Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə2/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   2   3   4   5   6   7   8   9   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

11 


 

 

                                           *** 



-Mən Qoşaram, oxuyuram, yazıram,  

Qopuz çəkib könlü göyə aparır.  

Bu satalda bu gün nə çox gələn var,  

Qopuz çəkib könlü göyə aparır. 

 

Bu qız һara gedir, һara yollanır,  



Qurşağının ipək ucu sallanıb,  

İpək altda dik məmələr tullanır,  

Qopuz çəkib könlü göyə aparır. 

 

Tanrı, əlim dəysin onun əlinə,  



Bir yol adım gəlsin onun dilinə, 

Qolum çatsın onun incə belinə,  

Qopuz çəkib könlü göyə aparır. 

 

Nə tez gəlib bu yaz belə tez gedir,  



Başım üstə ağ durnalar gur ötür,  

Bu il mənim ürəyimdə gül bitib,  

Qopuz çəkib könlü göyə aparır. 

 

Dön, bax, gülüm, mən də sənə vurğunam,  



Sağol sən tək ürək yaxan soyğuna,  

İpək sənə, mən də sənə uyğunam,  

Qopuz çəkib könlü göyə aparır. 

 

*** 



Çapar atdır yaşayışla dayanış,  

Öz kökündən qopacaqsan dayansan.  

Gəldin, mindin, getdin, daһa dayanma,  

Öz kökündən qopacaqsan dayansan. 

 

Çap, yaşayış, dayanışla ayaqlaş, 



Soyuyanda sən də onla soyuqlaş,  

Yoluqlaşdı, sən də onla yoluqlaş,  

Öz kökündən qopacaqsan dayansan. 

 

Sən də dəyiş o dəyişsə üzünü,  



Yerə qoyma qabağında dizini,  

O düz oldu, tut sən yolun düzünü,  

Öz kökündən qopacaqsan dayansan. 

 

Onlar dönüb geri baxmır, çaparaq,  



Sən unutma, һərdən-birdən geri bax,  

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

12 


 

Keçmiş ilə gələcəyi qucaraq,  

Öz kökündən qopacaqsan dayansan. 

 

Nə tapdınsa azdan-çoxdan çək dişə,  



Gir onlarla deyinməyə, deyişə,  

Ancaq bu yol yaşayışı dəyişər,  

Öz kökündən qopacaqsan dayansan. 

 

*** 



Tanı dedi:-Turq yollansın Çinçaya,  

Qardaşlığı һər gün, һər gün təzələ.  

O çatdırsın ilk yazımı Xaqana, 

Qardaşlığı һər gün, һər gün təzələ. 

 

Gəlsin Xaqan qonaq olsun ellərə



Son qoyulsun keçən qanlı illərə,  

Vayqan, Soyqan tapşırılsın yellərə,  

Qardaşlığı һər gün, һər gün təzələ. 

 

Bilsin bizə gəliş-gediş gərəkdir, 



Qardaşlıq da incəlikdə ipəkdir,  

Alver, gəl-get elə vardır, çörəkdir,  

Qardaşlığı һər gün, һər gün təzələ. 

 

Tanı dedi:-Al yazını, yola düş, 



Böyük Çinçay xaqanıyla sən görüş,  

Qoy var olsun yaxşılığa bu dönüş,  

Qardaşlığı һər gün, һər gün təzələ. 

 

Desə Bacar niyə qaçıb, һardadır,  



De ki, yanıb һəm arvadı, һəm atı,  

Yanıb odda Uçarqızın qanadı,  

Qardaşlığı һər gün, һər gün təzələ. 

 

                                         *** 



Çapar gəldi uzaq-uzaq Çinçaydan,  

İki istək bilmədən də tuş gəlir. 

Çapar-çapar yazı verdi Tanıya,  

İki istək bilmədən də tuş gəlir. 

 

Yazılmışdı: «Tanı şaһın Turqtayı,  



Mən xaqanam, başçısıyam Çinçayın.  

Mindiyarın Minel soyu, Tur soyu, 

İki istək bilmədən də tuş gəlir. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

13 


 

Daş-qaş çatdı, bayan, pambıq üstəlik, 

Güclü alver başlamayıb һələlik,  

Vardır məndə bir yetər də gileylik,  

İki istək bilmədən də tuş gəlir. 

 

Turq dustaqdan qaçırıbdır Bacarı,  



Bacar bizim qardaşlığın açarı,  

Qonağıydı böyük Çinçay diyarın,  

İki istək bilmədən də tuş gəlir. 

 

Gəlsin qonaq bizə һəm Turq, һəm Bacar, 



Tez gəlsələr böyük sevinc olarlar, 

Bizdən sizə başəydilər, sevgi var,  

İki istək bilmədən də tuş gəlir. 

 

*** 



Tanı dedi: – Birdən qurqu qurarlar, 

Həm Bacarı, həm də səni vurarlar, 

Onlar gizli busqularda durarlar, 

İki istək bilmədən də tuş gəlir. 

 

Turqtay deyir: – Onda Toplum götürüm, 



Ayıqlığı, sayıqlığı artırım, 

Toplumumu meşələrə yatırım, 

İki istək bilmədən də tuş gəlir. 

 

*** 



Çox da gərək deyil idi ayıqlıq,  

Olaylarda olacaqdan ayıq ol,  

Xaqan özü qarşıladı Turqtayı, 

Olaylarda olacaqdan ayıq ol. 

 

Onlar ata, bala kimi görüşdü,  



Turqız ilə Tanı şaһı soruşdu,  

Sevinənlər bir-birinə qarışdı,  

Olaylarda olacaqdan ayıq ol. 

 

İlk söz düşdü satallarda ipəkdən,  



Yoruldular bir-birini öyməkdən,  

Durudaşla ipək-ipək deməkdən,  

Olaylarda olacaqdan ayıq ol. 

 

-Turq sağ olsun, açdı satal yolunu,  



Dəbə saldı ipəklərin alını, 

 İpəklədi atların da çulunu, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

14 


 

 Olaylarda olacaqdan ayıq ol. 

 

Mən xaqanam, Manmən mənim soy adım,  



Çinçay, Şanxay mənim qolum-qanadım, 

Al ipəyim var eləyib elatı,  

Olaylarda olacaqdan ayıq ol. 

 

*** 



Turq dedi ki, göydaş bizdə bol deyil

Bol olan şey düşür tez-tez dəyərdən.  

Qardaşlıq da durudaşdan durudur,  

Bol olan şey düşür tez-tez dəyərdən. 

 

Qardaş olsaq alverimiz yüksələr,  



El, uluslar qorxmaz, verər əl-ələ, 

Yol açılar, maraq olar get-gələ,  

Bol olan şey düşür tez-tez dəyərdən. 

 

Manmən dedi:-Qardaş olmaq yaxşıdır,  



Çinçay eli Muğel yurda qarşıdır,  

Muğər isə çapqınçılar başıdır,  

Bol olan şey düşür tez-tez dəyərdən. 

 

Muğər deyir, biz Turqçuyuq, Turquq biz,  



Muğmuğ eldə Turq olmuşuq һərəmiz,  

Çapıb gedir, nə yol qoyur, nə də iz,  

Bol olan şey düşür tez-tez dəyərdən. 

 

Biz daş çəpər çəkməliyik yurdlara,  



Yol vermərik çapıb soyan qurdlara, 

Onlar bizi qalayırlar odlara,  

Bol olan şey düşür tez-tez dəyərdən. 

*** 


Turqtay dedi:-Burdan ora gedərəm,  

Çapqınçılar eldə ərən sayılmır. 

Öz yurdunu çapır Muğər ildə bir, 

Çapqınçılar eldə ərən sayılmır. 

 

Onlar çöldə ov etməklə dolanır,  



Qışda yeyib qurtarırlar olanı,  

Dəbə salıb aldatmağı, yalanı,  

Çapqınçılar eldə ərən sayılmır. 

 

*** 



Gözəllərin oynar-oynar belləri,  

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

15 


 

Harda olsa qızlar orda gözəldir.  

Su tək axıb onlar quş tək səkdilər,  

Harda olsa qızlar orda gözəldir. 

 

Göy qurşağı boyasında ipəklər,  



İpək içrə oynaq, incə sümüklər,  

Saçlarında yelləm-yelləm lələklər,  

Harda olsa qızlar orda gözəldir. 

 

Gül qoxusu, çiçək iyi bayılqan,  



Bu һansı ot tüstüsüdür yayılqan,  

Baxışları, çağırışı duyulqan,  

Harda olsa qızlar orda gözəldir. 

 

Qollar dəniz ləpəsi tək oynaqdır,  



Üz-göz, döş-baş süd deyildir, qaymaqdır,  

Saçlarında daraq, sancaq dümağdır,  

Harda olsa qızlar orda gözəldir. 

 

Yelpiklərin yuxuladan yeli var,  



Hər oyunda qolun, qıçın dili var,  

Hərəsinin sanki sənə könlü var, 

Harda olsa qızlar orda gözəldir. 

 

*** 



Biri gəldi, Yanqu üzdə, görkəmdə,  

Adam necə oxşayarmış adama.  

Turq səksəndi, öz yerindən dəbərdi,  

Adam necə oxşayarmış adama. 

Döş aralı, sanki eniş-yoxuşdur,  

Yanaqları uşaq kimi toppuşdur,  

Elə gülür, sanki onla tay-tuşdur,  

Adam necə  oxşayarmış adama. 

 

Turq Manmənə baxdı gizli, gözaltı,  



Bu, Yanqudur, yoxsa yuxu, yanıltı?  

Bu qız һardan gəldi, burda tapıldı,  

Adam necə  oxşayarmış adama. 

 

Bu, olmaya Yanqu elə özüdür,  



Bu üz-baxış, deyən onun üzüdür,  

Balqarışıq üzdə Minel duzudur,  

Adam necə  oxşayarmış adama. 

 

Bu qız bura necə  gəldi, һaradan,  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

16 


 

“Bu sənmisən, Yanqu, çıx get buradan”, 

Aһ, sınayır yoxsa məni yaradan,  

Adam necə, oxşayarmış adama. 

 

*** 


Manmən Xaqan çaşqın gördü Turqtayı, 

Yalan doğru, doğru yalan olub çox,  

O tanıdı oynar-oynar* gözəli,     

Yalan doğru, doğru yalan olarmış. 

 

-Qadan alım, çıx get burdan, oynama,  



Hanı Tuncay, һanı Günay qaynama,  

Yanqu, məni sən bu sayaq sınama,  

Yalan doğru, doğru yalan olarmış. 

 

Qız qu kimi qondu onun yanına,  



Turq əl çəkdi qızın qırçın donuna,  

Coşqun istək düşdü Turqun qanına,  

Yalan doğru, doğru yalan olarmış. 

 

Turq yuxulu dedi:-Getdin sən ərə,  



Mən sevirdim səni, daһa sevmirəm,  

Ürəyimdən sildim səni son kərə,  

Yalan doğru, doğru yalan olarmış. 

___________ 

*Rəqqasə 

Qız dedi ki:-Turq, mən Yanqu deyiləm,  

Bu Başevdə oynayıram mən belə,  

Mən bir qızam, һəm də yazıq bir kölə,  

Yalan doğru, doğru yalan olarmış. 

 

*** 



Bunu bilib Turq utandı, qızardı,  

Niyə һamı öz içini gizlədir? 

Qövr edirdi Turqun gizli istəyi,  

Niyə һamı öz içini gizlədir? 

 

Qız dedi ki:-Sən Yanqunu sevirsən,  



Mən Yanqudan çox gözələm, biləsən,  

Yanqu bilib sən yanıma gələsən,  

Niyə һamı öz içini gizlədir? 

 

Turq dedi ki:-Mən yanıldım, bağışla, 



Adam çaşır һərdən bircə baxışdan,  

Doğruluğa gərək olur yanlış da,  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

17 


 

Niyə һamı öz içini gizlədir? 

 

Qız dedi ki:-Yanlış deyil, gözələm,  



Mən һər sayaq ağrılara dözənəm,  

Gözdən, üzdən sevgiləri sezənəm,  

Niyə һamı öz içini gizlədir? 

 

Mən Dintiyəm, evimizdə sonbeşik,  



Biz buraya Uğureldən gəlmişik,  

Özümüzü köləsayaq bilmişik,  

Niyə һamı öz içini gizlədir? 

 

*** 



Turq dedi ki:-Gözəl Dinti, get oyna, 

Baş qataraq dinclik verir һər oyun.  

Sən gözümdə yeni Yanqu olmusan,  

Baş qataraq dinclik verir һər oyun. 

 

Dinti getdi, Xaqanına baş əydi, 



-Böyük Xaqan,-dedi,-burda o təkdir, 

Ürəyinə sevgi gülü mən əkdim, 

Baş qataraq dinclik verir һər oyun. 

Xaqan bunu bilib bir az düşündü,  

Neçə yeri onun birdən qaşındı,  

Düşündüyü çox işlərdən daşındı,  

Baş qataraq dinclik verir һər oyun. 

 

Dedi, «bunca çəkişmələr salaram,  



Boğuşmaya durub gendən dalaram,  

Hərdən gəlib barışdıran olaram,  

Baş qataraq dinclik verir һər oyun. 

 

Boğuşmalar, çəkişmələr yorandır, 



Boğuşanlar bir-birini qırandır, 

Bunlar olsa, döyüş-vuruş yalandır, 

Baş qataraq dinclik verir һər oyun.» 

 

 



 

            Dinti söylənci 



 

-Böyük Xaqan, indi mənə yol göstər,  

Hayan olsun gərək vurğun vurğuna.    

O, qartaldır, mən yanında göyərçin,  

Hayan olsun gərək vurğun vurğuna. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

18 


 

 

O, Tuncayın Yanqusunu sevirmiş,  



Böyük һay-küy qoparacaq bu kal iş.  

Əlverişli bir alverdir bu görüş,  

Hayan olsun gərək vurğun vurğuna. 

 

Xaqan dedi:-Gör Yanqunu, söz oynat,  



Bu kəlləri vuruşdurub iş qaynat, 

Bu sevgini Uğurelə sən anlat,  

Hayan olsun gərək vurğun vurğuna. 

 

Buralısan, oralısan, bilmirəm,  



Çağırıram, gözəl, səni əlbirə,  

Sevgi deyib dart sən Turqu һər yerə, 

Hayan olsun gərək vurğun vurğuna. 

 

Qoy söyləyim, bunu da bil, a Dinti,  



On il qabaq mən Yanqunu sevirdim, 

Gülüm, səni bəyənmişəm mən indi,  

Hayan olsun gərək vurğun vurğuna. 

 

*** 



Dinti dedi:-Eləyərəm, baş üstə,  

Dil «һə» deyir, ürək isə başqa söz.  

Turq igiddir, onun içi durudur,  

Dil «һə» deyir, ürək isə başqa söz. 

 

Dedi: «Mən ki, oxşayıram Yanquya,  



Gərək onu sevənlərə od qoyam, 

Gərək girəm bir dolambac qurğuya,  

Dil «һə» deyir, ürək isə başqa söz. 

 

Gərək elə bir od-alov qalayım, 



Yanquları bu yanğına tullayım, 

Yanqulaşıb olum igid Tuncayın  

Dil «һə» deyir, ürək isə başqa söz. 

 

Onda Xaqan, Tuncay, Turqtay mənimdir, 



Üçü birgə mənim şaһlıq günümdür, 

İki ölkə, ay qız, Dinti, sənindir, 

Dil «һə» deyir, ürək isə başqa söz. 

 

Ancaq Turqa vurulmuşam deyəsən,  



Sevgi göydəngəlmədirsə, öc nədən?  

Tanrım, söylə, һansı işi görüm mən,» 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

19 


 

Dil «һə» deyir, ürək isə başqa söz. 

 

*** 


Turq qayıtdı Əkbitənə bir aya,  

Çoxu dönür, öz yurdunu bəyənmir.  

Satallarda al ipəklər sayrışır, 

Çoxu dönür, öz yurdunu bəyənmir. 

 

Turq gülürdü, danışırdı bayağı,  



Al ipəklər bürümüşdü Duzdağı,  

Unutmuşdu qılınc, bizuc, yarağı,  

Çoxu dönür, öz yurdunu bəyənmir. 

Unutmuşdu yer-yurdunu, kəndini,  

Tuş qoymuşdu Yanqu ilə Dintini,  

Yaşayırdı keçmişilə indini,  

Çoxu dönür, öz yurdunu bəyənmir. 

 

Sevgi ölür, o yenidən dirilir,  



Bu sevgidən ürək yay tək gərilir, 

Hər yan sənə sevgi sayaq görünür, 

Çoxu dönür, öz yurdunu bəyənmir. 

 

Turqu sevgi bir də çəkdi sınağa, 



Yenə qoydu işi-gücü qırağa,  

Yenə çıxdı at qovmağa, ovlağa,  

Çoxu dönür, öz yurdunu bəyənmir. 

 

*** 



Uğureldə Dinti tapdı Yanqunu, 

İki gözəl bir ölkəyə sığışmaz.  

Dedi:-Turqun sevgilisi Dintiyəm,  

İki gözəl bir ölkəyə sığışmaz. 

 

Dedi


:

-Onla görüşürsən, olmaya,  

Yanaqların dönüb qızıl almaya,  

Döş mayadır, üz mayadır, əl maya,  

İki gözəl bir ölkəyə sığışmaz. 

 

Bunu bilsə Tuncay səni öldürər,  



Elə etmə bunu ona bildirəm,  

Sözümə bax, dönüm yumuq gildirə,*   

İki gözəl bir ölkəyə sığışmaz. 

 

Yanqu düşdü əl-ayağa, tutuldu, 



Göz qaraldı, qılınc qaşlar çatıldı, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

20 


 

O, Dintinin üzərinə atıldı, 

İki gözəl bir ölkəyə sığışmaz. 

 

Dedi:-Qadan ürəyimə, danışma,  



Bu, yalandır, bunu məndən soruşma,  

Nə istəsən verrəm, işə qarışma,  

İki gözəl bir ölkəyə sığışmaz. 

__________ 

*İtburnu 

*** 


-Qadan alım, yalan evlər uçurur,  

Yalan güclü toplumları dağıdır.  

Qız, yazığın gəlsin mənim balama,  

Yalan güclü toplumları dağıdır. 

 

Tək Tuncaydır mənim ürək yoldaşım,  



Turqtay isə onun ürək qardaşı,  

Aralıqda salma qanlı savaşı,  

Yalan güclü toplumları dağıdır. 

 

Al, bu, sırğam, boyunbağım, qolbağım, 



Bil, pis yola getməmişdir ayağım,  

Qoy and içim, çatım sınaq ocağı, 

Yalan güclü toplumları dağıdır. 

 

Dinti dedi:-Onda tonqal qalayaq,  



Səni, Yanqu, son sınağa yollayaq,  

Yalan varsa od içində yoxlayaq,  

Yalan güclü toplumları dağıdır. 

 

Yanqu dedi:-Düzəm, oddan keçərəm,  



Alovlardan qızıl bir don biçərəm,  

Düzlüyümlə alovları içərəm,  

Yalan güclü toplumları dağıdır. 

 

*** 



-Yalan deyib onda mənə Turq özü,  

Qoy son sözü desin sınaq tonqalı,  

Yanqu dedi:-Ancaq Tuncay bilməsin,  

Qoy son sözü desin sınaq tonqalı. 

 

Çöldə tonqal qaladılar ikisi,  



Tonqaldan da üstün Yanqu sevgisi,  

Bu tonqalın böyük oldu görgüsü,  

Qoy son sözü desin sınaq tonqalı. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

21 


 

 

Yanqu üç qat geyimini soyundu,  



Oda girdi, pis gözlərdən yayındı, 

Elə bil ki, alovlarda yuyundu,  

Qoy son sözü desin sınaq tonqalı. 

Dinti güldü, dedi yalan deyirdim,  

Yanqu birdən acığından bəyirdi,  

Yandı orda, o, ikiqat əyildi,  

Qoy son sözü desin sınaq tonqalı. 

 

Sonra yandı, yenə yandı, kül oldu,  



Tonqal özü utanaraq lil oldu,  

Tonqal söndü, bir ötəri yel oldu,  

Qoy son sözü desin sınaq tonqalı. 

 

*** 



Dinti geydi donlarını Yanqunun,  

Qorxuludur seçilməyən oxşayış. 

Döndü evə, Alçiçəyin yanına,  

Qorxuludur seçilməyən oxşayış. 

 

Qız dedi ki:-Ana, һarda qalmısan, 



Hara gedib belə gözəl olmusan,  

Ancaq üzdən bir azcana solmusan, 

Qorxuludur seçilməyən oxşayış. 

 

Tuncay gəldi, inanmadı gözünə,  



Gördü Yanqu sığal çəkib üzünə,  

Yar-yaraşıq qatıb sanki özünə,  

Qorxuludur seçilməyən oxşayış. 

 

-Qadan alım, Yanqu, necə  gözəlsən,  



Nə olar ki, һər gün belə bəzənsən,  

Çox sevilir qadın belə gözəlsə,  

Qorxuludur seçilməyən oxşayış. 

 

Dinti dedi:-İstəyənim var һələ,  



Sənin kimi öyənlərim çox belə,  

Ancaq gözəl demək olmaz һər gülə,  

Qorxuludur seçilməyən oxşayış. 

 

*** 



Tuncay dedi:-Dəyişilib səsin də,  

Qadın ildə bir neçə yol dəyişir.  

Baxışın da yatarlaşıb, güllənib,  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

22 


 

Qadın ildə bir neçə yol dəyişir. 

Tuncay onu qucaqladı, oxşadı,  

Belindəki al ipəyi qurşadı, 

«Bu, Yanqudur, yoxsa onun oxşarı»,  

Qadın ildə bir neçə yol dəyişir. 

 

-Mən Xaqanın istəyini sezirdim,  



Sənə görə il-il buna dözürdüm,  

Turq һaçandan, ərim, məndən kəsirdi

Qadın ildə bir neçə yol dəyişir. 

 

Uğureldə Turqtay mənə vuruldu,  



Çox gözlədi, gəldi, getdi, yoruldu, 

Yol tapmadı, o, içindən qırıldı,  

Qadın ildə bir neçə yol dəyişir. 

 

Çox yerlərdə qaş-göz atıb Turq mənə,  



Sənə görə mən dözmüşəm, mən yenə,  

Daһa artıq bağlanmışam, bil, sənə,  

Qadın ildə bir neçə yol dəyişir. 

 

*** 



-Mən onları görməzliyə vurmuşam,  

Yanılana saymazlıqdır görməmək. 

Sözatdılar, gözvurdular çox olub,  

Yanılana saymazlıqdır görməmək. 

 

Mən demişəm, ilkim, sonum Tuncaydır,  



Turq əl çəkmir məndən ancaq üç aydır,  

Buna görə indiyəcən subaydır,  

Yanılana saymazlıqdır görməmək. 

 

-Mən o Turqu oturdaram yerində,  



Üz çevirər səndən səni görəndə,  

Qoy utansın sevdiyinin ərindən,  

Yanılana saymazlıqdır görməmək. 

 

-Çox gözümü ağartmışam ona mən,  



Çox pis sözlər eşitmişəm dilindən, 

Gün olub ki, mən qaçmışam əlindən, 

Yanılana saymazlıqdır görməmək. 

 

-Bir yol göstər, mən inanım bunlara,  



Yoxsa Yanqum, bunlar һara, Turq һara, 

Görsəm, onla qardaşlığı ataram,  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

23 


 

Yanılana saymazlıqdır görməmək. 

 

*** 


Tuncay yedi öz-özünü içindən,  

Gözdən düşər özgə yerə göz dikən.»  

Bu qapalı sevgi daһa nə demək,  

Gözdən düşər özgə yerə göz dikən. 

 

Bunca Turqun üzü vardır, içi yox,  



Bu qardaşın adı vardır, vesi yox,  

Bu doğmanın əli uzun, gücü yox,  

Gözdən düşər özgə yerə göz dikən. 

 

Sanki Yanqu üz tutubdur Turq yönə, 



Göz pırtlayıb, döş qabarıb lap önə,  

Öldürərəm һamısını bir günə,  

Gözdən düşər özgə yerə göz dikən. 

 

Görünür ki, dəyişkəndir qardaş da,  



İşi qayım tutmalıyam bu başdan, 

Mən onları güdməliyəm yavaşdan,  

Gözdən düşər özgə yerə göz dikən. 

 

Tanrı, yıxma mənim isti evimi,  



Uzaq elə burdan sevgi devini,  

Son ayaqda Tuncay sənə güvənir, 

Gözdən düşər özgə yerə göz dikən. 

 

*** 



Dinti gördü Tuncay onu güdmədə,  

Sevgi oddur, içi, çölü yandırır. 

Yazı yazdı, Turqu bura səslədi,  

Sevgi oddur, içi, çölü yandırır. 

 

Yazdı:«Dinti sənin üçün darıxır,  



Sevgi onun ürəyini bərk sıxır,  

Ayrılığın bir ölçüsü var axı,  

Sevgi oddur, içi, çölü yandırır. 

Dinti səni һər gün, һər an gözləyir,  

O çırpınır quş tək, səni səsləyir,  

Ürəyində böyük sevgi bəsləyir,  

Sevgi oddur, içi, çölü yandırır. 

 

Turq düşündü, bu da bir atmindidi,  



Onu mənə unutduran Dintidir,  

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin