Sual; Odlu və soyuq silahla yaralanma zamanı ilk tibbi yardım?
Cavab; Odlu və ya soyuq silahla yaralanan şəxsdə adətən qanaxma baş verir. Qanaxmanın qarşısının alınması üçün yaranın üzərinə sterin sarğı qoymaq, qanaxma çox olarsa yaradan yuxarı jqut qoyaraq sıxmaq lazımdır. Sonra “təcili yardım” çağırmaq və komanda rəhbərliyinə məlumat vermək lazımdır.
Sual; Əlahiddə post nədir?
Cavab; Əlaqədar obyektlərin mühafizə olunması üçün Tİ tərəfindən təyin olunmuş, qarovulun tərkibinə daxil olmayan, bir və ya bir neçə atıcıdan ibarət xidməti bölmə əlahiddə post adlanır.
BİLET № 10
Sual; Sınıqlar neçə növ olur?
Cavab; Sınıqlar iki növ olur:
-Açıq sınıqlar
-Qapalı sınıqlar
Sınıqlar xarici faktorların təsirindən bədən üzvü və toxumaların anatomik və funksional dəyişikliyə uğraması deməkdir.
Sual; Əmək təhlükəsizliyi üzrə təlimatlar, təlimat proqramları kim tərəfindən işlənib hazırlanır və təsdiq edilir?
Cavab; Sahə rəisləri tərəfindən işlənib hazırlanir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidməti ilə razılaşdırılır, müəssisənin baş mühəndisi və Həmkarlar İttifaqı Komitəsi ilə birlikdə təsdiq edilir .
Sual; Mühafizə obyekti ərazisinə nələrin buraxılması qadağandır?
Cavab; şəxsi nəqliyyat vasitələri (zəruri hallarda obyekt rəhbəri bu və ya digər şəxsi nəqliyyat vasitəsinin əraziyə daxil olmasına (müddət göstərilməklə) yazılı surətdə icazə verə bilər) ;
- spirtli içkilər və digər bihuşedici maddələr;
- təsərrüfat çantaları, çamadanlar və bağlamalar (kiçik əl çantaları və qovluqlar istisna olmaqla);
- partlayış, yanğın təhlükəli və güclü təsirli zəhərli maddələr;
- odlu silah və kəsici alətlər;
BİLET № 11