Sual 4. Sosial-pedaqoji tədqiqatların nəzəri metodoloji məsələləri və mərhələləri Cavab: Elmi idrakın metodologiyasına uyğun olaraq sosial pedaqoji tədqiqatları özünəməxsus proses kimi təhlil etrmək olar. Tədqiqatçı alimlərdən C.B.Mangeym, R.C.Ric, D.Mayers, N.Smelzer və b. belə nəticəyə gəlmişlər ki, bu prosesdə bir-birilə qarşılıqlı əlaqədə olan müxtəlif mərhələləri fərqləndirmək lazımdır. Elmi tədqiqat işinin 3 önəmli mərhələsi vardır:
1. Tədqiqata hazırlıq
2. Empirik informasiyaların toplanması
3. Informasiyaların izlənilməsi
Tədqiqat adətən, problemin seçilməsi ilə başlayır. Problemlər nə qədər müxtəlif və çoxcəhətli olsa da, onları iki tipə ayırırlar:
-fundamental
-tətbiqi
Problemin xarakteri müəyyənləşdikdən sonra tədqiqatın vəzifələri müəyyənləşdirilir, onun nəzəri əsasları işlənilir. Kurt Levinin fikrincə, nəzəri əsası olmayan tədqiqat həm kar həm də kordur. Elm nəzəriyəsinin əsasını isə induksiya təşkil edir. V.Biblerin fikrincə, induksiya prosesində tədqiqatçı özünün bir şərait haqqındakı bilkilərinə söykənərək, digər situasiyalar haqqında nəticə çıxarar. Başqa sözlə, məntiqi yolla gördüklərinə arxalanıb görmədiklərini proqnazlaşdıra bilər.
C.B.Mankeym, R.C.Ricin və b. fikrincə, nəzəriyyənin yaradılması üçün təkcə induksiya kifayət deyildir. Müşahidə olunan faktların həm də səbəbini izah etmək lazımdır. Bu isə deduksiya vasitəsilə yerinə yetirilir. K.Volkov və D.Mayersene görə, öyrənilən hadisələrin bir-birinə münasibəti və asılılığı vacibdir. Bunun üçün fərziyyələr irəli sürülməlidir. Fərziyyələr üçün isə kəmiyyət anlayışından istifadə edilməlidir. Asılı olan, asılı olmayn və aralıq kəmiyyətlər vardır.
Tədqiqtın məqsədi üçün onun proqramı işlənib hazırlanmalıdır ki, o da aşağıdakı məsələləri əhatə edir:
1. Tədqiqatın məqsədinin şərhi
2. Yoxlanılacaq fərziyyənin şərhi
3. Istifadə olunan kəmiyyətlərın xüsusiyyətləri
4. Hər bir kəmiyyətin əməliyyatlaşması və ölçülməsi metodlarınnı şərhi
5. Tədqiqatın təşkilinin və aparılmasının təfərrüatı
6. Toplanmış məlumatların gələcək təhlilinin müzakirəsi.
Tədqiqatın proqramı daxilində onun eksperiment proqrami da tərtib olinmalıdır. Belə ki, tədqiqatın nəticələri əsaslı olmalı və öyrənilən göstəricilər onların əks etdirdikləri anlayışlarla uyğun olmalıdır. Buna tədqiqatın vahidliyi deyilir.
Bütün elmlər, o cümlədən sosial pedaqogika elmi tədqiqatların köməyilə inkişaf edib yeni-yeni müddəalarla zənginləşir. Sosial pedaqoji tədqiqatlarda müəyyən metodlardan istifadə edilir. Problemin xarakter və miqyasına görə metodlar fərqlənir. Ən ümumi metod kimi dialektik metodlardan istifadə edilir.
Dialektik metod - varlığın və idrakın ümumi və mühüm xüsusiyyətlərinin əlaqə və münasibətlərini əks etdirir və tədqiqatçını öyrənilən problemə elmi yanaşma strategiyası ilə silahlandırır, tədqiqatın və onun nəticələrinin obyektiv və əsaslı olmasına şərait yaradır. Ümumi metodlara nəzəri idrak metodları, idrakın ümumi məntiqi metod və priyomları daxildir. Pedaqoji tədqiqatlar təlim-tərbiyə prosesini təkmilləşdirmək məqsədilə planlı şəkildə aparılan axtarışdır. Dörd mərhələsi vardır:
1.Nəzəri tədqiqat metodları
2.Eksperimental tədqiqat metodlar
3.Praktik tədqiqat metodları
4.Tarixi müqayisəli tədqiqat metodları
5.Riyazi metodlar
I. Nəzəri metodlar – sosial pedaqogikanın köklü problemlərini üzrə aparılır. Cəmiyyətin tərbiyə imkanları, sosial tərbiyənin məzmunu, şəxsiyyətin sosiallaşması, sosial pedaqogikanın başqa elmlərlə qarşılıqlı əlaqəsi və s. Bu kimi köklü problemlər nəzəri-tədqiqat metodları vasitəsilə araşdırılır. Nəzəri tədqiqat metodlarına daxildir: təhlil, tərkib, onların vəhdəti, induksiya, deduksiya, müqayisəli-tarixi təhlil və s. Nəzəri təhlil müəyyən prosesi tərkib hissələrinə bölməklə, nəzəri tərkib isə onları bir tam halında birləşdirməklə aparılır. Təhlil və tərkibin vəhdəti sosial-pedaqoji hadisələrin mahiyyətini, pedaqoji prosesdə əlaqə və münasibətləri müəyyənləşdirməyə ümumidə xüsusini, xüsusidə isə ümumini tapmağa imkan verir.