Polşa 1918-2015-ci illərində Polşa 1918-1939-cu illərdə
Müstəqil Polşa Respublikasının yaranması. 1917-ci ilə qədər Polşa torpaqları parça- lanmış halda qalmasına baxmayaraq müstəqil dövlət yaratmaq uğrunda Polşa xalqının milli- azadlıq mübarizəsi davam etmişdi. Üç hissəyə parçalanmış Polşanın vahid dövlət halında birləşdirilməsinə ilk addım Rusiyada Fevral inqilabından sonra atıldı. 1917-ci il martın 27-də Petroqrad Fəhlə və əsgər deputatları soveti “Polşa xalqına” müraciət qəbul edərək bildirdi ki, Polşa müstəqil dövlət yaratmaq hüququna malikdir. Rusiyanın Müvəqqəti hökuməti də 1917- ci il martın 29-da “Polyaklara” müraciət qəbul edərək polyakların müstəqil dövlət yaratmaq hüququnu göstərdi. 1917-ci ilin iyununda Fransanın prezidenti R.Puankare Fransada Polşa muxtar ordusunun yaradılması haqqında sənəd imzaladı. 1918-ci ilin yanvarında ABŞ-nın prezidenti V.Vilson da Polşa ərazisində müstəqil Polşa dövlətinin yaradılmasının vacibliyini bəyan etmişdi.
Qərbdə və ABŞ-da yaşayan polyakların fəallığı sayəsində 1917-ci il avqustun 15-də R.Dmovski başda olmaqla Polşa Milli Komitəsi yaradıldı və bu Komitəni Fransa, Böyük Britaniya, İtaliya, ABŞ hökumətləri tanıdılar. 1917-ci ilin sentyabrında Almaniya və Avstriya-Macarıstanın imperatorları Regent şurası təsis etdilər və ona Polşa torpaqlarının kral və ya regent hakimiyyəti altına keçməsinə qədər qanuni və icraedici səlahiyyətlər verdilər.
1917-ci ilin oktyabrında Rusiyada hakimiyyətə gəlmiş bolşeviklər də 1917-ci il noyabrın 2(15)-də imzalanmış “Rusiya xalqlarının hüquq Bəyannaməsi”ndə elan etdi ki, Rusiya xalqları öz müqəddəratını azad surətdə təyin etmək və hətta ayrılaraq müstəqil dövlət yaratmaq hüququna malikdirlər.
Brest-Litovskdə gedən sülh danışıqları zamanı Almaniya və Avstriya-Macarıstan Uk- rayna Mərkəzi Radası ilə 1918-ci il fevralın 9-da imzalanmış sazişlə Polşa torpağı – Xelm- şinanın və Qalitsiyanın bir hissəsini Ukraynaya verdilər. Bu Polşa cəmiyyətində böyük etiraz- la qarşılandı və Alman-Avstriya – Ukrayna müqaviləsi satqınlıq kimi qiymətləndirildi. 1918- ci il martın 3-də Brest müqaviləsi imzalandı və Sovet Rusiyası Polşa çarlığının mərkəzi dövlətlər tərəfindən işğal edildiyini qəbul etdi. 1918-ci il avqustun 29-da Rusiya Xalq Komis- sarları Soveti keçmiş Rusiya imperiyası tərəfindən Polşanın bölüşdürülməsi haqqında Prus- siya və Avstriya ilə bağladığı bütün müqavilələrdən imtina etmək haqqında dekret elan etdi.
1918-ci ilin yayında Almaniyanın qərb cəbhəsində ardıcıl məğlubiyyətlərindən sonra Dördlər ittifaqının məğlubiyyəti labüd idi. Belə bir şəraitdə Polşa torpaqlarında hakimiyyət məsələsi önə çıxdı. Almaniya və Avstriya-Macarıstan tərəfindən yaradılmış Regent (naiblər) şurası və Antanta tərəfindən tanınan Parisdə yerləşmiş Polşa Milli Komitəsi hakimiyyətə sahib olmaq üçün fəaliyyətini gücləndirdi. 1918-ci il oktyabrın əvvəllərində Naiblər şurası parlament seçkilərinə hazırlıq elan etdi. 6vvəllər almanlardan asılı olan orduya rəhbərlik Naiblər şurasının əlinə keçdi.
1918-ci il oktyabrın 28-də Avstriya-Macarıstanın hərbi əməliyyatlarını dayandırılması haqqında Antanta ölkələrinə müraciətindən sonra polyak xalqının mübarizəsi gücləndi. Sol partiyalar tərəfindən ümumpolşa hökumətinin yaradılmasına başlandı. 1918-ci il noyabrın 7- də Lüblində Qalitsiya sosialistlərinin lideri İqnasi Daşinski başda olmaqla Polşa Respub- likasının Müvəqqəti xalq hökuməti yaradıldı. Hökumət geniş demokratik azadlıqlar və sosial hüquqlar, meşələrin və iri torpaq mülkiyyətinin milliləşdirilməsini elan etdi, gələcəkdə səna- yenin bir sıra sahələrinin milliləşdirilməsi, aqrar islahatın aparılması vəd olundu.
1918-ci il noyabrın 10-da həbsdən azad edilmiş Yuzef Pilsudski Varşavaya qayıtdı. Naiblər şurası və İqnasi Daşinskinin Lüblin hökuməti Y.Pilsudskinin hakimiyyətini qəbul
etdi. Noyabrın 14-də Naiblər şurası ölkədə bütün hakimiyyətin Y.Pilsudskiyə verildiyini elan edərək özünü buraxdı.Y.Pilsudski xalq dairələrində çarizmin düşməni kimi məşhur idi. O, siyasi fəaliyyəti ərzində Polşa xalqı içərisində ruslar əleyhinə millətçilik hissi oyatmağa və Polşa xalqını Almaniya və Avstriya-Macarıstanla əməkdaşlıq etməyə sövq edirdi.
Birinci Dünya müharibəsi dövründə Pilsudski Avstriya-macar və alman orduları tərəfindən döyüşlərdə iştirak edən Polşa könüllü dəstələrinə – “Polşa legionuna” komandanlıq edirdi. Keçmişdə Polşa Sosialist partiyası –“inqilabi fraksiya”nın (PSP-“fraksiya”) görkəmli xadimi olmuş Pilsudski sosializmin düşməni idi və çar hakimiyyətini Polşa hakim siniflərinin Almaniya və Avstriya-Macarıstana arxalanan hissəsinin hakimiyyəti ilə əvəz etmək məqsədi ilə Polşada sosialist hərəkatından istifadə etməyi qarşısına məqsəd qoymuşdur. Y.Pilsudskinin göstərişi ilə polyak legionerləri alman və avstriya-macar ordularına sədaqət andı içməyə etiraz etdikləri üçün Y.Pilsudski alman hökumət orqanları tərəfindən Maqdeburqda həbsxanaya salınmışdır.
Naiblər şurası 1918-ci il noyabrında hakimiyyəti Y.Pilsudskiyə təhvil verdikdən sonra Pilsudski Endjey Moraçevski başqa olmaqla noyabrın 18-də Varşavada yeni hökumət yaratdı. Hökumət fəaliyyət proqramına sosialist islahatlar, o cümlədən 8 saatlıq iş günü, xəstəliyə görə sığorta, dövlət müəssisələrində minimal əmək haqqının saxlanması, mənzil hüququnun qorun- ması, əmək birjası təşkili və b.tədbirlər daxil etdi. Antanta ölkələri və ABŞ bu hökuməti tanımaqdan imtina edir və 1917-ci il avqustun 15-də R.Dmovskinin başçılığı altında yaradıl- mış Polşa Milli Komitəsi ilə əməkdaşlıq edirdilər.
1918-ci il noyabrın 22-də Pilsudski dövlətin müvəqqəti rəisi təyin edildikdən sonra milli demokratlarla fəal əməkdaşlığa çalışırdı. 1919-cu ilin yanvarında Y.Pilsudski E.Moraçevski hökumətini istifeya göndərdi və yeni hökumətin təşkilini Polşa Milli Komitəsinə daxil olan İ.Paderevskiyə tapşırdı.Yeni Baş nazirin siyasi fəaliyyət sahəsində təcrübəsi olmasa da, ölkədə və onun hüdudlarından kənarda görkəmli musiqişünas və qızğın vətənpərvər kimi çox məşhur idi, prezident V.Vilsonla və digər Qərb siyasi xadimləri ilə sıx əlaqə saxlayırdı. Bir baş nazir kimi İqnasi Paderevski Polşanın bütün əsas siyasi qüvvələri və müttəfiq dövlətləri qane edirdi. Nəticədə Polşanın yeni hökumətini Antanta rəsmən 1919-cu ilin yanvar-fevral aylarında tanıdı. Yeni hökuməti ilk tanıyan 1919-cu il yanvarın 30-da ABŞ oldu.
Müstəqil Polşa dövlətinin yaradılması bütün Avropada demokratik və inqilabi şəraitin fəallaşması zəminində baş verirdi. Məhz bu amil Polşada monarxiya yaradılmasına imkan vermədi, baxmayaraq ki, mühafizəkar qüvvələr buna tərəfdar idi. 1919-cu il yanvarın 26-da Polşada Qanunverici Seymə demokratik prinsiplərə əsaslanan – birbaşa, ümumi, bərabər, gizli və proporsional seçkilər keçirildi. Bununla da yenidən dirçələn Polşanın demokratik dövlət kimi müstəqilliyinin təşəkkül tapmasının birinci mərhələsi başa çatdı. 1919-cu il fevralında 10-da azad Polşada birinci Seym çağrıldı. Dövlət başçısı Yuzef Pilsudski deputatlar qarşısında çıxış edərək “yüz əlli il davam edən mübarizədən” sonra əldə edilən müstəqillik zəfərinin
əhəmiyyətinə vurğu etdi.
Polşa Konstitusiyasının hazırlanması üzərində iş iki il davam etdi. Bütün bu müddət
ərzində seymdə və mətbuatda dövlət quruluşunun forması, hakimiyyətin ayrı-ayrı qollarının səlahiyyətləri, seçki hüququnun prinsipləri haqqında qızğın müzakirələr oldu. 1921-ci il mar- tın 17-də seym Konstitusiyanı qəbul etdi və bu “mart konstitutsiyası” adını aldı. Bu konsti- tusiya o dövrdə dünyada ən demokratik konstitusiyalardan biri olaraq ölkənin bərpa olunmasının birinci mərhələsini başa çatdırdı.
Konstitusiya Polşanı respublika elan etdi, ali hakimiyyət isə xalqa məxsus idi. Qanun- verici hakimiyyət seym və senatdan ibarət olan parlamentə məxsus idi. İcraedici hakimiyyət prezidentə və hökumətə, məhkəmə hakimiyyəti isə müstəqil hakimlərə məxsus idi. İcra hakimiyyətinin başçısı, 7 il müddətinə hər iki palata tərəfindən birgə seçilən prezident idi. Prezident parlament tərəfindən təsdiq olunan hökuməti təyin edir, daxili siyasətə rəhbərlik edir, həmçinin dövləti beynəlxalq miqyasda təmsil etmək hüququna malik idi. Konstitusiya vətəndaşların əsas vəzifələrini və onların hüquqlarını təsbit etdi.
Yeni yaradılmış dövlətin qarşısında duran mürəkkəb məsələlərdən biri sərhədlər mə-
sələsi idi. 1918-ci il dekabrın sonunda Poznanda Voysex Korfant və general Yuzef Dovbur- Musniskinin başçılığı altında Böyük Polşa üsyanı başladı. 1918-ci ilin dekabrında bu ərazi- lərdə başlanan üsyan 1919-cu ilin fevralına qədər davam etdi və demək olar bu ərazilər almanlardan azad edildi.
Polşa-Almaniya sərhədləri məsələsi Parisdə həll edildi. Polşa nümayəndələri Yuxarı Sileziya, Şərqi Pomorye, Qdansk (Dansiq), Şərqi Prussiyanın bir hissəsinin (üç rayon) Polşaya qaytarılmasına nail oldular. Bu məsələdə Polşanı Fransa müdafiə edirdi, çünki Fransa Almaniyanın maksimum zəiflədilməsinə çalışırdı. Faktiki olaraq Versal sülhünə görə Polşaya Böyük Polşadan başqa, Şərqi Pomoryenin yalnız bir hissəsi keçdi. Qnadsk sərbəst şəhər olaraq qalır, Yuxarı Sileziya və Şərqi Prussiyanın üç rayonunun Varmiya, Mazur və Povis- lenin hansı ölkəyə mənsub olması rəy sorğusu ilə həll edilməli idi. Şərqi Prussiyada 1920-ci il iyunun 11-də keçirilən plebisitdə Polşa uduzdu, Almaniya qələbə çaldı. 1921-ci ilin oktyab- rında Yuxarı Sileziyanın 46% əhalisinin yaşadığı ərazi, o cümlədən Katovitse və Xojuv şəhər- ləri də daxil olmaqla zəngin kömür hövzələri rayonları Polşaya birləşdirildi. 1922-ci ilin iyu- lunda bu ərazi muxtariyyət hüququ alaraq Polşanın idarəçiliyinə verildi. Polşa-Çexoslovakiya sərhədləri isə mübahisəli ərazilər olaraq qalmaqda davam edirdi ki, buraya da Zaolzyenin torpaqları daxil idi (Çeşin Sileziyası).
Şərq sərhədlərinin müəyyənləşdirilməsi müəyyən çətinlik yaradırdı. Y.Pilsudski Polşa üçün başlıca təhlükənin Rusiya olduğunu bildirdi. 1920-ci il aprelin 26-da Polşa qoşunları Petlyuranın komandanlığı altında olan dəstə ilə birlikdə Ukraynaya hücum etdilər və mayın 7- də Kiyev şəhərini ələ keçirdilər. Ancaq birinci vəzifəni – Qırmızı Ordunun əsas qüvvələrini darmadağın etmək kimi işi həll edə bilmədilər. Ukrayna xalqının Simon Petlyuranı müdafiə edəcəyi haqqında ümidlər də özünü doğrultmadı. 1920-ci il mayın 10-da Qırmızı Ordunun Belarusiyaya, mayın 26-da isə Ukraynaya hücumu başlandı. İyunun 10-da Polşa qoşunları Kiyevi tərk edərək bütün cəbhə boyu geri çəkilməyə başladı. Həm də qarşıdakı döyüşlərə qüvvələrini saxlamaq üçün polyaklar çox sürətlə geri çəkilirdilər. Mixail Tuxaçevskinin ko- mandanlığı altında sovet qoşunları 1920-ci ilin iyulunda Polşa sərhədlərini keçərək Varşavaya doğru irəliləyirdi.
Gənc Polşa dövləti 1920-ci il iyulda Belçikanın Spa şəhərində konfransa toplanmış böyük dövlətlərin rəhbərlərindən yardım tələb etdi. Britaniyanın xarici işlər naziri lord Kerzon xətti Polşanın etnoqrafik sərhədlərinə uyğun gəlirdi və Sovet-Polşa dövlət sərhədi üçün əsas ola bilərdi. Lakin Qırmızı Ordu Polşanın içərilərinə hücumunu davam etdirir və tutmuş olduğu ərazilərdə sovet hakimiyyəti orqanları yaradırdı. İyunun 28-də Qırmızı Ordu hissələri böyük sənaye mərkəzi olan Belostok şəhərini azad etdi. İyulun 30-da burada Polşa inqilabı hərəkatının görkəmli xadimi Yulian Marxlevski başda olmaqla müvəqqəti Polşa İnqilab Komitəsi – ilk fəhlə-kəndli hökuməti yaradıldı. Onun tərkibinə F.Dzerjinski, F.Kon, Y.Pruxn- yak və Y.Unşlixt daxil idilər. Bu komitə fabriklərin, mədənlərin, mülklərin milliləşdirildiyini, kilsənin dövlətdən və məktəbin kilsədən ayrıldığını elan etdi. 6n yaxın siyasi vəzifə kimi Polşa Sovet Sosialist Respublikasının yaradılmasını irəli sürdü. Lakin Müvəqqəti Polşa İnqilabı Komitəsi (“Polrevkom”) tezliklə öz fəaliyyətini dayandırmağa məcbur oldu.
Qırmızı Ordunun etnik Polşa torpaqlarına daxil olması polyaklarda güclü vətənpərvərlik hissələrinin artmasına səbəb oldu. Belə bir şəraitdə Qrabskinin hökuməti istefa verdi və “Pyast” Polşa Kəndli partiyasının lideri Vinsent Vitos (1874-1945) və İqnasi Daşinski başda olmaqla Milli müdafiə koalisyon hökuməti yaradıldı. Könüllülərdən ibarət 100 minlik ordu yaradıldı, general Yuzef Qaller isə komandan təyin edildi. Avqustun 12-18-də Varşava uğ- runda həlledici döyüş baş verdi.1920-ci il avqustun 14-də Qırmızı Ordunun hücumu dayan- dırıldı, sonra polyak qoşunları onları tələsik geri çəkilməyə məcbur etdi. Cəbhə xətti yenidən şərqə tərəf çəkildi. 6ks hücumun gedişində Pilsudskinin əmri ilə Litva-belarus diviziyasının komandanı general Lyusian Jeliqovski 1920-ci il oktyabrın 9-da Vilnonu tutdu, bu ərazidə Orta Litva dövləti yaradıldı və 1923-cü ildə Vilno seyminin qərarına əsasən Polşaya birləş- dirildi.
1920-ci il avqustun 16-17-də öz arxasından çox irəli getmiş Qırmızı Ordu hissələri
Varşava yaxınlığında məğlub olmağa və geri çəkilməyə başladılar. Qələbələrə baxmayaraq, Polşa hökumətinin müharibəni davam etdirmək gücü yox idi, Sovet hökuməti ilə avqustda başlanmış danışıqlara yenidən getməyə məcbur oldu. Polşa-Sovet müharibəsi 1921-ci il mar- tın 18-də Riqada sülh müqaviləsinin bağlanılması ilə başa çatdı. Bu müqaviləyə əsasən Qərbi Ukrayna və Qərbi Belarusiya Polşanın tərkibinə qatıldı. Polşa müharibənin əvvəllərində tu- tulmuş sağsahil Ukraynasının və Belarusiyanın bir sıra ərazilərinə olan iddialarından əl çəkdi.
Polşanın Latviya və Rumıniya ilə münasibətləri ayrıca müqavilələrlə nizama salındı. Litva Polşanın tutmuş olduğu Vilnüsü ona güzəştə getməyə razı ola bilməzdi və 1938-ci ilə qədər bu dövlətlər arasında diplomatik münasibətlər olmamışdır. Bununla yanaşı, qərbi Polşa torpaqlarının xeyli hissəsi Polşanın dövlət sərhədlərindən kənarda, Almaniyanın hakimiyyəti altında qaldı. Antanta dövlətləri, Millətlər Cəmiyyəti Polşanın şərq sərhədlərini tamamilə 1923-cü ildə tanıdılar. Şərq sərhədlərinin müəyyən edilməsilə Polşanın müstəqil, suveren, beynəlxalq münasibətlərinin fəal iştirakçısı kimi dünyanın siyasi xəritəsinə qaytarılması prosesi başa çatdı. Diplomatik və hərbi səylər nəticəsində Polşa çoxmillətli dövlət kimi yara- dılmış oldu. İkinci Reç Pospolitanın ərazisi 388 min kv. km-dən çox idi, bu da Avropda 6-cı ölkə demək idi. 1921-ci il siyahıyaalmasına görə ölkənin əhalisi 27 milyon nəfərə çatırdı. Polşa əhalisinin təqribən üçdə bir hissəsin ukraynalılar, belaruslar, yəhudilər, litvalılar və almanlar təşkil ediridi. 6halinin 14,3 faizi ukraynalılar, 7,8 faizi yəhudilər, 4,7 faizi almanlar və 3,9 faizi belaruslardan ibarət idi.