Sosial sferada Menecment


Sosial məsuliyyətinə əlehinə olan arqumentlər



Yüklə 41,58 Kb.
səhifə13/13
tarix15.04.2022
ölçüsü41,58 Kb.
#55516
1   ...   5   6   7   8   9   10   11   12   13
Azərbaycanda sosial sfera anlayışı

Sosial məsuliyyətinə əlehinə olan arqumentlər:

  1. -məənfəətin maksimuma çatdırılması prinsipinin pozulması-resusların bir hissəsinin sosial ehtiyacların ödənilməsinə yönədilməsi mənfəətin maksimuma çatdırılması prinsipi ilə zidiyyət təşkil edir.Müəssisə sosial problemlərin həllini dövlət müəssələri və xidmətlərinə saxlanmaqla səylərinin yalnız iqtisadi maraqlar üzərində cəmləşdirərək özünü sosial cəhətdən daha məsuliyyətli hesab edir;

  2. -sosial cəlbediciliyə çəkilən xərclərin yüksək – səviyyəsi sosial ehtiyaclar üçün ayrılan vəsait müəssiə üçün əlavə xərclərdir.Son nəticə də bu xərclər qiymətlərin yüksədilməsi şəklində istehlakşıların üzərinə keçirilir.Bundan əlavə beynəlxalq bazarlarda belə ehtiyaclara vəsait sərf etməyən digər ölkələrin firmaları ilə rəqabət mübarizəsində iştirak edən təşkilatlar əlverişsiz vəziyyətə düşürlər;

  3. -geniş kütlənin tələb etdiyi hesabat səviyyəsinin yüksək olmaması –bazar sistemi müəssisənin iqtisadi göstəricilərinə yaxşı nəzarət etdiyi halda onun sosial cəlb ediciliyinə pis nəzarət edir.Nə qədər ki cəmiyyət müəssisənin onun üçün birbaşa hesabat tərtib etməsi qaydalarını işləyib hazırlamayıb müəssisə sosial fəaliyyətdə iştirak etməyəcəkdir.Buna görə onlar özlərinin məsuliyyət daşıdığını qəbul etməyəcəklər;

  4. -sosial problemlərin problemlərinin həll etmək bacarığının çatışmaması – istənilən müəssisənin heyəti hər şeydən əvvəl yaxşı iqtisadiyyat bazar və texnika sferasındakı fəaliyyətə hazır olurlar.Onlar sosial xarakterli problemlərin həllinə əhəmiyyətli dərəcədə töhfə vermək təcrübəsindən məhrumdurlar.Cəmiyyətin təkmilləşdirilməsinə müvafiq dövlət müəssisələrində və xeyriyyə təşkilatlarında işləyən mütəxisislər kömək etməlidir.

Sosial məsuliyyət hal-hazırda aşağıdakıları birləşdirir:psixoloji mədəni və etik xidmət ,alıcıların mal və xidmətlərin xüsusiyyəti haqqında düzgün məlumatlandırılması, malın təhlükəsizliyi və uzunmüddətliyi satışdan əvvəl və sonra xidmət ,pritenziyalara qarşı mülayim və dərhal reaksiya ,alıcının ehtiyaclarını uzun müddətli təmin etməsi(malların xüsusi ehtiyat hissələri ilə təmin etməsi ,periodik xidmət, güzəştli təmirin edilməsi) düzgün reklam ,şəxslərin hüquqlarının tanınması hansı ki, qanunvericiliyə mütləq olaraq buyrulub ki, daimi olaraq rəhbərlik fəaliyyətinə və təşkilata kontrolun olması mütləqdir.



Heyətin maraq və ehtiyaclarının ödənilməsinə qoyulmuş pul aydın və mütləq məsələdir: işləməyə və məşğulluğa təminatın imkan verilməsi, əməyə düzgün qiymət verilməsi, çətinlik yarandığı zamanı sosial yardımın göstərilməsi , layiqli əmək şərtlərini təmin etmək, əmək qanunvericiliyinə riayət etmək, vətəndaşların öz əmək resuslarından istifadə etməsində zamanı konstusional və əmək qanunlarının izlənməsi , əmək resuslarını artırmaq və onu özünə uyğun olaraq satmaq, təşkilatda işin demokratik mədəniyyətini yaratmaq, işçilərin hüququna hörmətlə yanaşmaq, cəmiyyətin inkişafında iştirak etmək, idarəetməyə təsir etmək ,məlumatlanmaya, dinlənməyə, hüququ olmaq və s. Heyətin siviliziyaşdırılmış menecmenti – işçilərin özünüreallaşdırmasına, özünəinama, intelektual səviyyələrinin artmasına ,işə motivasiyaların olmasına, fiziki cəhətdən inkişafa, peşəkarlığın artmasına və inkişafina imkan verir. Eyni zamanda işçilərə müxtəlif formada sosial dəstəyin göstərilməsi də müəyyən məna kəsb edir: iş paltarları ilə təmin etmə işçıləri qida ilə təmin etmək malları endirimlə almaq imkanını yaratmaq içşilərin yol xərcinin tam ödənılməsi və ya təşkilatın öz nəqliyyat vasitəsilə lazimı məntəqəyə çatdırılması şəxsi həyatında şətin vəziyyətə düşmüş işçilərə ssudaların verilməsi kollektiv şəkildə istirahət günləri gəzintilərin təşkili müalicənin və ya məzuniyyət vaxtlarının pullarının tam ödənilməsi və s.Ümumiyyətlə sosial aspektlər heyətlə münasibətdə və sosial nəticələrin əldə olunmasında xüsusi normativlərin riayyət olunması ilə olur.
NƏTİCƏ
Hal-hazırda inkişaf etmiş ölkələrin menecer və rəhbərlərini düşündürən suallardan(məsələlərdən) biri onların cəmiyyət tərifindən hansı prizmadan baxılmasıdır.Təşkilat yalnız öz manefelərinin güdməməlidir eyni zamanda fəaliyyət göstərdiyi regionun xüsusiyyətlərinidə nəzərə almaq lazımdır. Rəhbərliyin və ona xidmət edən menecmentin siviliziyalaşmasının əsas keyfiyyəti onun sosial sfera ilə qarşılıqlı əlaqəsidir.Geniş mənada sosial sfera ilə qarşılıqlı əlaqə -bu o deməkdirki iqtisadi və menecer fəaliyyətində yalnız xeyir menecerə, rəhbərə və təşkilatın sahibinə gəlməməlidir eyni zamanda muzdla götürülmüş işçilərə dövlətədə diqqət yetirmək lazımdır. Rəhbərlər və menecerlərin öz məqsədlərinə çatması onu əhatə edən sosial faktorlardan onların rifahından asılıdır eyni zamanda istəyərək və ya istəməyərək onlara təsir edir.Təşkilatın yaşaması onu əhatə edən mühitin normaların insanların ayrı-ayrı təşkilatların reaksiyasının balanslaşmasından asılıdır.Sosial sfera ilə qarşılıqlı əlaqə ancaq maksimal gəlirə nail olmaq istəyən ,sosial, intelektual cəhətdən çatışmamazlığı olan menecer və rəhbər üçün boş səsdir.Siviliziyalaşmış rəhbərlik və menecment –siviliziyalaşmış insanların rüşeymidir.Bunun üçün Vətənə sevgi hissinə ,vətəndaş borcuna ,ata-babaların ənənələrinə sadiq qalmaq, həqiqi demokratiyanın olması, gələcək və indiki nəslin rifahı haqqında və s. düşünmək lazımdır.Problem- menecer və rəhbərlərin psixiologiyasındadır. O fikirlə razılaşmaq lazım deyil k,i sosial məsuliyyət çox şeyi həll edir halbuki çox olmayan(bir qədər) vaxt və pul xərcləmək bunun üçün yetərlidir.Bunun üçün menecer ağıllı dərrakəyə, düşünmə tərzinə və peşəkarlığa malik olmaq lazımdır.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT VƏ SAYTLARIN SİYAHISI


  1. Menecment K.A. Şahbazov, M.H.Məmmədov H.S.Həsənov Bakı 2007;

  2. Menecment T.Ə.Quliyev Bakı 2005;

  3. Sosial sfera keçid iqtisadiyyatı şəraitində F.P.Rəhmanov Bakı 2002;

  4. T.S. Vəliyev, Ə.P. Babayev, M.X. Meybullayev “ İqtisadi nəzəriyyə” Bakı - 2001;

  5. preslib.az;

  6. anl.az;

  7. kitab.az;

  8. about.management.com.



Yüklə 41,58 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin