Socar təhlükəsizlik İdarəsində xidmət aparan mühafizəçilərin ƏM və tt üzrə biliklərinin yoxlanılması üçün suallar və cavablar



Yüklə 40,13 Kb.
səhifə1/17
tarix11.05.2023
ölçüsü40,13 Kb.
#111750
  1   2   3   4   5   6   7   8   9   ...   17
14-2-11 3-5-75 2023 Q002 2


SOCAR Təhlükəsizlik İdarəsində xidmət aparan mühafizəçilərin
ƏM və TT üzrə biliklərinin yoxlanılması üçün suallar və cavablar.


BİLET № 1



  1. Sual; İş yerində təlimat hansı növlərə ayrılır?

Cavab; İlkin, vaxtaşırı (təkrar), növbədənkənar və birdəfəlik.



  1. Sual; Zəhərlənmənin növləri?

Cavab; Zəhərlənmənin çox səbəbləri ola bilər. Lakin əsasən aşağıdakılardan ibarətdir:
-Dərman preparatlarından;
- Narkotiklərdən;
- Alkoqoldan;
- Dəm qazından;
- Qidadan;
- Məişət və yuyucu maddələrdən;
- Süni gübrə və həşaratlara qarşı istifadə olunan maddələrdən və s



  1. Sual; Post nədir, postun növləri?

Cavab; Binanın, tikilinin, otağın, maddi dəyərlərin, eləcə də müxtəlif vəzifələrin yerinə yetirildiyi sahənin mühafizəsi üçün ayrılmış yer və ya ərazi post adlanır. Postlar aşağıdakılara bölünürlər:

Xidmətaparılma müddətinə görə:



  • Sutkalıq (24 saatlıq);

  • İki növbəli (16 saatlıq) (şənbə, bazar,obyektdə iş olmayanda sutkalıq mühafizə) ;

  • 16 saatlıq.

  • 12 saatlıq (gündüz və yaxud gecə növbəsi);

  • 8 saatlıq;



BİLET № 2



  1. Sual;İşçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsi ?

Cavab;Müəssisədə işçilərin fərdi mühafizə vasitələri ilə təmin olunması üzrə işlər(sifarişlərin tərtib olunması, mühafizə vasitələrinin alınması), idarənin rəis müavinlərindən birinə həvalə edilir. Fərdi mühafizə vasitələrinin siyahısını Həmkarlar İttifaqı komitəsi ilə razılaşdırıldıqdan sonra müəssisənin baş mühəndisi təsdiq edir. Zərərli şəraiti olan işlərdə, habelə xüsusi temperatur şəraitində aparılan, yaxud bədənin çirklənməsi ilə əlaqədar işlərdə çalışan fəhlə və qulluqçulara pulsuz xüsusi iş paltarı verilir.




  1. Yüklə 40,13 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin