Sual; Əməyin mühafizəsi qaydalarını və normalarını pozduqlarına görə işçilərə qarşı hansı cəza tədbirləri tətbiq edilə bilər?
Cavab; Pozuntu hallarının xüsusiyyətindən və dərəcəsindən asılı olaraq işçilərə qarşı intizam, inzibati, maddi, cinayət məsuliyyəti, həmçinin ictimai təsir tədbirləri də tətbiq edilə bilər.
Sual; Eyni vaxtda nə qədər qan itirəndə bu ölümlə nəticələnə bilər?
Cavab; Uşaqlar üçün 300-400 ml; Böyüklər üçün 2-2,5 l.
Sual;Partlayıçı maddələr, zəhərli, radioaktiv və oddan təhlükəli materialların saxlandığı anbarların mühafizəsini həyata keçirən atıcı nələrə borcludur?
Cavab; Xüsisi buraxılış vərəqəsi olmayan və ya qarovul rəisi tərəfindən müşayiət olunmayan şəxsləri anbarın ərazisində buraxmamaq;
- Anbar və ona birləşmiş ərazilərdə yanğın təhlükəsinin yaranmamasına nəzarət etmək;
- Darvazaların daimi kilidli olmasına nəzarət etmək;
- Anbarın qapılarında olan kilid, damğa və möhürlərin, onların vurulduğu ip və zəncirlərin zədədən qorunmasına nəzarət etmək;
- Təhlükəsizlik qaydaları haqqında anbara gələn şəxslərə məlumat vermək;
- Müvafiq icazə olmadan anbarın və ona birləşən ərazinin foto, video və topoqrafik çəkilişlərinin aparılmasına yol verməmək.
Partlayış və oddan təhlükəli anbarlara giriş yalnız təlimatlarda nəzərdə tutulmuş ayaqqabılar geyindikdə, silah və alışdırıcı vasitələr, o cümlədən səyyar rabitə vasitələri anbardan çöldə mühafizəyə təhvil verildikdən sonra həyata keçırılə bilər.
BİLET № 14
Sual; Müəssisənin işçiləri xüsusi geyim və digər fərdi mühafizə vasitələrini qəsdən korladıqda hansı məsuliyyətə cəlb olunurlar?
Cavab; Maddi məsuliyyət daşıyırlar.
Sual;Elektrik cərəyanı ilə zədələnmə necə olur və bu zaman zərərçəkənə hansı ilk tibbi yardım göstərilməlidir?
Cavab; Elektrik cərəyanının insan orqanizminə təsiri nəticəsində termiki yanıq, huşun itirilməsi, nəfəsin kəsilməsi, bəzən isə ani ölüm halları baş verir.
Elektrik cərəyanı ilə zədələnmə zamanı ilkin olaraq zərərçəkəni cərəyanın təsirindən ayırmaq (rubilniki söndürmək, elektrik tıxacını çevirmək) lazımdır. Cərəyanı təcili kəsmək mümkün olmadıqda zərərçəkəni elektrik keçirməyən əşyalar (quru ağac parçası, quru paltar və s.) vasitəsilə cərəyanın təsirindən ayırmaq lazımdır. Elektrik cərəyanının təsirindən azad edildikdən sonra zərərçəkənə təcili olaraq ilk tibbi yardım göstərilməlidir. Nəfəsin kəsilməsi zamanı isə təcili tibbi yardım gələnə qədər zərərçəkənə süni nəfəs verilməlidir.
Elektrik cərəyanı ilə zədələnmə zamanı zərərçəkəni torpağa basdırmaq olmaz, bu zaman döş qəfəsi sıxılır, nəfəs alma ağırlaşır və orqanizm soyuyur.