Cəmiyyətin tipologiyası.
Cəmiyyət öz konkret təzahürlərində son dərəcə rəngarəngdir. Müasir cəmiyyətləri müxtəlif parametrlərə görə (məsələn, siyasi quruluş, coğrafi vəziyyət, mədəniyyət, ünsiyyət dili, sabitlik səviyyəsi, sosial inteqrasiya dərəcəsi, əhalinin təhsil səviyyəsi və s.) fərqləndirmək olar. Tipik cəmiyyətlərin universal təsnifatlan onlann başlıca parametrlərinin ayırd edilməsinə əsaslanır. [49 - 50]
Cəmiyyətlərin tipologiyasında əsas istiqamətlərdən biri dövlət hakimiyyəti formalannm ön plana çəkilməsidir. Bu baxımdan totalitar (dövlət sosial həyatın əsas istiqamətlərini müəyyən edir), demokratik (əhali dövlət strukturlanna təsir göstərmək imkanına malikdir) və avtoritar (totalitarizm və demokratiya ünsürləri əlaqələndirilir) cəmiyyətləri ayırd edirlər.
Marksizm cəmiyyətləri istehsal münasibətlərinin tipinə görə fərqləndirir və ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm, sosializm (və ya kommunizm) ictimai-iqtisadi formasiyalanm ayırd edir. Sonuncu xüsusi mülkiyyətçilik münasibətlərinin ləğvini, istehsal vasitələri üzərində mülkiyyətə hamının bərabər münasibətini nəzərdə tutur.
Müasir sosiologiyada ənənəvi, industrial, postindustrial cəmiyyətlər kimi fərqləndirmə daha davamlı tipologiya hesab oluna bilər.
Dostları ilə paylaş: |