Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ


F e d o n. Sən nə danışırsan, ölüm anında onun yanında olduqca çoxlu arxadaşları vardı. E x e k r a t



Yüklə 1,55 Mb.
səhifə31/84
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#2707
1   ...   27   28   29   30   31   32   33   34   ...   84
F e d o n. Sən nə danışırsan, ölüm anında onun yanında olduqca çoxlu arxadaşları vardı.

E x e k r a t. Onda nə olar, indi qaçaraq bir işin yoxsa da, orada baş verənləri bizə olduğu kimi, yerli-yataqlı danışsana.

F e d o n. Yox, indi əlimdə bir işim yoxdur, çalışaram, orada gördüklərimi necə varsa, sizlərə danışam. Sözün düzü, mənim üçün indi,–istər özümün, istər başqalarının danışıqlarında olsun,–Sokratı anmaqdan da çox ürəkaçan bir iş ola bilməz.

E x e k r a t. Elə bilirəm, sənin dinləyicilərin olan bizlər də bu işdə səndən geri qalmarıq, Fedon! Ona görə də çalış, görüb-eşitdiklərini bizə yerli-yataqlı, olduğu kimi danışasan!

F e d o n. Yaxşı. Bax belə, mən orada lap Sokratın yanında oturmuşdum, özü də ürəyimi,–nəsə oçağacan üzləşmədiyim, dillə deməyi bacarmayacağım,– anlaşılmaz duyğular çulğalamışdı. Gözümün önündə mənim ən yaxın arxadaşım ölürdü, ancaq bilmirəm nədənsə, mən ona acımırdım,–o mənə bu anlarında, sanasan, ağ günlərə çıxmış birisi kimi görünürdü, inanırsanmı Exekrat, o, davranışında da, danışığında da, özünü bütünlüklə ağgünlü bir kimsə təki aparırdı! Oracan qorxusuz, oracan açıq ürəklə ölümü qarşılayırdı, bu anlarda mənə elə gəlirdi, tanrıların onun Aidə gedəcəyi yolu açdıqlarını da, orada özünə yaraşan uca bir yer tutacağını da, o artıq qabaqcadan bilirdi. Bax elə buna görə də, bu sayaq ayrılıq anlarında ürəklərə dolub, hamını kövrəldən acımaq duyğusu məndən uzaq düşmüşdü, bir də ölümqabağı onun fəlsəfədən danışdıqları da(ondakı söz-sovumuz demək olar ancaq fəlsəfədən olmuşdu), mənə alışmadığım, bütünlüklə ayrı bir duyğular aşılayırdı. Bu nə isə, öncələrdə yaşamadığım, sevinclə qüssənin anlaşılmaz qatışığından yoğrulmuş duyğular idi, bu duyğuların qaynağı isə, onun bir azdan ölüb, bizdən ayrılacağı ilə bağlı düşüncələrim idi. Təkcə mən bu duyğuları yaşamırdım, o anda orada olan arxadaşların hamısı mənim günümdə idi, onlar birdən gülüşür, bir azdan hönkürüb ağlayırdılar, arxadaşlarımızdan Apollodor isə ovunmaq bilmədən elə hey ağlamaqda idi. Sən onun necə yuxa ürəkli bir adam olduğunu bilməmiş olmazsan?


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin