Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ


II BAŞLIQ {Strateqin görməli olduğu işlərlə bağlı danışıq}



Yüklə 1,55 Mb.
səhifə62/84
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#2707
1   ...   58   59   60   61   62   63   64   65   ...   84
II BAŞLIQ
{Strateqin görməli olduğu işlərlə bağlı danışıq}
Bir gün necə oldusa, Sokrat artıq strateq seçilmiş birisi ilə üz-üzə gəldi.

-Necə düşünürsən, - Sokrat ondan soruşdu,- Homer nədən, Aqamemnona xalqların çobanı adını vermişdi? Çoban gərək çalışa qoyunları qırılmasın, onların yemi bol olsun, sonra da onlardan yararlana bilsin, bunun kimi də, strateq döyüşçülərinin sağ qalmasına, onların qarnının tox olmasına çalışmalı, sonra da bundan yararlanıb, yürüşdə uğur qazanacağına güvənməlidir, deyilmi? Yürüşə isə yağını yenməkdən başqa, ələ keçənləri yağmalayıb, varlanmaq üçün də gedirlər. Yoxsa, Homer Aqamemnonu belə sözlərlə öyərdimi:

O bir yaxşı xaqan idi, savaşlarda süngüsünü, düz tuşlayıb atardı.

Homer ona, yağıyla təkbaşına, yaxşı döyüşməyi bacardığına görəmi, güclü süngü(nizə) atan deyir, yoxsa, başında dayandığı qoşunu yaxşı yönətə bildiyinə, ona savaşmaq üçün çılğınlıq aşılaya bidiyindən yana, belə deyir? Yoxsa, Homer bunumu demək istəyirdi: xaqanın yaxşılığı təkcə onun öz yaşamını gözəl qurmasında yox, bir də başçılıq elədiyi kimsələri yaxşı dolandıra bilməsindədir? Doğrudan da, kimisə xaqanlığa təkcə ona görə seçmirlər, o ancaq özü üçün çalışsın, bir də ona səs verənləri yaxşı dolandıra bilməsi üçün seçirlər; adamlar savaşa da, öz yaşamlarını ağırlaşdıa biləcək nədənləri aradan qaldırmağa görə gedirlər; strateqləri də ona görə seçirlər, bu işi görməyə yarayan ən düzgün yolu göstərsin. Beləliklə də strateq, onu seçənləri ağ günə çıxarmağı bacarmalıdır: bunu eləyə bilirsə başucalığına çatır, eləmirsə adını batırır.

Yaxşı başçının üstünlüyünün nədə olduğunu araşdıran Sokrat, onun görməli olduğu bütün çoxyönlü işlərini bir qırağa qoyub, ən başlıcasını götürürdü – başçılıq elədiyi adamları ağ günə çıxarmaq!


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin