Sosial fəlsəfə


Dövlətin mənşəyi, mahiyyəti,əsas elementləri və funksiyaları



Yüklə 72,75 Kb.
səhifə45/55
tarix02.01.2022
ölçüsü72,75 Kb.
#46845
1   ...   41   42   43   44   45   46   47   48   ...   55
sosial fəlsəfə

46. Dövlətin mənşəyi, mahiyyəti,əsas elementləri və funksiyaları

Dövlət digər sosial institutlardan aşağıdakı əlamətlərinə görə fərqlənir: hakimiyyətdə olan qüvvələrin müəyyən sosial bazaya (sosial qrupların, siyasi partiyaların və ictimai hərəkatların şəxsində) malik olması; mərkəzdə və yerlərdə xüsusi hakimiyyət aparatının mövcudluğu; cəmiyyətdə həyata keçirilən bütün qeyri-iqtisadi məcburiyyət formaları (zorakıhq) üzərində təkbaşına ağalıq; müəyyən əraziyə və sərhədlərə malik olmaq (suverenlik); bütün vətəndaşlar üçün məcburi olan qanunları qəbul etmək; daxili və xarici siyasət yeritmək səlahiyyəti; əhalinin müxtəlif təbəqələrındən vergilər toplamaq, pul nişanları buraxmaq, büdcə siyasəti yeritmək və sair hüququ.

Dövlətdən danışarkən onun mənşəyi məsələsinə də diqqət yetirilməlidir. Bu münasibətdə müxtəlif baxışlar mövcuddur.

Dövlətin mənşəyi haqqında üç nəzəriyyə daha geniş yayılmışdır: üzvi, teokratik və ictimai müqavilə nəzəriyyəsi.



Üzvi məktəbin nümayəndələri cəmiyyəti ictimai orqanizmə bənzədir, sosial həyatı bioloji qanunauyğunluqlar ilə izah edirdilər. Bu ənənə Platondan başlayır. Aristotel də göstərirdi ki, dövlət ümumi faydanın başa düşülməsi nəticəsində yaranır. Teokratik nəzəriyyələr (Avqustin və başq.) dövlətin mənşəyi və fəaliyyətini ilahi qüvvələrin təsiri ilə izah edirdi; ictimai müqavilə nəzəriyyəsinə görə insanlar cəmiyyətdə və dövlətdə təbiətin qüvvələri qarşısında aciz qaldıqları üçün birləşirlər (Hüqo Qrotsi, Hobbs, Lokk, Russo və başqaları). XIII əsrdə yaşamış böyük azərbaycan mütəfəkkiri N.Tusi qərbdə bu barədəki fikirləri bir neçə yüz il qabaqlayaraq göstərirdi ki, dövlət ümumi razılığın, ictimai müqavilənin məhsuludur

Dövlətin əsas əlamətlərindən biri kütləvi hakimiyyətin (hakimiyyət funksiyalarını həyata keçirən xüsusi orqanlar və təşkilatlar sisteminin) mövcud olmasıdır.

Dövlətin cəmiyyətdə rolu onun yerinə yetirdiyi funksiyalarda ifadə olunur. Müasir dövlət aşağıdakı əsas daxili və xarici funksiyaları həyata keçirir: mövcud dövlət quruluşunu qoruyub saxlamaq; cəmiyyətdə sabitliyi və ictimai qaydaları təmin etmək; baş verə biləcək sosial təhlükəli münaqişələri vaxtında aşkar edib, aradan qaldırmaq; iqtisadiyyatın əsas sahələrini tənzimləmək; ölkə daxilində sosial, mədəni, elmi, milli və ekoloji siyasət yetirmək; beynəlxalq miqyasda öz ölkəsinin mənafelərini həyata keçirmək; ölkənin etibarlı müdafiəsini təşkil etmək.


Yüklə 72,75 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin