Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə42/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   38   39   40   41   42   43   44   45   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

530 


 

Qaldı qaplan yuvaları yalıncaq, 

Tanrı soydur yarı Tanrı olanlar. 

                 *** 

Turq gedirdi Tanrı ilə görüşə

Yolda bizə yol göstərir ulduzlar. 

Ağ buludlar süzgün ona baxırdı, 

Yolda bizə yol göstərir ulduzlar. 

 

Dedi:- “Tanrım, düzəlməyir dolanış, 



Yaranmışdır boğuşmağa yaranış, 

Yalan ilə əkilidir hər qarış, 

Hər yer, hamı nə özgədir, nə tanış, 

Qoşalaşıb ürəklərdə öc, barış, 

Yolda bizə yol göstərir ulduzlar. 

 

Dedi:- “Tanrım, qurda dil ver, qanad ver, 



Qurda qurd yox, yeni ölməz bir ad ver, 

Dolanışa xoşagəlim bir dad ver, 

Pisə qarşı bizə dönməz inad ver, 

Dolanışı bizə bir də yarat ver, 

Yolda bizə yol göstərir ulduzlar. 

Turq çox dedi, səs gəlmədi tanrıdan, 

O, tökülü qaldı Tanrı sarıdan, 

O qayıtdı uzaq yolu yarıdan, 

Yolda bizə yol göstərir ulduzlar. 

 

Dedi:- “tanrım, sərt üz göstər Alpisə, 



Qoyma çıxsın yer üzündə qan dizə, 

Sən qoyubsan bizi onla üz –üzə, 

Onda güc ver, yenilməyən güc bizə, 

Yolda bizə yol göstərir ulduzlar. 

 

                      *** 



Birdən birə çovğun düşür, sel, yağış, 

Göydən nələr gözləyirsən, nə gəlir. 

Buz üzünü üzə verir dolanış, 

Göydən nələr gözləyirsən, nə gəlir. 

 

On gün yağış, on gün çovğun, bir ay sel, 



Daşır bulaq, daşır axmaz. daşır göl, 

Göylər yerə qırmanc vurur elə bil, 

Yer eləyir quraqlığa neçə il, 

Göydən nələr gözləyirsən, nə gəlir. 

 

Yarğan, meşə, qaya, çökək dağılır, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

531 


 

Min min dilsiz yuvasında boğulur, 

Sanki burda yeni dirrik doğulur, 

Göydən nələr gözləyirsən, nə gəlir. 

 

Bunlar hamı tanrı Alpis yarağı, 



Qızmar isti oda tutur torpağı, 

Bu istidən qopur beynin qapağı, 

Yanır gedir yerin otu, alağı, 

Tüstülənir mal-qaranın otlağı, 

Göydən nələr gözləyirsən, nə gəlir. 

 

Dönür baxır arxasına Turq bu an, 



Görür daha nə qartal var, nə qaplan, 

Tək qoyubdur onu böyük yaradan, 

Göydən nələr gözləyirsən, nə gəlir. 

Qalxır dağın zirvəsinə Şimşək at

Silinibdir, burdan gedib yurd, elat, 

Meşələrdə qalmayıbdır qol-qanad, 

Göydən nələr gözləyirsən, nə gəlir. 

 

Turqla Alpisin vuruş söylənci 

 

Alpis gəlir Şimşəkquyruq atıyla, 



Pisdiklinin bacarığı pis olur. 

Deyir: - “Dayan, yarı Tanrı Turq ata, 

Pisdiklinin bacarığı pis olur. 

 

Mən ki, gözə görünmürəm əzəldən, 



Bir Odərpay görür məni, bir də sən, 

Mən gəlmişəm yer üzünə yenidən, 

Pisdiklinin bacarığı pis olur. 

 

Mən vuruldum sənin Hindel qayğına, 



Qulaq asdım göyə qarşı sorğuna, 

Girdim sənin böyük ata duyğuna, 

Girdim hərdən sənin Minel yuxuna, 

Güldüm ata qayğı, ürkü, qorxuna, 

Pisdiklinin bacarığı pis olur. 

 

Gəl, bir olaq, dolanışı dəyişək, 



Gəl, bir olaq Tanrılarla deyişək, 

Düzlük üstə onlar ilə söyüşək, 

Gedək göydə onlar ilə döyüşək, 

Pisdiklinin bacarığı pis olur. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

532 


 

Mən yaxşıyam pis olsa da adlarım, 

Mən sökürəm çox ərpimiş qatları, 

Vecsizləri, çürükləri, qartları, 

Yerəsməni, suəsməni, çatları, 

Yandırıram ev, çöl, ağac, otları, 

Dilsizləri, dilliləri, atları, 

Həm yiyəsiz, həm baxımsız yurdları, 

Pisdiklinin bacarığı pis olur. 

Gəl bir olaq, dəniz kimi köpürək, 

Gəl bir olaq yeri silək, süpürək, 

Pisi alaq, yaxşılara tüpürək, 

Çovğun olaq, yanğın, qıtlıq, yel-külək, 

Pisdiklinin işi-gücü pis olur. 

 

Turq söylədi:- Dəyişibsən yamanca, 



Səni gərək tutum oxa, qılınca, 

Süpürləyim, əzişdirim doyunca, 

Qovum səni gözəl Üstyer buyunca, 

Pisdiklinin işi-gücü pis olur. 

 

Dolanışı Tanrı yaxşı qurubdur, 



Pisdiklini öz içindən qırıbdır, 

Bir-birilə vuruşmada yorubdur, 

Pisdiklini yaxşılıqla vurubdur, 

Yaranışın arxasında durubdur, 

Pisdiklinin işi-gücü pislikdir. 

 

Sən Daryaşı döndəribsən qan-qana



Oxşadıbsan acıqana, xortdana, 

Bələkləyib bürüyübsən yorğana, 

Partlamamış zoqquldayan çibana, 

Mindiyara qarşı cılız yamana, 

O baş-başı olub yağlı yalana, 

Pisdiklinin işi-gücü pislikdir. 

 

Alpis dedi:- Ay qocalmış vuruşqan, 



Boş-boşuna qılınc çalan dalaşqan, 

Sənə qarşı durub ayıq yanbayan, 

Yaman, xortdan, yalan, öclə acıqan, 

Pisdiklinin işi-gücü pislikdir. 

 

Dörd yüz ildir, gəlib yaşa dolubsan, 



Döyüşlərdə topuz, qılınc çalıbsan, 

Bunca gəlib yarı Tanrı olubsan, 

Pisdiklinin işi-gücü pislikdir. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

533 


 

               *** 

Kələzdəndi bir-birinə Tanrılar, 

Tanrılar da yerdə tez-tez toqquşur. 

Turqla Alpis dayandılar üz üzə, 

Tanrılara yerdə tez-tez toqquşur. 

 

Yaxınlaşıb dirəndilər üz- üzə, 



Dayandılar acıq dolu göz- gözə, 

Söyüşdülər, qarmalandı söz sözə, 

Tanrılara yerdə tez-tez toqquşur. 

 

Qılınclaşma, toppuzlaşma, oxlaşma, 



Yaraqlarda cingildəşmə, çaxnaşma, 

Yerə aşıb dığırlanma, ağnaşma, 

Gendən baxan kəndlilərdə ağlaşma, 

Tanrılara yerdə tez-tez toqquşur. 

 

Şimşək qılınc od püskürdü dörd yana, 



Şimşəkquyruq od tökürdü ormana, 

Girir atlar ağ buluda, dumana, 

Səs yayılır sıx meşəyə, arana, 

Tanrılar da yerdə tez- tez toqquşur. 

 

Biri gəlir bər-bəzəkdə, sahmanda, 



Əzilərək Turqa deyir yalandan, 

Qoca Turq Ər, nə gəzirsən bu yanda, 

Qanlı vuruş gedir böyük Aranda, 

Qızın ölüm ayağında, son anda, 

Tanrılara yerdə tez-tez toqquşur. 

 

Qızın dedi; “Atamı tap, ölürəm, 



O küsübdür məndən, bunu bilirəm, 

Göz yaşımı öz qanımla silirəm, 

Tanrılara yerdə tez-tez toqquşur. 

 

Mənə dedi, “Çöküb yanır Mindiyar, 



Oğurlanıb, dağlıbdır nəki var, 

Satallarda çap ha çapdır, yar ha yar, 

Başevdəki dam-daş bir- bir yatırlar, 

Tanrılara yerdə tez-tez toqquşur. 

Qadan alım, tez məni al tərkinə, 

Qalx atınla, bax, bu dağı dikinə, 

Şaxta düşür, bürün mənim kürkümə

Tanrılara yerdə tez-tez toqquşur. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

534 


 

Turq soruşdu:- kimsən, nəçi, haradan, 

O əzilib bükülərək neçə an, 

Dedi:- Məni göndəribdir Yaradan, 

Mən yırtıcı qurdam Qaplan Çalağan, 

Yalan, qorxu, qorxu yalan Yaradan, 

Mən qorxmuşam, sarsılmışam, orada, 

Az qalırdı mən də çıxım sıradan, 

Tanrılara yerdə tez-tez toqquşur. 

 

Qılınc çəkdi Turq yalana lapbadan, 



Qaçdı getdi uzaqlara acıqan, 

Dedi:- Minel dağılacaq, düz-yalan, 

Çıxacaqsan, qoca, sən də sıradan, 

Tanrılarda yerdə tez-tez toqquşur. 

 

Yaman, gəldi dedi, “Mən də Tanrıyam, 



Ad götürmək, ad saxlamaq çətindir. 

Mən Alpisin yamanıyam, tutuğu, 

Ad götürmək, ad saxlamaq çətindir. 

 

Qulaqları iri-iri, pələydi, 



Əl ayaqdan, boy buxundan köləydi, 

Tərpənişdə iti qaçan dələydi, 

Ad götürmək, ad saxlamaq çətindir. 

 

-Mən yamanam, işim, gücüm yamanlıq, 



Üzdə ayam, dibdə qatı qaranlıq, 

Ürəklərdə soyuq çənəm, dumanlıq, 

Mənim işim gizli olur, bir anlıq, 

Düzdə çoram, odam, suda bulanlıq, 

Oğruların çox sevdiyi toranlıq, 

Öz gücünü məndən alır qaranlıq, 

Ad götürmək, ad saxlamaq çətindir. 

Turq dinmədi, acıq tutdu gözünü, 

Qılınc vurdu, kəsdi onun sözünü, 

Tək qol qaldı yaman  tutdu özünü, 

Turq önündə o qatdadı dizini, 

Ad götürmək, ad saxlamaq çətindir. 

 

Təkqol yaman qaçaqaçda büdrədi, 



Kəsik qolu başı üstə hərlədi, 

Səsi yenə əvvəlki tək gurladı, 

Ad götürmək, ad saxlamaq çətindir. 

 

Dedi, »Ey Turq, mən yamanam, qancılam, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

535 


 

Oxtək gərək gözlərinə sancılam, 

Mindiyara alov olub od saçam, 

Ad götürmək, ad saxlamaq çətindir. 

                  *** 

Turq gördü ki, biri gəlir acıqlı, 

Üz  çox şeyi açıq-aydın göstərir. 

Sarı yarpaq kimi üzü sapsarı, 

Üz  çox şeyi açıq-aydın göstərir. 

 

Dedi, Turq Ər, eşit bil ki, mən öcəm



Dolanışda yenilməyən bir gücəm, 

Qafalıyam, qapalıyam, həm bicəm, 

Üz  çox şeyi açıq-aydın göstərir. 

 

Mən Alpisdən incimişəm küsmüşəm, 



Onun ilə bağlanışı kəsmişəm, 

Tək təkinə yer üzünü gəzmişəm, 

Tək qalmaqdan yorulmuşam, bezmişəm, 

Üz  çox şeyi açıq-aydın göstərir. 

 

Məni götür öz yanına, iş buyur, 



Sən Tanrını, mən də səni qoruyum, 

Qancılının tükün göyə sovurum, 

Gözlərinin giləsini qovurum, 

Qaplanları, Qartalları doyurum, 

Üz  çox şeyi açıq-aydın göstərir. 

Turq söylədi:-Belə başa düşdüm mən, 

Yaxşılıqdan öc alırsan yenə sən, 

Kimə gərək onda bu baş, bu gödən, 

Get, öcünə tapşırıram səni mən, 

Üz  çox şeyi açıq-aydın göstərir. 

 

İstəsən ki, mənlə birgə gedəsən, 



Onda gərək öz öcündə itəsən, 

Bir də öcsüz ağac kimi bitəsən, 

Ək, biç, al, ver  işlərinə yetəsən, 

Üz iç üzü açıq-aydın göstərir. 

 

Öc saraldı, acığından sozardı, 



Buynuz, quyruq çıxararaq bozardı, 

Acığından yandı getdi, qızardı, 

Üz iç üzü açıq-aydın göstərir. 

 

Turq yol getdi, çatdı çox-çox haraya, 



Ortaq oldu neçə-neçə olaya, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

536 


 

Buzboğazdan yortdu o tay, bu taya, 

Kölgəsizlər diyarından Al çaya, 

Durudaşlar diyarından Altaya, 

Üz iç üzü açıq-aydın göstərir. 

 

Dedi: -Tanrım, hər yer birdir, bir boya, 



Hər yer qumdur, dəniz, çaydır, sərt qaya, 

Tanrı adı ver Arığa, Qızaya, 

Onlar ölməz od aparıb o taya, 

Üz iç üzü açıq-aydın göstərir. 

 

Dedi, Tanrım, Tanrı işi ağırdır, 



Yarı Tanrı Tanrılığa cığırdır, 

Harda yaxşı çoxdur, orda uğurdur, 

Pis yerlərdə gözlər çuxur-çuxurdur, 

Üz iç üzü açıq-aydın göstərir. 

 

Mənə güc ver, gəlim sənlə görüşüm, 



Alpis ilə yaxşı-yaxşı döyüşüm, 

Ölüm-dirim vuruşuna girişim, 

Üz iç üzü açıq-aydın göstərir. 

Dedi Tanrım:- Altyer azıb, ərləşdir, 

Yaxşı pisi, acı, toxu birləşdir, 

Hər bir yeri öz yerinə yerləşdir

Hər bir şeyi pis görəni çerləşdir, 

Üz iç üzü açıq-aydın göstərir. 

 

Dedi Tanrım:- Çox elat var, ölkə var, 



Dolanışın yarısıdır Mindiyar, 

Bu ölkədə nə istəsən bollu var, 

Quraqlığı bu ölkədən, çək çıxar, 

Tox yaşasın gözü yaşlı olanlar, 

Çox yaşasın yaşdan sevgi alanlar, 

Üz iç üzü açıq-aydın göstərir. 

 

         Quruş söylənci 

 

Tunq Ər Alpan dedi dünən baş evdə, 

“Quruş al ver saxlancıdır satalda. 

Öz adına qızıl quruş vurdurdu, 

Quruş al ver saxlancıdır satalda. 

 

Qızıl quruş, gümüş quruş, tunc quruş, 



Quruş ilə güc artırır quruluş, 

Artdı Minel Mindiyarda güc, duruş, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

537 


 

Quruş al ver saxlancıdır satalda. 

 

Çinə satdı qarayağı quruşla, 



İpək aldı durudaşla, göydaşla, 

Artdı ölkə sıçrayışla, uçuşla, 

Quruş al ver saxlancıdır satalda. 

 

Xurma,  gəmi, dəri, at, yem, tunc yaraq, 



Dörd təkərli, iri qayıq, qazalaq, 

Getdi, gəldi beş təkərli çaparaq, 

Quruş al ver saxlancıdır satalda. 

 

Quruş üstə Tunqun qolu, yazısı, 



Ölkələrə açıq oldu qapısı, 

Axdı bura yaranmışın yarısı, 

Quruş al ver saxlancıdır satalda. 

Çinel, Hindel Misirellə, Balasqel, 

Qoydu burda ayaq yeri yer bə yer, 

Artdı al ver qonşuluqda il bu il, 

Quruş al ver saxlancıdır satalda. 

 

Qız aldılar, qız verdilər ölkələr, 



Şahlıq oldu, diyar oldu bölgələr, 

Gözdən itdi, ötdü qara kölgələr, 

Quruş al ver saxlancıdır satalda. 

 

Çinellilər ayaq açdı Minelə, 



Yaxınlaşdı çox el-elə, dil-dilə, 

İnam artdı yatım oldu il-ilə

Quruş al ver saxlancıdır satalda. 

 

Turq Ər Alpan ölkələri dolaşdı, 



Hər bir elə öz eli tək yanaşdı, 

Təkcə Daryaş küsdü, onla tutaşdı, 

Quruş al ver saxlancıdır satalda. 

 

Onlar bir də vuruşdular ad üstə, 



Güləşdilər, boğuşdular at üstdə, 

Çəkişdilər otlaq üstə, ot üstə, 

Quruş al ver saxlancıdır satalda. 

 

Döyüş vuruş gəlib çıxdı arana, 



Haray – həşir, səs yayıldı hər yana, 

Çevrildilər gözü qanlı qaplana, 

Quruş al ver saxlancıdır satalda. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

538 


 

 

Daryaş dedi:- Bizə qızıl quruş ver, 



Torpağı ölç, elə qarış-qarış ver, 

Quraqlıqdır, göydən bizə yağış ver, 

Quruş al ver saxlancıdır satalda. 

 

Bizə diyar adı verdin, nə olsun, 



İndi ona ölkə adı qoyulsun, 

Pars ölkəsi ölkə-ölkə yayılsın, 

Quruş al ver saxlancıdır satalda. 

Tunq Ər Alpan dedi:- kütsən, yazıqsan, 

Baş olsan da öz içində qırıqsan, 

Yekə başsan, elə, yurda soyuqsan, 

Quruş al ver saxlancıdır satalda. 

 

Cingildədi, gumbuldadı yaraqlar, 



Endi qılınc, toppuz, batdı tutaqlar, 

Qızdı gözlər, batdı dibdən qulaqlar, 

Quruş al ver saxlancıdır satalda. 

 

Bir ay çəkdi vuruşmalar, çəkişlər, 



Gəlib çatdı Pars diyara döyüşlər, 

Al-qan oldu biçənəklər, örüşlər, 

Mələr qaldı quzu, dayça, çəpişlər, 

Quruş al ver saxlancıdır satalda. 

 

Sonra düşüb güləşdilər döş-döşə, 



Döndü güləş kobudluğa, söyüşə, 

Yer qalmadı sonra çəkiş – bərkişə, 

Quruş al ver saxlancıdır satalda. 

 

Baş başılar çəkildilər qırağa, 



İki toplum əl atdılar yarağa, 

Döndü torpaq qan qoxulu batlağa, 

Quruş al ver saxlancıdır satalda. 

 

Tunq Ər Alpan yaralıydı başından, 



Daryaşınsa qılınc yeri qaşında, 

Ağlayırdı qıztək doxsan yaşında, 

Quruş al ver saxlancıdır satalda. 

 

Çoxu öldü, çoxu qaldı yaralı, 



Yaralının düşüncəsi qaralır, 

O, tanrıdan, eldən incik, aralı, 

Qansızlıqdan üzü, gözü saralır, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

539 


 

Ağrılardan bəbəkləri daralır, 

Quruş al ver saxlancıdır satalda. 

Tanrı, Turqu göndər bura birbaşa, 

Yer eləsin barışıqa, barışa, 

Tuşlamasın oxu qardaş qardaşa, 

Son qoyulsun bu qırğına, savaşa, 

Son qoyulsun dalda sözə, qarqışa, 

Quruş al ver saxlancıdır sat alda. 

 

XXVI QAPI.  Parsdiyar söylənci 

 

Daryaş baş-baş geyimində oturub, 

El deyib ki, daldan gələn bərk gələr, 

Çox düşünən az danışar az gülər, 

O gümüşdən hörüb tikib başevi, 

El deyib ki, daldan gələn bərk gələr. 

Çox düşünən az danışar az gülər. 

 

Asureldən tökmə, tikmə dəf-daraq, 



Balasqeldən dörd piltəli qırx çırağ, 

Hindeldən də al dəmirdən qab-qacaq, 

El deyib ki, daldan gələn bərk gələr. 

Çox düşünən az danışar az gülər. 

 

Sallamalar qırçın-qırçın, mayallaq, 



Ağ çinidən yonta qızlar, utancaq, 

Alov çəkir ocaqlarda yanacaq, 

Bucaqlarda parıldayan yalyaraq, 

Qulluqçular boy-buxundan yapalaq, 

Ağ daşdandır, yonma daşdan hər dayaq, 

Al ipəkdən oturacaq, yatacaq, 

Suvaq daşlar, daş döşəmə ağappağ 

El deyib ki, daldan gələn bərk gələr. 

Çox düşünən az danışar az gülər. 

 

Daryaş sanki gözü yaşlı, lılıqlı, 



Üç ay, beş ay gəzir başı sarıqlı, 

Qaldı yenə Mindiyardan yanıqlı, 

Tunqa qancil, Alpisinə qılıqlı. 

El deyib ki, daldan gələn bərk gələr. 

Çox düşünən az danışar az gülər. 

Asurelin içi, çölü qarışıb, 

Qıtlıq çəkib Hindel, üzü qırışıb, 

»Gərək indi yenisilə tapışım, 

Gedim gərək Misireldən yapışım, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

540 


 

Alpis gəlir, bunu ondan soruşum, 

El deyib ki, daldan gələn bərk gələr. 

Çox düşünən az danışar az gülər. 

 

Bir qız ola, ağzı, burnu bal dada, 



Naz- qozuyla gedə Tunqu aldada, 

Onun ilə qucaqlaşa daldada, 

Əkbitənə düşə hay-küy, qan- qada, 

El deyib ki, daldan gələn bərk gələr. 

Çox düşünən az danışar az gülər. 

 

Boylu ola, uşaq doğa, bic uşaq, 



Bu, Tunq Ərə ola yekə bir yamaq, 

Bunu bilə hər ev, hər yurd, hər bucaq, 

Gedim, deyim yalan sayaq, düz sayaq, 

Min diyarda o baş başı olacaq, 

El deyib ki, daldan gələn bərk gələr. 

Çox düşünən az danışar az gülər. 

 

Dörd oğlu var, yox birində qanacaq, 



Oğul demə, dörd itgin de, dörd qaçaq, 

Sabah burda kim baş başı olacaq, 

Tunq çökəcək böyüyəndə bic uşaq, 

Mən uşağı böyüdərəm şah sayaq, 

Biz şah olluq, Tunq Ər isə oyuncaq, 

El deyib ki, daldan gələn bərk gələr. 

Çox düşünən az danışar az gülər. 

 

Tunqu yıxmaq, ən yaxşı yol bu yoldur, 



Bir də gördün o bic uşaq şah oldu, 

Görüm onda min diyardan nə qaldı, 

Tunq bu sayaq bir də gördün qocaldı, 

El deyib ki, daldan gələn bərk gələr. 

Çox düşünən az danışar az gülər. 

      Besyar söylənci 

 

Axtarırdı Daryaş ucu-bucağı, 



El deyib ki, gücsüz olan bic olar. 

Yol gəzirdi Tunqu yıxıb sürüsün, 

El deyib ki, gücsüz olan bic olar. 

 

Çağırtdırdı Besyar qızı qulluğa, 



Dedi:- Besyar, gəl son qoyaq dulluğa, 

Yoxsulluqdan çıxaq böyük bolluğa, 

El deyib ki, gücsüz olan bic olar. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

541 


 

 

Düşünürdü, axtarırdı başqa yol, 



»Elçiçək var, Dəmirqızla, dörd oğul, 

Bunların da hər birisi bir nağıl« 

El deyib ki, gücsüz olan bic olar. 

 

Sonra Daryaş dedi ona oyunu, 



Adlandırdı ata, ana soyunu, 

Dedi:- Sən də alacaqsan payını, 

Şah olanda çaldıraram toyunu, 

Oxşayaram göz oxşayan boyunu, 

El deyib ki, gücsüz olan bic olar 

 

Besyar qızın üzü yandı, alışdı, 



Göy gözləri ulduzlar tək sayrışdı, 

Içi, üzü bir birinə qarışdı, 

Sonra durub baş başıdan soruşdu, 

El deyib ki, gücsüz olan bic olar 

 

Dedi:- Daryaş, bu sevgimiz nec olsun, 



Necə olar səndən uşaq bic olsun

Başım üstə qılınc olsun, güc olsun, 

Ya açılsın bir gün bu iş heç olsun, 

Sevgimiz də sönsün, bütün qıc olsun, 

Sonra Tunq Ər bizə qarşı öc olsun, 

El deyib ki, gücsüz olan bic olar 

 

-Mən deyəni etsən işlər düzələr, 



Kül altında qalan odlar közərər, 

Biz olarıq təzə gəlin, təzə ər, 

El deyib ki, gücsüz olan bic olar. 

 

Besyar boylu bir dul idi, körpəsiz, 



Üzü, gözü kirşansızdi, sürməsiz, 

Əynindəki tikililər düyməsiz, 

Evi yoxsul, döşəməsi gəbəsiz, 

Tək qalmışdı o atasız, nənəsiz, 

O sevirdi baş başını heçnəsiz, 

El deyib ki, gücsüz olan bic olar 

                  *** 

Besyar gəldi evə, vay-vay ağladı, 

Çalış olma başqa əldə oyuncaq. 

Dedi, “bunla çökməz böyük Mindiyar,” 

Çalış olma başqa əldə oyuncaq. 

Çox götür-qoy etdi gecə bu işi, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

542 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin