Sosialogiyanın predmeti və vəzıfələri


Sosial strukturun əsas tərkib hissələri



Yüklə 131,59 Kb.
səhifə20/31
tarix15.01.2022
ölçüsü131,59 Kb.
#51311
1   ...   16   17   18   19   20   21   22   23   ...   31
Sosialogiyadan imtahan sualları

Sosial strukturun əsas tərkib hissələri.

Cəmiyyətin sosial strukturunda bir neçə səviyyəni ayırmaq olar. Birinei səviyyə özündə sinifləri ehtiva edir. İkinci səviyyəyə siniflərə yaxın olan, lakin onlarm bütün əlamətlərinə malik olmayan sosial qruplar, mütəxəssis olmayan qulluqçular, eləcə də sosial təbəqələr daxil edilir. Sosial strukturun bu səviyyəsi elmi ədəbiyyatda sosial- sinfi struktur adlandırılır. Sosial strukturun üçüneü səviyyəsi özündə yalnız sosial-sinfi strukturun elementlərini yox, həm də şəhər və kənd əhalisini, zehni və fiziki əmək sahəsində çalışan sosial qruplan ehtiva edir. Marksist sosiologiyasında sosial strukturda siniflərin mövqeyi xüsusi vurğulanırdı. K. Marks və F. Engels cəmiyyətin siniflərə bölünməsinin əsas səbəblərini ictimai əmək bölgüsünün və xüsusi mülkiyyət münasibətlərinin formalaşmasının nəticəsi kimi izah edirdilər. Marksizm sinif anlayışına aşağıdakılan ehtiva edən mühüm məna verirdi:

-tarixən qərarlaşmış müəyyən ictimai istehsal sistemində tutduğu yerə görə bir-birindən fərqlənən böyük insan qruplan kimi götürülür;

-istehsal vasitələri üzərində mülkiyyət münasibətləri, fəaliyyət nəticələrinin mübadiləsi (ictimai əməyin təşkili) və bölgü münasibətləri üzərində qərarlaşdığı bildirilir;

-siniflərin mənafelərində ziddiyyət vardır, çünki onlardan biri digərinin əməyini mənimsəyə bilir.

Marksizmə görə, siniflər arasında iqtisadi fərqlər əsasında onlarm siyasi həyatda və mədəniyyətdə fərqliliyi formalaşır. Müxtəlif tədqiqatçılar sinifləri təhlil edərkən onlan böyük insan qrupu hesab edir, lakin onun əlamətlərini müxtəlif eür izah edirlər. Məsələn, görkəmli sosioloq P. Sorokinin fikrincə, sinif - üç əsas əlamət baxımından fərqlənən (peşə, əmlak və hüquqi), öz zəmanəsi üçün tipik olan insanlar qrupudur.

Sorokinin belə bir qeydi metodoloji baxımdan mümkündür ki, hər bir konkret tarixi şəraitdə sinfin əsas skeleti «əlavə göstəricilər, törəmə xassələr ilə tamamlanır». Elmi ədəbiyyatda belə bir tərifə də tez-tez rast gəlinir ki, sinif ümumi şəraitə və istehsal prosesindəki roluna görə birləşən, bunun nəticəsi kimi bölgü münasibətləri yaradan böyük sosial qrupdur. Sosial strukturda mühüm elementlərdən biri də ziyalılardır. Ziyalılar ali və ya orta ixtisas təhsili tələb edən və ixtisaslı zehni əmək fəaliyyəti ilə peşəkar surətdə məşğul olan insanların birliyidir. Ziyalılann cəmiyyətdəki rolu, yeri və strukturu onlann aşağıdakı əsas funksiyaları yerinə yetirməsi ilə müəyyənləşdirilir:

- maddi istehsalın elmi-texniki və iqtisadi təminatı;

- istehsalatın, bütövlükdə, cəmiyyətin və onun ayn-ayn altstrukturlannm peşəkarlıqla idarə edilməsi;

- mənəvi mədəniyyətin inkişaf etdirilməsi; insanlann tərbiyəsi;

- ölkənin zehni və fiziki sağlamlığının təminatı.

Qeyd etmək vacibdir ki, zehni və fiziki əmək işçiləri aşağıdakı göstəricilərə görə fərqlənirlər: 1) icra etdikləri işin məzmununa, fiziki və intellektual qüvvələrin sərfimin nisbətinə, əməyin mürəkkəblik dərəcəsinə və davametmə şəraitinə görə;

2) fiziki və zehni əmək işçilərinin mədəni-texniki səviyyəsinə (təhsilinə, ixtisas dərəcəsinə, peşə tərkibinə) görə;

3) mədəni və maddi rifahına, həyat şəraitinə görə də fərqlənirlər. Bu sosial fərqlərdən sosioloji araşdırmalarda sosial göstəricilər kimi istifadə etmək olar


Yüklə 131,59 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin