Sosial İş və Ailədaxili Zorakılıq Mehriban Nəsibova Cinsi zorakılıq


Cinsi Zorakılığın İcma Üzərində Təsiri



Yüklə 37,33 Kb.
səhifə6/8
tarix02.01.2022
ölçüsü37,33 Kb.
#2692
1   2   3   4   5   6   7   8
Cinsi Zorakılığın İcma Üzərində Təsiri

 

Tədqiqatlar göstərir ki, cinsi zorakılıq qadınların cəmiyyətdəki iştirakına uzun muddətli ağır fəsadlar törədir. Dublində cinsi zorakılığın qurbanlarının təcrübəsi əsasında aparılan araşıdarmalar göstərdiyi kimi “ümumilikdə cinayət qorxusu və xüsusilə cinsi zorkılıq qorxusu qadınların həyat tərzinə və keyfiyyətinə birbaşa təsir göstərir”. Dublində aparılmış tədqiqat üzrə hesabata əsasən cinsi zorakılığın qurbanları təkcə “ümumilikdə cinayətdən qorxmurlar, onlar eyni zamanda kişi respondentlərdən fərqli olaraq öz fəaliyyətlərini daha çox məhdudlaşdırırlar”.



 

Cinsi zorakılığın qurbanları uzun və ya qısa müddətli fiziki, emosional, psixoloji və reproduktiv sağlamlıq problemləri yaşayırlar. Cinsi zorakılıq qurbanlarının tibbi müalicə xərcləri yüksəkdir; təkcə Qərbi Avropada cinsi və ailədaxili zorakılıq “ümumi sağlamlıq qayğılarnın 16%-ni təşkil edir”. Yenə də Dublində aparılmış digər bir tədqiqata əsasən qurbanların tibbi xərclərə, gəlirlərin itirilməsinə və qurbanlara yardımların göstərilməsinə il ərzində 105 milyard ABŞ dolları vəsait sərf edilir. Bura çəkilən əzabların dəyəri, uzun müddətli emosional zədə, həyat keyfiyyətinin aşağı düşməsi və qurbanların ölüm riskini də əlavə etsək onda Amerika Birləşmiş Ştatlarında törədilən şəxsi cinayətlərin dəyəri il ərzində 450 milyard ABŞ dollarına bərabər olar.

 

Ümumiyyətlə isə zorlama il ərzində qurbanların çəkdikləri xərclərə görə 127 milyard ABŞ dolları olmaqla birinci yerdədir, sonra 93 milyard ABŞ dolları ilə zorakılıq, daha sonra 61 milyard ABŞ dolları ilə qətl (qəsdən özünü yandırma və içkili vəziyyətdə maşın sürmək istisna olmaqla) və 56 milyard ABŞ dolları ilə uşaq istismarı gəlir”.



 

Dünya Bankı tərəfindən 1993-cü ildə aparılmış tədqiqatın nəticəsi göstərir ki, zorlama və ailə daxili zorakılıq “15-44 yaş arasında olan qadınların həyatlarının təxminən beşdə bir hissəsinin itirilməsinə səbəb olur”. Dünya Bankının araşdırmasına əsasən zorlama və ailə daxili zorakılığın nəticəsi olaraq yaranmış sağlamlıq problemləri inkişaf etməkdə olan və sənayeləşmiş ölkələrdə bərabərdir, lakin bu zorakılıq ümumi sağlamlıq qayğılarının kiçik bir faizini təşkil edir, çünki bu qayğılar inkişaf etməkdə olan ölkələrdə daha böyükdür. “Qlobal səviyyədə 15-44 yaş arasında olan qadınların gender zəminində baş verən zorakılıqlar səbəbindən yaranan sağlamlıq qayğılarını artıq dünyanın diqqət mərkəzində olan immun çatmamazlığı virusu, vərəm, uşaq doğumu zamanı sepsis, xərçəng və ürək-damar xəstəlikləri kimi digər risk amilləri ilə müqayisə etmək olar”.

 

Amerika Birləşmiş Ştatlarında yerləşən Xəsarətlərin Qarşısının Alınması və Nəzarət Üzrə Milli Mərkəzin yaydığı son hesabata əsasən evlilik zamanı baş verən zorlama hallarının qurbanlarının hər biri tibbi müalicəyə orta hesabla 2,084 ABŞ dolları sərf edir. Bu tibbi xərclərin təxminən yarısı sığorta tərəfindən qarşılanır və qurbanlar bu xərclərin dörddə-birindən çoxunu ödəyirlər.



 

Evlilik zəminində baş verən zorlama hallarının qurbanlarının hər biri əqli sağlamıq üzrə müalicəyə orta hesabla 978 ABŞ dolları xərcləyir. Evlilik zəminində baş verən zorlama qurbanlarının orta gündəlik gəlir itgisi 69 ABŞ dolları təşkil edir; ev işləri baxımından itirilən orta gündəlik dəyər 19.1 ABŞ dollarına bərabərdir. “Zorlama qurbanları hər il 1.1 milyon gün itirirlər ki, bu da 3, 872 şəxsi ilə bərabərdir”.




Yüklə 37,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin