Socar təhlükəsizlik İdarəsində xidmət aparan mühafizəçilərin ƏM və tt üzrə biliklərinin yoxlanılması üçün suallar və cavablar


BİLET № 12 Sual;İstehsalatda baş vermiş bədbəxt hadisə hansı hallarda rəsmiləşdirilmir və uçota alınmır?



Yüklə 40,13 Kb.
səhifə10/17
tarix11.05.2023
ölçüsü40,13 Kb.
#111750
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
14-2-11 3-5-75 2023 Q002 2

BİLET № 12



  1. Sual;İstehsalatda baş vermiş bədbəxt hadisə hansı hallarda rəsmiləşdirilmir və uçota alınmır?

Cavab; Təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən, şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; alkoqol zəhərlənməsi və onunla bağlı ürək dayanması, insult, hərəkətlərin koordinasiyasının pozulması və fikrin dumanlanması səbəblərindən baş vermiş bədbəxt hadisələr (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə).

  1. Sual; II dərəcəli yanıq dedikdə nə başa düşürsən və ona ilk tibbi yqarım qaydası? Cavab; II dərəcəli yanıq zamanı – bədəndə yaralar və quru dəri şişləri əmələ gəlir.Sulu şişləri deşmək, yumaq və ya əl vurmaq olmaz. Belə olduqda yanığa steril sarğı qoyub xəsarət alan şəxsi tibb məntəqəsinə göndərmək lazımdır.

  2. Sual; Maddi dəyərin obyektdən çıxarılma və qeydiyyatının aparılması qaydası?

Cavab; Maddi dəyərlərin obyektdən çıxarılması üçün yazılmış buraxılış sənədlərində çıxarılan mal-materialların miqdarı, çəkisi, metrajı, qablaşdırma növü və yer tutumu yazı ilə göstərilməlidir.
- Maddi dəyərlərin obyektdən çıxarılması üçün yazılmış buraxılış sənədləri obyekt rəhbəri ( onun müavini ), yaxud obyekt rəhbərinin yazılı əmri ilə buna məsul edilmiş şəxs (və ya şəxslər), həmçinin maddi dəyərləri buraxan və alan şəxslər tərəfindən imzalanmalıdır. Sənədə imzalardan başqa “Çıxarılmasına icazə verilib” möhürü də vurulmalıdır.
- Buraxılmış maddi dəyərləri müşayiət edən şəxslərə maddi dəyərlərin çıxarılması üçün buraxılış vərəqəsi iki nüsxədə verilməli, onlardan biri NBM-də qalmalıdır.
- NBM növbətçiləri tərəfindən maddi dəyərlərin çıxarılması üçün təqdim edilmiş sənədlər tərtibatına görə yoxlanmalı, göstəriciləri çıxarılan mal-materiallarla müqayisə edilməli, yalnız doğruluğuna əminlik olduqdan sonra materialların çıxarılmasının qeydiyyatı jurnalında qeydiyyat aparılmalıdır.
-Maddi dəyərlərin çıxarılması üçün verilmiş buraxılış vərəqələrinin hər iki nüsxəsi mühafizə xidməti əməkdaşının “İcra edilmişdir” möhürünün vurulması və aydın xətlə qeydiyyatının aparılması ilə bağlanılmalıdır. Sənədin bir nüsxəsi NBM-də qalmalı, digəri isə obyektdən çıxarılan maddi dəyərləri müşayiət edən şəxsə verilməlidir.
BİLET № 13




  1. Yüklə 40,13 Kb.

    Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin