Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə47/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   43   44   45   46   47   48   49   50   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

594 


 

 

Dəmirqızın üzü göm-göy göyərdi, 



Qılıncını öz qınından siyirdi, 

Vurdu üç yol, üç yol Daryaş bəyirdi, 

Yer dəyişmə yaranışda yasadır. 

Daryaş aşdı, at yalından tutdu o, 

Toplumunu qabağına qatdı o, 

Iki günə Parsdiyara çatdı o, 

Yer dəyişmə yaranışda yasadır. 

 

Dedi:- Qalsın bu iş, Alpis sağ olsun, 



Gəlsin yenə üzümüzə ağ olsun, 

Ortalıqda ara təki sıx olsun, 

Mindiyarda aclıq, qıtlıq çox olsun, 

Yer dəyişmə yaranışda yasadır. 

 

                  *** 



Bolluq oldu toy-düyünlər çox oldu, 

Bil ki, böyük Mindiyara Turq gəlib. 

Şimşək çaxsa, yağış yağsa, ot olsa, 

Göydə bulud gülsə, neçə qat olsa, 

İnəklərdə bala olsa, süd olsa, 

Bil ki, böyük Mindiyara Turq gəlib. 

 

Gördün sənə doğru gəlir bir işıq, 



İşıq ilə Şimşəkat da qarışıq, 

Gördün yerlər, göylər tapıb yaraşıq, 

Bil ki, böyük Mindiyara Turq gəlib. 

 

Axşam üstü ay baxarsa üzünə, 



Gözlərini qırpma, zillə gözünə, 

Gördün taxıl qalxıb atın dizinə. 

Sürü, naxır yatıb Qobu düzünə, 

Bil ki, böyük Mindiyara Turq gəlib. 

 

Onda, qardaş, at bir yana yarağı, 



Götür beli, ot biçəni, orağı, 

Ol neçə gün tarlaların qonağı, 

Biç buğdanı, şumla yenə torpağı, 

Bil ki, böyük Mindiyara Turq gəlib. 

 

 

 



Deyinməyi, bəzənməyi, unut sən, 

At ağzına gedə gedə qovurt sən, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

595 


 

Dəyirmantək çiy buğdanı üyürt sən, 

Tərini sil, çöl içini soyud sən, 

Axşam evə yorğun, əzgin qayıt sən, 

Bil ki, böyük Mindiyara Turq gəlib. 

 

Turq gəlmişdi Mindiyara bu gecə, 



Tunqər ilə görüşmüşdü gizlicə, 

Aralıqda neçə düyün, düyünçə, 

Bil ki, böyük Mindiyara Turq gəlib. 

                  *** 

Turq söylədi:- Daryaş Alpis qovuşdu, 

Öldürməkdən utandırmaq yaxşıdır. 

Biz onları qandırsaq ölərlər, 

Öldürməkdən utandırmaq yaxşıdır. 

 

Yoxsa birməz döyüş, vuruş, qonaqlıq, 



Döyüşəcək min il öclə qorxaqlıq, 

Hamı dönüb olub daha yaraqlı, 

Öldürməkdən utandırmaq yaxşıdır. 

 

          Altyer söylənci 

 

Alpis yenə küsüb dönür Altyerə, 



Özözüzdən küsmə çaşqın qalarsan. 

Yolda sonev görür, nədən çaşır o, 

Özözündən küsmə çaşqın qalarsan. 

 

Sonev üstə gül-çiçəklər bitibdi, 



Üstyer, Altyer arasında itibdi, 

Üzərini duman, çisgin örtübdü, 

Özözündən küsmə çaşqın qalarsan. 

 

Qız Çiçəyin soneviydi, o, küskün, 



Ağ çiçəklər boynu bükük, ağ, ölgün, 

Küskün idi iki yerə ərköyün, 

Özözündən küsmə çaşqın qalarsan. 

Alpis gördü, yaxın gəldi doğmatək, 

Dedi:- Məni bəyənmədin, Qızçiçək, 

Sən tanrıydın, bu sonluğun nə demək, 

Üstyerliyə getməyəydin sən gərək, 

Özözündən küsmə çaşqın qalarsan. 

 

Səndən sonra mənim belim bükükdür, 



Tanrılarım cücərməyən kötükdür, 

Ağızları küylə dolu köpükdür, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

596 


 

Ayaqları sürüşgəndir, sürtükdür, 

Onlar sanki içəridən çürükdür, 

İndi mənim öz içimdə sökükdür, 

Özözündən küsmə çaşqın qalarsan. 

 

Sən olsaydın mən bu günə qalmazdım, 



Üstyerdəcə yersiz qaçqın olmazdım, 

Təkluk çəkib saralmazdım, solmazdım, 

Özözündən küsmə çaşqın qalarsan. 

 

Sən dirilsən girrəm acıq qoynuna, 



Incitmişəm səni, allam boynuma, 

Çox qan-qada işlərimdən yanıram, 

Özözündən küsmə çaşqın qalarsan. 

 

Hörmüz məni eşidərsə, yalvarım, 



Ey varlığa baş baş olan yuxarı, 

Dirilt gözəl qız Çiçək sən barı, 

Qıtlıqlardan yığım axarbaxarı, 

Özözündən küsmə çaşqın qalarsan. 

                *** 

Sanki Hörmüz eşitmədi Alpisi, 

Adam gərək barışığa yer qoya. 

Sısqa günə qalıb Alpis ağladı, 

Adam gərək barışığa yer qoya. 

 

O içini çəkə-çəkə gərildi, 



İti gözlər qanla dolu, bərəldi, 

Qızçiçəyin torpağına sərildi, 

Adam gərək barışığa yer qoya. 

Qıtlıq, aclıq gəldi, bir də quraqlıq, 

Dedilər ki, Alpis, laxdır bu varlıq, 

Sizi gözlər başbaşevdə qonaqlıq, 

Adam gərək barışığa yer qoya. 

 

Bu gün gedir Üstə çopur yağmurluq, 



Unutqanlıq, inamsızlıq, qısmırlıq, 

Ağrı üstə oturacaq ağırlıq, 

Üstəlik də çopurluqla  qoturluq, 

Adam gərək barışığa yer qoya. 

 

Alpis durdu, öpdü yeri son kərə, 



Dedi:- Gedim, göydə dönüm təpərə, 

Tapım »ölü diriltməyi« mən gərək, 

Bundan sonra mən də billəm neynərəm, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

597 


 

Adam gərək barışığa yer qoya. 

 

Birdən yerdə nə var idi parladı, 



Göydən ağır bir səs gəldi, gurladı. 

Alpisi də səs qorxutdu, çorladı, 

Adam gərək barışığa yer qoya. 

 

»-Sən öləndə ölər sənli qalıqlar, 



Diriləcək sən öldürən yazıqlar, 

Yaşayacaq yaxşılarla ayıqlar, 

Birləşəcək ayıqlarla sayıqlar«, 

Adam gərək barışığa yer qoya. 

 

Alpis durdu, üzü-gözü saraldı. 



Dar ürəyi, quru beyni qaraldı. 

Altyer, Üstyer gözlərində daraldı. 

Adam gərək barışığa yer qoya. 

 

Yerdə qalan səsdən qorxdu, çəkindi, 



Pislik etmək dözümləri tükəndi, 

Pisdiklilər bir-birinə söykəndi, 

Adam gərək barışığa yer qoya. 

Tərsə uçan quşlar uçub gəldilər, 

Bu kimsəsiz çaşqınlığa güldülər. 

Bir neçəsi gülə-gülə öldülər. 

Adam gərək barışığa yer qoya. 

 

Sonra gəldi oynaqlayan qorxular, 



Sonra gəldi  itə bənzər sorğular, 

Sorğularla bərk  qol-boyun uyğular, 

Sonra gəldi bər-bəzəkli duyğular, 

Sonra durna qıza bənzər sayğılar, 

Gətirildi ağ qızıldan oturaq, 

Sonra ye-iç qab-qacağı, yal-yaraq, 

Sonra hər bir tanrılıqdan bir qonaq, 

Şiş tanrısı, bir də iblis-yapalaq, 

Bir də gəldi boz göyərçin qızsayaq, 

Ağ yəhərli Qaya quş da çaparaq, 

Adam gərək barışığa yer qoya.    

               

                   *** 

Alpis dedi:- Mən hamıdan küsmüşəm, 

Sizlərimdən əllərimi üzmüşəm, 

Üst yer bizə basılmazdır, dözmüşəm, 

Pislik Alpis qorxusudur Üstyerdə. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

598 


 

 

Neçə tanrı Qızçiçəyə baxıblar, 



Tanrılığın düz yolundan çıxıblar, 

Pisdiklilik qorxusunu yığıblar, 

Pislik Alpis qorxusudur Üstyerdə. 

 

Çökər yaxşı, bunca pislik olmasa, 



Yaxşılığın şiş köpünü almasa, 

Qıtlıq içdən ona qorxu salmasa, 

Yaxşılıq da ölər çaşqın qalmasa, 

Pislik Alpis qorxusudur Üstyerdə. 

 

Hormuz bizim Qızçiçəyi tovladı, 



O Bacarla tanrımızı ovladı, 

Sonra onu Üstyerdən də qovladı, 

Pislik Alpis qorxusudur Üstyerdə. 

Biz Üstyeri doğram-doğram edərik, 

Yaxşlığı izləyərik, güdərik, 

Pisdiklilər vuruşunda itərik, 

Biz Hörmüzü pis yaxşıda ötərik, 

Yaxşılığın son evində bitərik, 

Yeni Üstyer yaratmağa gedərik, 

Pislik Alpis qorxusudur Üstyerdə. 

 

Alpis dedi:- Mindiyarla Parsdiyar, 



Mən olmasam gedib qardaş olarlar, 

Biz onları gərək qıraq o ki var, 

Pislik Alpis qorxusudur Üstyerdə. 

 

Alpis dedi, hamı yedi, əyləndi, 



Kök buxaqlar, şiş dodaqlar yelləndi, 

Qayğı görüb qanlı gözlər selləndi, 

Alpis dedi, göy yanaqlar gülləndi, 

Bir quş gəldi, birdən gözlər lilləndi, 

Pislik Alpis qorxusudur Üstyerdə. 

 

O quş dedi:- Turqun qartal quşuyam, 



Mən Alpisin dediyinə qarşıyam, 

Tuşlanmışam, Turqun sapand daşıyam, 

Pislik Alpis qorxusudur Üstyerdə. 

 

Gəldim gördüm Qızçiçəyi. Qaplanı, 



Gəldim gördüm sənin kimi xortdanı, 

Hər bir yarı tutub gülünc yalanın, 

Yoxdur sənin bir qadından olanın, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

599 


 

Dediyindən, yazıq, ürək bulanır, 

Pislik Alpis qorxusudur Üstyerdə. 

 

Bir quş qalxdı, Qartal quşu fırlasın, 



Onu alıb çaynağına ovlasın, 

Ovlanmasa qonaqlıqdan qovlasın, 

Pislik Alpis qorxusudur Üstyerdə. 

 

Bir ox gəldi dəydi lapdan o quşa, 



Quş bükülüb yerə gəldi bir başa, 

Elə bu an biri çıxdı yoxuşa, 

O İblislə gəldi sanki başbaşa, 

Pislik Alpis qorxusudur Üstyerdə. 

 

Dedi:- Kimsən, bura necə gəlibsən, 



Sən buranın yolun hardan bilibsən, 

Ya da özün bilməyərək ölübsən, 

Pislik Alpis qorxusudur Üstyerdə. 

 

Gələn dedi:- Mən Mineldən bir hayam, 



Mən Qurdərəm, Qurdağızam, Turq soyam, 

Mən vuruşda basılmayan alayam, 

Mən anamdan ana qurda bir payam, 

Acıqana qarşı qanlı bir toyam, 

Pislik Alpis qorxusudur Üstyerdə. 

 

- Mən də İblis, varın-yoxun Tanrısı, 



Gözü acın, qarnı toxun Tanrısı, 

Qurdağızın, ovçu quzğun Tanrısı. 

Pislik Alpis qorxusudur Üstyerdə. 

 

Mən görmüşəm sənin anan öləndə, 



Bir qurd səni aldı onun əlindən. 

Ağzın oldu, söz olmadı dilində. 

Qurd ağızın oxuy sənə dəyəndə, 

Pislik Alpis qorxusudur Üstyerdə. 

 

İblis dedi:- Mən öldürdüm ananı, 



Aclıq çəkdi, öldü yerdə qalanın, 

Qırdım toyuq quzu, toğlu, dananı, 

Qırdım atı, öküz, inək, buğanı, 

Qırdım yüz-yüz gülümsəyən balanı, 

Pislik Alpis qorxusudur Üstyerdə. 

 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

600 


 

O günlərdən gəlib çıxdın bu günə, 

Döyüşməyi öyrədibdir Turq sənə, 

Bura necə gəlib çıxdın desənə, 

Pislik Alpis qorxusudur Üstyerdə. 

 

-Ay Altyerin qanlı Alpis yerinci, 



Onu sizə deyəcəkdir qılıncım, 

Mənəm böyük Turq atanın qoruncu, 

Sənlə Alpis Mindiyara yabançı, 

Öndərləri vuruşduran yalançı, 

Haradadır, söylə, Alpis, o qancıl, 

Pislik Alpis qorxusudur Üstyerdə. 

                          *** 

Alpis dedi:- Mən şimşəyəm, Qurdağız, 

Şimşək çaxar, bulud yağar, göy ağlar. 

Sən uşaqsan döyüş vuruş yolunda, 

Şimşək çaxar, bulud yağar, göy ağlar. 

 

Get Turqəri çağır gəlsin döyüşək, 



Gəlsin bizim qonaqlıqda görüşək, 

Ya da əski tanış kimi güləşək, 

Şimşək çaxar, bulud yağar, göy ağlar. 

 

-Sənsən Alpis, üzün niyə qaradır, 



Şü çöplərdən tanrı səni yaradıb, 

Bu sənsənsə, onda bura haradır, 

Şimşək çaxar, bulud yağar, göy ağlar. 

 

Alpis dedi:- At qırağa yarağı, 



Yaraq ilə incitməyək qonağı, 

Qurdər atdı yerə yalı-yarağı, 

Çəkməliydi təkcə onun ayağı, 

Dedi:- Soyun səndə güləş sayağı, 

Təkcə qalsın ayağında dolağın, 

Sən çör-çöpsən, cızıqların yumağı, 

Şimşək çaxar, bulud yağar, göy ağlar. 

 

Alpis gəldi, şimşək səpdi qonağa, 



Qonaq aşdı, yenə durdu, ayağa, 

Caynağını atdı çör-çöp yumağa, 

O Alpisi aldı. Atdı qırağa, 

Şimşək çaxar, bulud yağar, göy ağlar. 

 

Alpis baxdı, gördü sağdır qonağı, 



Ağacdandır çəkmələnən dolağı, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

601 


 

Yerə dəymir Şimşəkqıran ayağı. 

Şimşək çaxar, bulud yağar, göy ağlar. 

 

Alpis dedi:- Şimşək qırır hər yeri, 



Çəkmələri ağacdandır qurd ərin, 

Gəl bir daha biz güləşək, gəl bəri, 

Şimşək çaxar, bulud yağar, göy ağlar. 

 

Qurdər dedi:- Alpis çoxdur, çox işim, 



Gəlməmişəm burda sənlə güləşim, 

Sən basarsan mənim kimi on beşin, 

Mən gəzirəm itirdiyim günəşi, 

Şimşək çaxar, bulud yağar, göy ağlar. 

 

İblis dedi:- burda günəş parlamaz, 



Altyer yayda donar, qışda qarlamaz, 

Burda su az, əkin azdır, tarla az, 

Bizdə qonaq öldürmürlər, yaramaz, 

Şimşək çaxar, bulud yağar, göy ağlar. 

 

Birdən yerlər, göylər üç yol kişnədi, 



Qurdər gördü göydən yağan iynədir, 

Qızıl quşun beli, başı göynədi, 

O, Qurdərı yerdən qapdı, dənlədi, 

Şimşək çaxar, bulud yağar, göy ağlar. 

 

Qurdər gördü Turq bir daşdan yapışıb, 



Qızçiçəyin sonevilə tapışıb, 

Öz-özüylə nəsə deyir, danışır, 

Ikisinin səsi burda qarışıb, 

Şimşək çaxar, bulud yağar, göy ağlar. 

                  *** 

Birdən bulud parçalanır, yarılır, 

Bulud qat-qat parçalansa gün doğar. 

Alpis çıxdı Turq atanın önünə, 

Bulud qat-qat parçalansa gün doğar. 

 

Turq sıçradı Şimşəkatın belinə, 



Qılıncını qapıb aldı əlinə, 

Girdi qanlı qara bulud selinə, 

Bulud qat-qat parçalansa gün doğar. 

 

Alt, üst yerin keçidində durdular, 



Qorxutmaqla bir-birini yordular, 

Düyünlənmiş buludları yardılar, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

602 


 

Bulud qat-qat parçalansa gün doğar. 

 

Alpis dedi:- Qonaqlıq var, buyursan, 



Yaxşı olar, boş qarnını doyursan, 

Burda pisi yaxşılıqdan ayırsan, 

Bulud qat-qat parçalansa gün doğar. 

 

Turqər dedi:- Səsin tutub hər yanı, 



Sən öldürdün Qızçiçəklə Qaplanı, 

Qovla ayaq üstündəki şişmanı, 

Bu şişmanlar burda niyə dayanıb, 

Bulud qat-qat parçalansa gün doğar. 

 

-Onlar görmək istəyirlər Turqəri, 



Nədir onun döyüş – vuruş dəyəri, 

Bir qılıncla necə ölür, gəbərir, 

Bulud qat-qat parçalansa gün doğar. 

 

Şişman gəldi, dedi:- Turqər gəl bəri, 



Mundarlama tanrılaşan bu yeri, 

Qonaqlıqdır, ey çöllərdə köçəri, 

Gəl uçuraq Minellərin çəpərin, 

Geyindirim sənə qurddan bir dəri, 

Bulud qat-qat parçalansa gün doğar. 

 

Bu an bir səs səpələndi göylərə, 



Qızçiçəkdi, o söylədi Turqərə, 

-Onun gücü yığılaraq bir yerə. 

Qoltuğunda qalıb, dönüb boz kirə, 

Vursan ordan şişman tanrı gəbərər, 

Bulud qat-qat parçalansa gün doğar. 

 

                     *** 



Turqər vurdu onu oxla, gəbərdi, 

Hər vuruşun bir çəmi var, tap onu. 

Alpis dedi:- Əlin- qolun sınaydı. 

Hər vuruşun bir çəmi var, tap onu. 

 

Qurdər dedi:- Ata, Alpis çılpaqdır, 



O ölməzdir, qordan şimşək yaraqdır, 

Döşü-başı, çör-çöp, ip-sap sayaqdır, 

Gey bunları, bunlar ağac başmaqdır, 

Ağac yerdə şimşəklərə yasaqdır, 

Hər vuruşun bir çəmi var, tap onu. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

603 


 

Turqər geydi başmaqları, dikəldi, 

Şimşək vurdu onu, tez də çəkildi, 

Şimşəkqılınc dəydi, Alpis söküldü, 

Qırıq-qırıq oldu, ip-ip töküldü, 

Hər vuruşun bir çəmi var, tap onu. 

 

Bunu görüb qara quşlar uçdular, 



Ac tanrılar sürü-sürü qaçdılar, 

Turq ataya yalvar ağız açdılar, 

Qızçiçəyin sonevini qucdular, 

Hər vuruşun bir çəmi var, tap onu. 

 

Bunu görüb Alpis bərkdən uğundu, 



Silkələyib sel-sel oldu, çalandı, 

Qordan yenə ilmə-ilmə toxundu, 

Bunu görən çox tanrılar xoxlandı. 

 

 



Qorxu, ürkü çoxlarında çoxlandı, 

Hər vuruşun bir çəmi var, tap onu. 

O, dirildi, bir də aşdı, çökdü o, 

Öz-özünü ilmə - ilmə tikdi o, 

Acığından yeri qazdı sökdü o, 

Hər vuruşun bir cismi var,tap onu. 

 

                   *** 



Turqər, Qurdər, Qartal çıxdı Altyerdən, 

Altyer, Üstyer, yaxındılar əzəldən. 

Bağırtılar, ulaşmalar yuvası, 

Altyer, Üstyer, yaxındılar əzəldən. 

 

Gün doğana üz tutdular, getdilər, 



Küləkləri, buludları ötdülər, 

Kolluqlarda, meşələrdə itdilər, 

Altyer, Üstyer, yaxındılar əzəldən. 

 

Gəlib sonda bir daxmaya çatdılar, 



Yıxıldılar, mışıl-mışıl yatdılar, 

Yuxuda da yol getdilər, yortdular, 

Altyer, Üstyer, yaxındılar əzəldən. 

 

Turq yaxında bir çay gördü, çağlayır, 



Bir qoca da oturubdu ağlayır, 

Hərdən alıb bir köynəyi qoxlayır, 

Sanki qoca kiməsə yas saxlayır, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

604 


 

Göz yaşları axır ürək dağlayır, 

Altyer, Üstyer, yaxındılar əzəldən. 

 

Turq soruşur – qoca, sənə nə olub, 



Qoca lapdan diksinərək ayılır, 

Deyir:- Mənim nəvəm vardı, cuppulu, 

Pambıq kimi yanaqları dop-dolu, 

Altyer, Üstyer, yaxındılar əzəldən. 

 

Malım – pulum çoxdu, ona çatası, 



Kaş gələydi mənə onun qadası, 

Getdi mənim yey balamın balası, 

Altyer, Üstyer, yaxındılar əzəldən. 

Bir aydır ki, uşaq gedib aradan, 

Basdırıblar onu bax, bax, burada, 

Mən öləydim kaşki, böyük yaradan, 

Altyer, Üstyer, yaxındılar əzəldən. 

 

-Burda niyə oturubsan ay yazıq, 



Kövrək olur belə gündə qocalıq, 

Qoca dönüb Turqa baxdı bir anlıq, 

Dedi:- Məni öldürəcək ayrılıq, 

Turq düşündü yol boyunca, düz, yalan, 

»Çıxdı qoca yolumuza haradan?« 

Gördü qoca ölüb gedir aradan, 

Dedi:- Burda nəsə vardır, yaradan 

Turqər gəldi o son evə arada, 

Qazdı yeri, seçdi ağı qaradan, 

Üzüquylu beşik gördü burada, 

Altyer, Üstyer, yaxındılar əzəldən. 

 

Bunu bildi bir çox doğma adamlar, 



O sonevdə uşaq yoxdur, beşik var, 

Anasının başı üstün aldılar, 

Uşaq üstə onlar qırğın saldılar, 

Altyer, Üstyer, yaxındılar əzəldən. 

 

Çox udqundu, çox sıtqadı gənc ana, 



Çox əl atdı ana o yan, bu yana, 

Gördülər ki, o güc verib yalana, 

Söz yaydılar bu anadan hər yana , 

Altyer, Üstyer, yaxındılar əzəldən. 

 

Sonra ana dedi sözün düzünü, 



Dedi:- Burda yox sayıram özümü... 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

605 


 

Çox sevirdi qoca gördük uşağı, 

Mən- deyirdi- bu gün, sabah qonağı, 

Bu körpədən başqa hər şey bayağı, 

Var, zənginlik, evin çatdaq suvağı, 

Altyer, Üstyer, yaxındılar əzəldən. 

 

O deyirdi tez-tez o yan bu yanda, 



Uşaq ölsə mən də ölləm bir anda, 

Düzlük güdmə heç də olan qalanda, 

Altyer, Üstyer, yaxındılar əzəldən. 

 

Biz ər-arvad bir gün dedik, yoxlayaq, 



Haray salaq, gecə-gündüz ağlayaq, 

Son ev qazaq, bunu gizli saxlayaq, 

Qocamızın sinəsini dağlayaq, 

Altyer, Üstyer, yaxındılar əzəldən. 

 

Ölsə, bizə bollu varı qalacaq, 



Bu uşaq da zəngin adam olacaq, 

Var hamını öz qoynuna alacaq, 

Altyer, Üstyer, yaxındılar əzəldən. 

 

Öncə dedik, biz uşağı öldürək, 



Sonra dedik, yox, uşağı gizlədək, 

Sonra dedik, onu itmiş bildirək, 

Bu iş ilə varlı olaq biz gərək, 

Altyer, Üstyer, yaxındılar əzəldən. 

 

Uşaq »öldü«, ancaq qoca ölmədi, 



Biz uşağı gizlətmişdik, bilmədi, 

Biz düşünən biclik vecə gəlmədi, 

Altyer, Üstyer, yaxındılar əzəldən. 

 

Turq Ər dedi:- Sağdır indi o uşaq, 



Sağdır- dedi- ana çox çox utancaq, 

Qoca bunu bildi, gəldi çaparaq, 

Turqər dedi:- Uşaq sağdır, siz də sağ, 

Var ortada olub oyun, oyuncaq, 

Altyer, Üstyer, yaxındılar əzəldən. 

 

Qoca dedi:- mən artığam, görürəm, 



Nəyim varsa bütün sizə verirəm, 

Mən qayıdıb o son evə girirəm, 

Varyoxumu xalı edib körpənin, 

Ayaqları altınaca sərirəm, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

606 


 

Altyer, Üstyer, yaxındılar əzəldən. 

 

                  *** 



Bir gün qonaq qaldı Turq Ər qocaya, 

Çox varın da qorxusu var, saxlama. 

Qızıldandı burda hər cür qab-qacaq, 

Çox varın da qorxusu var, saxlama. 

 

Qoca dedi:- Küplərim var, dop-dolu, 



Üzə çıxar onlar, qazsan sağ solu, 

Atam mənim varlı olub, ər olub, 

Atama da atasından var qalıb, 

Altyer, Üstyer, yaxındılar əzəldən. 

 

-Varım sizə kəsi olsun,Turq ata. 



Siz qaytardız məni yeni həyata, 

Körpə nəvəm döndü mənçin sovqata, 

Altyer, Üstyer, yaxındılar əzəldən. 

 

Turqər dedi:- Var heç kəsə qalmayıb, 



Varla pulla heç kəs ağgün olmayıb, 

Satallarda varla sevinc almayıb, 

Qarnı doyub, könlü-gözü doymayıb, 

Varla su çək, yer ək, bağ sal, ev ucalt, 

Bunsuz adam boş tuluqdur, quru ad, 

Al mal-qara, qoyun-quzu, ilxı-at, 

Sən varınla insanlara gün yarat, 

Altyer, Üstyer, yaxındılar əzəldən. 

 

Qoca güldü, başa düşdü Turqəri, 



Iş axtardı, yardım gəzdi əlləri, 

Yeni gözlə gördü düzü çölləri, 

Altyer, Üstyer, yaxındılar əzəldən. 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin