Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə50/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   46   47   48   49   50   51   52   53   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

632 


 

 

İki Xaqan bir-birini söyürdü



Bir-birini yumruqlayıb döyürdü, 

Hərdən onlar özlərini öyürdü, 

Turqa hərdən yumruq, təpik dəyirdi, 

Samballı söz acı öcü azaldır. 

 

Bir də baxıb gördülər ki, toplumlar, 



Alver edib çox- çox yaxın olublar, 

Aralığa yoxsul süfrə salıblar, 

Bir- birinin qayğısına qalıblar, 

Samballı söz acı öcü azaldır. 

                     *** 

Hindel Çinel Xaqanları baxdılar, 

Sözün gücü qılıncdan da itidir. 

Baxıb baxıb bir- birinə, güldülər, 

Sözün gücü qılıncdan da itidir. 

 

Dedilər ki, bu acları öyərək, 



Bir-birinə qırdıraydıq biz gərək, 

Onlar  göyü yumruqlayıb təkbətək, 

Üstümüzə Qaplan kimi gələcək, 

Sözün gücü qılıncdan da itidir. 

 

Turq düşündü, «qan düşməsə, qan ancaq, 



Ölkə bir gün əllərindən çıxacaq, 

Odur, onlar yenə toplum yığacaq, 

Yerə - göyə od vuracaq, yaxacaq, 

Bir-birini boğazlayıb boğacaq, 

Su yerinə yenə də qan axacaq», 

Sözün gücü qılıncdan da itidir. 

 

Turq üz tutdu yenə böyük tanrıya, 



Dedi, tanrım, gir özün də araya, 

Birgə eli qan- qadadan qoruyaq, 

Sözün gücü qılıncdan da itidir. 

 

Dedi, Alpis el obanı saraltdı, 



Qıtlıq ilə günlərini qaraltdı. 

Tanrım, bizi niyə belə yaratdın, 

Sözün gücü qılıncdan da itidir. 

 

Var olanlar səndən inam, güc alır, 



Bu güc ilə bir- birindən öc alır, 

Yaşamaqçün gücü verib borc alır, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

633 


 

Sözün gücü qılıncdan da itidir. 

 

Bu andaca çopur Xaqan astadan, 



Qılınc ilə Turq atanı arxadan, 

Vurur, onu götürməkçün aradan, 

Sözün gücü qılıncdan da itidir. 

 

Qartal görür, çırpır ona özünü, 



Caynağıyla tökür iki gözünü. 

Cırmaq-cırmaq yarır onun üzünü, 

Sözün gücü qılıncdan da itidir. 

 

Yaraqlılar bunu görüb sarsılır, 



Iki toplum bir- birinə qısılır, 

Turq önündə ikisi də basılır, 

Hamı sanki bir tanrədan asılı, 

Sözün gücü qılıncdan da itidir. 

 

Yara qalır Turqun enməz başında, 



Yara onu yeyir qoca yaşında, 

Yaralanır qıçı qızıl quşun da, 

Sözün gücü qılıncdan da itidir. 

     

          

        Qayıdış söylənci 

 

Hindel Çinel yaxınlaşır bir az da, 

Bir- birindən uzaq olmaz yaxınlar, 

Bir- birindən qaçar olmaz yaxınlar. 

Düyü, buğda satalları parlayır, 

Bir- birindən uzaq olmaz yaxınlar, 

Bir- birindən qaçar olmaz yaxınlar. 

 

Niyə göyə millənirsən Qızıl quş, 



En aşağı, adamlara sən yovuş, 

Dibdən belə qoyulubdur qoyuluş, 

Göylərdədir, Qızıl quşum, qurtuluş, 

Bir-birindən uzaq olmaz yaxınlar, 

Bir-birindən qaçar olmaz yaxınlar. 

 

Ana qurdun qoşa gözü batıqdır, 



Yaxınları inciksayaq, soyuqdur, 

Boz tükləri sanki yoluq-yoluqdur, 

Lomba- lomba tüklər qopuq-qopuqdur, 

Sanki onun ürəyi də sınıqdır, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

634 


 

O anadır, oğul yandan yanıqdır, 

Cod qaşları düyünlənib çapıqdır, 

Bir- birindən uzaq olmaz yaxınlar, 

Bir- birindən qaçar olmaz yaxınlar. 

 

Turq söyləyir, - çox danışma, ana Qurd, 



Dağlar görmüş ürəyini sən ovut, 

Gözlər bizi ana torpaq, ana yurd, 

Uzaq-uzaq yol yortmağı ta unut, 

Bir-birindən uzaq olmaz yaxınlar. 

Bir-birindən qaçar olmaz yaxınlar. 

 

Mən bilirəm, sən sayırsan günləri, 



Qayıdanda görəcəksən hər yeri, 

Görəcəksən şah oğulun Qurdəri, 

Min diyardan çox-çox uzaq, çox bəri, 

Mahnı deyən bulaqları lap sərin, 

Mahnılarda sözü, sazı çox dərin, 

Bir ölkə var, vuruşqandır elləri, 

Qana qancıl, barışqandır elləri, 

Bir-birindən uzaq olmaz yaxınlar. 

Bir-birindən qaçar olmaz yaxınlar. 

 

Qızıl quşum, şığı göyə ayıq ol, 



Sən bizdən də göydə ayıq-sayıq ol, 

Dolambacdır yollar, bizə qoruq ol, 

Sən Alpisə qarşı göydə duyuq ol, 

Əkbitənə çatsan bizə yovuq ol, 

Bir-birindən uzaq olmaz yaxınlar. 

Bir-birindən qaçar olmaz yaxınlar. 

 

Şimşək atım, çap, yelləndir yalını, 



Sayma seli, qar, yağışı, dolunu, 

Mindiyara sarı götür yolunu, 

Mən qoruyuram sənin sağla solunu, 

Bax gör harda qan-qan üstə calanıb, 

Harda ölü ölü üstə qalanıb, 

Sal oradan Şimşəkatım yolunu, 

Bir-birindən uzaq olmaz yaxınlar. 

Bir-birindən qaçar olmaz yaxınlar. 

 

       Qurdər söylənci 

 

Tunqər Alpan qonaq qaldı Qurdərə, 

Gəncdən qulluq, qocadansa tapşırıq. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

635 


 

Dedi:- Qurdər, bil ki, şah yox yerincsən, 

Gəncdən qulluq, qocadansa tapşırıq. 

 

Darvideldən bura çox çox iridir, 



Bura Hindel parslarının yeridir, 

Daryaş yersiz banlayandan biridir, 

Bilməyirəm o ölüdür, diridir, 

Harda olsa üzü bizə bəridir, 

Gəncdən qulluq, qocadansa tapşırıq. 

Öncə ev-ev gəz, bu ellə tanış ol, 

Küsüşənlər arasında barış ol, 

Toydan qalma, toyda soldış, sağdış ol, 

Hərdən işlə, tarlalarda yarış ol, 

Gəncdən qulluq, qocadansa tapşırıq. 

 

Tunqər Alpan gəzdi eldə, sayıldı, 



Adı, andı, sözü ev- ev yayıldı, 

Dinclik tapdı hamı, sanki ayıldı, 

Gələcəyə yeni dibdaş qoyuldu, 

Gəncdən qulluq, qocadansa tapşırıq. 

 

Tunqər Alpan çox qancılı danladı, 



Qurdər baxdı, çox işləri anladı, 

O da hər gün yoxsulları yanladı, 

Gəncdən qulluq, qocadansa tapşırıq. 

 

Beş il keçdi, unuduldu didişmə, 



Yersiz danlaq, acıq, deyib deyişmə, 

Artdı könül istəyilə, sevişmə, 

Deyingənlər arasında deyişmə, 

Gəncdən qulluq, qocadansa tapşırıq. 

 

Artdı Qurdər bacarıqda, dözümdə, 



Öyüd, sayğı artdı onun sözündə

El basılmaz diyar oldu gözündə, 

Buğda, arpa dalğalandı düzündə, 

Gəncdən qulluq, qocadansa tapşırıq. 

 

Ana dedi:- Oğlum, Qurdər, gülər ol, 



Ana gərək ad-sanını qorusun. 

Mənim kimi qaraqabaq olma sən, 

Ana gərək ad-sanını qorusun. 

 

İndi mənim ana başım ucadır. 



Ancaq anan düşüb daha qocadır, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

636 


 

Nə olsa da ana elə anadır, 

Ana gərək ad-sanını qorusun. 

Gəldin, sonda gördüm uca boyunu, 

İndi görmək istəyirəm toyunu, 

Mən də görüm itib- batan soyumu, 

Ana gərək ad-sanını qorusun. 

 

Qurdər dedi:- Ana, toydan yapışma, 



Mən şahamsa, şah işinə qarışma, 

Məni yoldan çıxarmağa çalışma, 

Kəsilibdir Turqla mənim yazışmam, 

Daha məndən toyu-moyu soruşma, 

Ana gərək ad-sanını qorusun. 

 

Əlbir olaq, ölkə darda qalmasın, 



Parsdiyarda aclıq, qıtlıq olmasın, 

Acıqanlar burda yuva salmasın, 

Ana gərək ad-sanını qorusun. 

 

Çox yerinclər burdan gəlib keçibdir, 



İndi yerli özü məni seçibdir, 

El bu işi çoxdan ölçüb biçibdir, 

Ana gərək ad-sanını qorusun. 

 

Ana- bala danışırdı hər gecə, 



Bilmirdilər bir qız gəlib gizlicə, 

Qulaq asır sözlərinə sevincək, 

Oynayırdı qız qanında vic-vicə, 

Ana gərək ad-sanını qorusun. 

 

Seta idi, adı, işi təpərli, 



O baş evdə qulluqçuydu, dəyərli, 

Düşüncədə, sözdə, dildə kəsərli, 

Ana gərək ad-sanını qorusun. 

 

Yekta idi, Dota, Seta, üç bacı, 



Üç bacının yeri bir dar alaçıq, 

Üç bacıydı, deyib gülən yalançı, 

Ana gərək ad-sanını qorusun. 

                   *** 

Gözəl Yekta, o, Qurdəri sevirdi, 

Sevgi də var doğur, ölür gizlidə. 

Utancaqdı, o da gizli sevirdi, 

Sevgi də var doğur, ölür gizlidə. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

637 


 

Tez-tez ondan yuxu görüb solurdu, 

Bu sevginin heç olduğun bilirdi, 

Gizli sevib Qurdər üçün ölürdü, 

Yuxusunu özü yozub gülürdü, 

Sevgi də var doğur, ölür gizlidə. 

 

Danışırdı yuxusunu Dotaya, 



Söyləyirdi sevgisini Setaya, 

Gizlincələr qoyulurdu ortaya, 

Sevgi də var doğur, ölür gizlidə. 

 

-Mən yuxuda görmüşəm ki, uçuram, 



Başev üstən keçib qanad açıram, 

Mən Daryaşdan tin- tin, ev- ev qaçıram, 

Mən Qurdəri orda- burda qucuram, 

Sevgi də var doğur, ölür gizlidə. 

 

Qurdər deyir:- Bu qaçhaqaç nə demək? 



Seviriksə onda gedək evlənək, 

Biz baş evdə bir yaşayaq, bir ölək, 

Daryaş görsün, bir də ölsün o gərək, 

Sevgi də var doğur, ölür gizlidə. 

 

Daryaş gəlir, deyir bunu qoymaram, 



Mən sevgini, evlənməyi saymaram, 

Öldürərəm, qan içərəm, doymaram, 

Sevgi də var doğur, ölür gizlidə. 

 

Qurdər onu qamarlayır bir anda, 



Alıb onu yıxıb yerə çalanda, 

«Alpis» deyib o fısqırır yalandan, 

Sevgi də var doğur, ölür gizlidə. 

Qurdər deyir:- Çatmaz ona bu sözün, 

Yoxdur Şimşəkquyruq atı Alpisin, 

Daryaş deyir:- Alpis ollam mən özüm, 

Sevgi də var doğur, ölür gizlidə. 

 

Daryaş deyir, qarlı, çovğun, gəl bura, 



Mən haraya getsəm, sən də get ora, 

Mən Üstyerdən gərək sizi qoparam, 

Sevgi də var doğur, ölür gizlidə. 

 

Qarlı çovğun ancaq bura gəlməyir, 



Daryaş susur, yerə dəyir ölməyir, 

Qurdər deyir, o yerini bilməyir



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

638 


 

Sevgi də var doğur, ölür gizlidə. 

 

Qılınc qalxır, birdən enir aşağı, 



Yerə dəyir şahın iti yarağı, 

Qıvrılaraq Daryaş ilbiz sayağı, 

Üzü qoylu qucaqlayır torpağı, 

Deyir, dəysin qoy Altyerə ayağım, 

Olum pislik tanrıların qonağı, 

Çatar sənə Şimşəkağız yarağım, 

Sevgi də var doğur, ölür gizlidə. 

 

Qurdər deyir, yekta, gedək Altyerə, 



Mən olmuşam orda Turqla bir kərə, 

Baxaq orda çovğunlara, sellərə, 

Qızçiçəyin son evini biz görək, 

Sevgi də var doğur, ölür gizlidə. 

                     *** 

Qurdər alır məni birdən tərkinə, 

At çapmağın sevinci var, sayı yox. 

Məni öpür, öpür, ancaq doymayır, 

At çapmağın sevinci var, sayı yox. 

 

Gülçiçəyə dönür hər yer gözümdə, 



Ayrılıram elə bilki, özümdən, 

Qız olsam da güc duyuram dizimdə, 

At çapmağın sevinci var, sayı yox. 

Biz Altyerə çatar- çatmaz o deyir, 

Ağac başmaq geyməliyik birbəbir, 

Yoxsa şimşək çaxışından ölərik, 

Bura gələn sağ qayıdır mində bir, 

At çapmağın sevinci var, sayı yox. 

 

Elə bu an bir səs gəlir, - »Ay igid, 



Yekta ilə elə burdan qayıt get, 

Mineləcən dayanmadan at səyırt, 

At çapmağın sevinci var, sayı yox. 

 

Qurdər deyir, Qızçiçəkdir danışan, 



O sevirdi, sevgisində alışqan, 

Əri Bacar, Bacardan da vuruşqan, 

Altı min il tutuq oldu qorxmadan, 

O sevgidə həm tanrıdır, həm insan, 

At çapmağın sevinci var, sayı yox. 

 

Dönək çapaq yenə gedək geriyə, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

639 


 

Yoxsa Altyer üstümüzə yeriyər, 

Yoxsa Alpis bizi yerdən kürüyər, 

At çapmağın sevinci var, sayı yox. 

 

Bir gədikdə bizi görüb bir qarı, 



Durub kəsdi üzümüzə yolları, 

Dedi, bu yol pis yollara aparır, 

Mən qarını bir dindirin siz barı, 

Tanıyıram mən yolları, yalları, 

At çapmağın sevinci var, sayı yox. 

 

Qurdər dedi, sizə qonaq olaq biz, 



Axşam düşür, sizin evdə qalaq biz, 

Sən yaşlısan səndən öyüd alaq biz, 

At çapmağın sevinci var, sayı yox. 

 

Qarı yemək- içmək verdi, yer yataq, 



Dedi, məndən yer istəyir çox qonaq, 

Yox, bu yerə gəlməz azğın, yapalaq, 

At çapmağın sevinci var, sayı yox. 

Mən qarıyla gecə qaldım, bir yerdə, 

Əlləyirdi məni bic-bic o hərdən, 

Dönüb mənə belə dedi o birdən, 

At çapmağın sevinci var, sayı yox. 

 

                   *** 



-Göz dəyməsin, qıza, necə gözəlsən, 

Öz yerində olmalıdır gözəllər. 

Nə görmüsən bu fınxıran qabanda, 

Öz yerində olmalıdır gözəllər. 

 

Yekta, qorxmaz qız olginən, gəl mənə, 



Şah edərəm səni Altyer ölkəyə, 

Vurulmuşam mən bu üzə, görkəmə, 

Kimsə barmaq uzadanmaz kölgənə, 

Neçə min il ər olaram mən sənə, 

Öz yerində olmalıdır gözəllər. 

 

Mən bərk qorxdum, üzüm - gözüm dəyişdi, 



İçimdə ki, «hə», «yox» dindi, deyişdi, 

Qarı nənə, mənə bərk bərk girişdi, 

Dedim, tanrı, bunlar nədir, nə işdi, 

Öz yerində olmalıdır gözəllər. 

 

Mən bərk qorxdum, heç bilmədim nə dedim, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

640 


 

Yoxsa ona «yox» söylədim, «hə» dedim, 

Qoy Qurdərə bunu deyim, -mən dedim, 

Öz yerində olmalıdır gözəllər. 

 

Qarı getdi su gətirsin bir bardaq



Getdim, dedim, Qurdər, oyan, ay qoçaq, 

Mənə belə, elə deyir bu alçaq, 

Dur ayağa, geyin burdan biz qaçaq, 

Öz yerində olmalıdır gözəllər. 

 

Qurdər dedi. o Alpisdir, yığış tez, 



Qarı dönüb gələnəcən qaçaq biz, 

Bu yol gedir Əkbitənə dübbədüz, 

Öz yerində olmalıdır gözəllər. 

Yolumuzu yolda kəsdi bir ayı, 

Ayı deyil, o qurd kimi ulayır, 

Qurdu quşu bir-birinə dolayıb, 

Qan axıdır, isti qanı yalayır, 

Öz yerində olmalıdır gözəllər. 

 

Caynağını atdı mənə, yıxıldım, 



Qurdər vurdu,ayı yer-yer dağıldı, 

Mənsə birdən yavaş-yavaş ayıldım, 

Yuxudaydım, durdum, bir də doğuldum, 

Öz yerində olmalıdır gözəllər. 

                   

               *** 

Dota dedi:- Dayan bacı, amandır, 

Yuxu bir az düzdür, bir az qorxudur. 

Yuxu gördüm dünən, sizdən gizlətdim, 

Yuxu bir az düzdür, bir az qorxudur. 

 

Çox oynatma, Yekta sən üz-gözünü, 



Çalxalama sən ağzında sözünü, 

Qoy danışım düz yuxumun özünü, 

Yuxu bir az düzdür, bir az qorxudur. 

 

Yuxu gördüm, bacı, daryaş dirilib, 



Mənə baxır iki gözü bərəlib, 

Saç- saqqalı, qaş kipriyi seyrəlib, 

Mənə deyir «Dota» tez- tez kövrəlir, 

Yuxu bir az düzdür, bir az qorxudur. 

 

Deyir, Dota sənsiz bura gəlməzdim, 



Mən bilsəydim Dota vardır, ölməzdim, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

641 


 

Belə qızın olduğunu bilməzdim, 

Yuxu bir az düzdür, bir az qorxudur. 

 

Gəl evlənək, sən Daryaşa yardım ol, 



Vuruşlarda başrağım ol, andım ol, 

Üstyer, Altyer arasında addım ol, 

Yuxu bir az düzdür, bir az qorxudur. 

 

Qurdər gəlir, deyir, yenə bu gəlib, 



Sənin burda olduğunu nə bilib

Sənə baxır sırtıq-sırtıq o gülür, 

O daryaşdır, beş il qabaq o ölüb, 

Yuxu bir az düzdür, bir az qorxudur. 

 

O Qurdəri görür, gözdən yayınır, 



Gedib lap-lap uzaqlarda dayanır, 

Qurdər deyir, ay qız kimdir say- soyun, 

Nədir bu tək gizdilin- pac, bu oyun, 

Tanrı biçib verib sənə bu boyu, 

Yuxu bir az düzdür, bir az qorxudur. 

 

Mən deyirəm, ey şah məni saymırsan, 



Üç bacıyıq, bizi görüb duymursan, 

Gözəlliyə baxıb dəyər qoymursan, 

Sevgidən yox, sən anadan doymursan, 

Yuxu bir az düzdür, bir az qorxudur. 

                        *** 

-Mən bilmirəm kim doyubdur sevgidən, 

Dolanışı böyük sevgi yaradıb. 

Kimi söyür, kimi öyür sevgini, 

Dolanışı böyük sevgi yaradıb. 

 

Qurdər deyir, - mənim iki anam var, 



Oğul doğur, tanrılaşır analar, 

Ana ilə ucalmışdır Mindiyar, 

Dolanışı böyük sevgi yaradıb. 

 

Soruşuram, Qurdər, hara gedirsən, 



Deyir, gizli çıxıb bu gün ova mən, 

Qurd atamı axtarmağa gedirəm, 

Dolanışı böyük sevgi yaradıb. 

 

Deyir, gözəl, öz yeri var hərənin, 



Öz yeri var sevilənin, sevənin, 

Gözəlliyi görməyənin, görənin, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

642 


 

Dolanışı böyük sevgi yaradıb. 

Deyirəm ki, şah, məni də apar sən, 

Gedim ova, Qurd ananı görüm mən, 

Tanış olub yararlanım sevgidən, 

Dolanışı böyük sevgi yaradıb. 

 

At gətirir, məni ata mindirir, 



Gülə- gülə hərdən-birdən dindirir, 

Sərt üzünü dağa-çölə döndərir, 

Dolanışı böyük sevgi yaradıb. 

 

Hara çatır ana Qurdu çağırır, 



Çıxır dağa »ana« deyib bağırır, 

Səsi, sözü çöldə qorxu doğurur

Səsdən quşlar diksinərək karıxır, 

Dolanışı böyük sevgi yaradıb. 

 

Qurd dilində ular-ular danışır, 



Qurdlar gəlir dörd yanında dolaşır, 

Çapır gedir o qurdlara qarışır, 

Düşüb hərdən onlar ilə qarpışır, 

Dolanışı böyük sevgi yaradıb. 

                     *** 

Bir qurd deyir, gəlir sənin qurd anan, 

Yarananlar dibdən ata, anadır. 

Turqla birgə, qızıl quşla gəlir o, 

Yarananlar dibdən ata, anadır. 

 

Göydə qızıl quş görünür bu anda, 



Turq görünür, Qurd görünür bu yanda, 

Qurdərin də öz anası o yandan, 

Yarananlar dibdən ata, anadır. 

 

Sevincindən Qurdər çöküb yayıldı, 



Elə bu an mən yuxudan ayıldım, 

Bu səs sorağ  hər bir yana yayıldı, 

Yarananlar dibdən ata, anadır. 

 

Seta dedi:- Bacı, yuxu bir yana, 



Görünür ki, gələcəkdir Qurd ana, 

Tanrı verib şahımıza cüt ana, 

Ikisi də doğma ana, süd ana, 

Torpaq ana, ölkə ana, yurd ana, 

Yarananlar dibdən ata, anadır. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

643 


 

Yığım gərək yuxuları bir yerə, 

Gedim bir gün mən danışım Qurdərə, 

Görən mənə muştuluğa nə verər, 

Yarananlar dibdən ata, anadır. 

 

Yekta dedi:- De, mən onu sevirəm, 



Dota dedi:- De, mən onu sevirəm, 

Seta dedi:- De, mən onu sevirəm, 

Yarananlar dibdən ata, anadır. 

 

Çox gözlədi, güddü Seta Qurdəri, 



Qurdər isə kənd- kənd gəzib hər yeri, 

Alaçıqda, kənddə tez-tez hərlənir, 

Gəzə - gəzə o olmuşdu köçəri, 

Yarananlar dibdən ata, anadır. 

 

Şah keçsə də kənd də gecə yarıdan, 



Atdan düşdü bir sallama qapıda, 

Sorağ aldı üç yuxulu bacıdan, 

-Kənddə bolluq varmı, sudan qurudan, 

Qıtlıq çəkmir onlar çörək sarıdan. 

                  *** 

Üç bacının ağzı qaldı açıla, 

Yuxular var olduğu tək çin olur. 

Qonaq gəlib bacılara şah özü, 

Yuxular var olduğu tək çin olur. 

 

Seta ona yuxulardan danışdı, 



Qurdər şahın düşüncəsi qarışdı, 

O, sevgi yox, ana qurddan yapışdı, 

Yuxular var olduğu tək çin olur. 

Dedi:- Seta, gedək tapaq ananı, 

Gəzək yer-yer çölü, dağı, aranı, 

Çindən gələn yolun o yan bu yanın, 

Yuxular var olduğu tək çin olur. 

 

Qız yuxusu düzdür, sudan arıdır, 



O qızların özü kimi durudur, 

Ancaq yuxu ayrı, ana ayrıdır, 

Süd anası kim olsa da tanrıdır, 

Gedək mənlə, üzüm ona sarıdır, 

Yuxular var olduğu tək çin olur. 

 

İzin istədi Qurdər iki bacıdan, 



Danışığı, sözü qoydu yarıda, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

644 


 

Oradaca o qayıtdı qapıdan, 

Yuxular var olduğu tək çin olur. 

 

Seta, Qurdər çapıb gözdən itdilər, 



Ana qurdun qabağına getdilər, 

Neçə ölkə, neçə diyar ötdülər, 

Sonda gəlib bir saraya yetdilər, 

Yuxular var olduğu tək çin olur. 

 

Seta dedi:- Mən pis yuxu görmüşəm, 



Qorxuludur, şah bu saray bu meşə

Yaxşı olar bir otlağa biz düşək, 

Buralıya yaxınlaşaq, görüşək, 

Acıqanla biz gəlməyək döş-döşə, 

Yuxular var olduğu tək çin olur. 

                      

                     *** 

Qurdər dedi:- Seta, doğru deyirsən, 

Qorxuludur yoxlanmamış nəki var. 

Biz bu gecə bu otlaqda yatarıq, 

Qorxuludur yoxlanmamış nəki var. 

 

 



Dedi:- »Bu qız deyən yaşda yetgindir, 

Düşüncəsi, sözü, özü bitgindir, 

Utancaqdır, baxışları gərgindir, 

Bu üç bacı qaçqın, köçgün, itgindir, 

Qorxuludur yoxlanmamış nəki var. 

 

-İç oxşayır danışığı, duruşu, 



Dildən deyil, başdan gəlir çox işi, 

Gərək ondan beş- altı söz soruşum, 

Mən deyənlə görüm bu qız barışır? 

Qorxuludur yoxlanmamış nəki var. 

 

Dedi:- Seta, nədən belə göyçəksən, 



Dərilməmiş şeh qoxulu çiçəksən, 

Mənim şahlıq sarayıma dirəksən, 

Qorxuludur yoxlanmamış nəki var. 

 

Sevgi nədir, bunca məni başa sal, 



Bu od nədir, bu örtülü qalmaqal, 

Niyə sevir bu üç bacə dalbadal, 

Söylə nədir, Seta, məni başa sal, 

Qorxuludur yoxlanmamış nəki var. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin