45. Hakimiyyət bölgüsü. Siyasi agalıq və legitimlik
Dövlətin sosial-sinfı mahiyyəti iqtisadi cəhətdən ən qüdrətli qrupun mənafelərini ifadə edir. Bu qrup həm də siyasi cəhətdən hakim mövqe, hakimiyyəti həyata keçirmək üçün yeni vasitə və imkanlar qazanır. Cəmiyyət inkişaf etdikcə dövlət onun bütün fəaliyyət sahələrinə təsirini artırır. Dövlət və şəxsiyyətin qarşılıqlı münasibətləri, hüquq və vəzi-fələrinin nisbəti, onların reallaşması formaları ilə müəyyən edilir. Dövlət hüquqların bir hissəsini məhdudlaşdırmaqla digərlərinin genişlənməsini təmin edir. Bu məsələyə filosofların münasibəti birmənalı olmamışdır.
M.Veberin fikrincə dövlət bir qrup insanların başqaları üzərində legitim (qanuni) zorakılığına əsaslanan ağalıq münasibətidir.
Dövlətin ümumi vəzifəsi ölkənin mövcudluğu üçün zəruri olan birgəyaşayış qaydalarını qorumaq və insanın bütün qüvvələrinin inkişafına kömək etməkdir. Bu cəhətə xüsusi diqqət verən Hegel göstərirdi ki, dövlət ictimai qaydaları qoruyan təşkilatdır, o gecə növbətçisinə bənzəyir, əsas məqsədi öz vətəndaşlarının sakitliyini qorumaqdır. Monteskye də dövləti vətəndaşların keşiyini çəkən alət hesab edirdi
M.Veber göstərirdi ki, legitim (qanuni, xalq tərəfindən tanınan) hakimiyyətin nüfuzunu konstitusiyanın sabit və möhkəm olması müəyyən edir. Belə hakimiyyətin üç tipi mümkündür: ənənəvi legitimlik (qəbilə ağsaqqalının və ya "Allahın elçisi" olan padşahın hakimiyyəti); rasional legitimlik ("yuxarıların" göstərişlərinə əməl edən məmurun hakimiyyəti); xarizma legitimliyi (xalqın inam və sədaqətinə, kütlənin könüllü və ya çarəsiz dəstəyinə əsaslanan rəhbərin hakimiyyəti). Bütün müasir rejimlər hər üç hakimiyyət tipinin xüsusiyyətlərini özündə daşıyır, fərq yalnız onların nisbətindədir.
Ümumiyyətlə, cəmiyyətdə siyasi hakimiyyətin təmin olunmasının bir sıra şərtləri (iqtisadi, psixoloji, mədəni) vardır.
Dostları ilə paylaş: |