Ağcaqayın ölümdən qorxan təki–Burada ağcaqayının “ağlağan” olmasına, yəni gövdəsini yaralayan kimi, ondan su axmasına him vurulur.
Penelopa–Odisseyin xanımı olmuş, onun yalançı ölüm sorağından sonra elçi düşüb onunla evlənmək istəyənlərin başını aldatmaq üçün, əlində toxuduğu parçanı qurtarmayana kimi ərə getməyəcəyini demiş, gündüzlər toxuduqlarını gecələr sökərək bu işi uzatmağa çalışmışdır.
Saçlarını qırxdıracaqsan–Yunanların yaxın adamlarının ölümünə görə, saçlarını qırxdırmalarına him vurulur.
İolay–Heraklın qardaşı oğlu, yaxın köməkçisi olduğu deyilir.
Atlant–Yunan mifoloyisinə görə, göyü çiyinlərində saxlayıb, onu yerdən ayıran birisi olmuşdur.