Socar təhlükəsizlik İdarəsində xidmət aparan mühafizəçilərin ƏM və tt üzrə biliklərinin yoxlanılması üçün suallar və cavablar


Sual; Əməyin mühafizəsi və təhlükəsiz texnikası qayda və normalarının pozulması hallarında vəzifəli şəxslərin məsuliyyəti ?



Yüklə 40,13 Kb.
səhifə14/17
tarix11.05.2023
ölçüsü40,13 Kb.
#111750
1   ...   9   10   11   12   13   14   15   16   17
14-2-11 3-5-75 2023 Q002 2

Sual; Əməyin mühafizəsi və təhlükəsiz texnikası qayda və normalarının pozulması hallarında vəzifəli şəxslərin məsuliyyəti ?

Cavab; Əmək qanunvericiliyinin bu qaydalarının, əməyin mühafizəsinə dair qüvvədə olan normaların pozulmasında günahkar idarə və müəssisənin vəzifəli şəxsləri, bələ pozulmaların nəticəsində qəza və ya bədbəxt hadisə baş veribsə, vəzifələrindən asılı olmayaraq qanunvericilikdə (Əmək Məcəlləsində) müəyyənləşdirilmiş qaydada inzibati, intizam, maddi və cinayət məsuliyyətinə cəlb edilirlər.
1. İntizam məsuliyyəti – töhmət, axırıncı xəbərdarlıq şiddətli töhmət, əmək müqaviləsini ləğv etmək.
2. İnzibati məsuliyyət – vəzifəli şəxslərə nəzarət orqanları tərəfindən xəbərdarlıq oluna bilər və ya onlar cərimə oluna bilərlər.
3. Cinayət məsuliyyəti - əgər hər hansı bir işdə cinayət olarsa.
4. Maddi məsuliyyət – məhkəmənin hökmü ilə.
5. İctimai – təsir tədbirləri – ictimai təşkilatların müzakirəsinə verilir.



  1. Sual; Əzik dedikdə nə başa düşürsünüz və ona ilk tibbi yardım qaydası?

Cavab; Əzilmə - travmanın birbaşa təsirindən yaranır. Dəri zədələnmədən əzilmə nahiyəsinə qan yığılır və hemotoma (göyərmə) yaranır. Bunun qarşısının alınması üçün əxilən nahiyəyə soyuq kompress qoyulur.



  1. Sual; Yük və nəqliyyat vasitəsinə yoxlama-baxış keçirilməsi qaydaları?

Cavab; Nəzarətçi tərəfindən yoxlama-baxış keçirilməsi üçün sürücü nəqliyyat vasitəsini nəqliyyata və yükə baxış keçirilən estakadanın qarşısında saxlamalıdır. Müvafiq sənədlərin və yükün baxışa təqdim edilməsi yükə məsul şəxsə həvalə olunur. Əmtəə-maddi sərvətlər baxış üçün rahat olacaq qaydada yüklənməlidir.

  • Gətirilən və aparılan materialların adları və miqdarının müşayiətedici sənədlərdə göstərilən məlumatlarla uyğunluğu yoxlanılıb təsdiq olunduqdan sonra nəqliyyatın girişinə-çıxışına icazə verilir. Qeyd olunan uyğunluq təsdiq olunmadıqda yük saxlanılır və onu müşayiət edən məsul şəxsin iştirakı ilə uyğunsuzluq müvafiq qaydada sənədləşdirilir, yükün daşınmasına icazə verilmir.

  • NBM-də, aşkar edilmiş əmtəə-maddi sərvətlərin qeyri-qanuni yolla çıxarılması faktları xüsusi ayrılmış jurnalda qeydiyyata alınır. Fakt barədə akt tərtib olunur, qanunsuz çıxarılmasına cəhd olunmuş materiallar akt ilə obyektin məsul şəxsinə təhvil verilir.

- Təyinatı üzrə və ya saxlanma yerində olmayan, maddi maraq hədəfi kimi seçildiyi (gizlədildiyi) güman edilən əmtəə-sərvətlər qeydiyyat kitabında qeydə alınır və müvafiq qaydada müəssisənin anbarına təhvil verilir.
- Əmtəə-nəqliyyat qaimələri uçot kitabında qeydə alınır və ayda bir dəfədən az olmamaqla qarşılıqlı komissiya tərəfindən obyektin mühasibatlığındakı qeydlərlə tutuşdurulur və aşkar edilmiş uyğunsuzluqlar barədə akt tərtib olunur.



Yüklə 40,13 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin