Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ



Yüklə 1,55 Mb.
səhifə84/84
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#2707
1   ...   76   77   78   79   80   81   82   83   84
DUYDURMALAR(ŞƏRHLƏR)
Orakul—Tanrıqanların sorğuları üzrə, tanrıların gələcəkdə eləyəcəklərini öyrənib, deyən görücü kimsələr.

Perikl—Bizim çağdan qabaq(b.ç.q.) 490-429-cu illərdə yaşamış, ünlü dövlət başçısı, onun dönəmində Afina dövləti güclənmiş, varlanmış, savaşlarda yenilməz olmuşdur.

Strateq—Afinada ən yüksək dövlət çini, dövlət başçısı. Savaş çağında qoşuna başçılıq eləyər, dövlətin bütün yönətimini əlində toparlayardı, o sıradan qoşunda yasavericilik, məhkəmə işləri də onun əlində olardı.

Pifiy—Delfdəki Apollon tanrı evində, orakul görəvini yerinə yetirən kimsə.

Sofist—Əski yunancada, “bilgə(müdrik) anlamındadır. Sokratın yaşadığı çağlarda sofistlər, öyrəncilərindən axça alıb, bilikləri, gözəl danışmağı öyrətməkdə ad çıxarmışdılar. Sofistlik fəlsəfi axın olaraq da tanınmışdır. Sonradan sofistlər, söz incələməyi—yersiz dilləşmələrə, necə olur olsun, qarşısındakını yolverilməz çəmlərlə olsa belə, yenməyə gətirib çıxarmışdılar. Onların, yalanı doğruya, doğrunu yalana çıxaran söz oyunları qurması, sonucda sofistliyi gözdən salmışdır.

Sinis, Skiron, Prokrust—yarımifik, yarıgerçək, yolkəsən quldurlar olduqları deyilir.

Prodik—B.ç.q. 465-395-ci illərdə yaşamış, sofist olsa da, onlardan seçilmiş, yaxşı sözçü(orator), bacarıqlı öyrətmən kimi tanınmışdır.

Min, talant—Min ilə talant əski çağlarda Yunanıstanda çəki bildirən anlayışlar olmuş, bir də axça ölçüsü olaraq da işlənmişdir. Bir talant-16,8 kq, bir min-280 qramlıq çəkini bildirmişdir.

Sirenlər—Dənizdə yaşadığı deyilən, mifik varlıqlar, çox ürəkçəkici, gözəl səsləri olduğu deyilir. Oxumaqla dənizçiləri tora salıb, sonradan onları yedikləri də sanılmışdır.

Femistokl—B.ç.q. 537-459-cu illərdə yaşamış, uzun sürədə Afinanın dövlət başçısı, qoşun böyüyü olmuşdur. Yunan-Pars savaşlarında qoşun başçıısı kimi dönə-dönə parsları yenə bilmiş, Afinada demokratiyanın gəlişməsinə böyük əməklər qoymuşdur.

Skilla—Dənizdə yaşadığı deyilən, mifik büke(əjdaha), gözəl qadın görkəminə girib, dənizçiləri aldatdığı, sonra da onları yediyi sanılmışdır.

Aspasiya—B.ç.q. 470-400-cü illərdə Afinada yaşamış, çox bilikli, oxumuş, gözəl bir qadın olmuşdur. Periklin ikinci evləndiyi qadın kimi də tanınır. Onun evində rəssamlar, şairlər, filosofların yığıncaqları olmuş, Plutarxın yazdığına görə, Sokrat da bu yığıncaqlara dinləyici olaraq qatılmışdır.

Attika—Üzdən anlamı, dənizqırağı torpaqlar deməkdir. Qısaca desək, Afina şəhər dövlətinin buyuruğunda olan torpaqlar anlaşılır.

Sikofant—Deyilənə görə, çox əski çağlarda Yunanıstandan ölkə dışına əncir aparmaq yasaq olanda, sikofantlar bu işə göz qoyan kimsələrə deyilmiş, sonradan isə çuğul, yalançı, fırıldaqçı adamları belə çağırmışlar.

Hipparx—Afina ordusunda, atlı bölüyünün başçısı.

Delos—Egey dənizində şəhər, mifik baxışlara görə tanrılardan: Apollonla, Artemida burada doğulmuşlar. Burada yunanların böyük sayğı duyduqları tapınaqları: Apollon ilə Dionisin tanrı evləri olmuşdur.

Loxaq—Afina ordusunda sayılan döyüşçülərin arasından seçilən, 16-dan 100-ə kimi döyüşçülərə başçılıq eləyən kimsə.

Taksiarx—Afina ordusunda strateqdən sonra gələn yüksək görəv, onlar Xalq yığıncağında seçilər, strateqin buyuruğunda olardılar. Savaşda alaya(polka) başçılıq eləyər, ordunun sursatını yetirmək də onların boynuna düşərdi.

Xoreq—Varlı afinalılardan, xor, teatr işlərinin axçasını ödəyən, onları yönətən kimsələrə deyilmişdir.

Kekrop—Afinanın birinci mifik çarı, deyilənə görə, Zevs Attikanı yönətmək üstündə, tanrılar: Afina ilə Poseydonun çəkişməsini ayırd etmək üçün qurduğu məhkəməyə onu da çağırmış, o isə üstünlüyü Afinaya vermişdi.

Erextey—Mifik Afina çarı, onacan dini-siyasi yönətim bir olmuş, o isə ekiz qardaşı Butla bunu ikiyə ayırıb, siyasi yönətimi-çarlığı özü götürmüş, dini yönətimi qardaşına vermişdir.

Heraklid—Afinanın mifik çarlarındandır.

Tesey—Afinanın onuncu mifik çarı, Heraklsayağı çoxlu igidlikləri ilə anılır.

Qoplit—Yunan ordusunda ağır yaraqlı yayaq(piyada) döyüşçü, onlar öz axçaları ilə yaraqlanan dinc adamlar idilər, savaşlarda ordunun özəyini yaradırdılar, özlüyündə bütün yurddaşlar elə qoplitlər sayılırdı.

Aeropaq—Üzdən anlamı Ares təpəsi deməkdir, mifolgiyaya görə, Poseydonun oğullarını öldürmüş tanrı Aresə burada məhkəmə qurulubmuş, Afinada isə, bu təpədə yığışan: ömürlük seçilən sayğılı adamlardan düzəlmiş toplantılar olardı, bu adamlar siyasi, dini, məhkəmə işlərinə baxardılar.

Askelap—Yunanların sağlamlıq tanrısı.

Amfiray—Yunan mifologiyasında tanrıların istəmindən baş açan, ən güclü baxıcı olmuşdur.

Delf—Bu şəhər, yunan mifoligiyasına görə “yerin göbəyində” yerləşir, bütün yunanların ortaq tapınaq yeri sayılmaqla, burada Apollonun tanrı evi vardı, yunanlar gələcəyi öyrənmək üçün buradakı orakulun(gələcəyi deyən kimsənin) dediklərinə çox inanırdılar.

Dedal—Afinalı, çox böyük rəssam, çoxlu texniki yeniliklərin yaradıcısı, o sıradan Krit adasındakı labirinti də onun qurduğu deyilir. Gözügötürməzlikdən, qardaşı oğlu olan öyrəncisini öldürüb, Afinadan Kritə qaçıb oranın çarı Minosa sığınır, sonra çarın onu buraxmayacağını görüncə, qanad düzəldib oğlu İkarla Kritdən qaçır, yolda oğlu çox yuxarıdan uçmaq istədiyindən, qanadlarını gün istisindən əridib yerə düşüb ölür, özü Siciliyaya uçub gəlir.

Palamed—Deyilənə görə Troya savaşını Homerdən qabaq yazıya alan şairdir. Troya savaşından yayınmaq istəyən Odisseyin işinin üstünü açıb, savaşa göndərdiyinə görə aralarında yağılıq yaranır. Deyilənə görə, Odissey onun alaçığına Troya çarı Priamın adından yazdığı yalançı məktubla, axça dolu torba qoyub tutdurur, sonra da satqın adıyla daşqalaq elətdirir.

Likurq—Uzun illər Spartanın yüksəlişinə yarayan yasaların yaradıcısı sayılır.

Çor—Bu söz əski türkcədə “çura” kimi işlənərək, insana yoluxan yaman güclərə deyilmişdir. Yaxşılıq daşıyıcısı olan güclərə akçura deyilmişdir.



Anit—Məhkəmədə yalandan Sokratın üzünə durub, ona ölüm kəsilməsinə çalışan, dabbaqçılıqla keçinən, çox varlı afinalı olmuşdur.
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin