Slide 2 Azrbaycan dilində "Bulud Texnologiyası"



Yüklə 21,75 Kb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü21,75 Kb.
#39262
1   2   3   4   5
Slide mətn

3. Hibrid Bulud:

Bu ictimai və özəl buludun birləşməsindən yaranan bulud texnologiyasıdır.

Hibrid buludlar (ing., hybrid cloud) - bir və daha artıq buludun birləşməsindən meydana çıxan hibrid modelidi (ictimai, xüsusi və kollektiv). Bu, bir sıra daxili və xarici bulud provayderləri tərəfindən istifadə olunan mühitdir. Yəni, burada xüsusi buludu dəstəkləyən təşkilat öz imkanlarını genişləndirərək resurslarını kənar təşkilatlara da təqdim edir və bununla da hibrid bulud formalaşmış olur.

4. Kollektiv buludlar (ing., community cloud) - ümumi maraqları eyni olan bir sıra təşkilatlar üçün istifadə edilir. Bu bulud bir yaxud bir neçə təşkilat arasında paylana bilər, lakin əsas mahiyyət ondan ibarətdir ki, onlardan tələb olunan iş eynidir və istifadəçilər eyni missiyanı, strategiyanı, təhlükəsizliyi və sürəti tələb edirlər.
Slide 4

Bulud texnologiyaları istifadəçilərə aşağıdaki xidmət təklif edir: 1.Verilənlərin yadda saxlanması xidmət kimi (Storage-as-a-service), lazımi disk fəzasının sorğu üzrə təqdim edilməsidir. Bu resurs uzaq məsafədə yerləşə bilər və istifadəçilərə verilənləri yadda saxlamaq üçün yaddaş resursları təklif edir.

2. Verilənlər bazası xidmət kimi (Database-as-a-service) verilənlər bankı və bazasına məsafədən girişin təqdim edilməsi imkanını yaradır. İstifadəçi üçün bu verilənlər bazası lokal şəbəkələrdə yerləşən baza kimi görünür.

3. İnformasiya xidmət kimi (İnformation-as-a-service) verilənlərə interfeys vasitəsi ilə məsafədən girişi nəzərdə tutur. Bu birja verilənləri, kredit informasiyası, ünvanların yoxlanılması və identifikasiyası ola bilər.

4. Təhlükəsizlik xidmət kimi (Security-as-a-service) təhlükəsizlik xidmətlərinin İnternet vasitəsilə təqdim edilməsidir. Təhlükəsizlik strukturunun lokal qurulmasına baxmayaraq, bəzi xidmətlər uzaqdan reallaşdırılır, məsələn, identifikasiya və sertifikasiya, generasiya, giriş açarlarının saxlanması və ötürülməsi.

5. İdarəetmə xidmət kimi (Management/governance-as-a-service) digər bulud-xidmətlərin uzaqdan idarə edilməsidir. Buraya virtuallaşdırma, girişin idarə edilməsi, müəyyən siyasətlərin (məsələn, təhlükəsizlik) reallaşdırılması daxildir, biznes xidmətlərin təşkilini həyata keçirir.

6. Testləşmə xidmət kimi (Testing-as-a-service) veb-serverlər daxil olmaqla, müxtəlif növ servislərin lokal və ya uzaqdan testləşdirmə imkanının təqdim edilməsidir.

Bbulud sistemində istifadə olunan xidmətlər aşağıdakılardır:




Yüklə 21,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin