Belarus Respublikasının sosial-iqtisadi va madani vaziyyati. 1991-ci il avqustun 25-də Belarusiya özünün müstəqilliyini elan etdi. 1991-ci il sentyabrın 19-da Belarusiya Sovet Sosialist Respublikasının (BSSR) adı Belarus Respublikası (BR) adı ilə əvəz olundu. 1994-cü il martın 15-də Meçislav Qribin sədrlik etdiyi Ali Sovet Belarus Respublikasını unitar de- mokratik sosial hüquqi dövlət elan etdi. 1994-cü ilin rəsmi məlumatına əsasən Belarus Respublikasında 10 milyon 243,5 min nəfər əhali yaşayırdı ki, bunların da təqribən 80 faizindən çoxunu belaruslar təşkil edirdi.
Belarus Respublikasının iqtisadiyyatı sosial istiqamətli bazar modeli prinsipinə söykə- nir. Belarus iqtisadiyyatının xüsusilə istehsal, enerji, nəqliyyat, emal, tikinti, kənd təsərrüfatı, bank sahələrində dövlət mülkiyyəti üstünlük təşkil edir. İqtisadiyyatın 51,2 faizi dövlət mülkiyyətinin, 47,4 faizi xüsusi mülkiyyətin, 1,4 faizi isə xarici şirkətlərin nəzarətində olan xüsusi bölmənin payına düşür. Ölkədə mərkəzləşdirilmiş bölgü, planlaşdırma həyata keçirilir, dövlət sosial əhəmiyyətli malların qiymətlərini tənzimləyir. Belarus Respublikası 6 vilayətə, onlar isə rayonlara və vilayətə tabe olan şəhərlərə bölünür. Ölkədə vilayətləri təmsil edən 118 rayon və 12 şəhər mövcuddur. Minsk şəhəri isə müstəqil inzibati mərkəz olaraq heç bir vilayətə tabe deyil. Belarus Respublikasının pul vahidi 1992-ci ilin mayından sovet rublunu
əvəz edən Belarus rubludur. Belarus Respublikasının ilk sikkələri 1996-cı ilin dekabrından tədavülə buraxılıb.
90-cı illərin əvvəllərində SSRİ-nin süqutu Belarusiyada da iqtisadiyyatın ittifaq
əlaqələrindən məhrum olması üzündən ağır vəziyyətlə qarşılaşdı. Mağazaların rəfləri sürətlə boşaldı, xüsusilə ərzaq mallarının qiyməti sürətlə artdı. İnflyasiyanın baş alıb getməsi əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə, bu isə ölkədə narazılığın artmasına şərait yaradırdı. 1986-cı il aprelin 26-da Çernobılda baş vermiş nüvə reaktorunun partlaması nəticəsində Ukraynadan sonra radiasiyaya ən çox məruz qalan yerlərdən biri də Belarusiyanın əkinçilik və meşə sahələri idi. Təbii olaraq bu amil Belarusiyanın kənd təsərrüfatına ağır zərbə vurmuşdur. Kənd təsərrüfatı məhsullarının istehsalı kəskin aşağı düşmüşdür.
Lakin bütün bunlara baxmayaraq 2000-ci illərə doğru Belarus Respublikası iqtisadi tənəzzüldən çıxmağa başladı. İqtisadiyyatın əsas sahələrinin dövlətin nəzarətində olması nəticəsində Belarus MDB dövlətləri arasında birinci olaraq SSRİ-dən miras qalan nəhəng zavodları bərpa edib işə saldı. Ölkədə tədricən energetika, maşınqayırma, kənd təsərrüfatı, kimya və meşə sənayesi, tikinti, tikinti materialları və emal sənayesi inkişaf etməyə başladı. Belarus neft məhsulları, kaliy gübrəsi, maşınqayırma, kimya və ərzaq sənayesi məhsulları ixrac etməyə başladı. 1994-cü ildə Belarus Respublikası xarici dövlətlərə, xüsusilə MDB məkanına daxil olan ölkələrə traktorların ixracına başladı. Kənd təsərrüfatı məhsulları kartof, mal-qara, ət və süd ixracı xeyli artdı. İqtisadi əlaqələrdə birinci yerdə Rusiya Federasiyası ilə ticarət əlaqələri tuturdu. Belarusa Rusiyadan xüsuilə neft və yanacaq materialları idxal edilirdi. 2005-ci ildə 2006-2010-cu illəri əhatə edən sosial-iqtisadi inkişafın beşillik planı hazırlandı. Plana əsasən ümumi məhsul istehsalın ildə 8-9, sənaye məhsulunun həcmini 7,5- 8,6 faiz artırmaq nəzərdə tutulmuşdur. Adamların real əmək haqqını isə ildə 8,7-9,6 faiz artırmaq vəzifə olaraq qarşıya qoyuldu.
2011-ci il aprelin 11-də A.Lukaşenko 2011-2015-ci illərə dair sosial-iqtisadi proqramı imzaladı. Ümumi məhsul istehsalı beş ildə 62-68 faiz, kənd təsərrüfatı məhsullarının istehsalı təqribən 1,5 dəfə, əhalinin real pul gəliri 1,7- 1,76 dəfə artmalı idi. Bu vəzifələri yerinə yetirmək məqəsədilə Belarusda maşınqayırma sənayesinin inkişafına diqqət artırıldı. MAZ,
BelAZ markalı yük avtomobillərinin, avtobus, trolleybus, traktor, metalkəsən dəzgahların istehsalı intensivləşdi. Borisov, Pinsk, Qomeldə kibrit fabriklərinin, Dobruş, Slonim, Çaşnik, Borisovda karton və kağız fabriklərinin fəaliyyəti canlandı. 2008-ci ildə Şklovda qəzet kağızı istehsal edən nəhəng zavod işə düşdü. Bunların nəticəsində Belarus Respublikasında ümumi daxili məhsul 2000-2008-ci illərdə ildə 4-dən 11 faizə kimi artdı. Lakin ümumi məhsul istehsalının artımı aşağı düşərək 2012-ci ildə ölkə üzrə 1,7, 2013-cü ildə isə 0,9 olmuşdur. 2000-2013-cü illərdə orta illik inflyasiya 31, o cümlədən 2000 və 2011-ci illərdə 100 faizdən çox olmuşdur. 2012-ci ildə inflyasiya 21,8, 2013-cü ildə isə 16,5 faiz təşkil etmişdir.
BMT-nin məruzəsinə görə 2005-c ildə Belarusda iqtisadi artım 8,5 faiz təşkil etmişdir. Bu göstəriciyə görə Belarus MDB məkanında 19,7 faiz artıma sahib olan Azərbaycandan, 10 faizlik artımla Gürcüstandan, 9,8 faizlik artımla Qırğızıstandan və 9,3 faizlik artımla Qaza- xıstandan sonra 5-ci yeri tutur. 2000-ci illərdə Belarus Respublikasında əmək haqqı artaraq 2010-cu ildə 500 ABŞ dollarına ekvivalent olmuşdur. 2012-ci ildə orta əmək haqqı Belarus Respublikasında 430 ABŞ dollarına bərabər olub. 2013-cü ilin yanvar-fevral aylarının rəsmi məlumatlarına görə Belarusda orta sosial təqaüd 99 ABŞ dollarına ekvivalentdir. Rəsmi dövlət məlumatına əsasən Belarus Respublikasında 2000-ci ildə 36, 2005-ci ildə 9, 2010-cü ildə isə 3,4 faiz ailə yoxsulluq həddində yaşayır.
2009-cu ildəki siyashıyaalmaya əsasən Belarus Respublikasında əmək qabiliyyəti olan
əhalinin 6,1 faizi özünü işsiz kimi göstərib 2014-cü ilin oktyabrında Aleksandr Lukaşenko etiraf edib ki, ölkə iqtisadiyyatında əmək qabiliyyəti olan 0,5 milyon nəfər, yəni təqribən 10 faiz işsiz vardır. Respublika əhalisinin çox hissəsi iş dalınca Rusiya Federasiyasına üz tutur. Ekspertlər onların sayının 600 min nəfərdən çox olduğunu bəyan edirlər.
Belarus Respublikasında 30 dövlət bankı və yalnız bir özəl bank fəaliyyət göstərir. 2011-ci ilin mart-sentyabrında Belarus Respublikası valyuta-maliyyə böhranı keçirmişdir. Böhranın nəticəsində belarus rublu devalvasiyaya uğrayaraq ilin əvvəlində dollara nisbətən 189 faiz, yanvar-oktyabr aylarında 88,7 faiz ucuzlaşmışdır. 6rzaq mallarının qiyməti isə müvafiq dövrdə respublikada 103,6 faiz artmışdır. 6mək haqqı aşağı düşərək 220-260 ABŞ dolları təşkil edirdi. Belarus Respublikasının xarici borcları 2014-cü il iyulun 1-də 23,3 milyard ABŞ dolları təşkil edirdi ki, bunların da 13,9 milyard ABŞ dolları dövlət bölməsinin xarici borclarının payına düşürdü.
2009-cu il siyahıyaalınmasına görə Belarusun əhalisi 9.503.807 nəfər təşkil edirdi ki, bunların da 87,7 faizi belaruslar idi. Növbəti böyük etnik qrup 8,3 faizlə ruslar, 3,1 faizlə pol- yaklar və 1,7 faizlə ukraynalılar təşkil edirdi. Ümumi əhalinin 70 faizi şəhərlərin payına dü- şür. Orta ömür kişilər üçün 63,0, qadınlar üçün 74,9 il olmaqla 68,7 ildir. 2015-ci il məluma- tına əsasən 207.600 kv.km ərazisi olan Belarus Respublikasının əhalisi 9.481,1 min nəfərdir.
Belarus Respublikasının xarici ölkələrlə ticarət əlaqələri dinamik inkişaf edir. Ölkə ixracatında birinci yeri 33,5 faizlə Rusiya Federasiyası, 15,1 faizlə Hollandiya, 10,2 faizlə Ukrayna və d. tutur. Belarusa idxal edilən malların 54,4 faizi Rusiyanın, 5,6 faizi Almani- yanın 4,4 faizi Ukraynanın, 4,8 faizi Çinin və s. payına düşür.
2013-cü ildə Belarus Respublikası ilə Rusiya arasında mal dövriyyəsi 40 milyard dollar təşkil etmişdir. Xüsusilə hər iki ölkənin sərhəd rayonlarında ticarət daha geniş miqyas almışdır. Praktik olaraq Belarusun enerji sistemi, kimya və gübrə istehsalı aşağı qiymətə aldı- ğı rus qazından asılıdır. Düzdür, 2005-2010-cu illərdə Belarus ərazisindən keçən “Dostluq” neft kəməri vasitəsilə nəql edilən “qara qızıl” 70 milyon tondan 53 milyon tona azalsa da hələ də Belarus bundan çox böyük gəlir əldə edir. Bunun sayəsində dövlət bir çox sosial proqramlar həyata keçirir.
Dəmir yolları və avtomobil nəqliyyatı ölkənin əsas əlaqə vasitələridir. Orş, Minsk və Brestdən keçən dəmir yolu maqistralı şərqdə Belarusu Moskva ilə, qərbdə isə Varşava ilə birləşdirir. Ölkədə 5512 km uzunluğunda dəmir yolları, 83.000 km uzunluğunda şosse yoları vardır. Belarusda hər min nəfərə 261 avtomobil düşür.
Belarus Respublikasında qida sənayesinin vizit kartı olan süd məhsullarının ixracı ildən- ilə artmışdır. Süd, yağ, pendir, dondurma, süd konservləri emal edən Belarus dünyada süd
məhsulları ixrac edən 5 aparıcı dövlətin sırasındadır. 2010-cu ilin nəticələrinə görə dünyada süd məhsulları ixracının 4 faizi Belarus Respublikasının payına düşür. Respublika süd məhsullarının əsas alıcısı MDB ölkələri olan Rusiya və Qazaxıstandır. Təsadüfi deyil ki, dövlət ildən-ilə ölkədə süd məhsullarının istehsalına qoyulan investisiyanı artırır. 2015-ci ildə ölkədə süd məhsulları istehsalı həmçinin 10-10,5 milyon tona çatdırılması planlaşdırılır. Belarusun kənd təsərrüfatı ölkədə istehsal olunan ümumi məhsulun 7,5 faizini təşkil edirdi. 6halinin 9,7 faizi kənd təsərrüfatı ilə məşğul olurdu.
2011-ci ilin noyabrına olan rəsmi məlumata əsasən Belarusiyanın təqribən 80 faiz
əhalisi Rus pravoslav kilsəsinə, 10 faiz Roma-katolik kilsəsinə, 2 faiz başqa dinlərə, o cümlədən protestantlıq, islam, iudaizm və s. mənsubdur. Konstitusiyanın 16-cı maddəsinə
əsasən Belarus Respublikasında heç bir din rəsmi dövlət statusuna malik deyildir.
Müstəqil Belarus Respublikasının Konstitusiyasına əsasən hər bir ölkə vətəndaşına təhsil almaq hüququ tanınır. Baza məktəbini uğurla başa vuran gənc oğlan və qızlar təhsilini kollec, litsey, gimnaziya, peşə-texniki məktəblərində davam etdirə bilərlər. Arzu edənlər ümumi orta təhsil məktəblərində oxumaq imkanına malikdirlər. Təhsil müəssisələrində iki rəsmi dil – belarus və rus dili keçilir. Təhsilin ruslaşdırılması siyasəti nəticəsində şəhərlərdə belarus dilli məktəblər demək olar ki, fəaliyyət göstərmir, belarus dilli məktəblər əsasən kənd yerlərindədir. 2008-ci il məlumatına görə kənd yerlərində belarus dilli məktəblər 18,4, şəhərlərdə isə yalnız 1,9% təşkil edirdi. 2012/13 tədris ilində Belarus Respublikasında 928,2 min şagirdi və 128,1 min müəllimi əhatə edən 3579 ümumi orta təhsil müəssisəsi fəaliyyət göstərirdi. 79,9 min şagirdi birləşdirən 226 peşə texniki məktəbi, 152,2 min şagirdi əhatə edən
225 orta ixtisas məktəbi mövcuddur. Şagirlərin biliyi 10 ballıq təhsil sistemi əsasında qiymətləndirilir. Boloniya sisteminə Belarus 2015-ci il mayın 14-dən qoşulub.
Belarus Respublikasının ali dövlət elmi təşkilatı Milli Elmlər Akademiyasıdır.1990- 2004-cü illərdə iqtisadi böhran, elmi işlərə lazımi maliyyə yardımı göstərilməməsi, alimlərin
əmək haqqının aşağı olması elmi işçilərin xarici ölkələrə və kommersiya qurumlarına keçməsinə səbəb olmuşdur. Bunun nəticəsində müvafiq illərdə elmi-tədqiqat müəssisələrində işləyən elmi işçilərin sayı 107,3 min nəfərdən 28,8 min nəfərə düşmüşdür. 2004-cü ildən başlayaraq elmi işlərə ayrılan dövlət vəsaitinin artması, alimlərin əmək şəraitinin və sosial vəziyyətinin nisbətən yaxşılaşması onların sayının azalmasının qarşısını aldı. 2014-cü ildə elmi-tədqiqat müəssisələrində 27208 nəfər elmi işçi çalışırdı.
2012/13 tədris ilində Belarus Respublikasının 45 dövlət və 9 özəl olmaqla 54 ali mək- təbində 428,4 min nəfər tələbə təhsil alırdı. Ali məktəblərdə fəaliyyət göstərən elmi-pedaqoji kadrların sayı 24.612 nəfər təşkil edirdi ki, onların da 1346 nəfəri elmlər doktoru, 9043 nəfəri elmlər namizədi, 1260 nəfəri professor, 7509 nəfəri dosent idi. Ölkənin aparıcı ali məktəbləri 1921-ci il oktyabrın 30-da təsis edilən Belarusiya Dövlət Universiteti və 1991-ci il yanvarın 29-da açılan Belarus Respublikasının Prezidenti yanında İdarəetmə Akademiyasıdır. Ölkənin ali məktəblərində tələbələr təhsilini başa vurduqdan sonra bakalavr və magistr akademik ixtisas dərəcələri alırlar. Ali məktəb məzunları təhsillərini aspirantura və doktoranturada davam etdirə bilərlər.
Müstəqil Belarus Respublikasında bədii yaradıcılığın mühüm sahələrindən biri olan
ədəbiyyatda yeni əsərlər meydana gəlmişdir.1980-ci illərin sonlarında Stalin repressiyasına dair əsərlər diqqəti cəlb edir.1985-ci ildə Vasili Bıkovun yazdığı “Fəlakətin əlaməti” (“Znak bedı”) əsərində kollektivləşdirmə, repressiya və cəbhədə vəziyyət arasındakı faciəli əlaqə əks olunur. Sonrakı illərdə yazıçı bu mövzunu “Sarı qumlar” (“Jyoltıy pesoçek”) əsərində davam etdirir. Aşkarlıq dövründə Larisa Geniyuşun düşərgə illərindən bəhs edən gündəliyi çap olundu. Pavel Prudnikovun “Kirpinin qolları” (“Ejovıe rukavitsı”), “Şimal cəhənnəmi” (“Severnıy ad”) povestləri, “Taymır” poeması antistalin ideyası ilə zəngindir. Natalya Arsen- yeva, Ales Salavey mühacirətdə belarus ədəbiyyatını təmsil edirdilər.
Müstəqil Belarus Respublikasının ədəbiyyat sahəsində bütün dünyada tanınan nüma- yəndəsi 2015-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən yazıçı, jurnalist və sena- rist Svetlana Aleksandrovna Aleksiyeviçdir. Yazıçı “Sonuncu şahidlər” (“Poslednie
svideteli”), “Sink oğlanlar” (“Sinkovıe malçiki”), “Çernobıl duası” (“Çernobılskaya molitva”) və s. dünyada milyon nüsxələrlə çap edilən və oxucu kütləsi tərəfindən maraqla qarşılanan
əsərlərin müəllifidir. Öz yaradıcılığında Böyük Vətən müharibəsi illərində qadınların acı həyatından, əfqan müharibəsində cərəyan edən dözülməz hadisələrdən, şahidlərin məlumatı
əsasında Çernobıl qəzasının törətdiyi fəsadlardan olduğu kimi söz açan müəllifin şöhrəti Belarus Respublikasının sərhədlərini aşaraq bir çox ölkədə yayılmışdır. Onun əsərləri ingilis, fransız, alman, isveç, polyak, çin və s. dillərə tərcümə olunmuşdur. Müstəqil Belarusun bədii yaradıcılıq sahəsində yeganə Nobel mükafatçısı Svetlana Aleksiyeviçin təkcə “Çernobıl duası” kitabının xarici ölkələrdəki çapı 4 milyon nüsxədən çoxdur.
Teatr, kino, musiqi, təsviri sənət Belarus Respublikasında daha da rəngarəng olmuşdur. 2012-ci ildə görkəmli rejissor Sergey Loznitsin yazıçısı Vasili Bıkovun povesti əsasında çəkdiyi “Dumanda” (“V tumane”) dramı 65-ci Kann festivalında xüsusi mükafata layiq görül- müşdür. ”Belarusfilm” kinostudiyasında Nikita Mixalkonun, Pyotr və Valeri Todorovskilərin, Aleksandr Sokurovun filməlri çəkilirdi.
Müasir Belarusun təsviri sənət əsəri yaradıcılığı sahəsində görkəmli memarlıq ustala- rından biri heykəltaraş Vladimir İvanoviç Jbanovdur (1954-2012). Görkəmli heykəltaraşın 1996-cı ildə Minskdə Milli Bankın binası üzərindəki Belarus Respublikasının Gerbi, Minsk metorsunun keçidindəki “Zontikli qız” (“Devoçka s zontikom”) monumental əsəri, heykəl- taraşlar Yevgeni Kolçev və Aleksandr Tuxto ilə birgə yaratdıqları “Fotoqraf”, “At” (“Loşad”), “Fəvvarədəki qazlar” (“Qusi v fontane”) memarlıq inciləri bu gün də Belarusun paytaxtı Minskinin bəzəyidir.
Belarusda musiqi sənəti yerli milli ənənələri saxlamaqla dünyada populyar olan istiqa- mətlərdə də inkişaf edirdi. Xüsusilə müasir zamanda respublikada pop və rok musiqisi daha geniş yayılmışdır. Hal-hazırda ölkədə “Lyapis Trubetskoy”, “Bez bileta”, “Akute”, “Nizkiz” və d. qruplar geniş şöhrət qazanmışdır. 2004-cü ildən Belarus ifaçıları “Avroviziya” musiqi müsabiqəsində iştirak edirlər. Hər il Belarusda 30-dan çox beynəlxalq, respublika və regional musiqi festivalları təşkil olunur. 6n məşhur Belarus musiqi festivalı “Vitebskdə Slavyan Bazarı” şənliyidir.