Sosial İş və Ailədaxili Zorakılıq Mehriban Nəsibova Cinsi zorakılıq


Cinsi Zorakılığa Qurbanın Reaksiyası



Yüklə 37,33 Kb.
səhifə5/8
tarix02.01.2022
ölçüsü37,33 Kb.
#2692
1   2   3   4   5   6   7   8
Cinsi Zorakılığa Qurbanın Reaksiyası

Cinsi zorakılığın qurbanlarına çevrilmiş qadınların zorkılığa qarşı cavab reaksiyaları və zorakılığın təsirlərindən yaxa qurtarmaq üçün seçdikləri yollar müxtəlif ola bilər. Bəziləri dərhal cavab reaksiyası göstərə bilər, digərlərində isə bu hisslər bir qədər ləng baş verə bilər. “Şablon” cavab reaksiyası olmadığına görə qurbanların zorakılıqdan sonra keçirdikləri ümumi reaksiyaların və hisslərin bəzilərini təsvir etmək olar.


İlkin olaraq qurbanlar şok, çaşqınlıq, ümidsizlik, qəzəb, rüsvayçılıq, qorxu və duyğusuzluq hissi keçirirlər. Onlar hücuma məruz qaldıqları şəxsin xüsusən tanışları və ya həyat yoldaşları olduğu halda başlarına gətiriləni danır və ya əhəmiyyət verməməyə çalışırlar. Bəziləri yardım üçün müraciət etsə də əksəriyyəti geri çəkilir.

 

Geniş yayılmış mifin əksinə olaraq zorakılıq qurbanlarının heç də hamısı əsəbi deyil. “Əsəbi” qurban mifik təsəvvürünü belə bir mülahizə ilə bağlayırlar ki, əgər qurban zorakılıqlan sonra emosional və əsəbi deyilsə onda yəqin ki, onu doğrudan “zorlamayıblar”. Beləliklə, Britaniyada aparılan cinsi zorakılıq istintaqı və araşdırması üzrə hesabatda qeyd olunur ki, məhkəmə ədalət sistemi daxilində zorakılıqdan sonra qadının davranışı önəmlidir. Hesabata əsasən “zorlamadan sonra qurbanın aldığı zədə onun əsəbi və kədərli olmasında özünü göstərməsi daha çox gözləniləndir” və nəticə etibarilə “iddia edilən zorlama halından sonra şikayət edənin duyğusuz olması önəmlidir, bir halda ki, bu belə olmamalıdır…. bir çox qurbanlar öz cavab reaksiyalarına nəzarət edə bililər və maska altında öz hisslərini gizlətməklə sakit və soyuqqanlı görünürlər”.


Başqa sözlə desək bəzi qurbanlar emosional olsalar da başqaları öz hisslərini cilovlaya bilirlər. “Emosional” qurbanlar hadisəni təsvir edərkən ağlayıb və hıçqırsalar da “soyuqqanlı” qurbanlar maskalanır və ya öz hisslərini gizlətməklə sakit və məyus görünürlər.

Rebeka Kəmpbelin bildirdiyi kimi, müəyyən vaxt keçdikdən sonra qurbanlar “soyuqqanlılıq və ya yayınmaların dəyişən nəticələrini” hiss etməyə başlayırlar. Soyuqqanlılığa keçmiş xatirələr və kabuslar, yayınmalara isə “qurbanların emosional sarsıntıya düşməmək üçün travmatik hadisənin xatırlatmalarından özlərini təcrid etməsi” aid edilir. Yayınma vasitələrinə susma, inkar etmə, əhəmiyyət verməmək, geri çəkilmək və ya spirtli içkilərdən istifadə kimi yüksək riksli vərdişlərə alüdə olmaq kimi hallar aiddir. Baxmayaraq ki, bu cür “yayınma” rekasiyaları qurbanın zorakılıqla bağlı olan emosional problemlər üzərində işləməsi kimi şərh oluna bilər, əslində bu problemlər həll olunmur və özünü əsassız qorxu, narahatçılıq və ya pərişanlıq kimi formalarda büruzə verir. Bu halda güclü emosional soyuqqanlılıq vaxtaşırı təkrarlana bilər və qurbanlar xatırlamalar və kabuslar, depressiya və pərişanlıqdan yenidən əziyyət çəkə bilərlər.


Yüklə 37,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin