Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə49/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   45   46   47   48   49   50   51   52   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

619 


 

Mən tanrını anlamağa gedirəm, 

Öz - özündən uca dayan tanrılaş. 

 

Mənəm böyük yaradanın qonağı, 



Yeyib alma, filqulağı yarpağı, 

Çox atılıb düşmür daha qırtlağım, 

Xirtdəyimin, boğazımın saplağı, 

Öz - özündən uca dayan tanrılaş. 

 

Onda gözüm öz içimə zillənir, 



Başımdakı düşüncələr ələnir

Yaranışım, yaradanım dillənir, 

Öz - özündən uca dayan tanrılaş. 

 

Öz içimdə yaradanı görürəm, 



Görən kimi öz qınıma girirəm, 

Yaradana varlığımı verirərm, 

Öz - özündən uca dayan tanrılaş. 

Mənə deyir:- Sən mənləşmək istəsən, 

Yaxşılıq et, öz özünü pislə sən, 

Çıx özündən qat-qat çox çox üstə sən, 

Görün mənə, ta görünmə gözlə sən, 

Öz - özündən uca dayan tanrılaş. 

 

«Mən» yolunda sən ölümdən çəkinmə, 



Mən ikinci yeniləşmə quranda, 

Yaradaram güclü səni yenidən. 

Öz - özündən uca dayan tanrılaş. 

 

Deyir, varlıq aldadıcı, gülüncdür, 



Tez-tez ye - iç, dad, ad boş- boş görüncdür, 

Görünənlər boşluqlara təpincdir, 

Öz - özündən uca dayan tanrılaş. 

 

Görünməyən, görünənlər içimdə, 



Onlar iynə ucu boyda- biçimdə, 

Deyinilməz dəyişkənlik seçimdə, 

Heç kəs, heç nə çıxmır mənim ölçümdən, 

Yüz ildən bir hamı varlıq köçündə, 

Öz - özündən uca dayan tanrılaş. 

 

Deyir, mənə yaxınlaşmaq istəsən, 



Özlüyünə son qoyasan gərək sən, 

Başlayasan doğuluşa yenidən, 

Səni yaxın buraxaram onda mən, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

620 


 

Öz - özündən uca dayan tanrılaş. 

                      *** 

Belə deyir böyük tanrı Buddaya, 

Yaxşı pissiz, düz yalansız keçinməz. 

Necə yaxşı, necə yaman olsan da 

Yaxşı pissiz, düz yalansız keçinməz. 

 

Mən onları yaratmışam düpbədüz, 



Mən qoymuşam mən onları üzbəüz, 

Ikisi də ayıq-sayıq, itigöz, 

Yaxşı pissiz, düz yalansız keçinməz. 

Dəyişirəm min-min ildən bir onu, 

Gəl, bacarsan dəyişilmiş gör onu, 

Gəl, bacarsan sən könlüncə qur onu, 

Gəl istəsən qoru onu, qır onu, 

Yaxşı pissiz, düz yalansız keçinməz. 

 

Gəl qapalı iç zirvəmi alqışla, 



Varlıların olanını qarqışla, 

Nəyin varsa ona, buna bağışla, 

Yaxşı pissiz, düz yalansız keçinməz. 

 

Çöl varlıqdır, iç tanrılıq bilginən, 



Mənə doğru dolu içlə gəlginən

Acından da ölsən yaxşı ölginən, 

Yaraşıqlı varlıqlara gülginən 

Yaxşı pissiz, düz yalansız keçinməz. 

                 *** 

Belə deyir böyük tanrı Buddaya, 

Nəyin varsa ona buna bağışla. 

Sən hər yerə zəngin dolu içlə get, 

Nəyin varsa ona, buna bağışla. 

 

Yığ içinə gözəlliyi, biliyi, 



Nəyin varsa ona, buna bağışla. 

Hər varlığın dəyərlidir iliyi, 

Nəyin varsa ona, buna bağışla. 

 

Mənə sarı yüngül kəlmək yaxşıdır, 



Çox yemək yox, çox şey bilmək yaxşıdır, 

Çatmazlığa gizli gülmək yaxşıdır, 

Ölmə, ölsən ayıq ölmək yaxşıdır, 

Nəyin varsa ona buna bağışla. 

 

Varlıq bütün aldanmaqdır, aldatmaq, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

621 


 

Bu varlıqdan çimdik götür sən ancaq, 

Varlıqları kütləşdirir təmtəraq, 

Nəyin varsa ona, buna bağışla. 

Belə deyir, ata tanrı bizlərə, 

Çox inanma yaraşıqlı üzlərə, 

Bax dərindən dərin-dərin gözlərə, 

Bax ürəkdən gələn dolu sözlərə, 

Nəyin varsa ona, buna bağışla. 

                      *** 

Mən Brəhmən böyük Sapkar oğluyam, 

Hamı dibdə öz kökünə bağlıdır. 

Mənim atam böyük zəngin kişidir, 

Hamı dibdə öz kökünə bağlıdır. 

 

Qırx il onun heç uşağı olmayıb, 



Bunu atam heç vecinə almayıb, 

Alverindən, gəzməyindən qalmayıb, 

Hamı dibdə öz kökünə bağlıdır. 

 

Atam işdə qısmır olub, bərk olub, 



Qardaşları arasında tək olub, 

Içi dolu, ancaq əli çirk olub, 

Hamı dibdə öz kökünə bağlıdır. 

 

Mən anadan doğulanda dəyişib, 



Yoxsullarla gedib bir-bir görüşüb, 

Pay- puş, yardım işlərinə girişib, 

Hamı dibdə öz kökünə bağlıdır. 

 

Deyib varım oğlumundur, nəki var, 



Yer üstündə görünənlər, olanlar, 

Yer altında olanı da o tapar, 

Yer altında saxlanc-saxlanc nələr var

Hamı dibdə öz kökünə bağlıdır. 

 

Böyümüşəm qayğı-sayğı içində, 



Atam kimi uyğu- duyğu içində. 

Yaşamışam şirin yuxu içində, 

Hamı dibdə öz kökünə bağlıdır. 

 

Biri gəlib borc istəyib, vermişəm, 



Biri deyb «məni görsün», görmüşəm, 

Gedib yoxsul daxmalara girmişəm, 

Hamı dibdə öz kökünə bağlıdır. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

622 


 

Atam öldü, çox işlərim qarışdı, 

Borc üstündə çoxlarıyla qarpışdım, 

Qancıl təklik boğazımdan yapışdı, 

Acgöz mənə birə kimi daraşdı, 

Hamı dibdə öz kökünə bağlıdır. 

 

Bir gün yolda bir qız gördüm, ağappaq, 



Çox duzluydu, çəkimlidi, bal yanaq, 

Sanki əllə çəkilmişdi dil-dodaq, 

Kiprik uzun, hörük yoğun, üz parlaq, 

Yeriş kəhlik, duruş ceyran, bel oynaq, 

Hamı dibdə öz kökünə bağlıdır. 

 

Getdim qızı alım, qorxub hər addım, 



Nə çay, nə su gətirdilər bir qurtum, 

Addım başı qırtlağımı mən uddum. 

Çalışdım ki, gördüyümü unudum, 

Hamı dibdə öz kökünə bağlıdır. 

 

Dedilər ki, düz adamsan, ancaq sən, 



Atan kimi dağıdansan, Brəhmən, 

Ala bilməz qız burada hər ötən, 

Hamı dibdə öz kökünə bağlıdır. 

 

Vermədilər mənə gözəl Gülrüxi, 



Gülrüx oldu mənim üçün bir yuxu, 

Bu sevgini pisləyərək bir çoxu, 

Dedilər ki, batıb gözün, qulağın, 

Söylə onda nə görmüsən sən axı. 

Hamı dibdə öz kökünə bağlıdır. 

 

Bir qız gəldi var- yoxumu yoxladı. 



Bir qız gəldi qabağımda ağladı. 

Bir qız gəldi, getdi, küsü saxladı. 

Biri gəldi, dedi, dedi, dığladı. 

Biri getdi bundan kitab bağladı, 

Hamı dibdə öz kökünə bağlıdır. 

 

Çoxu gəldi çox danışdı özündən, 



Yalan, böhtan sallanırdı üzündən, 

Neçəsayaq söz var idi sözündə, 

Ancaq Gülrüx çəkilmədi gözümdə, 

Mən özümü çox sınadım dözümdə, 

Ancaq Gülrüx çəkilmədi gözümdən, 

Hamı dibdə öz kökünə bağlıdır. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

623 


 

 

Bir gün gördüm qaçıb gəlib qız özü, 



Ağlar idi, tutğun idi qaş- gözü, 

Qaralmışdı, dəyişmişdi ağ üzü, 

Oxşamırdı o Gülrüxə, lap düzü

Hamı dibdə öz kökünə bağlıdır. 

 

Dedim, niyə dəyişibsən belə sən, 



Dedi, aman, ata, ana əlindən, 

Sevin hələ qurtarmışam belə mən, 

Hamı dibdə öz kökünə bağlıdır. 

 

Gördülər ki, çox sevirəm mən səni, 



Kəsdirdilər, qapadılar hər yönü, 

Bu üç ildə qara keçdi hər günüm, 

Hamı dibdə öz kökünə bağlıdır. 

 

Dedim, tanrı, yardım elə mən qaçım, 



Qanad da ver, ona doğru mən uçum, 

Öz sevgimə doğru gedim, yol açım, 

Hamı dibdə öz kökünə bağlıdır. 

 

Qaçdım gəldim mən dilənçi günündə, 



Indi Gülrüx durub sənin önündə, 

Brəhmənsən, tanrın vardır sənin də, 

Yaşamağa sevgim vardır mənim də. 

Doldu bundan yaşla mənim gözlərim, 

Sarsıtmışdı məni qızın sözləri, 

Titrəyirdi bunca mənim dizlərim, 

Hamı dibdə öz kökünə bağlıdır. 

 

Dedim ona, xoş gəlibsən, Gülrüxüm, 



Mənim kimi yazıq, sevgi yazığı, 

Sən də oldun daha sevgi tutuğu, 

Hamı dibdə öz kökünə bağlıdır. 

 

                 *** 



Keçdi beş ay, on ay, bir il o gündən, 

Gizli işlər gec- tez bir gün açılır. 

Anam dedi, bu gürülxə bənzəmir, 

Gizli işlər gec-tez bir gün açılır. 

 

Dedim, ana, düz deyirsən, o deyil, 



Ancaq onu gəlinin tək doğma bil, 

Yaxşılıqdan törəyibdir bu Hindel, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

624 


 

Gizli işlər gec-tez bir gün açılır. 

 

O ağladı, o sıtqadı bu işə, 



O getmədi gəlin ilə görüşə, 

Mən onunla hər gün gəldim döş-döşə, 

Gizli işlər gec-tez bir gün açılır. 

 

Dedim ana, az qarqış et, az deyin, 



Yazıq yazıq kimsəsizdir bu gəlin, 

Varımızla bağlı deyil bu kəbin, 

Qancıl deyil o bu evdə heç nəyin

Gizli işlər gec-tez bir gün açılır. 

 

Ancaq anam hey ağladı, ağladı, 



Ağlamaqdan, sıtqamaqdan dığladı, 

Öldü, mənim mal-müknitəm laxladı, 

Gülrüx bir il susdu, qara bağladı, 

Gizli işlər gec-tez bir gün açılır. 

 

Bir gün Gülrüx bir söz atdı araya, 



Dedi, anam, bacım gəlsin buraya, 

Onlar bizə çətin işdə yarayar, 

Gizli işlər gec-tez bir gün açılır. 

 

Dedi, düzü, mən nişanlı qız idim, 



Atamınsa varı lap- çox az idi, 

Nişanlımgil vardan, evdən saz idi, 

Gizli işlər gec-tez bir gün açılır. 

 

Oğlan dedi, ata varın bölərsən, 



Get sən varlan, varlananda gələrsən, 

Varlı toylar necə olur bilərsən, 

Ya nişanlı qala qala ölərsən, 

Gizli işlər gec-tez bir gün açılır. 

 

Çox düşündüm, nə iş görüm, nə edim, 



Var-dövlətdə nışanlımı mən ötüm, 

Sevilməkçün üz gözümə nə sürtüm, 

Gəldim səndən bir azcana var qırtım, 

Yoxsulluğun üzərini mən örtüm, 

Gizli işlər gec-tez bir gün açılır. 

 

Sən hamıdan əli açıq kişisən, 



Yardım, pay - puş işlərində bişibsən, 

Çox yumaqlar, saplar açıb eşibsən, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

625 


 

Sən atanın düz yoluna düşübsən, 

Gizli işlər gec- tez bir gün açılır. 

 

Uşağımız olmur nədən, ötür yaş, 



İstəyirsən get arvad al, atalaş, 

Ərə gedim mən də, ana olum, kaş, 

Bizdən daha sən aralan, aralaş, 

Nişanlımla burda olluq, neçə baş, 

Gizli işlər gec-tez bir gün açılır. 

 

 



Dedim, Gülrüx, qoy tanrımla görüşüm, 

Tanrı özü bu işlərə qarışır, 

Ondan olar – olmazını soruşum, 

Ya səninlə, ya onunla barışım, 

Gizli işlər gec- tez bir gün açılır. 

 

Indi otur, dalısını danışım, 



Necə olub işlər necə qarışıb, 

Gülrüx necə oğlan ilə barışıb, 

Gizli işlər gec- tez bir gün açılır. 

                    *** 

Turq yollandı çay qırağı Satala, 

Yaxşı pisdən, pis yaxşıdan törəyir. 

Brəhmənin bu sözləri dilində, 

Yaxşı pisdən, pis yaxşıdan törəyir. 

 

Gördü burda hamı arıq, yarımcan, 



Biri qaçır ayaqları yalıncaq, 

Arvad- uşaq qaçır ərin dalınca, 

Uşaqların hamısı da balaca, 

Yaxşı pisdən, pis yaxşıdan törəyir. 

 

Dedi:- Qardaş, hara belə, nə olub, 



Bu uşaqlar niyə belə saraləb, 

Qaça- qaça qışqırmaqdan yorulub? 

Yaxşı pisdən, pis yaxşıdan törəyir. 

 

Kişi dedi:- Qaçıb gözdən itirəm, 



Mən yaraqlı yazılmağa gedirəm, 

Uşaqlara yemək- çörək gətirrəm, 

Yaxşı pisdən, pis yaxşıdan törəyir. 

 

- Sən gələnə, qardaş, bunlar ac qalar, 



- Qoy ac qalsın, ac qalanda nə olar

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

626 


 

Ac qalana yardım edən tanrı var, 

Tanrı verib, tanrı özü saxlayar, 

Yaxşı pisdən, pis yaxşıdan törəyir. 

Turq qoşuldu o kişiyə qaçaraq, 

Dedi, görüm hara gedir bu qoçaq, 

Haradadır döyüş- vuruş, səs - sorağ, 

Haradadır toplum, savaş yal-yaraq, 

Yaxşı pisdən, pis yaxşıdan törəyir. 

 

Dedi:- Birdən yenə dəli olarlar, 



Gedib bizim Uğurelə dolarlar, 

Elçiçəyin yerincliyin alarlar, 

Orda yenə qanlı yuva salarlar, 

Yaxşı pisdən, pis yaxşıdan törəyir. 

 

O dayanır, bir hindlidən soruşur, 



Deyir:- Harda, kim kim ilə vuruşur, 

O hindli də bunu deyir, soruşur, 

Deyir:- Hindel Çinel ilə vuruşur, 

Yaxşı pisdən, pis yaxşıdan törəyir. 

 

Turq ah çəkir, birdən çökür torpağa, 



Az dincəlim – deyir- durum ayağa, 

Çox düşmüşəm Mindiyardan uzağa, 

Vuruşların qabağını almağa, 

Gərək gedib düşüm orda qabağa. 

Vuruşlarda dönüm yaxşı ortağa, 

Toplumları bir- bir çəkim qırağa, 

Olum qanlı vuruşlara qadağa, 

Yaxşı pisdən, pis yaxşıdan törəyir. 

 

Elə bu an bir quş enir buluddan, 



O oturur Turqər ilə yan ba yan, 

Qızıl quşdur, qılınc qanad, çalağan. 

Yollarını bağlasa da sis, duman, 

Ər Qurd ərin yazısını oradan, 

Gətirmişdir dayanmadan, durmadan, 

Yaxşı pisdən, pis yaxşıdan törəyir. 

 

 

Turqun Çinelə getməsi söylənci 

 

Turq yazını oxuyarkən sevindi, 



Hər söz hər şey öz yerində yaxşıdır. 

O kişnərti eşidərək dikəldi, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

627 


 

Hər söz hər şey öz yerində yaxşıdır. 

 

Şaha qalxdı qabağında Şimçəkat, 



Bu at ilə istəyini qur, yarat, 

Bu at ilə gəzməlidir bu Elat, 

Hər söz, hər şey öz yerində yaxşıdır. 

 

Durub öpdü onun qaşqa alnından 



Şimşəkqılınc asılmışdı boynundan, 

Dayanmışdı bir qurd onun yanında, 

Hər söz hər şey öz yerində yaxşıdır. 

 

Turq tanıdı qurdu, dedi, ana Qurd! 



O, bozsayaq, kürəntəhər, qara Qurd, 

«Turq» söyləyib gəlib çıxıb bura Qurd

»Qurdər« deyib gəlib çatıb hara Qurd, 

Hər söz hər şey öz yerində yaxşıdır. 

 

Dedi:- Ana, Qurd oğlunu gəzirsən, 



İzlədikcə bizi bizdən bezibsən, 

Mən bilirəm sən Qurdərdən küsübsən, 

Öz əlini sanki ondan üzübsən, 

Hər söz hər şey öz yerində yaxşıdır. 

 

Sənin oğlun Parsdiyarda şah olub, 



O, diyarın ucalığı sayılır, 

Artıq hər kəs öz yerinə qoyulur, 

Hər söz hər şey öz yerində yaxşıdır. 

 

Mən duymuşdum, izləyirsən sən bizi, 



Atdayaraq keçib çayı, dənizi, 

Hər keçilməz dağı, çölü, hər düzü, 

Eşidibsən biz danışan hər sözü, 

Hər söz hər şey öz yerində yaxşıdır. 

Biz gedirik Çinə, gedək bizimlə, 

Döyüşləri görəcəksən gözünlə, 

Düzümlüsən yenə gözlə dözümlə, 

Səni varram Mindiyara özümlə, 

Hər söz hər şey öz yerində yaxşıdır. 

 

Qurd süründü qarnı üstə, uladı, 



Şələsayaq quyruğunu buladı, 

O Turqərin əllərini yaladı, 

Hər söz hər şey öz yerində yaxşıdır. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

628 


 

- Mən gedirəm xaqanlarla görüşə, 

Son qoyaram başlamadan döyüşə, 

Mən qoymaram qan qatıla bu işə, 

Hər söz hər şey öz yerində yaxşıdır. 

 

Bunu deyib Turq atına «ho», dedi, 



Qurd, qartalı, atım, dalda qoy, dedi, 

Qalsın dalda bu dağ, dəniz, çay, dedi, 

Hər söz hər şey öz yerində yaxşıdır. 

 

Dedi:- Sağ ol vurğun, yorğun, Brəhmən, 



Çox şey ələ aldım səndən, bildim mən, 

Budda ollam mən də yeri gələndə, 

Hər söz hər şey öz yerində yaxşıdır. 

                   

                     *** 

Öz yerindən götürüldü Şimşəkat, 

Çölü, düzü yol eləyən inamdır. 

Qurdla, qartal cumdu onun dalınca, 

Çölü, düzü yol eləyən inamdır. 

 

Turq inamla atı çapdı Çinelə, 



O baxmadı qızmar günə, yel- selə, 

Axmamışdı döyüşlərdə qan hələ, 

Çölü, düzü yol eləyən inamdır. 

 

Qartal, qılınc qanadını yellədi, 



Qurd yoruldu, ara-sıra ləhlədi, 

At dırnaqla çölü-düzü, bellədi, 

Gözlərini yollar Turqa zillədi, 

Çölü, düzü yol eləyən inamdır. 

 

Dedi:- Tanrım, məni ora yetir sən



Nə olacaq qan yer - göyü götürsə, 

Ac uşaqlar ataların itirsə, 

Bu döyüşlər  aclıq, qıtlıq gətirsə, 

Çölü, düzü yol eləyən inamdır. 

 

Yol getdilər onlar üç gün, üç gecə, 



Çinçay yerə yorğun - arğın gəlincə, 

Çinellilər bunu görüb bilincə, 

Turqər adı döndü toya, sevincə, 

Çölü, düzü yol eləyən inamdır. 

 

Turq Sansını soruşaraq tutuldu, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

629 


 

Turq Yanqunun sevgisinə qatıldı, 

«Dinti» dedi, cod qaşları çatıldı. 

Çölü, düzü yol eləyən inamdır. 

 

Dedilər ki, gec gəlibsən görüşə, 



El obadan hamı girib döyüşə, 

Turq son qoysa qan qoxuyan bu işə, 

Yurd, el-oba çiçəklənər, dəyişər, 

Çölü, düzü yol eləyən inamdır. 

 

Turq o yerə axçam üstü yetişir, 



Görür ərlər yaxalaşır, bitişir, 

Əl-qol atıb bir-birilə didişir, 

Çölü, düzü yol eləyən inamdır. 

                    *** 

Turq bağırdı:- Əl saxlayın, qardaşlar! 

Səsdən, sözdən öncə ürək titrəyir. 

Budda məni göndəribdir buraya, 

Səsdən, sözdən öncə ürək titrəyir. 

O göndərib məni bura, barışa, 

Barışmasaz, deyib, yer-göy qarışar, 

Öz yerizə qayıdınız bir başa. 

Səsdən, sözdən öncə ürək titrəyir. 

 

Deyib, «mənəm ölüm-dirim gücündə, 



Mənə doğru gəlin düz yol seçəndə, 

Duru olun işdə, əkin, biçində, 

Iki varlıq mənəm, mənim içimdə, 

Yada salın məni yeyib içəndə, 

Döyüş vuruş keçir mənim ölçümdən, 

Mənəm baş-baş siz varlıqdan köçəndə, 

Qurtarmayır heç kəs mənim öcümdən», 

Səsdən, sözdən öncə ürək titrəyir. 

 

«Çöl varlığa girmə» - «uyma» deyir o, 



«O dadlıdır, onu sayma» deyir o, 

«Yeyəndə də az ye, doyma» deyir o, 

«- İç üzünə yamaq qoyma», deyir o, 

«Çöl üzünə tüstü yayma» deyir o, 

Yoxsulları yedirt, soyma, deyir o, 

Səsdən, sözdən öncə ürək titrəyir. 

 

Biri dedi:- Sənə kəsi, Turq ata, 



Qoy sağ olsun bunca həm Turq, həm Budda, 

Biz ac, susuz qayıdarsaq Elata, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

630 


 

Nə yeyəcək ana, arvad, beş arta, 

Qarın adlı boş dəyirman nə dartar, 

Səsdən, sözdən öncə ürək titrəyir. 

 

Biri dedi, bu döyüşlər olmasa, 



Ev çapmasaq, bizə bir şey qalmasa, 

Bunun ilə evə çörək almasaq

Biz olarıq gecə quşu, yarasa, 

Səsdən, sözdən öncə ürək titrəyir. 

                     

 

                        *** 



Turq bağırdı:- Susun, qorxun tanrıdan, 

Hamı gərək öz içinə bağlana. 

Tanrı deyir, mənəm sənin içində, 

Hamı gərək öz içinə bağlana. 

 

Yaşamağa tanrı yerlə yurd verib, 



Sürü, ilxı, naxır verib, ot verib, 

Yaşamağa bizə suyla od verib, 

Sərtüz, Budda tanrımıza and verib, 

Hamı gərək öz içinə bağlana. 

 

Biri dedi:- Qocalıbsan, ay  kişi, 



Bilməlisən varlıq çoxdan dəyişib, 

Gəl, böyütmə, Turqər ata, bu işi, 

Hamı gərək öz içinə bağlana. 

 

Turq söylədi:- Onda tək-tək vuruşaq, 



Güləş ilə kələzdənək, yarışaq, 

Basar, basıq, oradaca barışaq, 

Hamı gərək öz içinə bağlana. 

 

Biri dedi: - Güləşərəm sənlə mən, 



Görək kimin nə iş gəlir əlindən, 

Görüm yarı tanrısansa, bəs nəsən, 

Sən deyənlər yoxdur, ata, bəs nədən, 

Hamı gərək öz içinə bağlana. 

 

Hər ikisi birdən atdan düşdülər, 



Güləşdilər yeri qat-qat eşdilər, 

Tərlədilər, pöşdələnib bişdilər, 

Hamı gərək öz içinə bağlana. 

 

Birdən göydən şimşək düşdü, yel əsdi, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

631 


 

Yerə yağış, duman çiskin tələsdi, 

İki toplum arasını bu kəsdi, 

Hamı gərək öz içinə bağlana. 

Başbaşılar, minbaşılar susdular, 

Baş əyərək Turqa qulaq asdılar, 

Yaraqlılar qaçıb yolu azdılar, 

Kim göründü, onu çapıb basdılar, 

Hamı gərək öz içinə bağlana. 

                   

               *** 

Turq gördü ki, iki Xaqan döyüşür. 

Bir incə söz acı öcü azaldır. 

Dedi:- Durun, vuruşmayın bu gecə, 

Bir incə söz acı öcü azaldır. 

 

Dedi:- Xaqan yaranmayıb vuruşa, 



Xaqan gərək el işinə qarışa, 

O apara kiçikləri barışa, 

Samballı söz acı öcü azaldır. 

 

Dedi:- Sayqı göstəriniz ataya, 



Qan düşməsin gərək bizim araya, 

Qılıncını qoydu Turqər ortaya, 

Samballı söz acı öcü azaldır. 

 

Vuruş nəyin üstündədir, bəllidir, 



Bir soydandır hamı, yaxın ellidir, 

Bir yaranıb, ancaq ayrı dillidir, 

Biri susqun, biri isə yellidir. 

Samballı söz acı öcü azaldır. 

 

Biri ded:- Təbətdiyar bizimdir, 



Var olmamış Təbət yoxdan bizimdir, 

O dağ yeri Budda vaxtdan bizimdir, 

Samballı söz acı öcü azaldır. 

 

 



Biri dedi:- Bizi dəli edirlər, 

Sürüləri süpürləyib gedirlər, 

Gecə gəlib gündüz gözdən itirlər, 

Samballı söz acı öcü azaldır. 

Belə dedi, elə dedi Xaqanlar, 

Ağızlarda pis qoxulu yalanlar. 

Dilə gəldi olmayanlar, olanlar, 

Yumaqlandı dilə gəlməz – qalanlar, 

Samballı söz acı öcü azaldır. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin