Sual; Buraxılış vərəqələrinin təyinatı və növləri?
Cavab; Buraxılış vərəqələri - obyektin ərazisinə daxil olmağa (çıxmağa) və ərazidə olmağa, eləcə də maddi dəyərlərin müxtəlif vasitələrlə gətirilməsinə və ya aparılmasına hüquq verən əsas sənəd hesab olunur.Qüvvədəolma vaxtına görə buraxılış vərəqələri daimi, müvəqqəti və birdəfəlik, təyinatına görə isə mal-materiallara, şəxslərə, nəqliyyat və xüsusi texnika vasitələrinə verilmiş buraxılış vəsiqələrinə bölünür.
BİLET № 19
Sual; Şəxsi geyim şkaflarında nələrin saxlanılması yolverilməzdir?
Cavab: kimyəvi maddələrin, ağ neftin, çirkli əşyaların və alətlərin saxlanılması yolverilməzdir.
Sual; Elektrik avadanlığı yanğınlarının söndürülməsində ən effektli odsöndürən hansıdır?
Cavab: Karbon qazlı odsöndürən.
Sual; Mühafizə postunun qəbulu və təhvili hansı qaydada həyata keçirilir?
Cavab; Posta çıxarkan mühafizəçi postu təhvil verən atıcının iştirakı ilə postlar üzrə tabelə əsasən mühafizəyə alınan əmlakı, obyektləri, inventarları, onların mühafizə baxımından zəruri olan element və xüsusiyyətlərini (çəpərlər, dam örtükləri, divarlar, pəncərələr, qapılar, barmaqlıqlar, möhürlər, plomblar, qıfıllar və sair) nəzərdən keçirir, onların tamlığı və sazlığını yoxlayır.
BİLET № 20
Sual; Şəxsi geyim şkaflarında nələrin saxlanılması yolverilməzdir?
Cavab: kimyəvi maddələrin, ağ neftin, çirkli əşyaların və alətlərin saxlanılması yolverilməzdir.
Sual ; Yeni işə qəbul olunmuş işçilərin sərbəst işə buraxılma qaydası ?
Cavab; Yeni işə qəbul olunmuş işçini müəssisədə giriş təlimatı keçdikdən, iş yerində ilkin təlimatlandırıldıqdan , öz peşəsi üzrə təcrübəli işçinin rəhbərliyi altında müvafiq qaydada təcrübə keçdikdən və əmək təhlükəsizliyi tələblərinə dair biliyi yoxlandıqdan sonra işə sərbəst buraxıla bilər.
Sual; Atıcının hüquqları ?
Cavab;Obyekt işçilərindən buraxılış rejiminə əməl edilməsini tələb etmək;
- Obyektdən mal-materialı qanunsiz çıxaran şəxsi tutub saxlamaq;
- Şübhəli şəxsləri obyekt rəhbərliyinin və komanda rəisinin göstərişi ilə yoxlamaq;
- Müvafiq qanunvericilik aktlarına uyğun olaraq silah və ya xüsusi vasitələrli tətbiq etmək;
- Öz əmək səlahiyyəti daxilində ortaya çıxan çatışmamazlıq barədə qarovul rəisinə və rəhbərliyə məlumat vermək.
Dostları ilə paylaş: |