1968-ci il Çexoslovakiya böhranı. 1965-ci ildə qəbul edilmiş təsərrüfat islahatı bir sıra müsbət nəticələr verdi. Şəhər və kənd arasında fərqlər tədricən aradan qalxır, əhalinin müx- təlif təbəqələrinin həyat səviyyəsi yüksəlirdi. Qiymətlərin qalxmasının qarşısını da almaq
mümkün oldu. Lakin dəyişikliklərin sürəti hələ də aşağı idi. 1957-ci ildə ölkə prezidentı olan A.Novotnı və onun tərəfdarları iqtisadiyyata yeni üsulla rəhbərliyin partiyanın dövlətdə möv- qeyini zəiflədəcəyindən ehtiyyat edirdilər.
1956-cı ildən sonra Çexoslovakiyanın siyasi inkişafında slovak məsələsi ən vacib məsələ oldu, çünki rejim liberallaşdıqca və slovakların milli şüuru artdıqca bu məsələ özünü daha çox kəskinliyi ilə büzruzə verirdi. 40-cı illərdə çex və slovakların hüquq bərabərliyi uğrunda çıxış edən slovak kommunistləri 50-ci illərin əvvəllərində burjua millətçiləri kimi günahlandırılaraq məhkəməyə verildilər. 1960-cı il Konstitusiyası ilə bütün hakimiyyət Pra- qada mərkəzləşdi. Slovakiya hakimiyyət orqanlarının səlahiyyətləri məhdudlaşdırıldı, Slo- vakiyanın ali icraiyyə orqanı – Səlahiyyətlilər Korpusu ləğv edildi. Bu dəyişikliklər onunla
əsaslandırılırdı ki, iki xalqın yaxınlaşması və qaynayıb-qarışması prosesində müsbət irəli- ləyişlər baş vermiş və bu güya slovak xalqının maraqlarına tam cavab verir. Həmin vaxt Q.Qusak və L.Novomeski həbsdən azad edildilər. V.Klementis isə ölümündən sonra bəraət aldı. Slovakiyanın Çexoslovakiya dövlətində konstutisiya vəziyyəti Slovakiya mətbuatında qızğın müzakirə olunurdu. A.Novotnının bəzi addımları slovakların milli hissiyyatlarının təh- qir edilməsi kimi qiymətləndirilirdi. Bu şəraitdə Slovakiya kommunistləri Aleksandr Dubçek (1921-1992) başda olmaqla A.Novotnı qruplaşmasına qarşı açıq şəkildə çıxış etdilər.
60-cı illərdə mülayimləşmənin əlamətləri ictimai və mədəni həyatda da müşahidə olu- nurdu. İnsanları qorxu hissi tərk edir, yeni liberal yönümlü jurnallar nəşr olunurdu. “6də- biyyat” və “Mədəni həyat” kimi qəzetlər formalaşmaqda olan müxalifətin tribunasına çevrilir- dilər. 1967-ci ilin oktyabrında Praqa tələbələri ilə hakimiyyət orqanları arasında açıq toqquş- ma baş verdi. Tələbələrin təşkil etdikləri nümyaişi dağıtmaq üçün güc tətbiq edildi. Bu da icti- maiyyətin və bəzi partiya rəhbərlərinin narazılığı ilə qarşılandı.1967-ci ilin iyununda yazıçı- ların IV qurultayında mövcud rejim açıq şəkildə tənqid olundu. Bundan sonra “6dəbiyyat qəzeti”nin nəşri dayandırıldı, tənqidçilərə qarşı təqiblər başlandı.
Ölkənin siyasi sistemində böhran açıq-aydın görünürdü. Bu zaman ÇKP-nin nüfuzu xeyli dərəcədə aşağı düşdü ki, bunu da partiya rəhbərləri görməyə bilməzdilər. Partiya təş- kilatlarında 1948-ci ildən sonra görülmüş işlər, atılmış addımlar təhlil edilməyə başladı. ÇKP MK-nın 1967-ci il oktyabr plenumunda A.Dubçek A.Novotnı üçün gözlənilmədən onun ünvanına tənqidlər yağdırdı. Dubçeki MK-nın bir sıra üzvləri dəstəklədilər və patiya rəhbərli ilə prezident vəzifəsinin bir əldə cəmləşməsini yolverilməz hesab etdilər. Belə bir şəraitdə A.Novotnı bütün ümidlərini Moskvanın köməyinə dikmişdi.1967-ci ilin dekabrında ÇKP MK-nın plenumunda A.Novotnı daha kəskin tənqid olundu. MK praktiki olaraq iki cəbhəyə parçalandı. İlk dəfə A.Novotnının partiyada tutduğu vəzifədən uzaqlaşdırılması təklifi irəli sürüldü.
1968-ci ilin yanvar plenumu partiyadakı böhranın həll edilməsində mühüm addım oldu. Partiyanın islahatçı qanadı Novotnını ÇKP MK-nın birinci katibi vəzifəsindən uzaqlaşdır- mağa müvəffəq oldu. Partiyanın rəhbəri vəzifəsinə A.Dubçek seçildi. Dubçek Aleksandr 1921-ci ildə Slovakiyanın Banovtse- Bebravo şəhərinin Uqrovets kəndində anadan olmuşdur. Ailəsilə birlikdə 1925-ci ildə SSRİ-yə gələrək Bişkek və Nijni Novqorodda orta təhsil almışdır.1939-cu ildən Çexoslovakiya KP-nın üzvüdür. 1944-cü ildə Slovakiya Milli üsyanın iştirakçısı olmuşdur. 1955-ci ildə Yan Komenski adına Bratislava Universitetinin hüquq fakültəsini bitirmişdir. 1955-1958-ci illərdə Moskvada Ali Partiya məktəbində təhsil almışdır. 1960-1962-ci illərdə Çexoslovakiya KP MK-nın katibi, 1963-1968-ci illərdə Slovakiya KP MK-nın birinci katibi, 1968-1969-cu illərdə Çexoslovakiya KP MK-nın birinci katibi olmuşdur. “Praqa baharı”ndan sonra vəzifəsindən azad edilərək 1969-1970-ci illərdə Tür- kiyəyə səfir təyin edilmişdir. “Məxməri inqilab”da fəal rol oynayaraq 1990-1992-ci illərdə Federal parlamentin sədri işləmişdir. 1992-ci ilin noyabrında maşın qəzasında həlak olmuş- dur.
Yeni rəhbərlik partiya və cəmiyyətdə, ictimai quruluşa yeni sifət, o vaxtlar deyildiyi kimi, “sosializmə insan sifəti” verə biləcək islahatlar keçirəcəyini qəti şəkildə bəyan etdi. Təxirə salınmadan həyata keçiriləcək tədbirlər sırasında Slovakiya məsələsi, partiyanın
ziyalılara münasibəti və ilk növbədə siyasi proseslərdə zərər çəkənlərə ardıcıllıqla bəraət verilməsi dururdu. Bütün bu vəzifələrin həlli üçün Çexoslovakiyanın daxili inkişaf şəraitini nəzərə alan yol seçilmişdi. 1968-ci ilin martında senzura demək olar ki, ləğv edildi və mətbuat sosializmi tənqid edən məqlələrlə doldu. Bütün bunlar Çexoslovakiyada tədricən vətəndaş cəmiyyətinin formalaşmasına kömək etdi.
Partiya təşkilatlarının hesabat konfransları gedişində islahatçı qüvvələr bir çox rayon partiya təşkilatları rəhbərliyində üstünlük qazandılar. ÇKP Praqa şəhər partiya təşkilatı islahatçı qüvvələri təşkilati, siyasi və ideya cəhətdən əlaqələndirilən əsil mərkəzə çevrildi. 1968-ci il aprel plenumu çağrılan zaman artıq ÇKP MK-nın rəyasət heyətində, katiblikdə və yerlərdə islahatçılar əsas vəzifələri tutmuşdular. 1968-ci ilin martında respublikanın prezidenti vəzifəsinə müharibə illərində SSRİ-də Çexoslovakiya hərbi birləşmələrinin təşkilatçısı və repressiya dövründə zərər çəkmiş general L.Svoboda seçildi.
Svoboda Lyudviq 1895-ci ildə Avstriya-Macarıstanın Qroznatin kəndində anadan olmuşdur. 1915-ci ildə Ali 6kinçilik məktəbini bitirərək Avstriya-macar ordusunda əsgərliyə göndərilmişdir. Ruslara əsir düşərək 1916-1920-ci illərdə Çexoslovakiya legionunda zabit rüt- bəsinə kimi yüksəlmişdir. 1922-ci ildən professional hərbçi kimi Çexoslovak hərbi hissə- lərində komandirlik etmişdir. Nasistlər Polşaya hücum etdikdən sonra öz dəstəsi ilə SSRİ
ərazisinə daxil olduğu üçün Qızıl Ordu tərəfindən əsir alınaraq ölümə məhkum edilmişdir. Məlum olmayan səbəblərə görə ölüm hökmü ləğv edilmiş, Almaniyanın SSRİ-yə hücu- mundan sonra birinci Çexoslovak batalyonu, briqadasını sonra isə ordu korpusunu təşkil etmişdir. Kiyevin azad edilməsində iştirak etmiş, 1945-ci ildə diviziya generalı rütbəsini almışdır. 1945-1950-ci illərdə bitərəf kimi Çexoslovakiyanın Müdafiə naziri işləmişdir. 1948- ci ildəki kommunist çevrilişindən sonra Çexoslovakiya KP-nın sıralarına daxil olmuşdur. 1951-ci ildə İ.Stalin milli təmizləməsinin qurbanı kimi ordudan tərxis edilərək bir neçə ay həbs cəzası çəkmişdir. 1954-cü ildə N.S.Xruşşovun Praqaya səfəri zamanı L.Svoboda onun tərəfindən bəraət alaraq K.Qotvald adına Hərbi Akademiyanın komandanı təyin olunmuşdur. 1960-cı ildə “Buzlukdan Praqaya qədər” xatirələr kitabını çap etdirmişdir. 1968-ci il martın 30-da ÇSSR-in prezidenti seçilərək 1975-ci ilə kimi ölkə başçısı olmuşdur. 1965-ci ildə Sovet İttifaqının, 1965, 1970, 1975-ci illərdə isə Çexoslovakiyanın Qəhrəmanı adına layiq görül- müşdür. 1979-cu ildə vəfat etmişdir.
Y.Smrkovski parlamentin sədri, O.Çernik hökumətin sədri oldular. 1968-ci ilin yazı üçün ölkədə sosialistcəsinə yeniləşdirmək şüarları altında çıxış edən kütləvi hərəkat başlandı. Cəmiyyətdə mühafizəkar qüvvələrin mövqelərinin qırılması Çexoslovakiyada demokratiyanın bərqərar olunması prinsipləri ilə müşayiət olunurdu. Siyasi sistemin yenişlədirilməsi cizgiləri “Fəaliyyət proqramın”da öz əksini tapdı. Lakin cəmiyyətin birliyini təmin edən başqa bir sənəd “2000 söz Manifesti” oldu. Manifest 1968-ci il iyunun 27-də verildi və onun müəllifi yazıçı L.Vatsulik idi. Manifest respublika vətəndaşlarını yerlərdə islahat yolunda bütün ma- neələri dəf etməyə çağırdı. Partiya və dövlət orqanları mövcud siyasi sistemin dağıdılmasına çağıran bu sənədi rədd etdilər.
1968-ci ilin yayı üçün Kommunist partiyasının ölkədə rəhbər rolu əslində yox idi. Cə- miyyət Xalq Cəbhəsinin demokrarikləşməsini, plüralizm və parlament demokratiyası prinsip- lərinin həyata keçirilməsini, siyasi partiyalarının azad rəqabətini tələb edirdi. Həmçinin Xalq Cəbhəsinin tərəfdaş münasibətləri prinsipində qurulmasını, ÇKP-yə müxalifət partiyalarının fəaliyyətinə icazə verilməsi tələbləri eşidilirdi. Kütləvi ictimai təşkilatların əsaslı şəkildə yenidən qurulması başlandı. Zavod həmkarlar ittifaqları komitələrinə seçkilərin gedişində yeni tipli həmkarlar ittifaqları yaradılırdı. Həmkarlar ittifaqları proqramının yeni layihəsi nəşr olundu. Gənclər hərəkatının fəallığı görünməmiş dərəcədə artdı. 1968-ci ilin martında Çe- xoslovakiya vahid gənclər ittifaqı buaxıldı və onun yerinə 20-yə yaxın müstəqil gənclər təşkilatları, yüzlərlə müxtəlif klublar yarandı.
Varşava Müqaviləsi ölkələrinin partiya və dövlət rəhbərlərinin Praqada, Drezdendə, Sofiyada, Moskvada, Varşavada müşavirələri keçirildi və orada Çexoslovakiya liderlərinin seçdikləri kursdan imtina etmələri haqqında məsələ müzkirə edildi. Lakin A.Dubçek başda
olmaqla islahatçı qüvvələri seçdikləri kursdan döndərmək mümkün olmadı. Çexoslovakiyada ictimai rəy islahatçı kursu müdafiə edirdi, xarici təzyiq isə antisovet əhval-ruhiyyənin artmasına səbəb oldu. ÇSSR ilə sovet bloku müttəfiqləri arasında qarşıdurmanın yaranması şəraitində Çexoslovakiyanın daxili siyasətində başlıca məqsəd ölkənin suverenliyini qorumaq idi. Bu zaman A.Dubçekə və onun tərəfdarlarına cəmiyyətin böyük bir hissəsi kömək edirdi. Kütləvi müdafiə özünün ən yüksək nöqtəsinə 1968-ci il iyulun sonu – avqustun əvvəllərində Çierne-Tissoda Sovet-Çexoslovakiya nümayəndələrinin danışıqları zamanı çatdı.
Eyni zamanda Sov. İKP və Şərqi Avropa ölkələrinin kommunist partiyalarının rəh- bərliyi, xüsusən L.İ.Brejnev, V.Qomulka, V.Ulbrixt tərəfindən “antisovet qüvvələrə” qarşı amansız mübarizə aparılması tələb olunurdu. ÇSSR-dən ölkədə Sovet qoşunlarını yerləşdir- məyə razılıq verilməsini tələb etdilər. İyulun ortalarında Varşava Müqaviləsinin iştirakçısı olan beş dövlətin iştirak etdiyi müşavirədə kommunist liderlər ÇKP rəhbərliyindən “antiso- sialist qüvvələr” üzərinə hücuma keçməyi, onların təşkilatlarını əzməyi, senzuranı bərpa etməyi tələb etdi. ÇKP MK Rəyasət Heyəti bu tələbləri daxili işlərə qarışmaq kimi qiymətlən- dirərək rədd etdi və bildirdi ki, ÇKP “onu nüfuzdan salan bürokratik – polis metodları əvəzinə başqa siyasi rəhbərlik və idarəetmə metodlarına qadirdir”. Kursu müdafiə etmək üçün ÇKP- nin qurultayını çağırmaq qərara alındı. Ancaq ÇKP rəhbərliyinin beş üzvü, V.Bilyak, A.İndra, D.Kolder, O.Şvestk və A.Kapek MK-dan gizli Moskvaya hadisələrin gedişinə qarışmaq və
əksinqilab təhlükəsinin qarşısını almaq xahişi ilə məktub göndərdilər və bununla müdaxiləyə
hüquqi əsas yaratdılar.
Bu təzyiqləri zəiflətmək üçün A.Dubçek 1968-ci il avqustun 3-də sosialist dövlətləri rəhbərlərinin Bratislava görüşündə irəli sürülmüş sosializm nailiyyətlərinin müdafiə edilməsi, möhkəmləndirilməsi və qorunması “bütün sosialist ölkələrinin ümumi beynəlmiləl borcudur” müddəasını təsdiq etməyə məcbur oldu. Lakin Aleksandr Dubçek və rəhbərliyin hərəkətləri Moskvada qeyri-qənaətbəxş qəbul edildi. Hərbi müdaxilə qərarı mexanizmi üzərində iş başladı. Məlum olduğu kimi Stalinizm dövründən sonra SSRİ-də daha vacib qərarlar kollektiv rəhbərlik tərəfindən verilirdi və Çexoslovakiyaya hərbi müdaxilə haqqında qərar da Sov. İKP MK-nın Siyasi Bürosunda avqustun 17-də qəbul edilmişdir. 240 min nəfər əsgər və zabitin iştirak etdiyi müttəfiq qoşunların Çexoslovakiyaya hərbi müdaxiləsi avqustun 20-də şənbə günü başladı və əsasən uğurla keçdi. Müdaxiləçilər nəzərdə tutulan bütün məntəqələrə silah tətbiq etmədən yerləşdilər, yalnız Praqada kiçik toqquşmalar oldu. Ümumiyyətlə, 1968-ci ilin avqustunda Çexoslovakiyada 70 nəfərə yaxın adam öldürülmüş, 2500 nəfərə yaxın insan isə yaralanmışdır. 1968-ci il avqustun 20-də ÇKP Rəyasət Heyətinin iclası keçirildi, partiya rəhbərlərinin yürütdüyü siyasi xətlə razılaşmayan hissəsi ölkədə hakimiyyəti ələ keçirmək üçün cəhd göstərdisə də bu uğursuzluqla nəticələndi. Beləliklə, 1968-ci il avqustun 20-də Varşava Müqaviləsinin iştirakçısı olan beş dövlətin – Bolqarıstan, Macarıstan, ADR, Polşa və SSRİ-nin qoşunları ÇSSR-in sərhədlərini keçərək heç bir silahlı müqavimətə rast gəlmədən qısa bir vaxtda bütün ölkəni işğal etdilər.
Ölkədə demokratikləşmə prosesin qarşısı alındı. Avqustun 21-də səhər tezdən ÇKP MK-nın birinci katibi A.Dubçek, hökumətin sədri O.Çernik, Milli Məclisin sədri A.Smrkov- ski, Milli Cəbhənin sədri F.Kriqel, Praqa şəhər partiya komitəsinin katibi B.Şimon və Brnen vilayət komitəsinin katibi Y.Şpaçek SSRİ dövlər təhlükəsizlik orqanları tərəfindən həbs olunub SSRİ-yə göndərildilər. Müdaxilə Çexoslovakiya ictimaiyyətinin böyük narazılığına səbəb oldu. İctimaiyyət mitinqlərin və nümyaişlərin gedişində republika başçılarını dəstəklədi və işğalı pislədi. ÇKP MK Rəyasət Heyəti böyük səs çoxluğu ilə bu hərəkəti beynəlxalq hü- quq normalarının pozulması kimi qiymətləndirdi. Çexoslovakiyanın Xarici İşlər naziri A.Qa- yek BMT-nin Təhlükəsizlik Şurasında qoşunların ölkəyə yeridilməsini kəskin tənqid etdi. Prezident L.Svoboda isə Sovet qoşunları komandanının yeni hökumət yaratmaq haqqındakı tələbini yerinə yetirməkdən imtina etdi. Sovet İttifaqı tərəfindən Aloiz İndranı ÇKP MK-nın birinci katibi, Vasil Bilyakın hökumətin başçısı, Draqomir Kolderin Milli Cəbhənin sədri təyin etdirmək cəhdi uğursuz oldu.
Avqustun 22-də Praqada Slovak nümayəndələrinin iştirakı olmadan ÇKP-nin təcili
qeyri-leqal XIV qurultayı keçirildi və ÇKP MK-nın işğalı pisləyən etirazını müdafiə etdi və yeni MK seçdi. Qurultay bildirdi ki, “Çexoslovakiyada heç bir əksinqilab olmamışdır və heç nə sosializmin inkişafına qorxu törətmir”. Qurultay həbs olunanların hamısının qaytarılmasını tələb etdi. Milli Məclis bəyanat qəbul etdi ki, “heç bir konstitusiyalı orqan işğalçı Varşava paktı qoşunlarını çağırmağa vəkil edilməmişdir”. Hərbi müdaxilə müvəffəqiyyələ başa çatsa da Sovet dövlətinin qarşıya qoyduğu siyasi plan baş tutmadı. Bu SSRİ-nin patiya və dövlət rəhbərliyini taktiki gedişin istiqamətini dəyişdirməyə məcbur etdi. Bunu isə ÇSSR-nin qanuni seçilmiş rəhbərliyi ilə danışıqlar aparmadan tamamlamaq olmazdı. Bütün bunların hamısını, həmçinin beynəlxalq demokrarik ictimaiyyətin qəzəbini nəzərə alan SSRİ rəhbərliyi 1968-ci il avqustun 23-26-da Moskvada Dubçeklə və Çexoslovakiyanın digər rəhbərləri ilə danışıqlar aparmağa məcbur oldu və danışıqlar nəticəsində Çexoslovakiya tərəfini siyasi və iqtisadi isla- hatlardan imtina etmələri haqqında protokol imzalamağa məcbur edildi. Bu tarixə “Moskva protokolu” kimi daxil olmuşdur. Danışıqlar ölkədə vəziyyətin normal hala salınması və Sovet qoşunlarının Çexoslovakiya ərazisində müvəqqəti qalması şərtləri haqqında saziş imzalaması ilə başa çatdı. Bundan sonra çex və slovak liderləri ölkələrinə dönərək öz vəzifələrini yerinə yetirməyə başladılar.
Sovet qoşunlarının orada olmasına arxalanan islahat əleyhidarları hücuma keçdilər. Moskva danışıqlarının iştirakçısı olan Q.Qusak Slovakiya Kommunist partiyasının fövqəladə qurultayında ÇKP-nin qeyri-leqal XIV qurultayı slovak kommunistlərinin iştirakı olmadan keçirildiyindən onu qeyri-qanuni elan edən qərar qəbul edilməsinə nail oldu.
1968-ci il avqustun 28-də ÇSSR-in federal quruluşu haqqında qərar qəbul edildi və 1969-cu il yanvarın 1-də qüvvəyə mindi. Çexoslovakiya Sosialist Respublikası Çexiya və Slovakiya respublikaları adlanmağa başladı. Slovak məsələsinin həlli ÇSSR-də milli siyasət- dəki dəyişikliklərin əsasını qoydu. A.Dubçek və onun əhatəsi bir sıra qarşılıqlı güzəştlərin köməyi ilə hakimiyyəti əlində saxlamağa və öz siyasətinin başlıca islahat istiqamətini qoruyub saxlamağa çalışırdı. Lakin onlar bunu edə bilmədilər, çünki Moskvanın onlara artıq inamı itmişdi. ÇKP MK 1968-ci il avqustun 31-də Moskva danışıqlarını və nəticələrini dəstəklədi. General L.Svoboda və Q.Qusak ÇKP MK-nın Rəyasət Heyətinə daxil edildilər. ÇKP MK-nın 1968-ci il noyabr plenumunda islahatçıların avqusta qədərki olan dövrdə yürütdükləri xətti tənqid edən qətnamə qəbul edildi.
Tələbə Y.Palax ictimaiyyəti islahat kursunu qətiyyətlə müdafiə etməyə, hərəkətə gətirməyə cəhd etdi və 1969-cu il yanvarın 16-da Praqanın baş meydanında özünü yandırdı. Palaxın dəfni müdaxiləçilərə qarşı güclü nümayişə çevrildi. Bu hadisədən sonra həm də sosialist ölkələrini avqust təcavüzü haqqında “Qara kitab”ın nəşr olunması ilə A.Dubçekə qarşı Sovet təzyiqi gücləndi.1969-cu ilin martında xokkey üzrə Çexoslovakiya milli yığma komandasının Sovet komandası üzərində qələbə çalması münasibətilə azərkeşlərin nümayişi və həmçinin “Aeroflot” nümayəndəliyinə basqın ÇKP MK-nın Rəyasət Heyətində A.Dub- çekin rəqiblərinin onun üzərinə hücuma keçməsi üçün bəhanə oldu. Sovet tərəfinin də etirazı ÇKP MK-nın aprel plenumunda qüvvələr nisbətini qəti olaraq dəyişdirdi. Sovet rəhbərliyinin təzyiqi altında 1969-cu ilin aprelində A.Dubçek ÇKP MK-nın birinci katibi vəzifəsindən azad olundu və partiyada “sağlam qüvvələrin” lideri Q.Qusak birinci katib seçildi. Yüksək partiya və dövlət vəzifələrində olan islahatçılar onların opponentləri ilə əvəz olundu.
Qusak Qustav 1913-cü ildə Bratislavada anadan olmuş, Yan Komenski adına Bra- tislava Universitetinin hüquq fakültəsini bitirmişdir. 1933-cü ildən Kommunist partiyasının üzvü olan Q.Qusakı Slovakiyanın faşist hökuməti 1940-1943-cü illərdə gizli kommunist fəaliyyətinə görə həbsxanaya salmışdır. 1944-cü ildə Slovakiya Milli üsyanının iştirakçısı olmuşdur. Çexoslovakiyada İ.Stalin təmizləməsinin qurbanı olaraq 1951-ci ildə millətçi kimi həbs edilmiş, 1954-cü ildə ömürlük həbs cəzası almışdır.1960-cı ildə bəraət almış, 1963-cü ildə partiya sıralarına bərpa edilmişdir. 1968-ci ilin avqustunda Sovet qoşunlarının Çexoslo- vakiyaya müdaxiləsindən sonra Slovakiya KP MK-nın birinci katibi, 1969-cu ildə isə Moskvanın əli ilə Çexoslovakiya KP MK-nın birinci katibi seçilərək 1987-ci ilə kimi bu vəzifəsində qalmışdır. 1987-ci ilin aprelindən ölkə Kommunist partiyasının birinci katibi,
1989-cu ildən ölkə prezidenti vəzifələrindən istefa vermişdir.1991-ci ildə vəfat etmişdir.
ÇKP MK-nın 1969-cu ilin mayında keçirilən plenumunda vəziyyətin “düzəlməsi” tədbirləri irəli sürüldü, həmçinin XIV qurultaya qədər olan dövrdə partiyanın inkişaf direk- tivləri qəbul edildi. 1969-cu ilin sentyabr plenumu 1968-ci ilin avqustunda qeyri-leqal şəklində keçirilmiş XIV qurultayın bütün qərarlarını ləğv etdi. 1970-ci ildə pariya sıralarında təmizləmə aparıldı. ÇKP üzvlərinin 20 faizi onun sıralarını tərk etdi. 1970-ci ilin dekabrında ÇKP MK-sı “XIII qurultaydan sonra böhranlı inkişafın ibrət dərsləri” adlı qondarma bir sənəd qəbul etdi. Sənəddə deyilirdi: “Beş sosialist ölkəsi müttəfiq qoşunlarının Çexoslovakiyaya da- xil olması həm Çexoslovakiya zəhmətkeşlərinin ümumi mənafeyinə, həm də beynəlxalq fəhlə sinfinin, sosializm birliyinin mənafeyinə və beynəlxalq kommunist hərəkətının sinfi məna- feyinə uyğun olan beynəlmiləl həmrəylik tədbiri idi”. Bu sənəd mühafizəkar qüvvələrin özü- nəməxsus manifesti idi və son iki onillik müddətində partiya və dövlət həyatının tənzim- lənməsinə təkan verdi. Dövlət hakimiyyətinin yuxarı orqanlarında da dəyişiklik baş verdi. A.İndra Milli Məclisin sədri oldu. L.Ştrouqal Baş nazir təyin edildi. Həmkarlar ittifaqlarında “normallaşdırma” çətinliklə həyata keçirilirdi ki, bu proses 70-ci illərin ortalarında başa çatmış oldu. Beləliklə, tədricən Çexoslovakiya islahatının bütün nailiyyətləri ləğv edildi.