Sosialogiyanın predmeti və vəzıfələri


Şəxsiyyətin sosiallaşma mərhələləri



Yüklə 131,59 Kb.
səhifə16/31
tarix15.01.2022
ölçüsü131,59 Kb.
#51311
1   ...   12   13   14   15   16   17   18   19   ...   31
Sosialogiyadan imtahan sualları

Şəxsiyyətin sosiallaşma mərhələləri.

Şəxsiyyətin sosiallaşmasmda iki mərhələni ayırd etmək olar: 1) sosial adaptasiya; 2) interiorizasiya.

Sosial adaptasiya fərdin sosial-iqtisadi şəraitə, rol funksiyalarına, cəmiyyətin həyat fəaliyyətinin müxtəlif səviyyələrində təşəkkül tapan sosial normalara, sosial qruplara və sosial təşkilatlara, sosial təsisatlara uyğunlaşması kimi izah edilə bilər.

Qeyd etmək lazımdır ki, üzvi təbiətdə müxtəlif adaptasiyalar geniş yayılmışdır. Möveudluq uğrunda mübarizənin və təbii seçmənin nətieəsi kimi adaptasiyanın rasional şərhi Darvinin təkamül təlimində öz əksini tapmışdır. Kibernetikanın meydana gəlməsi adaptasiya anlayışında spesifik çalarlar formalaşdırmışdır. Sosial sistemlərə adaptasiya probleminin tədqiqi müxtəlif bilik sahələrini təmsil edən mütəxəssislərin əlbir səylərinə möhtacdır. İnsana, cəmiyyətə münasibətdə adaptasiya başlıca olaraq, ətraf mühitə uyğunlaşmaqla bağlı olan reaksiya xarakterli davranışı əks etdirir.

İnteriorizasiya sosial normaların və sərvətlərin insanın daxili aləminə qoşulması prosesidir. Xariei mühitin sosial normalarının, sərvətlərinin və digər komponentlərinin daxili «Mən»ə keçməsinin xarakteri hər bir konkret şəxsiyyətin strukturu ilə şərtlənmişdir. Bu struktur isə bütün əvvəlki təcrübə sayəsində formalaşır. Şəxsiyyət sosial mühitdə, necə deyərlər, əriyib yoxa çıxmır, həmin mühitlə az - çox müstəqil vahid kimi müəyyən münasibətdə olur.




Yüklə 131,59 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin