Sosial sferada Menecment


MÜASİR MENECMENTİN SOSİAL SFERA İLƏ QARŞILIQLI ƏLAQƏSİ



Yüklə 41,58 Kb.
səhifə11/13
tarix15.04.2022
ölçüsü41,58 Kb.
#55516
1   ...   5   6   7   8   9   10   11   12   13
Azərbaycanda sosial sfera anlayışı

3.MÜASİR MENECMENTİN SOSİAL SFERA İLƏ QARŞILIQLI ƏLAQƏSİ
Rəhbərliyin və ona xidmət edən menecmetin əsas keyfiyyəti kimi onların sosial sfera ilə qarşılıqlı əlaqəsi çıxış edir.İnkişaf etmiş ölkələrdə sosial sfera ilə qarşılıqlı əlaqə məsələsi menecer və rəhbərlərin sosial məsuliyyətinə çevrilmişdir. Təşkilatın sosial cəhətdən məsuliyyətli olmasını təsdiq etmək üçün ictimai mühitdə münasibətdə onun özünü necə aparması haqqında iki nöqteyi-nəzər mövcuddur . Birinci nöqteyi nəzərə görə təşkilat mənfəəti maksimum artırdığı halda sosial məsuliyyətli hesab olunur.Bu halda o qanunların tələblərini və dövlət tənzimlənməsi normalarını pozmur.Başqa sözlə sırf iqtisadi məqsədlər güdür.Digər nöqteyi nəzərin mahiyyəti ondan ibarətdir ki, təşkilat ancaq iqtisadi məqsədlər güdməməlidir. Həm də öz işgüzar fəaliyyətlərində işçilərə ,istehlakçılara və yerli icmalara təsir edən insan və sosial amilləri nəzərə almalıdır.Həmçinin onun fəaliyyətinin həyata keçirdiyi mühitin sosial problemlərinin həllinə müəyyən pozitiv təsir də göstərməlidir.Bu nöqteyi nəzər belə bir fikri əks etdirirki, ictimayyət böyük təşkilatlardan yalnız iqtisadi nəticələr deyil eyni zamanda cəmiyyətin sosial məqsədləri nöqteyi nəzərdən ciddi nailiyyətlər gözləyir. P.Drukerin yazdığı kimi-bu ifadəyə əsaslanmaq olmaz ki, şəxsi maraqlar cəmiyyətin xeyrinə aparır və şəxsi maraqlar cəmiyyətin xeyri ilə heç bir əlaqəsi yoxdur.Əksinə o, menecerdən cəmiyyət qarşısında öhdəliklərinin olduğunu və öz fəaliyyətində etik standartlara riayət etməsini tələb edir.O eyni zamanda öz şəxsi maraqlarını və gümanını saxlamalıdır əgər bu cəmiyyətin xeyrinə gətirmirsə. Mühit təşkilatın qarşıya qoyduğu məqsədlərin nail olmasına güclü təsir göstərir. İstənilən təşkilat əlaqələr asılılıq daxili və xarici təsir olan sosial – iqtisadi sistemdə yerləşir. Onlara sosial-iqtisadi sferalar kimi təssəvür etmək olar. Təşkilat həmin sferalarda baş verən hadisələrlə asılıdır və özüdə onlara tərir edir baxmayaraq ki, menecer və rəhbər bunu dərk edir.Təşkilat öz xeyirli yatırımlarını vətəndaşların həyatına daha doğrusu cəmiyyətə yatırır dövlət hazırlanmış və təklif olunuş məhsullar vasitəsi ilə həyat tərzinin inkişafına və təminatına nail olur.Vəndaşların və cəmiyyətin həyat təlabatına cavab verən ,problemləri aradan qaldırmağa imkan verən və əmtəə və xidmətlərin təklifi üçün təşkilata müstəqil hüquq vermək lazımdır.Bu sosial cəhətdən xeyirlidir əgər buraxılmış məhsul keyfiyyətlidir və bazar standartlarına cavab verir .İnsanlara ,onların həyat fəaliyyətlərinə ,cəmiyyətə ,təbiətə və hökümətə ziyan vurularaq əldə olunan gəlir yol verilməzdir. Hüquqi məsuliyyətdən fərqli olaraq sosial məsuliyyət təşkilat tərəfindən sosial problemə könüllü olaraq reaksiya verilməsinin müəyyən səviyyəsini nəzərdə tutur.Bu reaksiya qanunla və ya tənzimləyici orqanların tələbləri iləmüəyyən edilməyən məsələlərə münasibətdə özünü göstərir.Məsələn, təşkilat idman yarışlarının teatr quruluşlarının sponsuru kimi çıxış edə edirlər.Amma, eyni zamanda o, istehsalatın ekoloji tələblərini gözləmədən saxta reklam tədbirləri yaymaqla qanunları poza bilər.Təşkilatın belə davranışını hətta hüquqi cəhətdən də məsuliyyətli hesab etmək olmaz.

Cəmiyyətdə biznesin rolu haqqındakı mübahisələr sosial məsuliyyətin lehinə və əlehinə olan çoxlu sayda arqumentlər yaratmışdır.




Yüklə 41,58 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin