Socar təhlükəsizlik İdarəsində xidmət aparan mühafizəçilərin ƏM və tt üzrə biliklərinin yoxlanılması üçün suallar və cavablar


Sual; NBM-də xidmət aparan atıcıların hüququ və vəzifələri ?



Yüklə 40,13 Kb.
səhifə13/17
tarix11.05.2023
ölçüsü40,13 Kb.
#111750
1   ...   9   10   11   12   13   14   15   16   17
14-2-11 3-5-75 2023 Q002 2

Sual; NBM-də xidmət aparan atıcıların hüququ və vəzifələri ?

Cavab: Qüvvədə olan təlimata müvafiq olaraq obyektə buraxılışı təmin etmək;
- Əməkdaşların daimi və ya müvəqqəti buraxılış vərəqələri ilə müəssisəyə gəlişi və ya gedişi zamanı buraxılış vərəqəsini vərəqəsini götürərək möhür və imzanı, müəyyən olunmuş nişanları yoxlamaq, buraxılış vərəqinin düzgünlüyünə əmin olduqdan sonra onu sahibinə qaytarmaqla obyektə buraxmaq;
-Birdəfəlik buraxılış vərəqələrində möhür və imzanı, buraxılış vərəqəsinin verilmə tarixini və düzgünlüyünü, sənədin nömrəsini, şəxsiyyətin soyadını , adını, atasının adını və təqdim olunan sənədin nömrəsini yoxlamaq.Buraxılış vərəqəsi ilə sənədlərin düzgünlüyünə əmin olduqdan sonra buraxılış vərəqəsindən nəzarət talonunu qopardaraq buraxılış vərəqəsini əməkdaşa təqdim edərək onu obyektə buraxmaq;
-Birdəfəlik buraxılış vərəqəsi ilə obyektdən çıxış zamanı buraxılış vərəqəsinin verildiyi şöbənin müvafiq qeydlərinin mövcudluğunu yoxlamalı, buraxılış vərəqəsini alaraq şəxsiyyət vəsiqəsini özünə qaytarmaqla əməkdaşı obyektdən buraxmaq;
- Əgər obyektdən çıxma vaxtı birdəfəlik buraxılış vərəqəsində göstərilmiş vaxtla uyğun gəlməzsə. Buraxılış vərəqəsinin dəqiqliyinə şübhə yaranarsa və ya düzgün tərtib olunmamış buraxılış vərəqəsi təqdim olunarsa həmin şəxs saxlanılmalı, bu darədə qarovul rəisinə məlumat verilməlidir;
- Mühafizə olunan obyektə gətirilən və ya obyektdən çıxarılan məhsul, material. əmlak və xammala dair müvafiq sənədlərin təqdim olunmasını tələb etmək;
-Faktiki olaraq gətirilən və ya çıxarılan yükün miqdarını müşayətedici sənəddə göstərilmiş yükün miqdarı və adları ilə uyğunluğu yoxlamaq;

-Müşayətedici sənəddə göstərilmiş miqdardan artıq və ya əskik yük aşkar olunarsa, sənədi təqdim etmiş şəxsi və nəqliyyat vasitəsini saxlamaq , bu barədə qarovul rəisinə məlumat vermək;


- Qarovul rəisinin göstərişinə əsasən şübhəli şəxsləri yoxlamaq;
-Etibarsız və ya saxta buraxılış (şəxsiyyət) vərəqələrini təqdim etmiş qeyri-qanuni yolla obyektə daxil olmaq və ya obyektdən çıxmaq istəyən şəxsləri, eləcədə obyektdə daxili rejimi pozan şəxsləri saxlamaq;
-Obyektdə yanğın, qəza, təbii fəlakət, bədbəxt hadisələrin baş verdiyi və cinayətin törədildiyi zaman yanğın dəstəsi, təcili tibbi yardım və polis maşınlarını obyektə buraxmaq.


BİLET № 16




  1. Yüklə 40,13 Kb.

    Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin