Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə20/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   16   17   18   19   20   21   22   23   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

245 


 

Dedi: Əlruş çox gilincdir, çox bicdir, 

Bilsin burda Darvidelli yerincdir, 

Dözümlüdən güclü olur acıqlı. 

Misir şahı Amenexot gəlmişdi, 

Darvideli yazıq, başsız bilmişdi, 

Bizi görüb şah yolunu dəyişdi, 

Dözümlüdən güclü olur acıqlı. 

 

Aldadıbdır üç ölkəni o Xuruş, 



Satqınlıqda yoxacanıb tutulmuş, 

O, satqındır, içimizə soxulmuş, 

Dözümlüdən güclü olur acıqlı. 

 

*** 



Biri dedi:-Yenilməz Turq, o Xuruş 

Bacısını iki şaqqa doğramış, 

Başevə də yanğın salan o imiş, 

Dözümlüdən güclü olur acıqlı. 

 

Turq söylədi:-Darvid yerinc sayılsın, 



Qoy bu yerlər Parsaqıza ad olsun, 

Əlruş isə qıçlarından asılsın, 

Dözümlüdən güclü olur acıqlı. 

 

*** 



Turq söylədi-Qoy azalsın vergilər, 

Soyğunçuluq düzəlməsin vergidən. 

Parsayurdu dolandırın, dolanın, 

Soyğunçuluq düzəlməsin vergidən. 

 

Yerinc seçin, yardım olsun hamıya, 



Yerinc gərək hamılıqda yarıya, 

O, hamının istəyini qoruya, 

Soyğunçuluq düzəlməsin vergidən. 

 

Yerinc yaşlı Əbiş kişi seçildi, 



Bunun ilə arielli kiçildi, 

Yal-yaraşıq o yerincə biçildi, 

Soyğunçuluq düzəlməsin vergidən. 

 

*** 



Şimşəkatı Turq Hindelə səyirtdi, 

El içində qoçaq yaşa, yürük ol. 

Neçə toplum öz yerindən tərpəndi, 

El içində qoçaq yaşa, yürük ol. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

246 


 

Turq düşünür, at çapırdı qabaqda, 

Yüz min toplum atlı, atsız, yaraqda, 

Tanrı Turqu gözləyirdi

 

qıraqdan, 



El içində qoçaq yaşa, yürük ol. 

 

Turq deyirdi:-Hər yer solub, saralmış, 



Bərk qorxudur məni yeni oyanış, 

Yardım elə mənə, tanrı, dayanış, 

El içində qoçaq yaşa, yürük ol. 

 

*** 



Yuxuludur uzaq-uzaq düzənlər, 

Torpaq bütün yaranışa anadır, 

Torpaq ona göyə dağ-dağ boylanır, 

Torpaq bütün yaranışa anadır. 

 

Göy atadır, torpaq ana bizlərə, 



Göy su səpir, yer bar verir düzlərə, 

Göy-göyərti güc qollara, dizlərə, 

Torpaq bütün yaranışa anadır. 

 

Tanrı günəş yeri-göyü yaşadır, 



Yer göy ilə sevgilidir, qoşadır, 

Bu sevgidə varlıq, yoxluq ucadır, 

Torpaq bütün yaranışa anadır. 

 

Yıxılanı torpaq alır qoynuna, 



Sevgi qatır günəş ata qanına, 

Varlıq girir böyük sevgi donuna, 

Torpaq bütün yaranışa anadır. 

 

Ana torpaq, baş əyirəm gücünə, 



Sonev olub çəkilirəm içinə, 

Qoşuluram uluların köçünə, 

Torpaq bütün yaranışa anadır. 

 

Ana torpaq, üz qoyuram üzünə, 



Səndən doğdum, dönəcəyəm özünə, 

Düşəcəyəm mən ölməzlik izinə, 

Torpaq bütün yaranışa anadır. 

 

*** 



Yarpaqlardan sallanmışdır bu sözlər, 

Dilli, dilsiz yarpaq-yarpaq tökülür. 

Ana torpaq qucaqlayır onları, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

247 


 

Dilli, dilsiz yarpaq-yarpaq tökülür. 

 

Turq Hindelə toplum-toplum yollanır, 



Kirpiyindən düşüncələr sallanır, 

Dan yerində göy qızarır, allanır, 

Dilli, dilsiz yarpaq-yarpaq tökülür. 

 

Turq tutqundur, gözlərində düşüncə, 



Düşüncələr daha dönmür sevincə, 

Qırtlağında düyünlənib düyünçə, 

Dilli, dilsiz yarpaq-yarpaq tökülür. 

 

Deyir: – “Bəlkə qocalmışam daha mən, 



Gənc illərim çıxdı, getdi əlimdən, 

Doğmalıdır tanrı məni yenidən

Dilli, dilsiz yarpaq-yarpaq tökülür. 

 

Gözəlliklər gözlərimdən yayınır, 



Sanki dağlar lümlüt olub, soyunub, 

İstək-sevgi yuxulayıb, bayılıb, 

Dilli, dilsiz yarpaq-yarpaq tökülür.” 

 

Tuncər durub baxır ona bayaqdan, 



Turq elə bil keydir, düşüb ayaqdan, 

Su gətirib verir ona bulaqdan, 

Dilli, dilsiz yarpaq-yarpaq tökülür. 

 

 



   Alçiçək-Samdi söylənci 

 

Hindel şaha soraq çatdı gizlicə, 

Girəvədə acıqandan öc al sən. 

Turq KörfəzdəAfo ilə görüşür, 

Girəvədə acıqandan öc al sən. 

 

Uğurelə yola saldı yaraqlı, 



Ərən seçdi, ərən qollu-budaqlı, 

Filli, atlı, atsız, iti ayaqlı, 

Girəvədə acıqandan öc al sən. 

 

Dedi:-Samdi, Uğureli tutarsan, 



Eli qılınc qabağına qatarsan, 

Alçiçəyi öldür, gücün çatarsa, 

Girəvədə acıqandan öc al sən. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

248 


 

Sən özünü doğruldarsan bu sayaq, 

Uğureli qan-qılıncla basaraq, 

Qatılacaq bu Hindelə o torpaq, 

Girəvədə acıqandan öc al sən. 

 

Samdi dedi:-Şahım, bunu yaxşı bil, 



Tuncər məni ovsunladı elə bil, 

Bu döyüşdə qırılacaq Tuncərgil, 

Girəvədə acıqandan öc al sən. 

 

Şah qızılı çuxasını soyundu, 



Verdi ona, Samdi bunca sevindi, 

O, gedərkən bu çuxanı geyindi, 

Girəvədə acıqandan öc al sən. 

 

*** 



Dalda qaldı qalın-qalın meşələr, 

Yox, igidlik deyil qanlı öc hələ, 

İlk basqını Yaşıldaşlar ovuğu, 

Yox, igidlik deyil qanlı öc hələ. 

 

Samdi üç gün onlar ilə vuruşdu, 



Qanla qarğış bir-birinə qarışdı, 

Son andaca Alçiçəyi soruşdu, 

Yox, igidlik deyil qanlı öc hələ. 

 

Dedi:-gedin ona deyin, durmasın, 



Qaçsın getsin, çox özünü yormasın, 

Turq dalınca ağlaşmalar qurmasın, 

Yox, igidlik deyil qanlı öc hələ. 

 

Bu yürüşdən soraq tutdu Alçiçək, 



Toplumunu meşəliyə çəkərək, 

Dedi, biz də vuruşarıq təkbətək, 

Yox, igidlik deyil qanlı öc hələ. 

Atlı çapdı Turqa soraq yetirsin, 

Onu döyüş yerlərinə gətirsin

Turq Samdini yol üstündən götürsün, 

Yox, igidlik deyil qanlı öc hələ. 

 

Uğurelli busqulara qısılıb, 



Hindellilər fildən, otdan asılı, 

Sıx meşədə atlı, filli basılıb, 

Yox, igidlik deyil qanlı öc hələ. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

249 


 

*** 


Oxla bizuc burda yüngül yaraqdır, 

Hər yarağın döyüş, vuruş yeri var. 

Samdigili bunca oxa tutdular, 

Hər yarağın döyüş, vuruş yeri var. 

 

Samdi meşə cığırıyla keçirdi, 



Ox onları oraq kimi biçirdi, 

Su yerinə ağac al qan içirdi, 

Hər yarağın döyüş, vuruş yeri var. 

 

Gedə bilmir at, fil meşə arası, 



Nə boydadır atın, filin sağrısı, 

Üç gün içrə qırılmışdı yarısı, 

Hər yarağın döyüş, vuruş yeri var. 

 

Samdi dedi:-Atı, fili buraxın, 



Alın ələ iti, yüngül yarağı, 

Yoluz olsun meşələrin qırağı, 

Hər yarağın döyüş, vuruş yeri var. 

 

Uğurelli qıvraq tutdu yolları, 



Acıqandan sağ qalmışdı yapyarı, 

Tutub mindi buraxılmış atları, 

Hər yarağın döyüş, vuruş yeri var. 

 

Kəsdi yolu neçə yandan Alçiçək, 



Samdi dedi:-Gəl ər kimi görüşək, 

Mən aslanam, sənsə rəngli kəpənək, 

Hər yarağın döyüş, vuruş yeri var. 

 

*** 



Bu toxundu Alçiçəyə nədənsə, 

Öyüd nədir, hərdən qılınc olur söz. 

Samdi gördü təkqolludur Alçiçək, 

Öyüd nədir, hərdən qılınc olur söz. 

 

Alçiçəyin atı yerdən dəbərdi, 



Tək qolu var, o da qılınctəhərdir, 

Dedi:-Görək kim aslandır, kim ərdir, 

Öyüd nədir, hərdən qılınc olur söz. 

 

Qılıncını çəkdi birdən qınından, 



Qıvraq keçdi o, Samdinin yanından, 

Samdi aşdı, çabaladı qanında, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

250 


 

Öyüd nədir, hərdən qılınc olur söz. 

 

Sonra atdan düşdü, yerə oturdu, 



Dedi:-Samdi! Samdi isə yatırdı, 

Axşam idi, günəş enib batırdı, 

Öyüd nədir, hərdən qılınc olur söz. 

 

Bir ay keçdi, vuruşdular təkbətək, 



Bir alıcı qartal imiş “kəpənək”, 

Tək qoluyla basar oldu Alçiçək, 

Öyüd nədir, hərdən qılınc olur söz. 

 

Dağ döşündə kişnəyəndə Şimşəkat, 



Turq çağırdı igidləri adbaad, 

Çıxdı onun qabağına el, elat, 

Öyüd nədir, hərdən qılınc olur söz. 

 

*** 



Şimşəkatın kişnərtisi qorxulu, 

Səs səs olsa göyə dəyib qayıdar. 

Titrəyərək bulud yerə ələndi

Səs səs olsa göyə dəyib qayıdar. 

 

Hindellilər dağ döşünə baxdılar, 



Göydən gələn səsdən sanki qorxdular, 

Təm-tələsik meşəlikdən çıxdılar, 

Səs səs olsa göyə dəyib qayıdar. 

Qan sıçrağı Alçiçəyin üzündə, 

Qoşa damcı yaş parladı gözündə, 

Bir basarlıq sevinci var sözündə, 

Səs səs olsa göyə dəyib qayıdar. 

 

Dedi:-Doğma, basılmaz Turq sağ olsun, 



Onun bunca basarlığı çox olsun, 

Hər bir işdə onun üzü ağ olsun, 

Səs səs olsa göyə dəyib qayıdar. 

 

Turq baş əydi Alçiçəyə, söylədi, 



-Mənim igid Alçiçəyim, elədi, 

Qadın evdir, həm döyüşkən lələdi, 

Səs səs olsa göyə dəyib qayıdar. 

 

Atdan düşüb Turq baş əydi anaya, 



Sonra durdu gözəlliklə yan-yana, 

Görən dedi, bir aslandır bu ana, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

251 


 

Səs səs olsa göyə dəyib qayıdar. 

 

                     



                            Qoşaçayarası söylənci 

 

Körfəzelə Ağüz yenə baş oldu, 



Ağır işdir başçı olmaq, baş olmaq. 

Üstəlik də Babil, İlam, Qoşaçay, 

Ağır işdir başçı olmaq, baş olmaq. 

 

Bu yerlərin yayı, qışı görümlü, 



El-obası dağlar kimi durumlu, 

El bayramı, dili Minel qurumlu, 

Ağır işdir başçı olmaq, baş olmaq. 

 

Özlərini ayırmırlar Mineldən, 



Başçıları kobud olub əzəldən, 

Sevməyibdir başçısını el nədən

Ağır işdir başçı olmaq, baş olmaq. 

 

Ağüz gəzdi kənd-kənd yoxsul elləri, 



Kol-kol gülən isti, geniş çölləri, 

Mənimsədi oxşar, doğma dilləri, 

Ağır işdir başçı olmaq, baş olmaq. 

Kəndliləri bağlı isti torpağa, 

Bağlı suya, otlaqlara, bulağa, 

Mal-qarasa az yoşayan otlağa, 

Ağır işdir başçı olmaq, baş olmaq. 

 

Ağüz yoxsul daxmaları görürdü, 



Yoxsullara ürək-dirək verirdi, 

Göz yaşını barmağıyla dərirdi,

 

Ağır işdir başçı olmaq, baş olmaq. 



 

*** 


Hara getdi Ağüz gördü doğmanı, 

Dil anlağı, dil oxşarı başlıca. 

Qoşaçayyer, İlamdiyar, Qaşqayel, 

Dil anlağı, dil oxşarı başlıca. 

 

Ərənçayla, Dəcəlçayla Təratçay, 



Su ipəkdir, dalğa ipək, yol qolay, 

Bolluq varsa, yoxsulluqlar yox olar, 

Dil anlağı, dil oxşarı başlıca. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

252 


 

Qışlaq, yaylaq, otlaq, çaylaq, ovlağı, 

Suqırağı bolluqlardı oylağı, 

Buradadır qoyun-quzu yatağı, 

Dil anlağı, dil oxşarı başlıca. 

 

Bolluq olsa üzə sevinc oturar, 



Yoxsul susar, zəngin isə qudurar, 

Belə bolluq gözəlliyi artırar, 

Dil anlağı, dil oxşarı başlıca. 

 

*** 



Bu yerlərdə Odərboydan baş idi, 

Üç çay boyu dırnaqları xış idi. 

Dağ başındə alov qızıl quş idi, 

Dil anlağı, dil oxşarı başlıca. 

 

Odərboydan getdi, Ağüz yerində, 



O gənc igid dəniz-dəniz dərində, 

O boylanır dalğaların birindən, 

Dil anlağı, dil oxşarı başlıca. 

*** 


Qaşqayeldə biri dedi Ağüzə, 

-Biri yığır, biri gəlir aparır, 

Yorulmuşuq bu alverdən doğrusu, 

Biri yığır, biri gəlir aparır. 

 

Əkdik, biçdik, gəldi, aldı özgəsi, 



Niyə belə bu Mindiyar ölkəsi, 

Üstümüzdə gücün qara kölgəsi, 

Biri yığır, biri gəlir aparır. 

 

Ağüz dedi:-İşlər belə qurulub, 



Qaşqay dedi:-Ellər bundan yorulub

Ağüz dedi:-Yoxsul, zəngin ayrılıb, 

Biri yığır, biri gəlir aparır. 

 

Qaşqay dedi, biz tikirik,  o yıxır, 



Boş-boş gəlir, biz veririk, o tıxır, 

Hələ daşdan, yumurtadan yun qırxır, 

Biri yığır, biri gəlir aparır. 

 

Ağüz dedi:-Yoxsul tanrı dayağı, 



Zənginlərsə elin tanrı qonağı, 

Yoxsulların geyiminin yamağı, 

Biri yığır, biri gəlir aparır. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

253 


 

 

Qaşqay dedi:-Qardaş, məni bağışla, 



Soyuluruq biz hər yeni vuruşda, 

Ac qalırıq hər savaşda, barışda, 

Biri yığır, biri gəlir aparır. 

 

Bir səs gəldi, dağlar əsdi, titrədi, 



Dağıdandan çox üstündür yaradan. 

Üz-üzədir yaranışdan iki güc, 

Dağıdandan çox üstündür yaradan. 

 

Ey yaradan, nə güc vardır qolunda, 



Dayanmısan dayanışın dalında, 

Var əkirsən bağda, dağın yalında, 

Dağıdandan çox üstündür yaradan. 

 

Biri torpaq, biri qılınc vurğunu, 



Biri tarla, biri döyüş vurğunu, 

Tanrı belə yaradıbdır qurğunu, 

Dağıdandan çox üstündür yaradan. 

 

Öz yeri var hər qayanın, hər çöpün, 



Su gətirin, yer şumlayın, dən səpin, 

Ac gözlərə, qarınlara var səpin, 

Dağıdandan çox üstündür yaradan. 

 

Dağıdanlar niyə belə qabadır, 



Yaradanlar evdir, ana, atadır, 

Biri ağdır, biri içdən qaradır, 

Dağıdandan çox üstündür yaradan. 

 

Ağ qaraya, qara ağa uyuşmaz, 



İtələsən iki varlıq qovuşmaz, 

Ayrıdırlar, ancaq qopuq, yovuşmaz, 

Dağıdandan çox üstündür yaradan. 

 

*** 



Dayanışla, yaranışla oyanış, 

Hər bir şeyə dibdaşıdır bu üçlük. 

Taxıl əkən, mal otaran, söz qoşan, 

Hər bir şeyə dibdaşıdır bu üçlük. 

 

Sürü, naxır, ilxı döşdə otlayır, 



Çayı, arxı, bulaqları adlayır, 

Çox yeməkdən mal-qara diz qatlayır, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

254 


 

Hər bir şeyə dibdaşıdır bu üçlük. 

 

Yamanlardır bu üçlüyü pozanlar, 



Yamanları sözlə qovur ozanlar, 

Bu üçlüyə mahnı, qoşu yazanlar, 

Hər bir şeyə dibdaşıdır bu üçlük. 

 

İnək döşü dolub yerə toxunur, 



Oynaqlayır balaları çoxunun, 

Üzdə inam, gözdə sevinc oxunur, 

Hər bir şeyə dibdaşıdır bu üçlük. 

*** 


Ora getmə, o döşləri qar alıb, 

Gölə düşmə, göy suları qurd alıb, 

Otlağa get, bulaq dolu, arx dolu, 

Hər bir şeyə dibdaşıdır bu üçlük. 

 

İlxıbaşı alıb yalı-yalmanı, 



Yaxşı rahla bu il otu, samanı, 

Kəsi elə, yaxın qoyma yamanı, 

Hər bir şeyə dibdaşıdır bu üçlük. 

 

*** 



Dədə, gəlin bu il toyu çaldıraq, 

Var olanda toy-düyün də çox olur. 

Qız qalanda evdə, qartar, acıyar, 

Var olanda toy-düyün də çox olur. 

 

Kəsi olsun nənən hündür boyuna, 



Yaraşıqdı qız yeddicə soyuna, 

Tanrı özü gələcəkdir toyuna, 

Var olanda toy-düyün də çox olur. 

 

Dədəm oğlu, səninki də gətirdi, 



Tanrı sənə bu gözəli yetirdi, 

Yarpız əkdim, yer qızılgül bitirdi, 

Var olanda toy-düyün də çox olur. 

 

Anam, bacım, atam-dədəm, gəlinim, 



Bəyənmişəm qızın yastı dilini, 

Belə getsə tutacağam dölünü, 

Var olanda toy-düyün də çox olur. 

 

Oynayacaq ana, bala “Qaytağı”, 



Ordan-burdan çalın deyir qulağı, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

255 


 

Düşüb bizə bu gəlinin ayağı, 

Var olanda toy-düyün də çox olur. 

 

Ay qız, səni ölməyəsən, oyna bir, 



Sən də qoşub tay-tuşuna, qayna bir, 

Ay toy bəyi, o sırtığı danla bir, 

Var olanda toy-düyün də çox olur. 

*** 


-Anan öldü, baban öldü, Alçiçək, 

Tək yaşama, səs çıxmayır tək əldən. 

Uğurelə yerinc-başçı olsan da, 

Tək yaşama, səs çıxmayır tək əldən. 

 

Belə dedi öz-özünə tək ana, 



Öpdü, öpdü, ürək verdi Turq ona, 

Oturdular, danışdılar yan-yana, 

Tək yaşama, səs çıxmayır tək əldən. 

 

-Sansi öldü, Yanqu öldü, sən sağ ol, 



Alçiçəyim, sən quşdan da ayıq ol, 

Ana oldun, indi daha ocaq ol, 

Tək yaşama, səs çıxmayır tək əldən. 

 

Hər yaraqlı döyüşlərdə güclənər, 



Aslan, tülkü vuruşlarda içlənər, 

Basıq çıxdı sənin döyüş bicləmən

Tək yaşama, səs çıxmayır tək əldən. 

 

Mən də bir az kövrəlmişəm, gözəlim, 



Yan baxırsan məndən bir az küsəri, 

Al ipək gey, bəzən, aya bənzərim, 

Tək yaşama, səs çıxmayır tək əldən. 

 

Qoy sevgimiz çiçək alsın yenə də, 



Bu soyuqluq könlümüzü göynədər, 

Sən incimə, gülüm, küsmə heç nədən, 

Tək yaşama, səs çıxmayır tək əldən. 

 

*** 



Barmaqlıqlar qalın idi, dəmirdən, 

Əl  qısaldır, köp yatırdır barmaqlıq. 

Xruş orda çabalayıb dururdu, 

Əl  qısaldır, köp yatırdır barmaqlıq. 

 

Barmaqlıqda sığınmışdı bucağa, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

256 


 

Basılaraq çəkilmişdi qırağa, 

O dönmüşdü bir kimsəsiz dustağa, 

Əl  qısaldır, köp yatırdır barmaqlıq. 

O, Başevi yaxdı, çölə pilədi, 

Nə istədi, nə bacardı, elədi, 

İndi dəmir barmaqlıqda kölədir, 

Əl  qısaldır, köp yatırdır barmaqlıq. 

 

İndi Turqu öldürməyə and içib, 



Ona yeni papış tikib, börk biçib, 

Bu ölkəni tutmaq üçün yol seçib, 

Əl  qısaldır, köp yatırdır barmaqlıq. 

 

İndi deyir:-Turqu gərək yandıram, 



Ağüzəri satın alam, qandıram, 

Kimliyimi Mindiyara andıram, 

Əl  qısaldır, köp yatırdır barmaqlıq. 

 

*** 



O çağırır gözətçini, ağlayır, 

Güclü yaraq, dolaq ipdir ağlamaq, 

Deyir:-Qardaş, mən çox yazıq oğlanam, 

Güclü yaraq, dolaq ipdir ağlamaq. 

 

-Burax məni, qaçaq biz də buradan, 



Uruyerə gedək, çıxaq aradan, 

Bizə yardım kəsiləcək yaradan, 

Güclü yaraq, dolaq ipdir ağlamaq. 

 

Varım çoxdur, aşıb-daşıb tökülür, 



Bir ölkəlik torpağım var, əkilir, 

Yeni-yeni Başevlərim tikilir, 

İti  yaraq, dolaq ipdir ağlamaq. 

 

Burax, gedək, səni başçı qoyaram, 



Mən özümə səni qardaş sayaram, 

Ad-sanını ucaldaram, yayaram, 

İti  yaraq, dolaq ipdir ağlamaq. 

 

Evlənərik, iki bacı alarıq, 



Biz həm qardaş, həm bacanaq olarıq, 

Bir Başevdə yaşayarıq, qalarıq, 

İti  yaraq, dolaq ipdir ağlamaq. 

 

*** 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

257 


 

Sil gözünü, yumruğunu düyünlə, 

Ağlayanda qadın olur kişilər. 

Ağlamaqla, sıtqamaqla yaşama, 

Ağlayanda qadın olur kişilər. 

 

Nə güdürsən sən ağlağan gözəldən



İşlərini yalvarmaqla düzəldən, 

Yapış, gözəl, yaxşı əldən, düz əldən, 

Ağlayanda qadın olur kişilər. 

 

Ağlayırlar, yalvarırlar gizlidə, 



Tanrım, söylə, neçə üz var üzlüdə, 

Dəyərsizdir o, əprimiş əskidən, 

Ağlayanda qadın olur kişilər. 

 

Ağlayanlar, sıtqayanlar aparır, 



Ağlamaqla dağdan daşı qoparır, 

Ağlamaqla yumuşaldır damarı, 

Ağlayanda qadın olur kişilər. 

 

Öz yerində otur, baxma tək-tükə, 



Gündə girmə bir boyaya, örtüyə, 

“Var,” “yer”-deyib dönmə sırtıq, sürtüyə, 

Ağlayanda qadın olur kişilər. 

 

*** 



Yavaş-yavaş üzülürdü gözətçi, 

Tanrı gözüac yaradıb adamı, 

 Düşünürdü nəyi vardır, heç nəyi, 

Tanrı gözüac yaradıb adamı. 

 

Düşünürdü bunun başı yellidir, 



Satqınlığı ölkələrə bəllidir, 

Çox işlərdə dillilərdən dillidir, 

Tanrı gözüac yaradıb adamı. 

 

Düşünürdü var-yoxunu tutaram, 



Öldürərəm, sonevinə qataram, 

İstəyimə, diləyimə çataram, 

Tanrı gözüac yaradıb adamı. 

Deyərəm ki, qaçdı, qaçdım dalınca, 

Dözdüm, ondan öc acığı alınca, 

Çatdım ona, tutdum onu qılınca, 

Tanrı gözüac yaradıb adamı. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin