Sosial İş və Ailədaxili Zorakılıq Mehriban Nəsibova Cinsi zorakılıq



Yüklə 37,33 Kb.
səhifə3/8
tarix02.01.2022
ölçüsü37,33 Kb.
#2692
1   2   3   4   5   6   7   8
Cinsi Zorakılığın Nəticələri

 

Cinsi zorakılıq fiziki, psixoloji və reproduktiv sağlamlığa ciddi təsir göstərə bilər. Cinsi zorakılıq qurbanın zorakılıqdan sonra uzun müddət əziyyət çəkəcəyi ağır fiziki zədələrə və psixoloji pozğunluqlara səbəb ola bilər. Cinsi zorakılıq ölümcül ola bilər; qurbanların özlərinə sui-qəsd etmək riski böyükdür və yaxud da onlar ailənin “şərəfini” qorumaq üçün öz ailə üzvləri tərəfindən öldürülə bilərlər. Cinsi zorakılığın cəmiyyətdəki təsiri də amansız ola bilər. Qadınlar “cəmiyyət ölümü” ilə üzləşə bilərlər - zorakılıqdan sonra onlar cəmiyyətdən sürgün oluna və ya yaşadıqları icma daxilində təcrid oluna bilərlər.



 

Cinsi zorakılıq qadınların səhhətində uzun müddət davam edən fəsadlarla nəticələnə bilər. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir “erkən yaşlarda məcburi cinsi əlaqə qadının seksual həyatının öz nəzarətində olmasını hiss etmək qabiliyyətini azaldır. Nəticədə zorla cinsi əlaqəyə girməyə məcbur edilmiş bir qızın yetkinlik yaşına çatdıqda qoruyucu və ya hamiləliyin qarşısını alan vasitələrdən istifadə etməsi ehtimalı daha azdır və bu da onun hamilə qalmaq riksini artırır”.

Cinsi zorakılığın qlobal fəsadları da böyükdür. Cinsi zorakılıq qadınların cəmiyyətdə bütöv şəkildə iştirak etməsini təhlükə altına atır və cəmiyyətləri sağlamlığın qayğısına qalmaq kimi ağır yüklə üz-üzə qoyur.


Yüklə 37,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin