üzərinə xammal və ərzaqla təmin etmək məcburi öhdəliyi qoyulmuşdu. Almaniyanın Çexoslovakiyada ələ keçirdiyi silah 40 diviziyanı silahlandırmağa çatardı.
“Ariləşdirmə” siyasətinə uyğun olaraq yəhudilərin əmlakı müsadirə olunur, özləri isə ölüm düşərgəsinə göndərilirdi. 1941-ci ilin öktyabrından çexləri də düşərgələrə, ilk növbədə məlum Terezin düşərgəsinə göndərməyə başladılar ki, bu düşrgələrindən də on minlərlə adam keçmişdi.
Hitlerçilərin bütün bu addımları elə ilk həftələrdə və aylarda çex xalqının müqaviməti ilə qarşılaşdı. Ziyalılar, gənclər, çex mədəniyyət xadimləri içərisində milli vətənpərvərlik ruhu, azadlığa inam çox güclü idi. Çexiyanın Almaniyanın tarixi ilə yanaşı inkişaf etməsini irəli sürən alman təbliğatına qarşı mübarizə aparılmağa başlandı. Yeni quruluşa qarşı kütləvi narazılıq artırdı. 1939-cu il oktyabrın 28-i milli müstəqillik gününə həsr edilmiş nümayiş siyasi xarakter aldı. Onun gedişində tələbə-həkim Yan Opletal yaralandı və tezliklə öldü. Onun dəfni isə yeni nümayişə gətirib çıxartdı, repressiyalar başlandı. Noyabrın 17-də al- manlar ali məktəbləri bağladılar. Bu tarixi gün müharibədən sonra tələbələrin Beynəlxalq həmrəylik günü kimi qeyd olunurdu.
1939-cu ilin yayında Müqavimət hərəkatının ilk gizli qrupları formalaşdırıldı. Protek- toratda “Siyasi mərkəz” adlanan gizli orqan yaradıldı. Kommunist partiyası istisna olmaqla Praqadakı bu mərkəzə Münhen sövdələşməsinə qədər mövcud olmuş müxtəlif pariyaların nümayəndələri daxil olmuşdu. Bu kütləvi təşkilat deyildi, lakin siyasi təsirə malik idi və Londonda Beneşin ətrafına birləşmiş çex mühacirəti ilə əlaqə saxlayırdı. Keçmiş hərbçilərin təşbbüsü ilə yaradılmış “Millətin müdafiəsi” adlı təşkilat geniş gizli şəbəkəyə malik idi və
əsasən kəşfiyyat məlumatlarının toplanılması ilə məşğul idi. Digər təşkilatlardan biri də “Sadiq qalacağıq” təşkilatı idi, bu təşkilatda yaradıcı ziyalılar təmsil olunmuşdular və onlar sosial-demokrat istiqamətli idilər. Təşkilatın adı Münhen hadisələrindən sonra çexləri demokratik respublikanın müdafiəsinə çağıran bəyannaməsinin adından götürülmüşdü. Daha
kiçik qruplar da fəaliyyət göstərirdi. Onların bəzisi “Siyasi mərkəz” və ya “Millətin mü- dafiəsi” kimi Münhenə qədərki respublikanın bərpasını istəyənlər, qalanları “Sadiq qalacağıq” komitəsi kimi dərin sosial-siyasi dəyişikliklərin tərəfdarları idilər. Tezliklə gizli qruplaşmalar yaxınlaşmağa başladılar. 1940-cı ilin yazında ölkə daxlində Müqavimət hərəkatının koordi- nasiya, yəni əlaqələndirmə mərkəzi yaradıldı.
Kommunistlər təşkilati cəhətdən gizli şəkildə öz müstəqilliklərini saxlamışdılar. İlk vaxtlar onlar daha mütəşəkkil idilər, lakin 1939-cu ilin avqustunda SSRİ və Almaniya arasında müqavilədən sonra onun üzvlərinin fəallığı nəzərəçarpacaq dərəcədə azaldı. Onların yenidən fəallaşması Almaniyanın SSRİ-yə hücumundan sonra başlandı. London mühacir mərkəzi ilə yanaşı başda K.Qotvald olmaqla Moskvada kommunist mərkəzi də yarandı. Beneş öz fəaliyyətində daha çox müharibənin tez qurtaracağına ümid edirdi. Ona görə də, onu dəstəkləyən hərbi və siyasi qruplar silahlı mübarizəyə yox, daha çox müharibənin sonlarında hakimiyyəti ələ almaq üçün hazırlaşırdılar. Protektoratda hərbi mübarizə formaları bir az gec yarandı, yalnız kəşfiyyat fəaliyyəti yaxşı formalaşmışdı.
London mühacir hökuməti antihitler koalisiyasına daxil oldu. 1941-ci il iyulun 18-də Beneş Almaniya ilə mübarizədə qarşılıqlı yardım haqqında Sovet-Çexoslovakiya müqavilə- sini imzaladı. Bununla da faktiki olaraq Sovet dövləti Londondakı Mühacir hökumətini su- veren Çexoslovakiyanın hökuməti və Çexoslovakiyanı antihitler koalisiyasında müttəfiq kimi tanımış oldu. SSRİ hökuməti öz ərazisində Çexoslovakiya hərbi hissəslərinin yaradılmasına icazə verdi.
Gizli qrupların fəaliyyətinin artmasına cavab olaraq almanlar terroru gücləndirdilər. 1941-i ilin sentyabrında reyxs-protektor olan Neyratın yerini general R.Heydrix tutdu. O, fövqəladə vəziyyət tətbiq edərək çex müqavimətinə qarşı təzyiqi gücləndirdi. Londonla əlaqə saxladığı üçün Baş nazir A.Eliaş həbs edildi və 1942-ci ilin iyununda öldürüldü. London Müqavimət hərəkatı mərkəzi 1942-ci il mayın 27-də R.Heydrixə qarşı sui-qəsd təşkil etdi. Sui-qəsdi respublikanın ərazisinə desant atılmış Kubiş və Qabçik həyata keçirdilər, Heydrix öldürüldü. Bu aksiya beynəlxalq əks-səda doğurdu. Qəsd o zaman baş verdi ki, London Mühacir hökuməti Çexoslovakiyanın əvvəlki sərhədlərdə bərpa olunması haqqında danışıqlar aparırdı. Bu, dünya icitmaiyyyətinin yadına Çexoslovakiyanın faciəli taleyini saldı.
Qəsddən sonra başlanmış nasist terroru gizli faəliyyətə güclü zərbə vurdu. Gizli əlaqələr məhv edildi, gizli nəşrlərə qadağa qoyuldu. Ölkəni həbslər dalğası bürüdü, formalaşdırılmış mərkəzlər ləğv edildi, yalnız bəzi təşkilatlar fəaliyyələrini davam etdirirdilər. Ölkənin işğa- lından sonra yaradılmış ikinci qeyri-leqal ÇKP MK məhv edildi. Lakin tezliklə kommunistlər özlərinin üçüncü ÇKP MK-nı yaratdılar. Moskva Müqavimət mərkəzi ilə əlaqəni yalnız 1943- cü ilin payızında bərpa edə bildi.
1942-ci ildən başlayaraq SSRİ-də Çexoslovakiya hərbi hissələri Lüdvik Svobodanın rəhbərliyi altında Buzulukda yarandı. Artıq 1943-cü ilin əvvəlində onlar ilk dəfə Ukrayna yaxınlığında Sokolova döyüşündə iştirak etdilər. Tezliklə bu hissələr sayı 3 min nəfərə çatan briqadaya çevrildi. Daha sonra, 1943-cü ilin payızında L.Svobodanın başçılığı altında onlar Kiyev və Beloserkov uğrunda döyüşlərdə iştirak etdilər. Ukraynanın azad olunmasından sonra briqada ordu korpusuna çevrildi.
SSRİ-nin hərbi və siyasi sahədə nüfuzunun artması ilə əlaqədar olaraq E.Beneş güclü qüvvəyə çevrilən Moskva Müqavimət hərəkatı mərkəzini bərabərhüquqlu əməkdaş kimi tanı- mağa məcbur oldu. 1943-cü ildə, müharibənin gedişində əsaslı dönüş yaranması və SSRİ-nin antihitler koalisiyasında mövqeyinin möhkəmlənməsi ilə əlaqədar E.Beneşi Sovet-Çexoslo- vakiya müqaviləsi bağlamağa sövq etdi.1943-cü il dekabrın 12-də Moskvada Beneş və Stalin arasında dostluq, qarşılıqlı yardım və müharibədən sonrakı əməkdaşlıq haqqında müqavilə imzalandı.
Eyni zamanda müqavimətin iki mərkəzi arasında danışıqlar oldu. ÇKP Londonu passiv gözləmə taktikasından əl çəkərək silahlı mübarizə metodunu gücləndirməyə çağırdı. Milli problemlərə də xüsusi diqqət yetirildi, lakin Beneş slovakları müstəqil millət kimi qəbul etməyərək Çexoslovakiya millətinin ayrılmaz hissəsi kimi qəbul etmək konsepsiyasını mü-
dafiə edirdi.
Respublikanın müharibədən sonrakı quruluşunu müzakirə edərkən ÇKP müharibədən
əvəlki hakimiyyət idarəçiliyi sisteminə əlavə olaraq yeni orqanların – milli komitələrin yara- dılmasını təkid etdi. Danışıqlar nəticəsində ölkənin xalq demokratik əsaslarla yeniləşdirilməsi proqramı qəbul edildi. Həmçinin gələcəkdə Çexoslovakiyada yaşayan almanların köçürülmə- sini davam etdirməyə dair razılıq əldə edildi. ÇKP Beneşin Mühacirət hökumətinin tərkibinə daxil olmaqdan imtina edib, milli cəbhə hökuməti yaratmaq təklifini irəli sürdü. Beləliklə, vahid antifaşist blokunun yaranmasına cəhd edilməsinə baxmayaraq iki Müqavimət mərkəzi fəaliyyət göstərməkdə davam etdi. Moskvada müzakirə edilən bütün bu məslələr milli-de- mokratik inqilabın gələcək proqramının əsası oldu, lakin onun uğrunda hələ mübarizə aparmaq tələb olunurdu.
Slovakiya hərbi hissələrinin də xidməti olan hərbi müvəffəqiyyətlər nəticəsində pre- zident E.Beneş antihitler koalisiyasının üzvlərindən özünün Mühacirət hökumətinin tanın- masına nail oldu və beləliklə Çex-Slovak dövlətçiliyini təsdiq edə bildi. Çexoslovakiyanın Münhendən əvvəlki sərhədlərin isə bərpa etmək cəhdi slovak məsələsi ilə bağlı maneə yaradırdı, çünki Slovakiya Almaniyanı dəstəkləyirdi və o təslim olardısa məğlub edilmiş ölkələr sırasına daxil edilə bilərdi.